qurultayımızın formasına və simvoluna önəri

 

 

   Milli qurultayımızın sürəsinə erkən qovuşuruq .və bu aksiyanı mükəmməl etiraz kimi dəyərləndirmək ən vacib görəvdir. Azərbaycan milli hərəkətinin dirənişi bu günün zərurəti ilə zorsuz və dinc formada olmalıdır diyə inanırıq ki 2006 qurultayının içərisində demokratik formalar və simvolların olması hərəkətimizin istəyini dünya hafizəsində bir milli-demokrat yapılı hərəkət kimi dirçəldəcəkdir. Fars şövenist hakimiyyətinin totalitar və işğalçı olduğu üzünü və milli hərəkətimizin türk millətinin öz siyasi müqəddəratını təyin etmə savaşı milli qurultayda simvollar və dinc formada göstərilər vasitəsi ilə səsləndirmək QALA QURULTAYININ baş sözüdür.

 

   Bu əsasda yaxşı düşünəndə bu il qala qurultayının simvolu millətimizin əlində üç rəngli (mavi; qırmızı; yaşıl) qovuqların dalğalandırılması, müstəqil Azərbaycan bayrağını təmsil edən göstəri ola bilir. Bu qovuqların millət əlində dalğalanması simvol kimi olaraq Azərbaycan milli hərəkətinin son istəyini göstərdiyi halda qurultaya gözəl perspektiv bağışlayacaqdır. və qalanın media çıxışlarını və fotolarını görkəmli duruma gətirəcəkdir.

 

   Qovuqların qalaya gətirilməsi: hər qala iştirakçısı öz cibində üç rəngdə (mavi; qırmızı; yaşıl) yelsiz qovuq gətirib və aksiya yerində şişirib dalğalandıra bilir. 

 

 

 

                                                              əllərdə dalğalanan üç rəngdə qovuqlar

 

 

 

  Aksiya günü zorsuz və dinc dirəniş formaları:

 

1-     Qurultaya qatılanların əlində 3 rəngli(mavi; qırmızı; yaşıl) qovuq dalğalanması. 

2-     Qurumların və təşkilatların Bəyannaməsi.

3-     Məhbusların simvolik azad edilməsinin istəyi.

4-     Simvolik səslərin çıxarılması və əllərdə boz qurdun simgəsini tutmaq.

5-     Azərbaycan Torpaqlarının simvolik şəkildə azad edilməsi.

6-     Şəhidlərin yad edilməsi və Simvolik qəbirə yola salmalar.

 

 

 Süər süngülü - Çərşənbə axşamı, 27 İyun 2006

 

 

Bildiriş.

 

01.07.2006-cı il tarixində saat 17.00-da Nussloch  şəhərində Babək günü

ilə yanaşı həm də Güney Azərbaycan Milli hərəkatında Vətən yolunda qurban gedən şəhidlərin qırxı da keçiriləcəkdir.

 

 

Adrees: Carl-Metz   Str

Feuerwehrhaus

Nussloch

 

Eintritt :  10€

Kinder frei

 

 

 

                                                                                                         Babək günü Komitəsı