Əziz və dəyərli Əfsanə xanım Sulduzlu!

 

Ürəyimin ən dərinliklərindən gələn saygı və hörmətlə sizi səlamlayır və atdığınız yeni addım üçün səmimi qəlbdən təbrik edirəm. Sizin kimi aydın düşüncəli, demokratik baxışlı və millətimizin umid qaynaqlarından sayılan bir şəxsiyətin , Azərbaycan adına açılmış “oyanış” tv- nin başında durması məni həddindən artıq sevindirdi. 

Sizin, bu işi yetərincə yerine yetirmək üçün üstün qabiliyətizə zərrəcə şübhə yoxdur. Verdiyiniz müsahibədə , siyasi düşüncə keyfiyətinizin yanında, ana dilimizi olduqca gözəl qavramağınız həqiqətən təqdirə layıqdır.

Əmin və arxayınamki, bu tutumuz , Azərbaycan Türk Millətinə, özəlliklə bu bütövün örtük altında saxlanılan yarısı, qadınlarımıza, dəyərli örnək olacaqdır. Sizdə olan zəkavət, dirayət və şücaət-dən xəbərim olduğuna görə bunada əmin və arxayınamki, bütün xətalardan qorunaraq, milli birliyimizin yolunu safaldıb, ona ışıq tutacaqsınız. İnanıramki, önünüzdə olan vəya yaranacaq bütün əngəlləri  dözüm, təmkin və ustalıqla aşıb, millətimizin bu qara gündən qurtulması üçün ırı addımlar atacaqsınız. Tutduğunuz dogru yol çəkəcəyiniz zəhmətlərin böyük nəticələr vermsinə gətirib çıxaracaqdır.

Söylədiyiniz kimi bu millət 1-2 yox , onlarca TV və başqa imkanlara layiqdir. İnanıramki, böyük millətimizin dəyərli seçginləri bu arzunu yerinə yetirəcəkdir. Fars şovinistlərinin saysız TV- lərindəki yaman- yoğuzlar onların pislik və çirkinliyi hesab edilir. Arxayınamki  bizimkilər , ulu millətimizə yaraşır- sivil bir mədəniyətə uygun- Azərbaycan ədəb və nəzakət qaydalarını qoruyaraq öz işlərini sürdürəcəklər.

Bir daha sizi cani dilden təbrik edir, tutduğunuz bu müqəddəs yolda uğurlar arzulayıram. Yaşasın Azərbaycan , tanri Türkü qorusun.

 

Ən içdən saygılarımla : Böyük Rəsuloğlu