GÜNEY AZƏRABYCANLA BAĞLI FORUM RƏSMİ TEHRANDAN MİLLİ-MƏDƏNİ HƏRƏKATIN HƏBS EDİLMİŞ İŞTİRAKÇILARININ AZADLIĞA BUÜRAXILMASINI TLƏBƏ EDİR

 

BAKI/28.06.06/TURAN: Forum Güney Azərbaycanda gedən prosesləri diqqətlə izləyir, Güney Azərbaycan türklərinin ədalətli tələblərini dəstəkləyir və milli-mədəni hərəkat iştirakçılarına rəsmi Tehranın hər cür zorakılığını pisləyir və həbs elunanlarnı azadlığa buraxılmasını tələb edir. Bu cümlə Güney Azərbaycanla bağlı Dünya Azərbaycanlıları Konqresi Məclisinin və Bakı ofisinin Bakı Əyləncə Mərkəzində keçirdiyi Ümumrespbulika Forumunda qəbul edilmiş qətnamədəndir.
Müəlliflər Azərbaycanın tarixi ədalətsizlik nəticəsində iki yerə parçalandığını qeyd etmkələ yanaşı, İranda yaşayan Güney Azərbaycan türklərinin öz haqları uğrunda yenə də mübarizəyə qalxdıqlarını vurğulayırlar.
Sənəddə rəsmi Tehranın Güney Azərbaycan türklərinin milli, mədəni, insani haqlarını inkar edərək bu tələblərlə aksiylar keçərən xalqa divan tutması, habelə baş vermiş hadisələrin mahiyyətinn İran KİV-ləri tərəfindən təhrif olunması pislənilir. Bununla yanaşı müəlliflər İranın nüvə proqramı ilə bağlı aparıcı dünya dövlətlərinin nəzərlərini bu ölkəyə dikdiyi bir vaxtda Güney Azərabycan türklərinin mübarizəsini sükütla qarşılamasını da pisləyirlər. Son olaraq müəlliflər Güney Azərbaycan türklərinin iştirakı olmadan İranın demokratikləşməsi və sivil dünyaya inteqrasiyasının mümkünsüzlüyünü xatırladırlar. -05D-