Güntay Gəncalp
Məlihə
Əzimpur***
Modernizmin beşiyi,
doğub və evrim1
evrə2lərini
yaşadığı, daha sonra öz antitezi olaraq bilinen
postmodernizmi ortaya qoyduğu yer Batıdır. Batı ulusları
həm sənətin çeşidli dallarında, həm də gerçək
yaşamda modernizasion sürəcini denemişlər. Sənət evrən3inin
dayanağı düşdür. Düşsüz sənət olamaz. Gerçək
yaşamın da bir ucu əslində düşlərin giz dolu dünyalarında
saxlı. Düşlərin qatqısı yoxdursa yaşantı
bəlkə bir ağacın yaşamına bənzər. Deyil,
ağacın yaşamına bənzəməz, çünkü ağaclar
da dalğın yaratılış. Ağaclar da düşlərə
dalarlar. Bəlkə bir kökündən qoparılmış ağacın
yaşamına bənzər. Düşlərindən ayrı düşmüş
ağac. Ya soyundan ayrılmış və qovuşma özləmi
ilə inləyən ney kimi:
Dinləyin! Ney
çün hikayət eyləyir
Ayrılıqlardan
şikayət eyləyir
Ta neyistandan qoparıldım
o gün
Məndə ağlar
oldu insanlar bütün
Kim ki əslindən
uzaq oldu uzaq
Əslə
vəsl için edər daim soraq...*
Sonsuz düşlərin
dərinliyindən yoğrulan gözəllik əngin duyğularla
iç içə girib insan bilincində halə bağladığında
yır4
yazmaq, daha doğrusu varlığa axış eyilimi ortaya çıxar.
Ussalığın5
ürünləri ilə düşlərin giz dolu iç içə
girməsinin musiki biçimində yoğruluşu olaraq adlandıralım
bu tinsəl6.
çalışmalar bütününü. Eskilərdə insan tinindəki oluşumların
biçim7səl
ifadəsi söz konusu idi. Örnəyin heca və ya əruz
vəznində ifadə olunurdu. Yalnız dış dünyanın
bir biçimsizlik, sonrasızlıq içində olduğu kimi iç dünyanın
da biçimsiz sonsuzluğu söz konusudur. Modern yır isə biçimsiz
bir gerçəkləşim istər. İnsanın iç dürtüləri8
də buna zorlamaqdır əslində. Evrim bir doğruluqdur.
Evrim olmasaydı insan bezərdi, kəndinə qıyar, intihar
edərdi. Evrim, sonsuzluğun zamansallıq içərisində gerçəkləşən
görüntüləridir. Biçimsizliyin biçimlənmə sürəcidir
evrim. Yalnız biçimsizlik biçimə sığmadığı
üçün evrim sürüb gedər. Gözlərinlə dinlər, qulaqlarınla
görərsen. İştə Batıda ortaya çıxan bu
gərəksinimin zamanla Doğuya axışını gördük.
Modern yır haqqında bir çox insan bilgi birikdirdi. Yalnız bu
modernizmin bilgi olaraq deyil, sənət olaraq gerçəkləşiminə
kəndi dilimizdə tanıq olamadıq, ya da daha az tanıq
olduq. Gerçəkləşim isə sənətsəl
ifadəsini bulmayınca estetik bir olqu deyildir.
Sənətsəl olqu, qavrayıcılıq olanaqlarını
dərinləşdirmiş, duyumsal özümsəyiş
yetənəklərini genişlətmiş özgür tinlərin özgünlük
uğruna çabalarının ürünüdür. Son zamanlar bu
eyləmlərə sənət dalında tanıq olmaqdayıq.
İştə törələrin, dinlərin kuşatmasında
bulunan bu gərəksinimin(zərurətin) biçimsiz dışa
vuruşu bir sorun. Yalnız bu sorunu aşan bir özgür qadın
tini var: Məlihə Əzimpur.
Var olanın arxasında,
içində olan başqa bir oluşu da görmək, ya da görüntünün
qabığını soyub, söküb saxlını görmək
və göstərmək bəlkə bir şarkı, bir rəqslə
mümkün ola bilər. Biçimsizlik iştə bu. Modern yır biçimsəlləşmişliyi,
görüntülüyü sevməz. Ölümlü olanlar biçimsəldir. Olumlu
olanlar sonsuzdur. Qısqanclıq ölümlüdür, gözəllik olumlu. Bu
üzdən də olmulu olan ölümlü olanı deyillər9.
Ey...məni
qısqanan qadınlar!
O
qədər gözəldir ki gözləriniz
Günəş
güzgüsüdür sankı
Gözlərinizi gördükcə
gözəlləşirəm
günbəgün
Deyilləmə
evrim yasası. Dar iç evrənin öz yapısı üzərində
genişləməsidir. ...gözəlləşirəm günbəgün
isə bu evrim evrələri. Yalnız bu evrələrdə
deyillənən əngəllərdir. Qısqanclığı
qadınların yanağından sil və orda özünü bul.
Ən
gözəl varlıq belə kullanışdan yoxsun buraxılarsa
kötülüyə sevq eder. İnsan isə yüksək bir yaratılış
olaraq, içinə və dışına uzanan yollar tıkandığında
daha tez özünə zərər verər. Çünkü insan kainat kimi
yalnız bir doğrultuda devinimdə10
deyildir. İnsanın içindəki devinimə nədən olan gücə
əngəlləmə yarandığı zaman o sonrasızlık
içərən olanaq kötülüyə eyilimlənər. Kötü duyğular
kullanışsızlığın ürünləri. İnsan
ən dəyərli varlıqdır. Bu dəyərli varlıq
Tanrıya aid olmur. Tanrı ilə eşit olaraq evrəni bölüşür.
Ancaq ən sonunda bütün evrəni Tanrıya buraxib və
səni seçir. Sen çox önəmli. Çünkü
səndə mən də var, evrən də, Tanrı
da.
Dünən,
Tanrıyla bölüşürdük varlığı.
Yeri, o götürdü
göyü
isə mən.
Sən, ortada görününcə
göyü
bağışlayıb
səni
götürdüm..
Sən
mənin varlıq
nədəni. Mən mənliyini bütünü ilə öz içində
barındırmaz. Mənin uzantısı
səndədir. Məni toparlayan, toplayan da sən
olur. Sənsiz özə dönüş olanaqsızdır:
Səndən
dönürəm
özümə vara bilməmişəm hələ...
Məni
topla içimə!
Tinsäl yaşamın
dayanaqları var. Yalnız bu dayanaqlar soyutdur11,
somut12
deyildir. Düşüncənin
anlata bilməyəcəyi dayanaklar. Bu dayanaqlar itirildiyi zaman içimizdə
və dışımızda bir şeylərin devrildiyini görürük,
duyuruq. Sarsılış bizi boşluğa sürükler. Varlıq
içimizdən, dışımızdan itirilmiş olur. Bu sarsılış
heçliyi ifşa edər. Sasılışın ifşa etdiyi boşluğa
sürükleniş bir sürec olarak gerçeəkləşər, ancaq bu
sürəc hiss edilməz. Yalnız bir an içində tinin dayanaqlarının
uçurulduğunu duyarıq. Dərin bir iç sıxıntı içərisində
içimizin və dışımızın boşluq qatından işğal
edildiyinə tanıq oluruq. Özümüzü savunacaq bütün dayanaqlar da
bu ortamda uçurulmuşdur. Sarsılışın içində qıvrılıb
duran, itən varlığımız. İnsanın öz içində
burxulması, yıxılması tinin dayanaqlarının uçurulması
ilə gerçəkləşer. Tin(ruh) öz dayanaqlarını
yenidən özü onarar. Biz sarsılışın yaratdığı
boşluqdan geri dönürük. İtgin mən geri dönür. Heçlikdən
varlığa doğru bir axışa yavaş yavaş tanıq
oluruq. Heçlikdən varlığa axış görünsə də,
heçliyə uğrayış, heçliyə yuvarlanış görünməz
bir sürətlə olur. Dünya mənə dar gəlir
dediyimizdə boşluq bizi sarmış, sarsılmışıq
deməkdir.
Bütövlüklə
şaşırmışam boşluğuma
yenə
sən, dəlirtən bir duyğu kimi
Dol-boşala
başlayıbsan ürəyimdə
....
ən anlamsız kabuslara yeyilirəm
və hep sayıqlayıram:
Hardasan
ay itgin mənim
səni hansı oğru çaldı mənliyimdən
-
məni
hansı...?!
*****
Məlihə Əzimpurun
yaradıcılığında önemli yer tutan konu həm də
onun Türkcəni yeterincə özümsəməsidir. Nər
qədər dil o qədər də düşüncə, o
qədər duyğu, o qədər düş(xəyal). Dil yalnızca
yaradılmış yapıtın nitəliyini
sərgiləməz, həm də yaradanın kişiliyi
ilə ilgili ip ucları verər. Çünkü dil öyrənilən bir
yöntəm deyildir, yaşanılan bir yöntəmdir(sistemdir).
İnsanları dilinə görə, dilinin biçəminə12
görə dəyərləndirmək mümkün. Yazınsal13
yapıtın14
estetik özəlliyini, gözəlliyini sağlayan dildir. Məlihə
Əzimpurun yazınsal yapıtında dilin görünən
sorunsallığı (gramatolojik problem) söz konusu deyildir.
Həm də görünməyən sorunsallıq, yəni duyğu,
düş, düşücə ənginliyi Türkçənin geniş
olanaqlarına dayanaraq gerçəkləşmə çabası içində
kimi görünməkdədir. Adını unutduğum bir Batı
yazarından bir söyləm yadıma düşür: Yapıtlarımda
kullandığım bəzi sözcüklərin anlamını
bilmirəm, onlarla ilişki qura bilmirəm deyir. Anlaşılan
bu ki, insan düşü, düşüncəsi dilin sınırlarını
zorlaya bilir. Martin Haydger Alman dili fikirlərimi ifadə edə
bilmir, bir şeylər eksikdir deyir, sonra da yeni sözlər ürətir.
Bu sözlər daha sonra Haydger fəlsəfəsinin şifrələrinə
dönüşdü. Düş, duyğu dilin sınırlarını
zorladığında dil də özünü doğmaq, doğurmaq
zorunda qalar. Dilin sınırları genişler. Dildəki biçəm
yazarın iç gözləmlərinə dayanmaqda. İç gözləm
bireyə özəl bir olqu və oluşumdur. Dili bireysəl
anlamda alqılama, özümsəmə də burdan qaynaqlanmaqda. Var
olanın yaratıcı bireyin tinsəl yapısına görə
özümsənişi olaraq adlandıralım bunu. Çünkü dil həm
də yaratıcı üçün estetik bir nəsnədir. Dillə
yalnız dış dünyanı alqılamarıq, həm də
iç dünyanın sınırlarını bəlirlərik.
Dilimizdə bir deyim var: Bu söz mənə bətər yer
elədi. Çox doğru bir deyim. Sözlər öncə söyləyənin
iç dünyasında özünə yer edər, daha sonra da
dinləyənin iç dünyasında yeləşər. Söz söyləyənin
harasından qoparsa dinləyənin orasına
gedər. Yalnız bu hara sözü çox önəmli. Hara bir
məkandər. Hər kəsdə eyni məkanlar olmaz. Anlaşılmazlıq
da burdan başlar. Dərin bir iç məkandan gizli şəkildə
qopan bir söz eyni məkanı tapa bilməzsə, yerləşə
də bilməz. Çağdaş yır türünün əsrarəngizliyini
geniş şəkildə mənimsəmiş Məlihə
Əzimpur bəlkə zor anlaşılar, önəmli olan onun
özünə özgü sənətsəl yaşamı və bu yaşamın
yazınsal biçəmini bulmasıdır.
***
. Məluhə
Əzumpurun yırları *şeirleri bu sitədən alınmışdır:
http://www.dalgam.com/melihe.htm
1
. Evrim-təkamül
2
.Ervə- mərhələ
3
. Evrən- kainat, dünya
*
. Mevlana.çevirən G.G
4
. Yır-şeir
5
. Us-ağıl,
ussallıq- ağıllılıq, zəkicilik
6..
Tin-ruh, tinsəl-ruhi
7
. Biçim-form,
şəkil
8
. Dürtü- təhrik, iç dürtü-psikolojik təhriklər
9
. Deyilləmək-inkar etmək kimi. Ancaq inkar etmek degil.
İnkar tamamən var olanı yox eder. Deyilləmək
isə var olanın əksikliklərini ortadan qaldırar.
10
.
Devinim-hərəkət
11
. Soyut-mücərrəd
12
. Somut-müşəxxəs
12
. Biçəm-üslub
13
. Yazınsal-
ədəbi
14
.Yapıt-əsər