Azərbaycan Milli Məsələsi
ve Şantajçılar!
Bilindiyi
kimi milli məsələ nə dünya görüshü ilə qısıtlana,
nə də şəyyadlıq ilə başarı əldə
edə bilər. Bu baxımdan Azərbaycan Milli
Məsələsini düzgün yolundan azdırmaq üçün
Azərbaycan Millətinin düşmənləri müxtəlif boyaqlı
tələlər Azərbaycan Milli hərəkəti qarşısında
qurmuş məqamda yer alırlar. O tələlərdən biri
də avamfəriblik vasitəsi və şantajlıq ilə
məşqul olmaq və Azərbaycan ictimaiyyətində etimadsızlıq
yaratmaq vasitəsi ilə çirkin niyyətlərə xidmət
etmək günün məsələsi olaraq öz güncəlliyini
qorumaqdadır. O şantaj mahiyətli yazılardan biri də Selim
Haciyade imzasi ilə E-Mail quruplarına göndərilən yazılardır.
Bizə ünvanlanmş yazı ictimaii bir xarakter daşıdığı
üçün E.Mail sitəsinə göndərdiyimizə baxmayaraq bir daha
ictimaiyyətə sərgiləməyi milli məqsədimizə
uyqun hesab edirik.
Səlim
Hacizadə Bəy Cənabları!!
Səlim
Bəy, Cənab Səlim Bəy kechmiş günlərdə Şəms
Təbriz sitə Məsulları və sayirələrə
iftira atmağa çalışmışmışsınız.
Yazışma məqamı və qələm hörməti iftira
atmaq və şərr yaxmaq ilə bağlaşacaq deyil. Şəms
Təbriz sitəsindəki bə'zi yazılara mən də öz
tənqidi münasibətimi bildirmishəm (bax 1, 2). Bu tənqid
ətmə və münasibət bildirmə kimsəni qapma və
təror ətmə anlayışına gəlməməlidir.
Bu prənsibi nəzərə alaraq ictimaiyyətə verdiyiniz
töhfələri nəzərdən kəçirməni
məqsədə uyqun həsab ədirik. Oxuyuq:
" Uzun illərdir ki Ishiq sonməz adli bir shəxs tudə
partisin (təbii ki chəshitli masklarinin arxasinda gizləndiyi
halda ) təblighin aparmaqdadir ."
Siz bu ittihamlariniz ilə hanki tərorçu dövlətin
kəşfiyat idarəsində vəya Tudə Partisi üzvlərinin
dəftər listəsini gəzdirənlərdən oldughunuzu
sabit ətmək niyyətindəsiniz? Azərbaycan Milli
məsələsini öz arzu və həvəsiniz üchün oyuncaq
ətməyə düşünürsünüzsə, Azərbaycan
ictimaiyyəti 1324-1325'inci illərdə deyil, bilgisazar və
Kampituter çağında yaşayır. Demək əvamfəribliyin
vaqtı sona çatmış görünür. Gənə də oxuyuruq:
"Iller bundan evel bu shexsi tənqid etdiyim durumda bu
unsurdən oz kimliyine yarashan cevabi aldim ve fazla hurmesin diye
birarxdim."
möhrəm Səlim Bəy,
əvvəl Türkcənin gramerini öyrənməyə çalışınız,
anadilinizi öyrəndikdən sonra yazışarkən insanların
yazışma və danışma dili ilə ictimaiyyətə
məsaj veriniz. Bu ifadələr (fazla hurməsin...) ilə
Azərbaycan E-Mail sitələrində yazışan və
mətləb oxuyan insanlara heqarət edirsiniz deyə özünüzü o
adını çəkdiyiniz movcudlara lütfən
bənzətməyiniz!! Genə də oxuyuruq:
" Gechen gunler shems cetesinin saytinda bir qondarma yazi ve
shekil qoyulmushdur ki Hamid iman oz semimi dostun it edib ve yazini
oyrenciler terefinden oldughun idda etmishdir .Bir gunden chox chekmedi ki hamid
imanin bu savak savama oyunu hamiya ve hetta ozune bele gulunc bir oyun oldughu
melum oldu ."
möhtərəm Səlim Bəy,
bizim bildiyimizə görə Şəms sitəsi ətrafindaki
məhfəl keçmişdə Şəms Təbriz
həftəliyində qələm vuran insanlardır. Onları
çətə deyə təror ətmə çabanız Pan-Iranistlərin
Azərbaycan Milli Hərəkətinə çamur atma çabalarından
daha artıq Azərbaycan Milli Hərəkətinə
zərər yətirə bilməz dəyə düşünməli
və mə'rifət dili ilə danışmalı və insan
zehniyəti ilə hərəkət ətməyi məqsədə
uyqun həsab ətməlisiniz. O "Təbriz öyrənciləri"
adi ilə öz fikirlərini ictimaiyyətə təqdim ədənlər
öz kimlikləri ilə ortaya çıxaraq özlərini ifadə
ətsəydilər və "Azərbaycan Öyrənci
Hərəkəti"nə özlərinə yaraşan adı
və muamiləni ətməsəydilər, daha eşəkdən
düşmüş olmazdılar. Hamed İman Cənabları Sizin
kimi tərorçuların qorxusundan deyil, bizim etdiyimiz tənqidi
nəzərə alaraq o mətləbi Şəms
sitəsindən götürmüşdür (3). Genə də oxuyuruq:
" ..Ishiq sonmez guya ki qabaqcadan bu oyundan xeberi varimish kimi
bu oyunun pissa omru surecinde qelemin gezdirib ve xeyalindaki memalik mehrusede
gene sayaqlamagha bashladi ve azadtribun saytinda numayishe qoydu amma shems
chetesinin oyunu achiqlandiqdan sonra bu ishiq bedbextin ne hala qalmasi melum
olmadi !!!"
burada Səlim Bəy, nə dəmək istədiyinin
yorumunu bu mətləbləri oxuyanlara buraxırıq. Ancaq
genə də həzyanatlara göz gəzdiririk:
"..Ishiq sonmez bu kezde meshhur lompen ve xiyavan qiraghinda kitab
satmaq ishinden bir dukkan achmaq tufiqine nayil olmagh uchun cellad xumeyninin
rejimine satilan Jemshid niyazi ve onun sirdash saytin teblighe bashlayib ki
mubarekdir ."
Üstə göründüyü kimi bu zati aalilər insanlara öz
fikirlərini izah ətmə fürsəti vərmək
istəmirlər. Bu baxımdan bu tipli movcudlari bə'zi
rəjimlərin xəfiyyə orqanlarının əl altı
oyuncaqlarından ayırd etmə olduqca çətin görünür.
Cəmşid Niyazi Cənablarına gəldikdə, o
gələcəkdə Azərbaycan Milli Hərəkəti üzərə
öz fikirlərini ortaya qoyacaq və kimsə o fikirlər ilə
razilaşmazsa, Səlim Hacizadələr kimi yaman yovuz deyil; o
yazılardan hərəkət ədərək tənqidi
fikirlərini ictimaiyyət üçün sərgiləməlidir.
1) http://www.azadtribun.com/x61.htm
2) http://www.azadtribun.com/x79.htm
3) http://www.azadtribun.com/x100.htm
Işıq Sönməz, 29.08.2005