Sayin soydashlar,
Agdam sheherinin ishqal olunmasi
gunu munasibeti ile, 22 iyul 2006 tarixinde
Stockholmda, ermeni ishqalchiliq ve terrorchuluguna etiraz olaraq,
Stockholmda
yashayan azerbaycanlilarin etiraz-aksiya komitesi terefinden mitinq
kechirildi.
Kechirilen mitinqden qetnameler
(Azerbaycan turkcesinde, ingilizce, isvechce ve
rusca), foto-shekiller ve
video-lenti nezerinize chatdiririq.
Hormetlerimizle,
Stockholmda yashayan azerbaycanlilarin etiraz-aksiya komitesi
P.S. Shekil ve qetnameni qoshmadan, video-lenti ise bu linkden
yuklemenizi rica
edirik http://www.azadtribun.net/Dekoment21.wmv
AĞDAM erməni terrorizminin qurbanı
23 iyul 1993. Erməni hərbi qüvvələri
tərəfindən Ağdam şəhərinə hücümdan,
yerli sivil azərbaycanlı əhalinin oradan sürgün salmasından
və qəddarcasına öldürülməsindən, tam 13 il keçir.
1154 km sahədən ibarət Ağdam şəhəri,
Azərbaycan Republikasının ayrılmaz hissəsi olan Qarabağın
tam mərkəzində yerləşir. Erməni hərbi qüvvələrinin
Ağdama hücümu nəticəsində şəhər yerlə
yeksan edilmiş, 122 kənd, 24 446 yaşayış binası,
48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası,
65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı,
1 teatr, 3 məscid və 2 muzey, yandırılmış və
tamamən məhv edilmişdir. Erməni terrorçuları, uşaq
və böyük, qadın və kişiyə fərq qoymadan,
vəhşicəsinə insanlarımızı qətlə
yetirmişlər.
Erməninstan dövlətinin bu
əməli, bəşəriyyətə qarşı ən yüksək
dərəcəli cinayətdir! Bu, insaniyyətə ziddir! Bu,
bir faciədir!
Bunlardan əlavə, erməni
hərbi qüvvələrinin təcavüzündən xilas tapan
azərbaycanlılar, bu gün Azərbaycan Republikasının 48 bölgəsində
yerləşdirilmiş çadır-şəhərciklərində
yaşamaqdadırlar. 13 ildir ki, onlar, doğma yurdlarına qayıtmaq
həsrətindədirlər. Onlar hələ də gözləyirlər,
bu ümidin bir gün həyata keçəcəyi arzusu ilə. Onlar, Dağlıq-Qarabağ
münaqişəsinin həll olunmasını, Azərbaycana qarşı
erməni təcavüzünə son qoyulmasını və
Azərbaycan Respublikasının ərazibütövlüyünün bərpa
olunmasını gözləyirlər.
Stockholmda yaşayan
azərbaycanlılar olaraq, bugünkü mitinqimizin məqsədi, günahsız
qaçqınlarımızın istəkləri ilə
həmrəyliyimizi bildirmək, Ermənistan təcavüzünü
və Ağdamın işqalını məhkum etməkdir.
Məhz buna görə, dünya ictimaiyyatına, İsveç dövlətinə
və özünü insansevər hesab edən hər bir şəxsə
müraciət edərək, Azərbaycan xalqının terrorizmə
qarşı mücadiləsinə dəstək vermələrini,
Ermənistan terrorçu dövlətinin təcavüzünü məhkum
etmələrini, 1.2 milyondan artıq Azərbaycan insanının
öz doğma yurdlarına Ağdamına, Qarabağına qayıtmalarına
kömək etmələrinə onlardan rica etməkdir. Terrorizmi
və Ermənistan terrorçu dövlətinin işqalını
məhkum etmək, hər bir insanın borcudur!
Ağdama azadlıq və
Ermənistan işqalçılığa son qoyulması arzusu
ilə,
Stockholmda
yaşayan azərbaycanlıların
etiraz-aksiya komitəsi
Stockholm,
21 iyul 2006
