2006-ci
ilin Avqust ayinda Berlin şəhrinin
Parlamentində tərtib olan
"Iranda
Millətlər və Milli azlıqlar" konferansinin başlanğıc
məruzəsinin tercüməsi
Hörmətli
xanımlar və cənablar,
Berlin
şəhərindəki Alman-Azərbaycan Akademiklər Birliyi
adından Sizi İranda "Millətlər və milli azlıqlar"
mövzusunda keçirilən konfransda salamlayırıq.
Mən
sevinirəm ki, İranda yaşayan millətlərin siyasi təşkilatlarının
çoxsaylı nümayəndələri bu konfransa yığışmişlar.
Hamiya
məlumdur ki, İranda elementar insan hüquqları pozulur. İranda
fikir və toplaşmaq azadlığı yoxdur. Tənqidi fikri
olan jurnalistlər, həmkarlar ittifaqlarının nümayəndələri
və insan hüququnun müdafiəçiləri izlənir, həbs
olunur və işgəncələrə məruz qalırlar.
Qadınlar qanun tərəfindən və cəmiyyətdə
kütləvi surətdə diskriminasiyaya məruz qalırlar. Iranı
dəyərləndirərkən, ümumi əhalinin ancaq bu siyasi
əzilməsini ölkənin gələcəyinin proqnozu üçün
yeganə amil kimi qələmə vermək böyük bir səhv
olardı. Iranın gələcək inkişafında daha mühüm
rol oynaya biləcək başqa bir amil mövcuddur. Bu İranda
milli etniklər amilidir. Mən İran azərbaycanlısıyam,
adım Əhməd Ümid Yazdanidir, Alman-Azərbaycan
Akademiklər Birliyinin sədriyəm. Mən tədbirin aparıcılığını
öz üzərimə götürürəm.
Jurnalistlər,
siyasətçilər və bu günkü mövzu ilə maraqlanan digər
şəxslərlə müzakirələr zamanı belə
nəticəyə gəldim ki, İranın etnik tərkibi haqqında
bir çoxlarının məlumatı yoxdur. Iran və İranlılar
haqqında danışarkən çoxları etnik
cəhətdən homogen olan fars milləti haqqında düşünür.
Gerçəklik isə bundan tam fərqlidir.
Iran
əhalisi bir çox Millətlərin külliyyatından ibarətdir:
azərbaycanlılar, kürdlər, beluçlar,
ərəblər, türkmənlər, Xorasan türkləri, qaşqayi
türkləri , lorlar və başqa kiçik etniklər. Deməli,
İran çoxmillətli ölkədir. Iranın milli tərkibi haqqındakı
rəsmi məlumatlara çox ehtiyatla yanaşmaq lazımdır.
Rəsmi mənbələrə görə İran əhalisinin
51% farslardır. Əslində isə bu rəqəm
göstərildiyindən daha kiçikdir. Etniklərin faiz
nisbəti haqqında ancaq ehtimallar irəli sürmək olar, çünki
bu haqda etibarlı hesablamalar yoxdur. Azərbaycanlılara
gəldikdə mənbələr 25-30 milyon əhalini göstərir
ki, bu da ümumi əhalinin 35-40% təşkil edir.
Irandakı
millətlərin vəziyyəti nə yerdədir? Bu sualın
vahid cavabı yoxdur. Ancaq demək lazımdır ki, qeyri-fars
millətlər ümumi siyasi təzyiqə məruz qalmaqla yanaşı,
onların dili və mədəniyyəti də əzilir. Iranda
millətlərin əzilməsi Riza şahın hakimiyyəti dövründə
1925-ci ildə Pəhləvi sülaləsi tərəfindən
araya gətirilən fars milliyyətçiliyi ilə sıx əlaqədardır.
Bu milliyyətçiliyin Hitler dövründəki alman milliyyətçiliyi
ilə bir çox oxşarlıqları vardır. Başqa
irqlərdən üstün olan Ari hakim irq ideologiyası fars
milliyyətçiliyinin əsasını təşkil etmişdir
və hal-hazırda da etməkdədir. Riza şah və onun oğlunun
hakimiyyəti illərində Azərbaycan turkcəsi ictimai dil
kimi qadağan edildi, 1945-ci ildə ilk dəfə olaraq
Azərbaycan ədəbiyyatı kitabları kütləvi
surətdə yandırıldı. Geniş assimilyasiya proqramları
tərtib və tətbiq olundu. Azərbaycanlıların,
eləcə də başqa millətlərin mədəni-etnik
əzilməsi bir millət, bir dil, bir irq şüarı
altında indi də davam etməkdədir.
Mərkəzi
hökumətin assimilyasiya siyasəti 4 metoda əsaslanmışdır:
Azərbaycanlıların
assimilyası metodu İranın Azərbaycan əhalisinə artıq
çox güclü təsir göstərmişdir. Bunun nəticəsi olaraq
bir çox ictimai idarələrdə və siyasətdə çalışan
bir çox azərbazcan-türkləri öz mənşə və
dillərini tamamilə inkar edirlər.
Hörmətli
xanımlar və cənablar,
İranda
ana dilində məktəbi olmayan 30 milyon azərbaycanlı yaşayır.
İranda yaşayan azərbaycanliların 95 %-i öz ana
dillərinde savadsızdırlar. Ana dilində film, televiziya
və teatr kimi təbii olan şeyler İran azərbaycanliları
üçün təsəvvür edilməzdir. Azərbazcan valideynləri
öz uşaqlarına Türk adları verə bilməzlər.
İranın
paytaxtı Tehran şəhərində 12 milyon əhali yaşayır.
Rəsmi statistikaya görə Tehran əhalisinin yarısından
çoxu azərbaycanlılardır. Bunlar şəhərlərinin
iqtisadi baxımsızlığa məruz qalması
nəticəsində Tehrana və başqa fars şəhərlərinə
getməyə məcbur olmuş azərbaycanlı köçkünlərdir.
Bu milyonlarla insan üçün öz ana dillərində radio və
televiziya proqramları mövcud deyildir.
2006-cı
ilin may ayının 12-də İran İslam rejiminin rəsmi
informasiya orqanı olan İran qəzetinde İranda yaşayan
azərbaycanlılar acından qırılmalı olan
tarakanlar adlandırılmışdır. İranda
azərbaycanlıların həşarat adlandırılması
İranın Azərbaycan əyalətinin bir çox şəhərlərində
kütləvi dinc etirazlara və nümayişlərə gətirdi.
Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Marağa, Xoy,
Mərənd, Maku və s. şəhərlərdə hər gün
yüz minlərlə azərbaycanlı fars irqçiliyinin
həqarətli damğalarına qarşı nümayişə çıxdı.
Nümayişçilər onların mədəniyyətinə və
dillərinə olan təzyiqə son qoyulmasını, uşaqları
üçün ana dilində məktəb və ana dilində kütləvi
informasiya vasitələri yaratmaq hüququ tələb edirdilər.
Nümayişçilər öz xalqlarının mədəniyyət
baximindan öz müqəddəratını təyin etmək hüququnun
tanınmasını, Azərbaycan əyalətlərinin
iqtisadi baxımsızlıgına son qoyulmasını teleb
edirdilər. İran rejimi azərbaycanlıların demokratik
tələblərini zorakı polis və hərbi
vasitələrlə yerindəcə boğmağa çalışdı.
Minlərlə dinc nümayişçi həbs edildi, nümayişçilərin
çox hissəsi İran silahlı qüvvələrinin açdığı
atəş nəticəsində öldürüldü, çox insan yaralandı.
Etiraz nümayişlərində iştirak etmiş təxminən
40 nəfər tanınmış azərbaycan yazıçısı,
sənət adamı, mədəniyyət xadimi və ziyalısı
hal-hazirda həbsdədir ve aclıq elan etmişdir.
Xanımlar
və cənablar,
bu
gün İranda yaşayan Millətlərin müxtəlif siyasi
təşkilatlarının nümayəndələri öz xalqlarının
vəziyyətini təsvir etmək və vəziyyətdən
çıxış yolu haqqinda fikirlərini müzakirə etmək
üçün burada yığışmışlar.
Sonda
birliyimiz və bütün iştirakçılar adından konfransın
burda keçirilməsinə imkan yaratmış Berlin nümayəndələr
məclisinə təşəkkür edirəm. Eləcə
də İranda milli siyasi təzyiqə və irqçiliyə qarşı
demokratik mübarizəmizi dəstəkləyən insan hüquqları
təşkilatlarına, müxtəlif siyasi partiyaların nümayəndələrinə
və bütün demokratlara öz təşəkkürümü bildirirəm.
Diqqətinizə
görə çox sağ olun!
Berlin. 5. Avqust
2006
Azərbaycan-Alman Akademiklər
cemiyyətinin sədri
Prof. h.c. Əhməd
Ümid Yəzdani