Əziz Ehsan bəy Təbrizli

Bütün yazılarızda olduğu kimi bu məqalənızdə də önəmli noqtələrə işarə etdiyinizə görə onu müsbət dəyərləndirmək milli təfəkkürlülərin borcudur. Toxunduğunuz bütün düşüncələrə qoşulmaqla birlikdə millətimizin, özəlliklə gənclərimizin MEHR ayının birində hazırladıqları miting-yürüşə qoşulur,dəstək verir və uğurlar arzulayıram.

Əmin və arxayınamki Güney Azərbaycanda tarix boyu tayı görünməmiş bugünkü dirçəlişimiz gözəl nəticələr verəcək. Yaşından asılı olmuyaraq sizin kimi insanların  belə məqalələri, Fars şovinizminin belini qırmışdır və 80 il toxuduqları torları kəsmişdir. Ona görədə düşmənin əlində bütün maddi imkanlar olsada ədalət yolunda apardığımız mübarzənin fikir meydanında qalibik. Böyük potansyelə sahib olan Azərbaycan Türk millətinin aydın gələcəyə qovuşması üçün üç prənsip uygun görünür və şükürlər olsunki, artıq bir çoxları onu menimsəyir. Bilərək vəya bilmiyərək Farsçılığın dəyirmanına su tökənlər indiyəcən olduğu kimi bundan sonrada olacaqdır. Onları öz başına buraxıb, biz öz işimizi yeritməliyik. Gərçi tənqidin faydalarını inkar etmirəm.

Edam hökmü alan milli hərəkətçilərin bugün zindanlarda, verənlərin isə hərəsi bir ölkədə saxtakarlıqlarına dəvam etməsi , kimin- kim olduğunun açıq göstərcəsidir. Şübhə yoxdurki, nehrə çalxandıqca millət yağ ilə suyu daha dəqiq biri- birindən seçəcəkdirki bugün bunun şahidiyik. Umid edirəmki, aldanmışların səmimi olanları daha sürətlə düşünüb , hərəkətimizi bundan artıq zərbə altında qoymuyacaqlar. Bunu diqqətlə başa düməliyikki, Tehran öz əlindəki vasitələrdən başari ilə istifadə etdiyi kimi içimizdə olan çatışmazlıqlardan və yaramazlardan da  harda və necə faydalanmağı yaxşı başarır. Bütün bunlara baxmıyaraq özəlliklə daxildə mütəşəkkil surətdə var gücümüzlə Tehranın xırxırasından yapışıb duvara qısnamağı önplanda tutmalıyıq.

Prensiplər:

1- İranda Farsçılıq siyasətnin arxasına düşmək təhlikəsindən qurtulmaq üçün ” Azərbaycan Mərkəzli Düşüncə Sistemini” bir milli siyasət kimi qəbul etməliyik.

2- İranda federalizmin qarşısında olan maniələr, istiqlaliyətin qarşısında olanlardan az deyil. Ancaq ”demokrasi bütün dərdlərin dərmanıdır” şuarına uyaraq  millətin federalizm, istiqlaliyət vəya bütöv Azərbacanı seçməsinə boyun əymək    demokratik davranışdır.

İstiqlalçı- federalçı oyunundan qurtulmaq üçün milli haqlarımızın tələbində ” Milli Müqəddəratımızın təyinin” bir uygun xett olaraq qəbul etməliyik.

3- Aramıza salınmış və hərəkətimizə böyük zərbələr vurmuş bu çirkin rəhbərlik davasından bir dəfəlik qurtulmaq üçün ” Milli Şura ” formasında təşkilatlanmağa doğru getməliyik.

Gələcək bizimdir, yaşasın Azərbaycan- tanrı Türkü qorusun.

Saygılarımla : Böyük Rəsuloğlu