Mübarizənin bir forması

 

ABBAS Atilay

Fransız mütəfəkkiri Jan Jak Russo dövlətin necə yaranma formalarını təhlil edərkən “İctimai müqavilə” nəzəriyyəsini üzə çıxardı. İndiyədək dövlətin yaranma zərurətini ən mükəmməl formada təhlil edən nəzəriyyə hesab olunan “İctimai müqavilə” nəzəriyyəsi mütəfəkkiri lokal fransız kimliyindən alıb kosmopolit bir dahiyə çevirdi.

İnsanları bir-birinin düşməni hesab edən Russonun fikrincə cəmiyyət daim bir-birinə qarşı amansız və yırtıcı qurd simasındadır. Beləki, insanların bir-birinə qarşı təhlükəsizliyini, mülkiyyət toxunulmazlığını təmin etmək üçün bir tənzimləyici mexanizmə ehtiyac var idi. Bununla da insanlar şəxsi təbii haqlarının müəyyən hissəsindən imtana etməklə “İcatimai müqavilə” əsasinda “dövlət” deyilən bir mexanizm yaratmağa müvəffəq oldu. Russo “bundan sonra insanlar rahat yata bilərlər, çünki artıq onları bir-birinin caynağından qurtaran bir mexanizm var” deyirdi.

Russonun “dövlət” mexanizmi yaranmazdan əvvəl cəmiyyət arasında hamı tərəfindən istisnasız qəbul olunan tabular, etik normalar, davranış qaydaları və ən maraqlısı isə gündəlik həyatımızda da tez-tez adını eşitdiyimiz insanların birgə

sanksiyalaşdırdığı cəza tədbirləri-“icatimai qınaq” metodları var idi. Bəzən qüsurlu, bəzən də təsirsiz və nətizəsiz olan bu cəza sistemləri “dövlət” mexanizminin yaranmasına qədər insanlar arasında ən əhəmiyyətli tənzimləyici vasitələrdən biri olmuşdur.

19-cu əsirdə Şimali İrlandiyada ingilis sahibkar Boykotun işçilərin əmək haqlarını qaldırması tələblərinə biganə qaldığı üçün onun yaşadığı şəhərdə cəmiyyət tərfindən təcrid edilməsi və müflisləşərək İngiltərəyə qayıtması (“boykot” termini məhz onun adı ilə bağlıdır), İngilis müstəmləkəçiliyinə qarşı mübarizə aparan Nehrunun insanları ingilis mallarına biganə qalmasına səsləməsi və s.-lər ictimai qınağın “dövlət”-in yaranmasından sonra da mövcud olduğuna və bəzən dinc mübarizə üsulu kimi əhəmiyyətli nəticələr əldə etməyin əvəzolunmaz forması kimi istifadə olunmasına tez-tez rast gəlmək mümkündür...

“İctimai qınaq” və dinc mübarizə metodlarına bizim cəmiyyətdə misal axtarmaq olduqca çətin və cansıxıcıdır. Yalnız siyasi səhnədə deyil, cəmiyyətin bütün sahələrində, ailə quruluşlarından tutmuş, təhsil ocaqlarına qədər, uşaq evlərindən tutmuş yüksək dövlət orqanlarına qədər bu dinc metodlarla cəmiyyətdə inqilab edəbiləcək sahələr və dünya praktikasından seçəcəyimiz kifayət qədər üsullar mövcuddur. Sadəcə bu mübarizə metodlarını tətbiq edəcək müxtəlif ideologiyalar ətrafında birləşən insanların könüllü birliklərinə ehtiyac var, o da ki bizdə yox...Azərbaycan cəmiyyətində tətbiq edə biləcək bəzi dinc mübarizə metodlarından misallar:

1. Fransada Nasist işğalından sonra qurulan Almaniya meyilli “Vitchi”  hakimiyyəti dövründə hakimiyyətin propoqandası rolunda iştirak edən cəmiyyətdə tanınmış adamlara, siyasətçilərə, sənət adamlarına, müğənnilərə, bu riyakar təbliğatı təhsil ocaqlarında həyata keçirən müəllimlərə və cəmiyyətin müxtəlif üzvlərinə qarşı gənclər tərəfindən analoqu olmayan bir mübarizə metodu seçilmişdir. Beləki, əvvəlcədən nəzərdə tutulmuş şəxsi gizli formada yaxlayaraq başlarını qırxır və bu yolla onları cəmiyyətdən təcrid edirdilər. Başı keçəl olmaq artıq hakimiyyətə yaltaqlıq, millətə dönüklük, vətənə xəyanət, nasistçilik anlamına gəlirdi. Qeyri-legitim nasist meyilli “Vitchi” hakimiyyətinə xidmət edən şəxslərə qarşı seçilmiş bu adekvat tədbir o qədər populyar olmuşdu ki, hətta müharibədən sonralar belə çoxları həmin illərdən qalan istehzadan qorxaraq başlarını qırxmazdılar;

2. Məşhur İngiltərənin “Beatles” (Bitils) qrupunun 70-ci illərdə çıxan “Let it be” adlı albomu Avropada və dünyada həmin illərdə ən çox satılan albom sıralarında ilk yeri tutaraq bir rekora imzasını atdı. İngiltərədə olduğu kimi başqa ölkələrin də əyləncəli radiolarında ən çox dinlənilən və arzu edilən mahnılar həmin albomun mahnıları olduğundan artıq “Beatles” qrupunun üzvlərini yalnız yaşadıqları Liverpul sakinləri deyil bütün dünya tanımağa başlamışdı. Heç təsadüfi deyil ki, təkcə B. Britaniyada həmin albomun 2 mil. nüsxəsi satılmışdı...Amma bu albomun gətirdiyi sevinc çox sürmədi. Beləki, qrupun üzvlərindən Con Lenon London radiolarının birində aparıcının albomla bağlı sualına “Artıq biz Hz İsa peyğəmbərdən daha artıq məşhuruq” cavabını verərək dinləyiciləri və qrupun fanatlarını şok etmishdi. Amma fanatların adekvat tedbiri daha gözlənilməz olmuş və qrupun adını yenidən media manşetlərinə çıxartmışdı. Beləki, bütün dünyada “Beatles” fanatları 1 mil-a qədər həmin albomun nüsxələrini nümaişkaranə yandırmışlar. Sonradan qrup üzr istəməyə məcbur olsa da, bir cümlə məşhur qrupa baha başa gəlmişdi;

3. Fransada bir neçə tələbənin polis tərəfindən həbs edilməsi bütün Fransanı, sonra isə Avropanı lərzəyə gətirən “68,MAY” tələbə hərəkatının əsasını qoydu. Beləki, Fransa ordusunun Vyetnama hərbi müdaxiləsinə müxalif 5 tələbə divarlara anti-müharibə plakatları və şəkilləri yapışdırarkən polis tərəfindən həbs edilmişdi. Bir neçə gün sonra isə həmin tələbələrin oxuduğu Sarbonna Universitetinin İntizam komitəsi insidentdə adı hallanan tələbələrlə bağlı toplaşarkən Universitet tələbələr tərəfindən işğal edilmiş, ardından bir neçə universitetin də bu aksiyaya qoşulması nəticəsində Universitetlərdə (əslində isə cəmiyyətdə) geriçilik və yaşlı təfəkkürə, bürokratiyaya qarşı Ümümfransa tləbə qiyamı baş vermişdi. May ayının ortalarında tələbə hərəkatına Fəhlə Həmkarları İttifaqı da qoşulduqdan sonra hakimiyyəti daxili siyasi böhrana salan ümümfransa tətilləri başlamış və qısa müddətdə tətilçilərin sayı 15 mil-a çatmışdı. 1968-ci ildə fransız tələbələrin başlatdığı inqilabi tələbə hərəkatı tariximizin ən uğurlu və mütəşəkkil tələbə hərəkatı olmuşdu. Bir neçə tələbənin başlatdığı bu yenilikçi hərəkatın Fransanı qısa müddətdə bürüməsi onların seçdiyi mübarizə metodlarının sayəsində idi. Onlar mübariz fikirlərini xalqa, xüsusən də gənclərə çatdırmaq üçün birbaşa kontaktlardan, divar yazılarından, divar qəzetlərindən, afişalar, karikaturalar, fəhlələrə ünvanlanan bülletenlərdən, bildirişlərdən, hətta qaçaq radiodan da səmərəli istifadə edirdilər. Amma bu metodlardan ən effektlisi təbii ki, divar kağızları və afişalar hesab olunur. Fransanın müharibə vəziyyətində olmsı ilə əlaqədar olaraq KİV-in dövlət nəzarəti altında qalması gənc tələbələri öz təbliğat informasiyalarını kütləyə sürətlə çatdırmaqda bu vasitələrdən istifadəyə sövq etdi. Nəticəsi isə böyük oldu. Maraqlısı burda idi ki, bəzən bu divar kağızlarının, afişaların müəllifləri yenilikçi tələbələrlə həmfikir olan elə gənc müəllimlərin özü idi. Həmin divar afişalarından bəziləri: “Ey müəllimlər, siz elə sahib olduğunuz mədəniyyət (kultur) qədər köhnəlmisiniz”, “Diqqət! Diqqət! Radio yalan danışır...”, “Hər şey mümkündür, qadağaya qadağa”, “İnqilab səni sevirəm”, “Polisin mediaya nəzarəti evimizə və ailemizə  nəzarətdir” və s...

Yuxarıdakı abzasın sonuncu cümləsi bizim cəmiyyət üçün necə də uyğun gəlir. Elvin Toflerin “Medianı idarə edən cəmiyyəti idarə edir” sitatının bənzəri olan belə cümlələrin mahiyyətini biz nədənsə anlamırıq. Çünki bizdə hər şey bir başqasından kopyalamadır, plaqiyatdır. Bunu asanlıqla edə bilirk, sadəcə normal cəmiyyətin düşüncə tərzini, təfəkkürünü, real hərəkət mexanzmini kopyalaya bilmirik. Dahi Russonun da “İctimai müqavilə” əsasında təhlil etdiyi “dövlət quruculuğu”-nu (statement) kopyaladıq, sadəcə kopyaladıq-mahiyyətinə və məzmununa fikir vermədən. Başa düşmədik ki, (indi də düşmürük) Russo təhlilinə bir ömür həsr etdiyi “İctimai müqavilə” ilə insanları inandırmağa çalışırdı ki, dövlət sənin məhsulundur və sənə xidmət etməsi üçün SƏN onu yaratmısan.

Kopyalaya və olduğu kimi tətbiq edə bilmədiyimiz bir şey də var: Vətəndaş Cəmiyyəti, normal cəmiyyətin “ictimai qınağı” və “dinc mübarizəsi”. Çünki bizdə topluma “cəmiyyət” demək olmur. Normal toplumlar məlum iqtisadi formasiyaları birər-birər yaşayıb, hər formasiyada müəyyən düşüncə və təfəkkür əxz edərək müasir dünyada qlobal cəmiyyətin bir hissəsinə çevirilsə də, bəzi Şərq xalqları kimi bizlər də heç bir tarixi formasiyanı tam yaşamadan (ibtidai icma quruluşu istisnadır) müasir qloballaşan “dünya ailəsi”-ndə lokallıqdan yaxa qurtara bilmir və doya bilmədiyimiz formasiyaları lokal olaraq yaşayırıq. Asanlıqla görə bilərik ki, Azərbaycanın qərb hissəsi, xüsusilə NMR quldarlıq quruluşunu, aran hissələr feodalizm dövrünü, sənayenin təmərküzləşdiyi paytaxt isə “vəhşi kapitalizm”-in ilkin epoxasını xarakterizə edir. Əgər Qərb cəmiyyətini ideologiyalar “parçalayıb” onu spesifik formada inkişaf etdirir, cəmiyyəti rəngləndirirsə, həmin missiyanı bizim toplumda yuxarıda qeyd etdiyimiz müxtəlif formasiyalara uyğun qeyri adi düşüncə tərzi həyata keçirir. Əgər belə olmasaydı “kim eşşək , biz də ona palan”, “bacarana baş qurban”, “dünya yağlı bir quyruqdur, əhsən onu yeyənə” kimi orta əsrlərin Azərbaycanını xatırladan zərb məsəllər indi də dilimizin əzbəri olmazdı.

Məhz buna görə də yuxarıda müəyyən dövrlərdə baş vermiş dinc mübarizə metodları bizim üçün sadəcə misal olaraq qalacaq. Bəli, biz heç vaxt hakimiyyətin propoqanda və təbliğat maşınının hissələri olan fərdlərin, qrupların - sadə “zəhmətkeşdən” tutmuş tanınmış müğənnilərə qədər bir çoxlarının başlarını qırxıb cəmiyyətdən təcrid edə bilməyəcəyik. Bəli, “İt is time”, “Satisfaction”, “Stairway to Heaven”, “YOX”, “Mən Şərəm” kimi mahnıları deyil, gic-gici mövzular üzərində “palatka” mahnıları oxuyan müğənniləri boykot edə bilməyəcəyik. Çünki bizi fransız “68, may”, Tiananmen meydanında bir gündə 7 mini kommunist hakimiyyəti tərəfindən güllə-boran edilən Pekin tələbələrindən-gənclərindən çox şeylər ayrır. İnanmırsınız? Onda siz deyin, hanı universitetlərimizin divarlarında  “Cənab müəllimlər, Rədd olun!!! Sizdən bezmişik...” şüarı yazan, rektorun tələbələr tərəfindən seçilməsini istəyən bir neçə gəncin “68, may”-da olduğu kimi rektora zərfin içində geyinmiş alt paltarları poçtalayan tələbələri? Göstərin mənə 89-cu ildə daha çox demokratik azadlıqlar istyən çinli gənclərin Tiananmen meydanındakı nümaişini dağıtmağa gedən tank kamvoyunun qarşısında duraraq trafiki durduran 19 yaşlı tələbənin Azərbaycandakı prototipini...Bacarmazsınız, bəylər...Çünki biz onları hələ kopyalaya bilməmişik...