Güntay
GÜNAZ
TV xatirələri

I
Əhməd
Obalı
ilə tanışlığım
Əhməd
Obalının adını eşitmişdim. Ilk dəfə
1999-cu ildə Bakıda yaxından tanış olduq. O zaman atrıq
Bakı həyatım mənim üçün bitmiş və bezdirici
olmuşdur. Özümü quyuya düşmüş kimi hiss edirdim. Hiss
edirdim ki, yavaş-yavaş mənəviyatım pozulur və
dəyərsiz bir insana çevrilirəm. Bakı mühitində boğulurdum,
yox olurdum. Insanın öz tədrici ölümünə şahid olmasından
daha çətin bir şey ola bilməz. Bir çalışqan fərd
üçün ən böyük bədbəxtlik gərəksizlikdir. Bakı
mühiti məni gərəksiz bir insana çevirmişdi. Bir an əvvəl
Bakıdan qurtulmalı idim. Ancaq necə? Öz-özümü, düşüncələrimi
və ruhumu Bakıda həbsə məhkum etmişdim.
Mənəviyatımı və bilgilərimi gücləndirəcək
ədəbiyatda yox idi. Rus dilini də bilmədiyim üçün
tədricən dünyadan xəbərsiz qalan fosilə dönüşdüyümü
sanırdım. Bu tərz həyata bir son verməli idim, yalnız
bütün yollar üzümə qapalı idi. Sonunda düşündüm ki, gedib
İranda zindanda qalmaq, işkəncə görmək Bakıda
yaşamaqdan daha üstündür. Heç olmasa İranda zindanda qalmaq
bir amac üçün olar, Bakıdakı həyatım isə çürümə
prosesindən başqa bir şey deyildi. Bu üzdən bir risk
etməm lazım idi. İran konsulluğuna gedib və
pasportumun uzadılmasını istədim. Pasportumun vaxtı
1994-də bitmişdi, mən isə 2002-də baş vururdum
konsulluğa. Bəzi heysiyyətsiz adamlar mənim konsulluğa
getməmi başqa cur təhlil etdilər. Ancaq bunlar mənim
üçün önəmli deyildi. Önəmli olan Bakıdan canımı
qurtarmaq idi. Ona görə də konsulluqda məni yaxalıyıb
İrana aparmalarından qorxmurdum. Çünkü Bakı həyatından
canıma dolmuş qorxu hissi daha qorxunc idi. Bakıda özümü
sadəcə ət yığınından ibarət olan bir
məxluq kimi hiss edirdim. Gələcəyə olan bütün umudlarım
sönmüşdü. Çünkü fərdi həyatım üçün umud verici
imkanlar və ilhamlar yox olmuşdu. Milli mübarizəyə də
heç bir qatqım olmurdu. Oradaki iqtisadi və mənəvi böhran
mənim kimi minlərcə insanı həzm edərdi. 91-ci ildə
Ankarada BMT-ye baş vurmuşdum. Ancaq bu işimi yarım qoyub
və Avropaya getmək yerinə Bakıya getdim. Hesablamalrım
yanlış çıxmışdı.
2002-ci ildə Obalı bəyin maddi yardımı ilə Nasir
Purpirarın On iki əsr sükut kitabını tərcümə
edib Bakıda çap etdirdim. Əlimdə artıq pasportum da olduğu
üçün bu kitabın yayılmasını tanıdığım
dostlarıma tapşırıb həmən Bakıdan çıxmaq
istəyirdim. Ankarada doktoramı oxumaq üçün
sənədlərimi göndərmişdim. Bu işdə Məhəmməd
Müştaq bəy mənə çox yardımçı oldu. Türkiyədə
oxuya bilməm mümkün olmuşdu, lakin Türkiyəyə gedə
biləcək və oradada yerbəyer olana qədər
gərəkən miqdarda pulum yox idi. Obalı bəydən xahiş
etdim ki, Bakıdan qurtarmama yardımçı olsun. Obalı bəy
sözümü geri çevirmədi və bu şəkildə mən Bakıdan
qurtulub, Ankaraya gəldim. Ankara həyatım çox dəyərli
oldu. Ankarada yerləşdikdən sonra hiss etdim ki, Bakıdakı
həyatım nə qədər mənasız keçmiş. Çünkü
mənim zehni ehtiyaclarımın, mənəvi maraqlarımın
qaynaqları tamamən Türk dilində mevcud idi. Ankara həyatım
mənim üçün hədsiz dərəcədə faydalı oldu.
Intelektimin burada dərinləşməsi müyəssərləşdi.
Bunun üçün Əhməd Obalıya özümü mənəvi olaraq
borclu sayıram. Ankarada digər bir təsbitdə də bulundum:
Əgər Türkiyədəki mənəvi-fikri imkanlardan
yararlanmazsaq Güney Azərbaycanın qurtuluşu mümkün olmayacaq.
Çünkü Quzey Azərbaycanda mevcud olan dəyərlər Güney
Azərbaycanı qurtara biləcək, Güney Azərbaycana güvən
verecək səviyədə deyildir. Demək olar dünya ədəbiyatından
və fəlsəfəsindən Azərbaycanda əsər-əlamət
yoxdur. Bu səbədən də Türkiyədə mevcud olan dünya
ədəbiyatı, elmi kitablar bizim üçün bir şansdır, bir
fürsətdir. Türkiyədəki elmi, fəlsəfi imkanlardan
faydalanmasaq qurtuluşumuz mümkün olmayacaq. Quzey Azərbaycanın
da qurtuluşu Türkiyədəki elmi imkanlardan faydalanmaqla mümkündür.
Quzey Azərbaycan hələ tam olaraq qurtulmayıbdır. Quzey
Azərbaycanda qurtuluşun fəlsəfəsi milli dildə
mevcud deyildir. Günümüzdəki fikri qurtuluş demək, bütün dünyanı
milli dildə oxymaq anlamındadır. Quzey Azərbaycanda isə
milli dildə ciddi elmi əsər yoxdur, tərcümə
edilməmişdir. Ancaq Türkiyədə bu elmi edəbiyat boldur.
Bu bolluq da bizim üçün, Bütov Azərbaycan və Türküstan üçün
bir fürsətdir. Fars dilində olmayan əsərlər belə,
Türkcəyə Türkiyədə tərcümə edilmişdir. Bu
söylədiklərim Quzey Azərbaycan üçün bir aşağılıq
kompleksi deyildir, nə də Türküstan cümhuriyətləri üçün.
Quzey Azərbaycan əsarətdən yenicə qurtarmış.
Daha doğrusu siyasi əsarətdən qurtulmuş, ancaq fikri
əsarətdən qurtulmamışdır. Fikri əsarətdən
qurtulması üçün Türkiyə ilə daha da yaxınlaşmalıdır.
Fikri əsarətdən qurtuluşun bir yolu var: Fikir qaynaqlarını
milli dildə oxumaq. İkinci yol yoxdur.
II
Finladiyaya
yerləşdikdən sonra yaradıcılıq imkanlarımın
daha fərqli səviyəyə daşınacağının
fərqinə vardım. Buradaki maddi-mənəvi güvənliyə
əsaslanıb böyük işlər görmək mümkündür. Mən
də bundan faydalanmağa çalışdım. Bir çox
məqalələrim, yazılarım Finlandiyada yazıldı
və yazılır. 2005-ci ildə Obalı bəy Televizion açıram,
2 aylığına gəl Şikaqoya bərabər çalışdıraq
televizionu dedi. Mən isə ailəmi hələ Finladiyaya
gətirmədiyim üçün gedə bilmədim. Dedim ki, eşimi
və qızımı Finladiyaya gətirim, fikrim rahat olsun sonra
gələrəm. Elə də oldu. Finlandiyada yaşayan
Azərbaycançı dostlar mənim Amerikaya gedi-dönüş
xərcimi bir yerdə təmin etdilər. Bu da mənim boynuma böyük
bir məsuliyət yükləyirdi. Öz-özümə düşünürdüm: Güntay!
Diqqətli olmalısan. Sənə olan bu güvəni və inancı
doğrultmalısan. Bu insanlar etdikləri bu maddi yardımları
ilə əslində ən nəcib, ən milli və insani duyğularını
sənin vicdanına yükləyirlər. Bu bir qurtuluş savaşıdır.
Qurtuluş savaşının fikri mərhələsidir.
Televizion isə böyük bir fürsətdir. Bu fürsəti doğru
dəyərləndirmək lazımdır. Sən bir savaşa
gedirsən. Savaşçı hər zaman hazır olmalıdır.
Pars faşizminin varlığına qarşı savaş
səngəridir GÜNAZ TV. Günlərcə bu şəkildə
öz-özümə düşünür, öz-özümlə qarşı-qarşıya
gəlirdim.
21.06.2006
tarixində Helsinkidən Şikaqoya uçdum. Şikaqo hava limanında
Obalı bəy məni qarşıladı. Arabasına minib GÜNAZ
TV mərkəzinə yollandıq. Alt qatda restoran
xidmətləri verilir və üst qatda GÜNAZ TV yerləşməkdədir.
Üst qata çıxdıq. Hüseyn Əbdullahi bəy efir otağında
idi. Saleh İldırım isə canlı yayında. Hüseyn
bəylə xoş-beş etdikdən sonra, orada Əyyub
Məhəmmədini də gördüm. Əyyub
Məhəmmədi də Sulduzdandır. Güney Azərbaycanda
hadisələr baş verdikədn sonra başqa bir əyalətdən
qalxmış və GÜNAZ TV-yə yardıma gəlmişdir. Eşq
olsun belə insanlara. GÜNAZ TV millətimizin içində necə
fədakar insanların olduğunu da üzə çıxardı.
Oraya getdikdən sonra gördüm ki, GÜNAZ TV tam bir fədakarlıq
örnəyidir. Mən də bu fədakarlıq tarixinin içində
olduğum üçün özümü xoşbəxt hiss edirdim. Gəcnliyimin
ilk başlarında çox romanlar oxuyardım. Oradaki fədakar
insanların ehsasatına heyran qalardım. Lakin onlar kitablarda idi.
İndi isə gerçək həyatda vətənimiz yolunda böyük
fədakarlıqlara şahid olurdum və gözlərim dolurdu. Düşünürdüm
ki, əgər bu fədakarlıq duyğuları varsa
Azərbaycanın qurtuluşu labüddür. Azərbaycan qurtulacaqdır.
Özəlliklə Hüseyn Əbdüllahi bəy gecəsini gündüzunə
qatmışdı. TV-də yatıb qalırdı.
TV-yə
yardıma gələnlərin hamısının
yeyəcəkləri restoranda təmin olunur. Sadəcə
TV-də çalışanların deyil, hər hansı bir
Azərbaycanlı Şikaqoya uğrayıb çətinliklə qarşılaşsa
Obalı bəyin restoranına uğrayır. Bakıdan 5 qadın
gəlmişdi. İşlərində bir az axsaqlıq var idi.
Orada qaldıqları bir həftə müddətincə restorandan
temin olub ve gecələri də Hüseyn bəyin evində qalırdılar.
Əhməd Obalı bu gün Azərbaycan Milli Hərəkəti
üçün bir fürsətdir. Getdiyim günün sabahısı mən
də canlı yayına hazırlaşacaqdım. İlk canlı
yayın Hüseyn bəy Əbdullahi ilə bir yerdə oldu. Daha
sonralar tək özüm aparırdım. Hər hazırladığım
proqram üçün ən az hər gecə dörd saat məşğul
olurdum. Fikirlərimi bəlli mövzu üzərinə
mərkəzləşdirib və notlarımı alırdım.
Bu şəkildə canlı yayınlarım davam edirdi. Daha
sonra e-mailimə gələn yüzlərcə teşviq
məktubları məni daha da həvəsləndirirdi. Xüsusən
Güneydən gələn e-maillər məni çox sevindirirdi.
Zaman keçdikcə orada teknik işləri də tamamən
öyrənmiş oldum. Bəzən dostları canlı yayına
mən bağlayırdım.
Artıq geri dönmüşəm və evimdəyəm. Ancaq
TV xatirələrim ömrüm boyu unudulmayacaq. Gəldikdən 2 gün
sonra oradaki çalışmalar filan yuxuma girmişdi. Bir otaqda
yerləşir GÜNAZ TV. Bir otaqdan bütün dünyaya, Azərbaycan dünyasına
xitab edir. Milli fədakarlığın nəticəsində
ayaqda duran bu TV Azərbaycan qurtuluş savaşında yeni bir
mərhələdir. Bu TV-nin açılışına və
təsisinə təşəbbüs göstərən Əhməd
Obalı yeni bir tarix yaratdı. Önəmli olan bundan sonrasıdır.
Obalı bəyi yalnız buraxmamalıyıq. Milli təşəbbüsdə
bulunanlara güclü dəstək verilməlidir.
Tampere
01.09.2006