|
|
Yayın
isti günlərində maraqlı müsahib tapmaq çətin
olur. Bir çoxlarının istirahətə getdiyi,
ictimai-siyasi hadisələrin səngidiyi bir dövrdə,
hansısa maraqlı fikir və təklif eşitmək
az qala imkansızlaşır. Erməni kilsəsinin
erməni terrorunu əks etdirən muzeyə çevrilməsini
təklif edən Adil Şamilov bu baxımdan
diqqətimizi cəlb etdi. "Azərbaycan idrakı"
adlı QHT-nin rəhbəri və "Simurq"
mədəniyyət cəmiyyətinin üzvü olan bu
ziyalımızla söhbətin sizin üçün də maraqlı
olacağına ümid edirik.
- Adil müəllim, vaxtılə Bakıdakı
erməni kilsəsinin "XX əsrdə erməni
terroru" muzeyinə çevrilməsini təklif etmişdiniz.
Bunu nə ilə əsaslandırırsız?
- Mənə çox sual verirlər ki, niyə məhz
erməni kilsəsində - Allah evində belə bir
muzey açmaq təklifi vermişəm. Axı bu günahdır
və s. Başa düşmürəm, əgər biz
Allahdan belə qorxuruqsa, niyə Rəşid Behbudov
teatrını yiyəsinə qaytarmırıq? Ora axı
sinaqoq olub. Niyə 28 May küçəsindəki kirxanı
yiyəsinə qaytarmırıq? Ora alman lüteranlarının
kilsəsi olub.
O ki qaldı erməni kilsəsinə, bütün dünya
bilir ki, erməni ruhaniləri bu millətin həm
siyasi texnoloqları, həm ideoloqları, həm
də sponsor və yolgöstərənləri olublar.
1905-ci ildə ermənilər bizləri qırarkən,
özünü Allah adamı adlandıran bu ruhanilər nə
üçün qabağa çıxıb vəhşiliyin qarşısını
almırdılar? 1918-ci ildə Andranik Urmiya və
Xoydan başlayaraq Naxçıvan, Quba, Gəncə və
Bakıyadək hər yerdə qırğınlar törədib
azərbaycanlıları, üstəlik kürdləri,
yəhudiləri belə qıranda, bu kilsə niyə
susurdu? Əslində Eçmiədzin heç susmurdu da, o, bu
vəhşilikləri çox "gözəl"
koordinasiya edirdi.
- Belə başa düşülür ki, təklifiniz etirazla
qarşılanıb?
- Mən bu təkliflə çıxış
edəndən sonra "Srace" məndən müsahibə
aldı. Müsahibə efirə gedən günün
səhərisi, Milli Məclisdə bu məsələ
fərqli bir şəkildə səsləndirildi.
Təbii ki, mühüm olan təklifi kimin
səsləndirməsi deyil, ona olan münasibətdir.
Bundan sonra söhbət kəsildi və belə başa düşdüm
ki, təklifim bir çoxları tərəfindən alqışlansa
da, siyasət müstəvisində müəyyən
problemlər var. Bu da təbiidir, çünki mən
siyasətçi deyiləm və olsun ki, siyasi
zərurət baxımından fərqli davranmaq lazım
gəlib. Məsələ beləliklə bağlanmış
oldu.
- Bu nə vaxt oldu?
- Təxminən 2000-ci ildə. Üstündən bir xeyli keçəndən
sonra, bu il "Zerkalo" qəzetinin başlatdığı
Milli kampaniya diqqətimi çəkdi. Mən də öz
təklifimi bu kampaniyaya təqdim etdim. Erməni
kilsəsi ilə bağlı təklifimi təkrarladım.
Qəzet bu təklifin diqqətəlayiq olduğunu
bildirməklə yanaşı, onunla tam razılaşmadığını
da qeyd etdi. O zaman mən də hansısa problem yaşanmasın
deyə təklifimi dəyişdirdim.
- Deyəsən, indi erməni kilsəsini hansısa
digər təyinatla istifadə edirlər?
- Erməni kilsəsi indi köhnə Lenin kitabxanasına
verilib. Orada kitab anbarı yaradıblar. Lenin kitabxanasını
da prezident aparatının kitabxanasına çeviriblər.
Təbii ki, bu da lazımdır. Amma biz daim oturub
ermənilərin iddialarına cavab verməklə
məşğul oluruq. Bir növ daim qatarın dalınca
qaçan insan təsiri bağışlayırıq.
Təşəbbüsü ermənilərin əlindən
almaq lazımdır. Çünki biz onların bir yalanını
ifşa edən kimi, ermənilər 10 yeni yalan
uydururlar. Biz, erməniləri qabaqlamaq üçün təşəbbüslərlə
çıxış etməliyik. Odur ki, mən digər
təkliflə çıxış etdim. Dedim ki, gəlin
muzeyi Dağüstü parkdakı keçmiş "Drujba"
restoranında açaq. Restoranın sahəsi böyükdür
və muzey üçün yararlıdır. Onu da sırf
erməni terroru kimi yox, ümumən terror dəhşətini
əks etdirən muzey kimi təqdim edək. Kirovun
heykəli yerinə isə soyqırım və terroru
əks etdirən böyük xatirə kompleksi yaradaq. Terrora
qarşı mübarizənin bütün dünyada önə çıxdığı
indiki dövrdə bunun güclü effekti olar. Eksponatları
isə alimlər və siyasətçilər müəyyənləşdirə
bilərlər.
- Orada türk əsgərinin də xatirə kompleksi
var...
- Bəli, orada Türkiyə məscid tikib, bizi soyqırımdan
xilas edən Osmanlı ordusunun əsgərləri
dəfn olunub. 1918-20-ci illərdə soyqırıma
məruz qalmış insanların da, 20 Yanvar şəhidlərinin
də məzarları oradadır. Yəni Dağüstü
parkda Mamayev kurqanı kimi, çox gözəl bir xatirə
park-kompleks yaratmaq mümkündür. Adını sırf
erməni terroru qoymasaq da, eksponatlar hər şeyi
konkret göstərəcək.
Bir şeyə təəssüflənirəm ki, Dağüstü
parkdakı muzeydə erməni keşişlərinin
əməllərini bütün çılpaqlığı
ilə ifşa etmək çətin olacaq. Halbuki
erməni kilsəsində terror muzeyi açılsaydı,
hər şey çox daha açıq şəkildə ortaya
çıxardı. Məlum olacaqdı ki, erməni
kilsəsi və onun keşişləri Allaha yox,
İblisə ibadət edirlər. Biz sübut
edəcəkdik ki, İblisə ibadət edilən
yeri bağlamaqla bəşəriyyətə
xidmət etmişik və bu, hamı üçün örnək
ola bilərdi. Ermənilərin xristianlığın
ruhuna xəyanət edərək bütün insanlıq
üçün təhlükə olduğunu sərgiləmiş
olardıq.
- "Simurq" təşkilatında əksərən
ziyalılar birləşiblər. Müşahidələrimiz
isə göstərir ki, ziyalılarımız
milli-ideoloji məsələlərə münasibətdə
xeyli passivdirlər. Maraqlıdır, bu passivlik nə
ilə bağlıdır?
- Mən buna passivlik deməzdim. Buna qorxu deyərdim.
- Nədən qorxurlar?
- Əksər ziyalılar 37-ci ilin repressiyalarının
qorxusunu yaşayırlar. Bizim ailə də həmin
təqiblərin qurbanı olub. Mənim əmim
Seyfulla Şamilov da 1937-ci ildə Yazıçılar
İttifaqının sədri ikən repressiya qurbanı
olub, dolayısı ilə atam da ciddi təqiblər
yaşayıb. Ziyalılarımızla ayrılıqda
danışanda bir çox məsələlərə
toxunsalar da, ictimaiyyətə nəsə açıqlamağa
çəkinirlər. Digər tərəfdən
bəzilərində tamahkarlıq və şöhrətpərəstlik
kimi duyğular da öz rolunu oynayır. Çoxları "mənə
nə" fəlsəfəsi ilə yaşayıb,
"onsuz da dediklərimizə fikir vermirlər"
deyirlər. Bu, çox yanlış fikirdir.
Dəfələrlə tədbirlərdə çıxış
edib fikirlərimi bildirmişəm. Bu
fəaliyyətimi milli siyasətin tərkib hissəsi
kimi görürəm. Əsas etibarilə diasporla bağlı
fəaliyyət göstərirəm. İnandırım
ki, fəaliyyətimiz gözə çarpmasa da, xeyli iş görmüşük.
Unutmayaq ki, cənublu və şimallı
azərbaycanlıların düşüncə tərzi çox
fərqlidir. Bu dünyagörüşləri ortaq bir nöqtəyə
gətirməyənə qədər, Bütöv
Azərbaycandan söhbət belə gedə bilməz.
- Cənubi Azərbaycanda ciddi etiraz aksiyalarının
baş verdiyinin şahidi olduq. Sonradan bir çox diqqətçəkən
hadisələr də baş verdi. Toxunduğunuz
məqam bu hadisələr fonunda ciddi əhəmiyyət
kəsb edir. Ortaq dünyagörüş formalaşdırılması
istiqamətində hansısa konkret addım və ya
təklifləriniz varmı?
- Diaspor sahəsində yox. Mən, Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin sədri Nazim İbrahimovun yanında
olarkən, 1991-ci ildən bu sahədə
fəaliyyət göstərən və müəyyən
təcrübəsi olan şəxs kimi əməkdaşlıq
təklif etmişəm. Bir-iki funksional layihəmi ona
təqdim etdim və onun xoşuna gəldi. Sonradan bir
toplantı təyin etdi və mən oraya getsəm
də, Nazim müəllimi görmədim. Ondan sonra
komitədəki şəxslərə bildirdim ki,
Nazim müəllim istəsə, məni çağıra
bilər. Üstəlik mən Nazim müəllimin yanına
iş üçün gəlməmişdim. Məqsədim o idi
ki, əməkdaşlığımız zamanı
rəsmi orqanların deyə bilmədiyi sözü mən
deyim. Yəni, hansısa diplomatik sıxıntı
yaranmaması üçün öz xidmətlərimi təklif etmişdim.
- Hansısa digər qurumlarla əlaqəniz varmı?
- Doğrusu Dünya Azərbaycanlıları Konqresi
ilə əlaqələrim olsa da, onların
fəaliyyətini də tam anlaya bilmirəm. Orada da
ciddi səhvlərə yol verilir. Təklif etmişdim
ki, diasporumuzun beynəlxalq fondu açılsın. Bununla
bağlı kiçik bir layihə də təqdim etmişdim.
Köln qurultayında bu təklifi qəbul etsələr
də, icrası görünmür. Cavad Derəxti (DAK-ın
bir qanadının sədri - red.) iki hesab açsa da,
sonradan buraya heç kimin pul keçirmədiyini bildirdi. Axı
hansı axmaq o hesaba pul köçürər? Əvvəlcə
iş görüb konkret nəticə əldə etmək
lazımdır ki, kimsə sənə maddi
dəstək versin.
- Cənubi Azərbaycan tarixi ilə bağlı
maariflənməmizə ciddi ehtiyac var. Bu baxımdan
Şimalda hansısa addımlar gözlənilirmi?
- Doğrusu, rəhbərlik etdiyim qurumun və "Simurq"
təşkilatının fəaliyyət
istiqamətləri belə bir addımı
nəzərdə tutmur...
|
|