Yaltaqlanma!

 

 

it olaraq qablar yala

pul mal üçün yaltaqlanma

gözlərin qanyaşla dola

pul mal üçün yaltaqlanma.

 

ərənsənsə ərənliyə

qoyma qurt quş buğda yeyə

evrən mənim mənim deyə

pul mal üçün yaltaqlanma.

 

kimə qaldi dünya malı

bu yol gedənlərlə dolu

yaşam dedin karvan yolu

pul mal üçün yaltaqlanma.

 

bax!

gözdən axan qanyaşlara

o kəsilən hür başlara

orda tikilən daşlara

pul mal üçün yaltaqlanma.

 

yaxşılardan ad qaldıysa

yaltağın gözü doymazsa

insan deyə bağıraraq

maqam üçün yaltaqlanma.

 

qoltuğuna al neçə bit

it olaraq toplumdan it

Xan Çobanın yanına get

kötəkləsə yaltaqlanma.

 

qurddan məni qorur deyə

Xan Çoban səni səsləyər

gecə qalsan kötəkləyər

quyruq çalıb yaltaqlanma.

 

budur doğanın yasası

su içində var adası

gözdən axıtsan qanyaşı

satqın olub yaltaqlanma.

 

Isiq Sönməz 15.01.1998