Babək qalasına yürüş cəhdi davam

Təbriz Ekspres 30-06-06

İran Azərbaycanında yüzdən artıq insanın həbs edilməsinə baxmayaraq, Babək qalasına yürüş cəhdi davam edir. Qalaya aparan bütün yollar təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Babək qalasına səmt alan maşınlarım qarşısı kəsilib. Təhlükəsizlik postlarına əhəmiyyət vermədən keçən avtomobillər lentə alınır, maşınların nümrələri növbəti postlara çatdırılır. Beləliklə, maşın sərnişinləri nəzarət altına alınır.  Babək qalası bölgəsində İranın müxtəlif yerlərindən gətirilən hərbi avtobusların yerləşdirildiyi bildirilir.  Hazırda orada toplaşanların durumu haqda məlumat əldə etmək mümkün deyil. Belə ki, komminikasiya xidmətləri kəsilmişdir. İran Azərbaycanının bir çox şəhərində cib telefonları şəbəkəsinin fəaliyyətinə mane olunur. Həbs edilənlərin sayının artdığı deyilir. İranda  bu halın istisna edildiyi  heç bir Azərbaycan şəhəri mövcud deyil. Hətta ucqar kəndlərdə belə yoxlanışlar həyata keçirilir.

Amnesty International-insan hüquqları təşkilatının son bəyanatında İranın səlahiyyətli nümayəndələri İran azərbaycanlılarının ənənəvi Babək yürüşü ərəfəsində təmkin nümayış etdirməyə və insan hüquqları normalarına riayət etməyə cağırılır. Bəyanatda həmçinin, təhlükəsizlik qüvvələrinin İranın azəri türklərinin (İran azərbaycanlıları) nümayəndələrinə qarşı zorakılıqlara yol verdiyi də qeyd edilir. Təşkilat İranda cərəyan edən son hadisələr zamanı həbs edilənlərin siyahısını əldə etdiyini bildirir. Sənəddə deyilir ki, İranın səlahiyyətli nümayəndələri tərəfindən nümayış iştirakçılarına qarşı güc tətbiq edilir. Amnesty International-insan hüquqları təşkilatının bəyanatında zorakılıqlar nəticəsində öldürülən 27, nəzarət altına alınan 200 adamın adının müəyyən edildiyi deyilir. Amnesty International İran rəsmilərini  beynəlxalq insan hüquqları standartlarına riayət, həbs edilənlərin şərtsiz və dərhal azad, cinayətkarlıqda ittiham edilənlərin ədalətli mühakimə, məhbusların istədikləri vəkillərlə və tibbi müalicəyə ehtiyacı olanların səhiyyə xidmətləri ilə təmin edilməsinə çağırır. Sənəddə həmçinin, işgəncə ilə bağlı şikayətlərin araşdırılmasının vacibliyi vurğulanır. Bəyanatda  qanunsuz qətllər və ölüm hökmlərinin BMT-nin prinsiplərinə əsasən istintaqına səslənilir. Sənəddə deyilir ki, bütün bu kimi qanunsuzluqların məsuliyyətini daşıyanlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır.

 


Amnesty International Tehranı İran Azərbaycanıyla bağlı təmkinli olmağa çağırır

 

İran Azərbaycanında yüzdən artıq insanın həbs edilməsinə baxmayaraq, Babək qalasına yürüş cəhdi davam edir. Əhər şəhərinin Kəleybər qəsəbəsi yaxınlığında yerləşən Qalaya aparan bütün yollar təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Babək qalasına səmt alan maşınların qarşısı kəsilib. Təhlükəsizlik postlarına əhəmiyyət vermədən keçən avtomobillər lentə alınır, maşınların nömrələri növbəti postlara çatdırılır. Beləliklə, maşın sərnişinləri nəzarət altına alınır. Babək qalası bölgəsində İranın müxtəlif yerlərindən gətirilən hərbi avtobusların yerləşdirildiyi bildirilir. Hazırda orada toplaşanların durumu haqda məlumat əldə etmək mümkün deyil. Kommunikasiya xidmətləri kəsilib. İran Azərbaycanının bir çox şəhərində mobil telefon şəbəkəsinin fəaliyyətinə mane olunur. Həbs edilənlərin sayının artdığı deyilir.

Bu arada Amnesty International - insan haqları təşkilatının son bəyanatında İranın səlahiyyətli nümayəndələri İran azərbaycanlılarının ənənəvi Babək yürüşü ərəfəsində təmkin nümayış etdirməyə və insan haqları normalarına riayət etməyə cağırılır. Bəyanatda həmçinin, təhlükəsizlik qüvvələrinin İranın azəri türklərinin (İran azərbaycanlıları) nümayəndələrinə qarşı zorakılıqlara yol verdiyi də qeyd edilir. Təşkilat İranda cərəyan edən son hadisələr zamanı həbs edilənlərin siyahısını əldə etdiyini bildirir. Sənəddə deyilir ki, İranın səlahiyyətli nümayəndələri tərəfindən nümayış iştirakçılarına qarşı güc tətbiq edilir.Amnesty International öz bəyanatında zorakılıqlar nəticəsində öldürülən 27, nəzarət altına alınan 200 adamın adının müəyyən edildiyi deyilir. Amnesty International İran rəsmilərini beynəlxalq insan haqları standartlarına riayət, həbs edilənlərin şərtsiz və dərhal azad, cinayətkarlıqda ittiham edilənlərin ədalətli mühakimə, məhbusların istədikləri vəkillərlə və tibbi müalicəyə ehtiyacı olanların səhiyyə xidmətləri ilə təmin edilməsinə çağırır. Sənəddə həmçinin, işgəncə ilə bağlı şikayətlərin araşdırılmasının vacibliyi vurğulanır. Bəyanatda qanunsuz qətllər və ölüm hökmlərinin BMT-nin prinsiplərinə əsasən istintaqına çağırılır. Sənəddə deyilir ki, bütün bu kimi qanunsuzluqların məsuliyyətini daşıyanlar ədalətli məhkəməsi qarşısına çıxarılmalıdır.

---------------------------------------------------------------------------------------------

GÜNEY AZƏRBAYCANIN MİLLİ FƏALLARI ARTIQ BƏZZ QALASINDADIR
İran rejiminin törətdiyi maneələrə baxmayaraq, milli fəalların bir qismi artıq Bəzz qalasına çatıb. Bu barədə «İstiqlal» radiosu məlumat yayıb.

Məlumatda bildirilir ki, dünən axşam saatlarından başlayaraq Kəlheybərə gedən yollar bağlanılıb. İranın hökumət qoşunları Bəzz qalası istiqamətində hərəkət edən bütün avtobusları və mikroavtobusları geri qaytarır, yalnız minik avtomobillərə Kəlheybərə tərəf getməyə icazə verirlər. Buna baxmayaraq, milli fəalların bir qismi artıq Bəzz qalasına çatıb.

«Media forum»

---------------------------------------------------------------------------------------------


 

BU GÜN MİLLİ QURULTAY BAŞLAYIR

Hərəkatçılar bildirir ki, tədbirə əngəl törənərsə, o zaman Azərbaycan şəhərlərində üç gün nümayiş keçiriləcək
Bu gün Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər şəhərində yerləşən Babək qalasında azərbaycanlıların qurultayının keçiriləcəyi gözlənilir. Gözlənilir ona görə deyirik ki, son bir neçə ayda hakimiyyət bu mərasimin baş tutmaması üçün bir sıra qabaqlayıcı tədibrlər görüb. Elə son iki ayda Azərbaycan Milli Hərəkatı fəallarının həbsi də bunun tərkib hissəsi sayılır.
Güneydən verilən xəbərə görə, qalaya doğru Azərbaycanın müxtəlif şəhərlərindən hərəkət dünən saat 7-dən başlayıb. Məlumatda bildirilir ki, mərasimin keçiriləcəyi yerə doğru üç istiqamətdən hərəkət ediləcək. Onlardan biri Təbriz - Əhər, biri Ərdəbil - Meşkin, o biri isə Urmiya - Mərənd yollarıdır. Əgər hakimiyyətin güc strukturları çeşidli bəhanələrlə qalaya gedən yolu kəsərək iştirakçılara maneə törətsələr, o zaman yürüşçülər vaxtı itirmədən kəsə yollarla Kəleybərə çatmağı qarşılarına məqsəd qoyublar. Yox, bu da baş tutmazsa, o zaman törəni keçirmək istəyən milli hərəkatçılar və onun təəssübkeşləri Azərbaycanın iri şəhərlərinin mərkəzində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil və başqa yerlərdə nümayiş, mitinqlər keçirəcəklər. Hərəkatçılar həmin tədbiri bu gün və sabah keçirməyi planlaşdırıblar.
Xəbərdə göstərilir ki, özlərini tədbirin keçiriləcəyi yerə çatdıranlar isə, hər yerdə olduğu kimi, törənin nəzərdə tutulmuş işlərini bərpa edəcəklər.
Milli qurultayda bu ilin mayında milli varlıqlarını fars şovinizminin təhqirlərindən qoruyarkən hakimiyyət qüvvələri tərəfindən öldürülmüş şəhidlərin xatirəsi yad olunacaq, ruhlarına dualar oxunacaq. Bundan başqa, şəhidlərə həsr edilmiş şeirlərin oxunacağı, eləcə də Azərbaycan türklərinin milli varlığına dair çıxışların ediləcəyi planlaşdırılıb.
Tədbirdə milli klassik musiqilərin, eləcə də marşların səslənəcəyi, ifa olunacağı gözlənilir. Mərasim boyu son hadisələr zamanı şəhid olmuşların şəkilləri olan plakatlar da qaldırılacaq.
Babək qalasında hər il səslənən şüarların bu il də təkrarlanacağı gözlənilir.
Həmin şüarları diqqətinizə çatdırırıq: "Yaşasın Azərbaycan!", "Haray, haray, mən türkəm!", "Mənim dilim ölən deyil, fars dilinə çönən deyil!", "Ana dili rəsmi dilim, türk kimliyi höviyətim! (soyum)", "Azərbaycan oyaqdır, öz dilinə dayaqdır!", "Həbs edilənlər azad olunsun!", "Şovinist quruluşu dağılsın!", "Sağ, sol (mühafizəkar islahatçılar nəzərdə tutulur - S.) şovinistlər, sağ, sol faşistlər məhv olsun!" və s.
Yayılmış xəbərdə vurğulanır ki, tədbir zamanı farslara və türk olmayan başqa millətlərə qarşı şüarların səsləndirilməsinə yol verilməyəcəkdir. Təşkilatçılar bəyan edir ki, Azərbaycan türklərinin düşməni yalnız fars şovinizmi və fars faşizmidir. Onunsa bir ucu Tehranda, o biri ucu Los-Ancelesdədir.
Bu tədbirlə bağlı başqa bir xəbərdə göstərilir ki, bu qurultay mükəmməl keçirilməlidir. Çünki o, Azərbaycan Milli Hərəkatının müqavimətinin göstəricisi sayıla bilər. Keçiriləcək tədbiri milli haqlar uğrunda mübarizənin demokratik formalarından biri kimi dəyərləndirirlər. Bu xəbərdə göstərilir ki, qurultayın özündə milli düşüncə ilə bağlı simvollar da göstəriləcək. Bundan başqa, qalada göy, qırmızı və yaşıl rəngli şarların da olacağı gözlənilir.

 

---------------------------------------------------------------------------------------------