Mənim

 

quş deyiləm göydə uçam

sürüncək dək derdə qaçam

alışıram ışıq saçam

bu da varlığımdır mənim.

 

baxarsan dildaşım çoxdur

kimliyiylə işi yoxdur

özgələrə olub doqtur

dilsiz sızlar yaram mənim.

 

yandırırlar varlığmı

tökürlər suya külünü

bilməz Kuruşa övünü

bu da bir ağrımdır mənim.

 

onun bunun qoltuğna

gedip qısılıp sığınar

varlığın keçmişin danar

bu da bir qayğımdır mənim.

 

hər nəyi olmuş istəyir

saqqız dək kimliyin çeynir

özgənin dilində deyir:

“yer də mənim göy də mənim”.

 

düşünməz öz varlığına

çəkmə dək geyilər qana

soydaşların özgə sanar

bu da bir ağrımdır mənim.

 

söz açmıram bir çiçəkdən

orman yandırılır kökdən

faşismə sən quyruq olsan

ağlar gözüm dilim mənim

ulus diyə elim mənim.

 

Göttingen 07.04.1994

 

Işıq Sönməz