AZƏRBAYCANIN EKS-PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYİN ANADAN OLMASININ 68-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLİB
BAKI/24.06.06/TURAN:
Bu gün Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Əbülfəz
Elçibəyin anadan olmasının 68-cı ildönümü ilə bağlı
onun anım mərasimi keçirib.
Tədbirə siyasi partiyaların, ictmai təşkilatların
təmsilçiləri, Elçibəysevərlər və yaxın
qohum-əqrəbası qatılıb. Mərasim iştirakçıları
öncə Əzizbəyov heykəli yanından Fəxri Xiyabana
qədər "Elçibəy, Elçibəy!" nidaları və
dövlət bayraqları altında yürüş ediblər.
Ə.Elçibəyin məzarı önündə tədbiri açan Klassik
Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu
Azərbaycanın çağdaş siyasi və fikir tarixində
Ə.Elçibəyin yerindən və rolundan dnışıb.
Daha sonra ayrı-ayrı siyasi partiyaların, ictimai qurumların
nümayəndələri çıxış edərək Ə.Elçibəyin
Azərbaycanın milli və dövlət müstəqilliyi yolunda
apardığı mübarizədən, "Bütöv Azərbaycan"
ideyasını düşüncədən gerçək siyasi əmələ
çevirməsindən və hazırda Güney Azərbaycanda baş
verən proseslərdən danışıb.
Daha sonra anım mərasiminin bədii hissəsi başlayıb,
Ə.Elçibəyə, türklüyə hərs edilən şerlər
və şərqilər dinlənilib. -05C-
