Işıq Sönməz

 

Dağlar!

 

Misiriqılınc belimdədir

Istəyim göz önündədir

Sormazsan diləyim nədir

Gələm sizi görəm dağlar.

 

Verəlim çiyin çiyinə

İşlər düşməsin düyünə

Başarıqda el sevinər

Başarmazı başar dağlar.

 

Başınızdan atın qarı

Yalnız düşünün ilqarı

Axaraq elimə sarı

Gələm sizi görəm dağlar.

 

Bürünün siz qızıl qana

Ağır günlər çatsın sona

Eli üçün vuruşa

Gəlin olaq ayaq dağlar.

 

Baxmayaraq sağa sola

Daraqlayaq qolu qola

Basqın ölkədən yox ola

Çiçəklənib gülək dağlar.

 

Yox olsun sizdən duman çis

Gələcəyə buraxaq iz

Gələnlər getsin yolu düz

Yol göstərən ərən dağlar

Yaşadıcı qalan dağlar.

 

Durumlu dözümlü dağlar

Geyimli keçimli dağlar

Buxumlu biçimli dağlar

Gələm sizi görəm dağlar.

 

İçimdə ürəyim dağlar

Od tutub ətəyim dağlar

Yanar qalıb közüm dağlar

Danışanda sözüm dağlar.

 

 

Alman/Göttingen/ 25.01.1996