İRAN
MƏTBUATI HEYDƏR ƏLİYEVİ DƏ HƏDƏFƏ
ALDI
İran
parlamentində dava düşdü
Güney Azərbaycanda vəziyyət gərgin olaraq qalır. Şəhər və kəndlərdə kütləvi etiraz aksiyaları keçirilməsə də, İran hökuməti hər an təhlükə gözləyirmiş kimi bütün yaşayış məntəqələrini nəzarət altına alıb. Bir çox şəhərlərdə bu nəzarəti erməni əsilli xüsusi xidmət orqanlarının əməkdaşları həyata keçirir.
Məlumat üçün deyək ki, Bəzz qalasına yürüş ərəfəsində Güney Azərbaycanın şəhərlərində əhali arasında çağırış xarakterli kompakt disklər yayılıb. Bu barədə «Mediaforum» saytı məlumat verib. Məlumata görə, iyunun 29-30-da Babəkin doğum günü münasibətilə Bəzz qalasına yürüş keçiriləcək. Yürüş ərəfəsində yayılan kompakt disklərdə Azərbaycanın görkəmli siyasət və mədəniyyət xadimlərinin, ötən ay Güneydəki aksiyalarda şəhid olmuş soydaşlarımızın şəkilləri, İran rejiminə qarşı mübarizəyə çağırışlar və vətənpərvərlik mahnıları yerləşdirilib.
İran
parlamentində fars-türk qarşıdurması
İran parlamentinin toplantısı zamanı Germi şəhərindən deputat seçilən azərbaycanlı Nadir Nasiri çıxış edərək, Güney Azərbaycanda yaşayan soydaşlarımızın kütləvi şəkildə həbs olunmasının səbəblərinə İranın Daxili İşlər Nazirliyi tərəfindən aydınlıq gətirilməsini tələb edib. O, azərilərə həbsxanalarda işgəncə verilməsinə qəti şəkildə etiraz edib. Ancaq bu zaman fars deputatlar ona danışmaq imkanı verməyiblər. Parlamentin spikeri isə azərbaycanlı deputatın mikrofonunu söndürərək, onun danışmasına imkan verməyib. Nadir Nasiri bu hərəkəti özünə və ona səs verən minlərlə seçiciyə təhqir hesab edərək, spikerin üzərinə yeriyib. Azərbaycanlı deputatlar onu tutaraq spikeri vurmasının qarşısını alıblar. Hadisə zamanı tərəflər bir-birinə söyüşlər yağdırıblar.
Xatırladaq ki, ötən gün Ərdəbildən seçilən azərbaycanlı deputat da çıxış edən zaman eyni vəziyyətlə qarşılaşmışdı.
«Şimali
İran» jurnalı da təhqirə keçdi
İranda nəşr olunan «Şimali İran» adlı jurnalda Azərbaycan rəhbərliyi təhqir olunub. DAK təmsilçisi Əli Nicatın məlumatına görə, jurnal guya Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Quzeydəki İran mədəniyyətinin izini sildiyini, onu məhv etdiyini iddia edib.
Qeyd edək ki, adıçəkilən jurnal Quzey Azərbaycanı İran torpağı adlandırdığından «Şimali İran» adı altında nəşr olunur. Jurnalın artıq dördüncü sayı işıq üzü görüb. İranın ali dini rəhbəri Xamneyi şəxsən bu mətbu orqana müsahibə verib. DAK təmsilçisi hesab edir ki, bu faktın özü jurnalın İranın yüksək dairələri tərəfindən himayə olunmasının göstəricisidir.
Zori
Balayan Güneydə baş verənləri Ermənistan üçün
təhlükə sayır
Terrorçu fəaliyyətinə görə İnterpolun axtarışında olan erməni yazıçısı Zori Balayan bu günlərdə Hollandiyaya gedərək erməni diasporu ilə görüşlər keçirib. Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının mətbuat katibi Kamal Qasımlının verdiyi məlumata görə, Z.Balayan görüşlərində erməniləri Benilüks Azərbaycan Konqresinin güclənməsinə imkan verməməyə çağırıb: «Belə getsə, 10 ildən sonra azərbaycanlılar ermənilərə öz iradələrini diqtə edəcəklər. Azərbaycanlılar bu sürətlə inkişaf etsələr, Türkiyənin və başqa türkdilli ölkələrin diasporlarını da öz arxalarıyca apara biləcəklər». Z.Balayan Güney Azərbaycanda baş verənlərin də Ermənistan üçün təhlükəli olduğunu söyləyib.
Gundelik
Azerbaycan
______________________________________________________________________________
Rəsmilər
İranda 330 nəfərin həbs olunduğunu deyirlər
Azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra İranın şimal-qərbində başlayan etiraz aksiyaları ilə əlaqədar 330 nəfər həbs olunub.
Bu haqda iyunun 22-də Şərqi Azərbaycan əyaləti ədliyyəsinin rəhbəri Nacaf Ağazadə məlumat verib. O, 85 nəfərin iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığını və məhkəmə qarşısında cavab verəcəyini bildirib.
Nacaf Ağazadənin sözlərinə görə, tutulanlar Bəhai etnik qrupu və Tudeh [Kommunist] partiyasının üzvləridir və ikisinin İsraillə əlaqəsi var.
Etiraz aksiyaları mayın 19-da «İran» adlı rəsmi qəzetdə azərbaycanlıları tarakana oxşadan karikaturanın dərcindən sonra baş qaldırmışdı. Təbrizdə başlayan etiraz aksiyaları sonradan sürətlə başqa şəhərlərə yayılmışdı.
İran rəsmiləri dörd nümayişçinin
öldürüldüyünü bildirirlər.
Azadliq
Radiosu
______________________________________________________________________________
İranın
Azərbaycandakı səfirliyinin birinci katibi Mustafa Məşədi
Azərbaycanın ünvanına səsləndirdiyi
təhqirlərin zarafat olduğunu deyib
Azərbaycan
Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar
Cəlaloğlu bu gün İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin birinci katibi Mustafa Məşədi
ilə görüşüb.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən
məlumata görə, S. Cəlaloğlu birinci katibin xahişi
ilə onunla görüşüb. Görüşdə son vaxtlar İranda baş
verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb,
diplomat bu hadisələrlə bağlı İranın
rəsmi mövqeyini açıqlayıb. S. Cəlaloğlu APA-ya açıqlamasında
bildirib ki, görüşdə jurnalistlərin İrana səfəri
və oradakı prosesləri müşahidə etmələrinə
şərait yaradılması ilə bağlı da müzakirə
aparılıb: “Mən bu nümayəndə heyətində
təkcə jurnalistlərin yox, siyasətçilərin də
təmsil olunmasını, həmçinin səfər zamanı
İranın ayrı-ayrı siyasətçiləri ilə görüşlərin
təşkil olunmasını təklif etdim. Birinci katib bununla
razılaşdı və yaxın zamanlarda səfərin reallaşacağını
dedi. Katib bildirib ki, “Azadlıq” blokunun İranda baş
verən hadisələrlə bağlı keçirdiyi tədbirdə
zarafatla etdiyi çıxış mətbuatda ciddi qəbul olunub
və o, bundan narazıdır. O, çıxışındakı
fikirlərin bir hissəsini ciddi söyləmədiyini bildirib”.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin
birinci katibi “Azadlıq” blokunun keçirdiyi tədbirdə
farslara satılan türk olması, Nizami Gəncəvi və
Məmməd Əmin Rəsulzadənin fars olmaları barədə
fikirlər səsləndirib, qədim Azərbaycan dövləti
olan Səfəvilərin ünvanına təhqiramiz
ifadələr işlədib.
______________________________________________________________________________