Rəşiddəddin
Fəzlullah Həmədani
Tərcümə
edən: Güntay Cavanşir
Sulduz
qövmü*
Sulduz
qövmdən bir çox əmirlər çıxmasına baxmayaraq, biz
daha çox məşhur və Çəngiz Xanın xidmətində
olanlar haqqındaki hikayələri və bilgiləri verməklə
yetinəcəyik.
Çəngiz Xan gənc olduğu zaman Tayçıot qövmü onunla
muxalifət edirdi. Bir gün Çəngiz Xan önəmli bir iş üçün
yola düşmüşdü. Yolda öz-özünə hərəkət
edən bir daşa rastlandı.Çəngiz Xan düşündü ki,
burada bir uğursuzluq olmalıdır. Yola davam
edib-etməməsi barədə tərəddüd etdi. Sonunda
yoluna davametmə qərarı aldı. Çəngiz Xan bu yolçuluğunda
xoşagəlməz hadisə ilə qarşılaşdı.
Onun düşməni olan Tayçıot qövmünün padşahı
Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə
ağacla bağladı. O zaman əsir düşənləri
derhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında
bir qoca qarı var idi. Tayçu qövmündən olduğu üçün ona Tayçu
İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən
idi. Ancaq ərinin adı bəlli deyil.
O qoca qarı daima Çəngiz Xanın saçlarını darayır
və ona xidmət edirdi. İki ağac şaxəsi arasında
qalıb yaralanan Çəngiz Xanın boynunun yarasına
məlhəm qoyur və ağacların altına keçə
yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çəngiz
xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa
başlayır. Yaxınlarda böyük bir navur (göl) var idi. Çəngiz
Xan özünü bu navura atıb elə gizləndi ki, onun
bədənindən sadəcə burnu görünürdü. Tayçıot qövmü
onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğu´nun
atası Surğan Şirə atası Sudun Noyan´la o civarda yaşayırdı.
Birdən Surğan Şirənin gözləri Çəngiz Xanın
mübarək burnuna sataşdı. Onun Çəngiz Xan olduğunu
anlamışdı. Gizlicə Çəngiz Xana işarə
ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox
suya batırsın. Çəngiz Xanı axtaranlara da dedi ki, siz başqa
yerləri axtarın, mən də qalıb buranı gözləyim.
Gecə olduğunda Çəngiz Xanı evinə aparıb və
boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində
gizlətdi.
Daha
sonra Surğan Şirə, Çəngiz
Xanı bir kor maydana mindirib, bir az ət və kaman-ox və
digər savaş alətləri verərək yola saldı.
Artıq
Çəngiz Xanın anası, xatunları və qövmü ondan əl
üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çəngiz
Xanən dördüncü oğlu Tuluy Xan uşaq idi və hər an
deyirmiş ki, atam bir maydanın üstündə
gələcəkdir. Tuluy Xanın anası da oğlunu danlayır
və bəzən də qulağını bururmuş ki, niyə
sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq
isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş.
Çəngiz Xanın öz yurduna qovuşması yaxınlaşdığı
zaman uşaq bu şəkildə davam edirmiş: Atam quyruğu
düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!
Anası da əsəbləşərək uşağının
üstünə bağırırmış. Bir neçə saatdan sonra
Çəngiz Xan, Tuluy Xanın vəsf etdiyi şəkildə
gəlir. Çəngiz Xanın sağ-salamat gəlməsinə
hər kəs sevindi və şənliklər düzənləndi.
Ancaq hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı.
Surğan Şirə bilirdi ki, onun Çəngiz Xanı
gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir.
Ona görə Tayçıot qövmünün içindən çıxıb
getməli idi. Bütün ailəsini yığıb Çəngiz Xanın
diyarına köçüb və onun xidmətində oldu. Çəngiz Xan
da onun ailəsini öz güvəncəsi altına aldı.Surğan
Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir
dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək
istəmişdi. O, dərhal ayağa qalxıb və özünü
qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə
ona hücum edən rəqibini yaralamış və qovmuşdur.
Çəngiz Xan onun bu şücaətinə heyran qalmış, onu
alqışlamış və demişdir ki, mən belə
bahadurluq heç görməmişdim. Çıngiz Xan bir neçə dəfə
Tayçıotla savaşdı. Ən son savaşda Çilavğun
Bahadur, Tayçıotun padşahı Tarqutay Qırıltuqla üz-üzə
gəldi. Bu savaşda Çilavğun Bahadur, Tarqutayı öldürdü.
Çilavğun Bahadurun oğlu da Sodun Noyan idi. Sodun Noyan Çəngiz
Xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli
idi. Oqtay Qaan zamanında da yaşayırdı və Tuluy Xanla
Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay Qaan
zamanında Sodun Noyanın oğlu Qaçudar öz atasının
yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış
və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı
və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında
biri də Toğrul adında bir əmir idi. Eləcə də
yaxınlarından digəri də Bavurçu Mungkə Qaan adında
böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran,
Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay
tərəfindən yasaya sövq edildi. Hülaku Xanla Azərbaycana
gələn Sodun Noyanın oğullarından biri də Suncaq
Noyan idi.O, Hülaku Xanın dövlətində yarqıçlıq (qazilik)
vəzifəsində idi. Kehti Noyan, Aratemur İdaçi, Tudan və
Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları
bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay Qaanın
xidmətində olan Sodunun digər bir oğlu da Sartaq idi.
Kubilay Qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi.
Hülaku Xanın ölümündən sonra geri dönmüşdür.
*
. Rəşidəddin
Fəzlullah Həmədani Came-üt Təvarix I. Kitab
s. 1173-178, Əlborz nəşri, birinci basqı
Tehran-1373.