Guney xeberleri Bakidan

Guney xeberleri Bakidan - Bolumunu Turxan Kerimli hazirladi

Mən farsa satılmış türkəm

İran səfirliyindən şok açıqlama

Səfirliyin birinci katibi Mustafa Məşhədi: "Milli hərəkat güclənsə, onların tərəfinə keçəcəyik"


Dünən BMM-də "Azadlıq" blokunun Güney Azərbaycanda baş verən hadisələrlə bağlı təşkil etdiyi Dəyirmi Masa keçirildi.
Ölkənin bir çox siyasi partiyalarının, ictimai təşkilatlarının və media nümayəndələrinin qatıldığı tədbirdə İranın Bakıdakı səfirliyinin birinci katibi Mustafa Məşhədi də dəvəti qəbul edərək gələnlər sırasında idi. Mustafa Məşhədinin bəzi etirafları tədbir iştirakçılarının hamısının böyük təəccübünə səbəb oldu. O çıxışına elə bu sözlərlə də başladı: ?ən türkəm və farslara satılmışlardanam?
Bu etirafın yaratdığı təəccüb ötməmiş cənab Məşhədi ikinci etirafını səsləndirdi:
Ирan qəzetində o karikaturanı yerləşdirənlər amerikanlara, mən isə farslara satılmışam".
Daha sonra isə Mustafa Məşhədi növbəti şok açıqlamasını səsləndirdi: ndi orada (Güney Azərbaycanda - red.) sizin dediyiniz hadisələr baş vermir. Əgər milli hərəkat güclənsə, biz hamımız onların tərəfinə keçəcəyik"..

 

-------------------------------------------------------------------------------------------------------------

 

Güneydəki hərəkata Bakıdan ciddi dəstək

"Azadlıq" bloku Güney Azərbaycanda baş verənlərlə bağlı geniş ictimai müzakirə keçirdi

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Azadlıq"Siyasi Blokunun təşkilatçılığı ilə son bir ayda Cənubi Azərbaycanda cərəyan edən hadisələrlə bağlı dəyirmi masa keçirildi. Tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri, mətbuat nümayəndələri, ziyalılar, hüquq müdafiəçiləri iştirak edirdilər. Dəyirmi masada iştirak üçün YAP-a, hakimiyyət strukturlarına, Ombudsman Aparatına dəvət göndərilsə də, bu qurumlar tədbirə qatılmamışdılar. İran səfirliyinin təmsilçisi isə tədbirə bir saat sonra təşrif buyurdu.



Tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli İran ərazisində yaşayan soydaşlarımızın problemlərini müzakirə etmək üçün göndərilən dəvəti qəbul etdiklərinə görə, toplantı iştirakçılarına minnətdarlığını bildirdi. Ə.Kərimlinin fikrincə, baxış bucaqlarının fərqli olması ümummilli məsələdə eyni mövqedən çıxış etməyə mane olmamalıdır:
- Bu gün Azərbaycanın müxtəlif siyasi qüvvələrinin, ictimai təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bu dəyirmi masanın arxasında müzakirələrdə iştirak etmək üçün əyləşiblər. Hamınıza təşəkkür edirik ki, bu məsələnin ümummilli əhəmiyyətini düzgün qiymətləndirərək, bugünkü müzakirələrə qatılmağı özünüzə borc bilmisiniz.
Bir neçə aydır ki, Cənubda yaşayan bacı-qardaşlarımız öz hüquqları uğrunda ciddi mübarizə aparırlar. Bu mübarizə ilk növbədə dinc xarakteri ilə diqqəti cəlb edir. Bilirik ki, İran ərazisində yaşayan azərbaycanlıların uzun zamanlardan bəri yığılıb qalmış bir sıra problemləri var - həm insan hüquqları, həm də bilavasitə azərbaycanlılara aid olan milli hüquqların məhdudlaşdırılması baxımından. Son vaxtlar orada baş vermiş hadisələr isə, görünür, uzun zaman azərbaycanlıların dolmuş səbr kasasında sonuncu damla rolunu yerinə yetirdi. Və beləliklə, indi orada insanların öz hüquqları uğrunda geniş hərəkatı davam edir. Dəqiqləşdirə bilməsək də, topladığımız məlumatlara görə, bu mübarizədə iştirak etdən minlərlə insan həbs olunub, ölənlər, repressiyalara məruz qalanlar var. Cəmiyyətimizin isə bu məsələyə münasibəti nizamsızlığıyla, koordinasiya olunmamasıyla fərqlənir. İndiyə qədər Azərbaycan cəmiyyətinin bu məsələyə ümumiləşmiş münasibətilə rastlaşa bilməmişik. Təəssüf ki, dövləti rəsmən təmsil edən şəxslərin baş verən hadisələrə adekvat münasibətinə rast gəlməmişik. Əksinə, Azərbaycan respublikasına pənah gətirmiş Çöhrəqanlının ölkədən çıxarılması, azərbaycanlıların hər birinə utanc gətirir. Əfsuslar ki, bu məsələyə özünü milli demokratik kəsimə aid edənlərin də koordinasiya olunmuş və ümumi əsasları bəlli olan mövqeyi formalaşmayıb. Soydaşlarımızın apardığı mübarizəni necə dəyərləndirməli, hansı mövqeni tutmalı və onlara necə kömək etməliyik? Eyni zamanda necə edək ki, soydaşlarımıza kömək edən zaman İranla münasibətləri münaqişə həddinə gətirib çıxarmayaq? Bütün bunlar müzakirə tələb edir. Son vaxtlar cəmiyyətin içindən gələn bir sifariş var. Qarşımıza bu cür böyük ümummilli problemlər çıxan məqamda bizim daxili münasibətlərimiz xalqımızı narahat edir. Bizim ölkəmizdə siyasi qüvvələr arasında münasibətlər heç olmasa ümummilli məsələdə bir olmağa imkan verməyib. Ona görə də, "Azadlıq"bloku olaraq belə tədbir keçirmək qərarına gəldik. Və ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar kimi, hakim partiyaya da dəvət göndərdik. Ancaq onlar dəyirmi masada iştirak etmədilər. Açığı onlara dəvət göndərəndə də güman edirdik ki, Cənubi Azərbaycan məsələsində vahid mövqedən çıxış etməyə iqtidar mənsubları maraq göstərməyəcəklər. Amma bu addımı millət qarşısında borcumuzdan çıxmaq üçün atdıq. Haqqımız mütəmadi olaraq bu qrup tərəfindən pozulsa da hər halda biz bir millətin mənsublarıyıq və ümummilli məsələlərdə bir araya gəlməyi bacarmalıyıq.
?ənubda baş verənlər milli zülmə qarşı etirazdır?
Daha sonra "Azadlıq"bloku Məclisinin Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Komissiyasının rəhbəri Yasəmən Qaraqoyunlu çıxış etdi. O, Cənubi Azərbaycan məsələsinin tarixi köklərinə toxunaraq, bu istiqamətdə qısa məruzə söylədi:
- Mayın 22-də başlayan Cənubi Azərbaycan hərəkatı ABŞ-İran münasibətlərinin kəskinləşdiyi bir dönəmə təsadüf etdiyindən fars rejimi ölkə daxilindəki xalqlara qarşı ayrı-seçkilik siyasətini gizlədərək hərəkatın kənardan dəstəkləndiyini iddia edir. Bu, yanlış yanaşmadır. Və biz bunu bütün dünyaya sübut etmək üçün fəaliyyət göstərməliyik. Cənubi Azərbaycanda baş verənlərin kökü İran rejiminin daxilindən gəlir və milli zülmə qarşı etiraz aksiyasıdır.
Azərbaycan türkləri 1925-ci ilədək İran taxt-tacında oturaraq, bu dövləti mütləq monarxiya şəklində idarə ediblər. Və bu dövr ərzində heç zaman millətçilik siyasəti yürütməyiblər. Lakin 1925-ci ildə Rza şah hakimiyyətə gəldikdən sonra fars şovinizmini İran dövlət siyasətinin ana xətti kimi elan edib. Rza şah türk dilinin yasaqlanması, kompakt Azərbaycan ərazilərinin parçalanması siyasətini həyata keçirib...



İran hökumətinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan bölgələrində iqtisadi inkişaf, sənayeləşmə, maşınqayırma yoxdur. Hazırda Cənubi Azərbaycanda soydaşlarımız milli haqlarının bərpası uğrunda mübarizə aparırlar. Biz onların hüquqlarının bərpasına kömək etməliyik. BMT, Avropa Şurası İranda baş verənlərdən məlumatlı olmalıdır. Bu məsələ Azərbaycan parlamentində də müzakirə edilməlidir. Bu baxımdan Ombudsman Aparatının da üzərinə böyük vəzifə düşür. Hüquq müdaifəçiləri, jurnalistlər də baş verən olayları hərtərəfli araşdırmalıdırlar...
Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsinin rəhbəri Cahandar Bayoğlunun da fikrincə, hazırda güneydə baş verənlər Qərb və Tehran münasibətləri kontekstindən qiymətləndirilməməlidir:
- 22 may Təbriz hadisələri göstərdi ki, Güneydə insanlar türk olduqlarını dərk edir və milli maraqları uğrunda mübarizəyə hazırdırlar. Eyni zamanda o da məlum oldu ki, İran rejimini ABŞ-ın hücumu olmadan da yox edə biləcək qüvvə var. Dünya ictimaiyyətinə məsələnin bu tərəfini çatdırmaq borcumuzdur. Əminəm ki, Cənubda başlayan hərəkat Azərbaycanın bütövlüyülə nəticələnəcək. Hazırda Cənubi Azərbaycandakı gücün potensialı düzgün qiymətləndirilməlidir. Hesab edirəm ki, Cənubi Azərbaycan olayları ilə bağlı işçi qrupu yaradılmalı və 22 avqustda geniş tərkibdə toplantı keçirilməlidir.
Cənubdakı olaylarla bağlı geniş forum keçirilməlidir


GAMOH təmsilçisi Əlirza Eminbəyli çıxışına başlamazdan əvvəl Cənubda baş verən hadisələrdə şəhid olmuş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Cənubdakı soydaşlarımızın Əbülfəz Elçibəyin yolunu davam etdirdiyini vurğulayan Ə.Eminbəyli qeyd etdi ki, hərəkata ?arici qüvvələr?damğasının vurulması düzgün deyil:
- Cənubdakı hərəkat soydaşlarımızın insan haqlarının bərpasını qarşısına məqsəd qoyub. İran rejimi bu mübarizəyə ?afir?damğası vurmaq istəyir. Amma haqq, ədalət uğrunda mübarizəni bu cür ləkələmək olmaz.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən KAXCP sədri Mirmahmud Mirəlioğlu mətbuat işçilərinə də cənub hadisələrini diqqətdə saxladıqlarına görə təşəkkür etdi:
- Bütöv Azərbaycan məhfumunu 80-ci illərin sonunda AXC formalaşan zaman Əbülfəz Elçibəy gündəmə gətirdi. Hazırda Güneydə baş verənləri Quzeydə 80-ci illərin sonlarında baş verən olaylara bənzətmək olar. O zaman imperiya parçalandıqdan sonra biz hakimiyyətə hazırlıqsız gəldiyimizdən bir il iqtidarda qala bildik. Bu tendesiya Güneydə də sezilir. Bu, çox narahatedici məsələdir...
Azərbaycan hakimiyyəti 50 milyon bir yana, heç 50 nəfərə də rəhbərlik edə bilmir. Fikrimcə, Azərbaycan cəmiyyətinin qarşısında duran məsələ baş verən olaylarda vətəndaş mövqeyindən çıxış etməkdir. Düşünürəm ki, bugünki tədbirin nəticəsi əməli iş olmalıdır. Dünya xalqlarının baş verən olaylara konkret münasibəti var. Bu münasibət bizdə yoxdur. Bu boşluğu aradan qaldırmaq lazımdır.
VHP sədri və DAK İdarə Heyətinin üzvü Sabir Rüstəmxanlının fikrincə, Cənubi Azərbaycan məsələsiylə bağlı yaxın zamanlarda geniş bir forumun keçirilməsinə ehtiyac var:
- DAK olaraq BŞİH-yə aksiya keçirməklə bağlı müraciət etsək də, buna icazə verilmədi. Düşünürəm ki, bu istiqamətdə təkid etməliyik. Cənubi Azərbaycanla bağlı məsələdə cəmiyyət, müxtəlif siyasi qüvvələr olaraq vahid mövqedən çıxış etməkçün gündəlik işdə birlik nümayiş etdirməliyik. Belə olmasa digər birliklər də sürüşkən xarakterli olacaq...
Günyedə baş verənlər sübut etdi ki, Azərbaycanı yan keçərək İranda heç nəyə nail olmaq olmaz
?üneyə dəstək üçün Azərbaycan demokratikləşməlidir?
Cəmiyyətin bu gün Cənubi Azərbaycanda baş verənlərə biganə yanaşmasının səbəblərini toplumun öz içərisində axtarmağa tərəfdar olan "Azadlıq"qəzetinin baş redaktoru Qənimət Zahid bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmaması bu cür olaylarda özünü çılpaq şəkildə göstərir:
- Azərbaycan cəmiyyəti kölələrin üstünlük təşkil etdiyi cəmiyyətdir. Azərbaycan hökuməti də kölə toplumu idarə etməyi sevən bir hakimiyyətdir. Ona görə də cəmiyyətimizin baş verənlərə münasibəti belədir. Azərbaycan hakimiyyətinin uzun illərdir ki, ümummilli məsələlərə münasibəti xalqımıza şərəf gətirməyən şəkildə qurulub. Biz nəzərə almalıyıq ki, Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmiş qurum İranın müxtəlif işbaz dairələrilə narkotik və silah alveri ilə məşğul olur. Bütün bu proseslər cəmiyyətin nəzarətindən kənardadır. Ona görə də biz bu hakimiyyətdən mövqe nümayişi tələb edə bilmirik. Azərbaycanda nə qədər ki, demokratiya olmayacaq, həm cəmiyyətin içindən, həm də xaricdən yarana biləcək təhlükələrin qarşısına əliyalın çıxacağıq. Hesab edirəm ki, Güney Azərbaycan məsələsinə verə biləcəyimiz dəstək bütün toplumun yox, yalnız onun fəal hissəsinin ola bilər. Bunun bütünlükdə cəmiyyətin dəstəyinə çevrilməsi üçün Azərbaycanın demokratikləşməsi məsələsi həll olunmalıdır. Nə fərqi var, Cənubi Azərbaycanda da öz haqları uğrunda mübarizə aparanları həbs edirlər, burada da.
Tədbir təşkilatçılarını minnətdarlığını çatdıran Almaz Əliqızı bütöv Azərbaycan ideyasını gündəmə gətirən şəxsin məhz Əbülfəz Elçibəy olduğunu xatırlatdı:
- Əbülfəz Elçibəy bütöv Azərbaycan ideyasını insanların şüuruna yeritmişdi. Hazırda biz Cənubda baş verən olaylara seyrçi mövqedən yanaşa bilmərik. Bir zamanlar Güneydə müstəqil dövlət yarananda bu addım atıldı və nəticədə bir il sonra Güney Azərbaycan hökumətini SSRİ məhv etdi. Gəlin siyasi partiyalar, ziyalılar olaraq Cənub hadisələrinin arxasınca sürünməyək. Birləşmək şansı xalqımıza bir daha verilib və ondan istifadə etmək gərəkdir.
?izi yalnız qoymadığınıza görə minnətdarlığımı bildirirəm?
Daha sonra Ə.Kərimli bildirdi ki, dəyirmi masadakı müzakirələrə GAMOH sədri Mahmudəli Çöhrəqanlı və Dünya Azərbaycanlılarının Hüquqlarını Müdaifə Komitəsinin sədri Böyük Rəsuloğlu da telefon bağlantısı vasitəsilə qatılmaq istəyirlər. M.Çöhrəqanlı ilə əlaqə alınmasa da, B.Rəsuloğluyla qısa müddətli telefon danışığı baş tutdu. O, toplantı iştirakçılarını salamlayaraq bu mübarizədə onlara uğurlar arzuladı: ?izi yalnız qoymadığınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Hər şeydən əvvəl onu deməliyəm ki, son olaylar nəticəsində Cənubi Azərbaycanda 25 şəhid, 2 min yaralı, 300-500 arasında həbs olunanlar var. Həbs olunanlar arasında xeyli ziyalılar var. Onların əksəriyyətinin durumu ağırdır?
Əli Kərimlidən İran səfirliyinin I katibinə sorğu
Ə.Kərimli İranın ölkəmizdəki səfirinin I katibi Mustafa Məşhədiyə söz verməmişdən öncə, hazırda Cənubi Azərbaycanla bağlı aktual olan bir sıra sualları ona ünvanladı:
- Hazırda informasiya texnologiyaları Cənubda baş verənləri gizlətməyə imkan vermir. Biz aksiyalarda al qan içində olan azərbaycanlıların şəkillərini görürük, itkin düşmüş insanların siyahılarını əldə edirik. Amma İran səfirliyinin nümayəndələri belə hadisələrin olmadığını bildirir. Yəqin ki, səfirliyin nümayəndəsi çıxışı zamanı bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. O cümlədən, Azərbaycan KİV-dən, hüquq müdafiəçilərindən, millət vəkillərindən ibarət nümayəndə heyəti gedib yerlərdə hadisələrin monitorinqini apara bilərlərmi sualına da cavab veriləcək. Azərbaycan hakimiyyəti müəyyən səbəblərdən hazırda Cənubda baş verənlərə səssiz-səmirsiz yanaşır. Amma istərdim, biləsiniz ki, hakimiyyətin bu yanaşması xalqın mövqeyi deyil. Biz istəyirik ki, dünyanın hər yerində olduğu kimi soydaşlarımız normal insan hüquqlarına malik olsunlar. Problemləri varsa, öldürülmədən, zorakılıqla üzləşmədən, siyasi, dialoq yoluyla həll etsinlər.
I katibdən şok açıqlamalar
Mustafa Məşhədi bildirdi ki, dəyirmi masada iştirakının səbəbi bəzi qaranlıq məqamlara aydınlıq gətirməkdir. M.Məşhədi çıxışına maraqlı bir ?rayışla?başlayıb farsa satılmış türklərdən olduğunu dedi:
- Tədbirə yalnız qulaq asmağa gəlmişdim. Ancaq çox sağ olun ki, mənə danışmağa imkan verirsiniz... Azərbaycanda Cənubda baş verənlərə iki cür mövqe var. Müxalifətin öz, iqtidarın isə öz mövqeyi var. Hakimiyyət öz mövqeyini səfirliyin vasitəsilə nümayiş etdirir. Siz tarixi bir cür, biz başqa cür keçmişik... Səfirlik baş verənlərlə bağlı həqiqətin üzə çıxarılması üçün İrana nümayəndə heyətinin göndərilməsinə razıdır (Bu an AMDP sədri İsgəndər Həmidov səfirliyə bununla bağlı müraciət etdiyini, lakin müraciətinin rədd olunduğunu bildirdi). Problem yoxdur, siz də İranda nəyin baş verdiyini görmək üçün ora səfər edə bilərsiniz. İndi orada sizin dediyiniz hadisələr baş vermir. Əgər milli hərəkat güclənsə, biz hamımız onların tərəfinə keçərik... İranda birinci şəxs azərbaycanlıdır və azərbaycanlılara ünvanlanan təhqirlər ona da şamil edilir. Bütün bu hadisələri qarışdıran amerikanlıya satılmış azərbaycanlıdır. 27 ildir ölkəmiz müəyyən problemlərlə fəaliyyət göstərir. Və müəyyən fikirlərimiz dünya ilə üst-üstə gəlmir. Biz axının əksinə hərəkət edirik. Dünya bir başqa yolla gedir, biz bir başqa...
Səfirliyinin təmsilçisinin bəzi maraqlı etiraf və qərəzli təhriflərlə zəngin təxminən 10 dəqiqəlik çıxışı tədbir iştirakçıları arasında təəccüblə yanaşı böyük narazılığa da səbəb oldu. Xüsusilə onun Nizami Gəncəvini, Şəhriyarı fars şairi kimi təqdim edərək, azərbaycanlıların İranda hüquqlarının pozulmadığına iddia etməsi.
?ənubi Azərbaycanı informasiya blokadasından qurtarmalıyıq?
Səfirliyin təmsilçisinin çıxışından sonra Ə.Kərimli bildirdi ki, Cənubi Azərbaycanda baş verən hadisələri araşdırmaq üçün dəyirmi masanın adından nümayəndə heyətinin tərkibi müəyyənləşdirilib səfirliyə rəsmən müraciət ediləcək.
Hüquq müdaifəçisi Novella Cəfəroğlu isə İranı Qarabağ müharibəsində müsəlman ölkəsi olan Azərbaycanın yox, Ermənistan tərəfindən çıxış etməkdə suçladı:
- Ermənistan hazırda İranın hesabına yaşayır. Ermənistanın işğalı nəticəsində bir milyondan artıq qaçqın əziyyət çəkir. İranda yaşayan ermənilərin, kürdlərin məktəbləri olduğu halda, azərbaycanlılar bu hüquqdan məhrumdur. Buna biz dözümlü yanaşa bilmərik.
Millət vəkili Pənah Hüseyn bildirdi ki, bütöv Azərbaycan nəzəriyyəsində Elçibəy yolunun əsas müddəalarından biri Azərbaycan Respublikasını nümunəvi dövlətə çevirməkdir:
- Biz aksiyalara icazə verməsələr də, icazəsiz şəkildə tədbirlər keçirərək, müəyyən dərəcədə bunu etməliyik. Əksər siyasi partiyaların məramnaməsində Güney məsələsi öz əksini tapıb. Ona görə bu məsələdə vahid mövqedən çıxış etmək bir o qədər də çətin olmayacaq. Azərbaycan türklərinin bir dövlətdə yaşamaq hüququ var. Bu hüquq Güneydə yaşayan soydaşlarımıza da aiddir. Biz Güneydə gedən hərəkatı demokratik qüvvələr olaraq dəstəkləyirik və hesab edirik ki, hakimiyyət də bu məsələyə münasibətini bildirməlidir.
Hüquq müdaifəçisi Murad Sadəddinov hazırda cənubda baş verən olayların 20 Yanvarı xatırlatdığını bildirdi:
- Cənubi Azərbaycanda qanlı yanvar zamanı Şimalda yaranan situasiyaya oxşar vəziyyət yaranıb. O zaman da biz dünyaya informasiyanın çatdırılmasında böyük çətinlik çəkirdik. Ona görə düşünürəm ki, Cənubi Azərbaycanla bağlı məlumatlar toplanılaraq müvafiq beynəlxalq təşkilatlara göndərilməlidir. Mən də hesab edirəm ki, məsələylə bağlı geniş forumun keçirilməsinə ehtiyac var. Və bir şey də əmin olun, Cənubla Quzey arasında olan sərhədlər Berlin körpüsü kimi dağılacaq.
QAT təmsilçisi Rasim Əhmədov hesab edir ki, Cənubda gedən proseslərə kömək Qarabağa kömək deməkdir:
- Elçibəy deyirdi ki, Qarabağ probleminin həlli Azərbaycanın bütövləşməsindən keçir. İran bu problemin həllini istəmədiyindən Şimali Azərbaycanda da demokratikləşməyə qarşı çıxır. Düşünürəm ki, cənubda baş verənlərlə bağlı elmi-praktik konfrans keçirilməlidir.
Flora Kərimovadan üsyankar mövqe
Tanınmış jurnalist Xaliq Bahadır bildirdi ki, istənilən zaman İranda baş verən olayların araşdırılması məqsədilə bu ölkəyə səfər etməyə hazırdır:
- Bu gün biz Güneyə köməkdən danışırıq. Amma ilk növbədə Şimali Azərbaycan cəmiyyətinin özünə kömək lazımdır. Azərbaycanın problemi bugünki hakimiyyətdədir. Hesab edirəm ki, dünya azərbaycanlıları milli demokratikləşmə platformasında birləşməlidir.
AMDP sədri İsgəndər Həmidov çıxışını tədbir iştirakçılarını 22 may bayramı münasibətilə təbriklə başladı:
- 22 may Təbrizdə baş verən hadisələr hər bir azərbaycanlının arzu etdiyi gündür. Bu gündə azərbaycanlılar hüquqları uğrunda savaşa başlayıblar. Tezliklə Azərbaycan bir olacaq.
Hüquq müdaifəçisi İlqar İbrahimoğlu isə bildirdi ki, hazırda baş verən hadisələrdə populizmdən uzaq olmaq lazımdır:
- Heç bir millət öz millətçiliyni gözə soxmayıb. Bu təbiidir. Hər bir insan atasını, anasını sevir. Millətə olan sevgini əməldə göstərmək lazımdır. Bu gün ?arqovı?a çıxın əhalinin 90 faizi rus dilində danışır. Mən rusca təhsil alsam da ailəmdə də, evimdə də azərbaycanca danışıram. Tələbələrin əksəriyyəti elmi ədəbiyyatı rusca oxuyur. Düşünürəm ki, dünyada gedən proseslərə diqqətlə baxmalıyıq. Güney məsələsinə insan haqları kontekstindən yanaşmalıyıq...
Daha sonra çıxış edən tanınmış müğəni Flora Kərimova bildirdi ki, Cənubi Azərbaycandakı hərəkata hər hansı yardım etmək üçün səmimi birlik olmalıdır. Bu kontekstdə F.Kərimova müxalif düşərgədən saxta parlamentin işinə qatılanları kəskin ittiham etdi:
- Bir müddət əvvəl də qeyri-səmimi insanlar birlikdən, vətəndən, millətdən danışırdılar. Bütün bu sözlərə dözmək olmur, Əli bəy! Siz siyasətçi kimi bu cür addımlara dözürsünüz. Amma mən bir vətəndaş olaraq dözə bilmirəm. Çünki mən bu cür siyasətdən iyrənirəm. Bizim birliyimizi qoparan, sarsıdan Milli Məclisə baş əyən insanlardır. Bu gün onlar yenə bizə yol göstərirlər. Bəzi insanlar bəyanat xatirinə danışır. Burada vaxtı ilə odlu alovlu danışan insanlar hanı? Mən saxta insanlarla bir yerdə əyləşmək istəmirəm. Mən onlara inanmıram. Biz bütün bu insanlara dözərək gəlib bu günə çıxmışıq.
?öyük millətlərin birləşməsi böyük prosesdir?
Sonda "Azadlıq" blokunun liderləri çıxış etdilər.
VİP sədri Əli Əliyev dəyirmi masada açılan müzakirələri önəmli sayaraq, yaxın zamanlarda daha bir anoloji tədbirin keçirilməsini vacib saydı:
- Arzu edirəm millətimiz Cənubda baş verən olyalardan qalib ayrılsın. Ötən əsrdə belə hərəkatlar 4 dəfə baş verib. Amma hamısı qan içində boğulub. Ona görə də hazırda baş verənlərdə bir qədər müdrik yanaşmaq lazımdır. Cənubi Azərbaycanda baş verən hərəkat rejimə qarşıdır, İslama yox. Hərəkatın kənardan maliyyələşməsiylə bağlı deylənlər də həqiqətə uyğun deyil. Bu gün İranda böyük siyasət yürüdən dövlətlərin planlarında böyük türk dövlətinin yaradılması yoxdur. Quzeyin üzərinə bir vəzifə düşür - Güneyin haqq səsini bütün dünyaya çatdırmaq. Hazırda hakimiyyət baş verənlərə göz yumur. Biz onu bu məsələdə milli mövqedən çıxış etməyə məcbur etməliyik. Böyük millətlərin birləşməsi böyük prosesdir. Bir qədər dözüm və siyasi təfəkkür istəyir.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun da fikrincə hazırda Cənubi Azərbaycanda gedən hərəkata düzgün ad verilməlidir:
- Əgər orada hərəkat Milli Azadlıq Hərəkatı və məqsəd milli dövlət yaratmaqdırsa bu gün Azərbaycan dövləti var. Və bu dövlətin bayrağı BMT-nin qarşısında dalğalanır. Fikrimcə, Cənubdakı hərəkata Azərbaycanın bütövləşməsinə gətirib çıxara biləcək demokratikləşmə prosesi deyilməlidir. Bizim cəmiyyət əlindən gələn yardımı soydaşlarımıza göstərməlidir. Biganə qalmağa haqqımız yoxdur. Əsas vəzifəmiz isə İran rejiminin azərbaycanlılara qarşı genosidinin qarşısını almaqdır.
?#304;randa ikinci dil Azərbaycan dili olmalıdır?
MBH lideri Lalə Şövkət Cənubi Azərbaycanda baş verənlərlə bağlı bu cür tədbirin keçirilməsinin sevindirici hal oluduğunu bildirdi:
- Hər zaman ideya müxtəlifliyinin tərafdarı olmuşam. Böyük Azərbaycan ideyası da var, Milli Hərəkat ideyası da. Avropada olarkən Cənubi azərbaycanlılarla söhbət etmişəm. Onların əksəriyyəti İranın parçalanmasını istəmir. Onlar yalnız və yalnız milli hüquqlarının təminatını, demokratik, azad ölkədə yaşamaq istəyirlər. Mən İran diplomatları ilə söhbətimdə ermənilərin İranda məktəbinin olmasına baxmayaraq, azərbaycanlıların bu hüquqdan məhrum edilməsinin səbəbini sormuşam. Onlar bildirirlər ki, azərbaycanlılar İranda milli azlıq deyil, çoxluqdurlar, ona görə məktəbləri yoxdur. O zaman sual edirəm: azərbaycanlılar çoxluqdurlarsa, nəyə görə türk dilli İranda ikinci dil deyil? Məsələnin bu cür qoyluşu məncə daha düzgündür. Biz pillə-pillə irəliləsək çox şeyə nail ola bilərik. Biz ilk növbədə İrandakı soydaşlarımızın vətəndaş, milli hüquqlarının qeydinə qalmalıyıq. Bu məsələdə dövlətçilik mövqeyindən də çıxış etməliyik. Azərbaycan İrandan qat-qat kiçik, zəif bir dövlətdir. Bunu unutmamalıyıq. Öz dövlətimizdə hüquqlarımızı təmin edə bilmirik. Fikrimcə, biz emosiyalara qapılmadan, daha iri forum keçirərək bu məsələləri müzakirə etməliyik.
Dəyirmi masanın beynəlxalq təşkilatlara müraciəti olacaq
Sonda AXCP sədri çıxış edərək dəyirmi masa adından hansı addımların atılacağını toplantı iştirakçılarının diqqətinə çatdırdı:
- Dəyirmi masa adından tanınmış beynəlxalq təşkilatlara müraciət etməyimizə yəqin ki, heç kim etiraz etməz. Bu təşkilatlardan İranda mübarizə aparan soydaşlarımıza qarşı repressiya faktına reaksiya verməsini istəyəcəyik. Nəyə görə bu qurumlar özlərini tamamilə reaksiyasız kimi aparmalıdırlar. Biz bu infiormasiya blokadasını aradan qaldırıb, prosesə şəffaflıq verə bilərik. Digər tərəfdən jurnalistlərdən ibarət bir tərkib formalaşdırıb İrana göndərək. Onlar İrana gedib xalq hərəkatının nümayəndələrilə görüşsünlər. Növbəti toplamamız da çalışaq ki, onları dinləməyə həsr olunsun...
Bütün bu müzakirələrdə bir məqam xüsusi vurğulanır. Bu da ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti hüquqları uğrunda mübarizə aparan insanlara qarşı biganə deyil, onları dəstəkləyir. Bu çox önəmlidir. Bu xalqın İranda mübarizə aparan təmsilçiləri bilməlidirlər ki, hakimiyyətin susqunluğu fonunda biz onların mübarizəsinə biganə deyilik. Başqa bir təklif forumun keçirilmə günüylə bağlı idi. Yəqin tədbir iştirakçılarının hamısı ilə məsləhətləşdikdən sonra biz onun vaxtını müəyyən edərik. Amma növbəti forumumuzda Azərbaycan cəmiyyətinin daha geniş çevrəsinin təmsilçiliyini təmin etməliyik.
Xəyal Şahinoğlu

 

-------------------------------------------------------------------------------------------------------------

 

 

Vəkil Saleh Kamrani "Evin" həbsxanasında saxlanılır

İranın hökumət qüvvələri tərəfindən iyunun 14-də həbs olunan azərbaycanlıların vəkili Saleh Kamrani Tehranın "Evin" həbsxanasında saxlanılır. Bu barədə APA-ya Tehrandan Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMMK) sədri Səid Nəimi məlumat verib. Dünən vəkilin həyat yoldaşı Mina Kamraniyə əri ilə görüşə icazə verilib.
Mina Kamrani vəkilin həbsi haqda rəsmi ittiham aktının hələ təqdim edilmədiyini deyib. O, həyat yoldaşının səhhətində heç bir problemin olmadığını da bildirib. Artıq İranda yaşayan nüfuzlu azərbaycanlılar da vəkilin azadlığa buraxılması üçün müxtəlif vasitələrdən istifadə edirlər. İran parlamentinin Azərbaycandan seçilən deputatlarının bu həbslə bağlı hökumətə müraciət edəcəyi də gözlənilir

 

-------------------------------------------------------------------------------------------------------------

 

Molla rejimi atəş açacaq. Bəzz qalasına yürüş ərəfəsində Güneydə gərginlik artır

Güney Azərbaycan türklərinin Bəzz (Babək) qalasına yürüş hazırlığı davam edir və Güney Azərbaycan şəhərləri üzrə hazırlıq işləri bitmək üzrədir. Bu xəbər "Turan"a İrandakı mənbələrdən daxil olub.
Xəbərə görə, Təbrizin yaxınlığındakı Eynalı dağlarında milli hərəkatın nümayəndələri bu günlərdə toplantı keçirib və Bəzz qalasına yürüşün təfərrüatına dair müzakirələr aparılıb.
Toplantıda hakimiyyət yürüşə maneçilik etdiyi və ya icazə vermədiyi halda Güney Azərbaycanın bütün şəhərlərində etiraz aksiyalarının keçirilməsi variantının da nəzərdə tutulur.
Keçən ay Güney Azərbaycan şəhərlərində baş vermiş olaylardan təşvişə düşən rəsmi Tehran yürüşün qarşısını almaq üçün Bəzz qalasına gedən yollara re
жimə sadiq və və İran ermənilərindən ibarət qüvvələri yerləşdirir. Rəsmi Tehran fars əsilli hərbçilərə aksiya iştirakçılarına xəbərdarlıqsız atəş açmaq səlahiyyəti verib. Aksiyaya hazırlıq işlərilə məşğul olan 1000-ə yaxın şəxsin ya polis tərəfindən saxlandığı, ya cərimə edildiyi, ya da təzyiqlərə məruz qaldığı bildirilir. Amma bütün bunlar yürüş hazırlığına hələ ki təsir etməyib. Rəsmi Tehranın yürüşə mane olmasına parlamentdə türk deputatlar da etiraz edib və bu maneçiliyə son qoymağı tələb ediblər.
Tehrandan Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMMK) sədri Səid
Нəiminin verdiyi məlumata görəsə, iyunun 14-də həbs olunan vəkil Saleh Kamrani Tehranın "Evin" həbsxanasında saxlanılır. Artıq İranda yaşayan nüfuzlu azərbaycanlılar da vəkilin azadlığa buraxılması üçün müxtəlif vasitələrdən istifadə edirlər. İran parlamentinin Azərbaycandan seçilən deputatlarının bu həbslə bağlı hökumətə müraciət edəcəyi də gözlənilir.
Məşrutə Hərəkatının lideri Səttarxanı "yol oğrusu" adlandıran İranda nəşr olunan "Şərq" qəzetinin məhkəmə prosesisə bu həftə də təxirə salınıb. "Yarpaq" qəzetinin redaktoru Səid Muğanlının məlumatına görə, İran hökuməti bu məsələnin şişirdilməməsi məqsədilə məhkəmə prosesinin dayandırılmasına çalışır. Qəzetin Səttarxanı təhqir edən yazısıyla bağlı məhkəməyə müraciət edən bir qrup azərbaycanlı
жurnalistsə bununla əlaqədar İran parlamentinin Azərbaycandan seçilən deputatlarına müraciət etməyə hazırlaşır.

 

----------------------------------------------------------------------------------------------------------------------------

 

İranda mitinqlər zamanı həbs olunan azərbaycanlılar Ərdəbil təcridxanasında aclıq aksiyasını davam etdirir

İranda baş verən mitinqlər zamanı həbs olunan azərbaycanlıların Babək qalasına yürüşdən sonra sərbəst buraxılacaqları güman olunur. Bu barədə Tehrandan Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMMK) sədri Səid Nəimi məlumat verib. İranın hökumət qüvvələri bu addımı atmaqla iyulun 1-də Babək qalasında keçiriləcək tədbirin qarşısını almaq və ya yürüşün gücünü azaltmaq istəyir. Həbsdə olan hərəkatçıların bir qrupu isə Ərdəbildə yerləşən təcridxanada aclıq aksiyasını davam etdirir. Artıq 15 gündür aclıq aksiyasına başlayan Abbas Lisani, Mehdi Məhəmmədpur, Cəlal Təqəvi, Davud Əsədi, Əkbər Xub, Cəfər Sübhani, Rəhim Qulami, Riza Şəbani və Vahid Dərgahinin səhhətində ciddi problemlər yaranıb. Yeməkdən imtina edən aksiya iştirakçıları ancaq su qəbul edir

-------------------------------------------------------------------------------------------------------------------------

 

Güneylə bağlı tədbirdə qalmaqal yarandı

İran səfirliyinin 1-ci katibi fars dilini dövlət dili elan etdiyinə görə Səfəviləri qınadı

Dünən "Azadlıq" blokunun təşəbbüsülə "İranda yaşayan azərbaycanlıların problemləri və Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələr" mövzusunda dəyirmi masa keçirildi. Tədbirə müxalifət partiyaları və QHT-lərlə yanaşı, Prezident Aparatı, Ombudsman Elmira Süleymanova və hakim YAP da dəvət olunub. Lakin, sözügedən ünvanlardan heç kim tədbirə qatılmamışdı. İran səfirliyinin təmsilçisisə tədbirə təşrif buyurmuşdu.

Fərqli baxışların olmasına baxmayaraq, ümummilli məsələdə eyni mövqedən çıxış etməyin vacibliyini qeyd edən AXCP sədri Əli Kərimli dedi ki, Güneydə soydaşlarımızın öz hüquqları uğrunda apardıqları mübarizə ilk növbədə dinc xarakterilə diqqəti cəlb edir: "İndiyə qədər Azərbaycan cəmiyyətinin məsələyə ümumiləşmiş münasibətilə rastlaşa bilməmişik. Soydaşlarımızın apardığı mübarizəni necə dəyərləndirməli, hansı mövqeni tutmalı və onlara necə kömək etməliyik? Eyni zamanda necə edək ki, soydaşlarımıza kömək edən zaman İranla münasibətləri münaqişə həddinə gətirib çıxarmayaq? Bütün bunlar müzakirə tələb edir".
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, əgər Güneyə dəstəklə bağlı hansısa qurum yaranacaqsa, təşkilat olaraq bu işdə iştirak edəcəklər.
VHP sədri Sabir Rüstəmxanlı İranda baş verən son hadisələrlə bağlı ümumrespublika forumunun keçirilməsini təklif etdi. O eyni zamanda siyasi qüvvələri yalnız Güney və Qarabağ məsələsini "ümummilli məsələ" saydıqlarına görə qınadı.
Avropadan telefon vasitəsilə tədbirə qatılan Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu son hadisələrdə 25 nəfərin öldüyünü, 2000 nəfərin yaralandığını, 5 minə qədər soydaşımızınsa həbs edildiyini dedi.
Çıxış edənlərin əksəriyyəti İran səfirliyinin nümayəndəsinin açıqlama verməsini tələb edirdilər. Ə.Kərimlisə əvvəlcə iştirakçılardan İran diplomatının çıxışına dözümlü yanaşmağı xahiş etdi. O, səfirlik nümayəndəsinə Azərbaycan
жurnalistlərinin və hüquq müdafiəçilərinin İrana göndərilməsi və orada monitorinq aparılmasına şərait yaradılmasını da təklif etdi. Beləliklə, İran səfirliyinin 1-ci katibi Mustafa Məşədi təhqirlərlə zəngin olan replikaların müşayiətilə çıxışına başladı. Diplomat öncə özünü "mən türkəm, amma sizin təbirinizcə, farslara satılmışlardanam" deyə təqdim etdi. İranda baş verən hadisələrə Azərbaycanda iki yanaşmanın olduğunu deyən M.Məşədi qeyd etdi ki, bu məsələdə hakimiyyət daha düzgün mövqedədir: "Bu gün hakimiyyətin İranda nümayəndəsi var. Nəyin baş verməsi haqda xəbəri də ondan alır. Amma müxalifət dəqiq məlumatlara malik deyil, yalnız Amerikada və yaxud Avropada yaşayan şəxslərdən məlumat alır. Əgər burda oturanlardan və jurnalistlərdən kim istəyirsə, qrup yaratsınlar və biz onları İrana göndərək".
İran diplomatı Güneydə heç kimin ölmədiyini də söylədi.
Diplomat çıxışının sonrakı hissəsini tarixi, fəlsəfi ruhda qurdu. Bildirdi ki, "İran" qəzetində getmiş yazının müəllifi fars deyil, ABŞ-a satılmış azərbaycanlıdır: "İranın birinci şəxsi azərbaycanlıdır. Əgər azəri türkləri təhqir edilirsə, bu təhqir birinci həmin şəxsə gedir".

Diplomat bildirdi ki, Güneydə baş verənlər İranın dünyada fərqli mövqe tutmasıyla bağlıdır: "Dünya bir istiqamətdə gedir, biz başqa istiqamətdə. Bizi də öz yollarına çəkmək istəyirlər. Amma ölsək də, öz yolumuzu gedəcəyik".
Hazırda Güneydəki aksiyalara milyonların deyil, bir neçə min insanın qatıldığını deyən M.Məşədi qeyd etdi ki, "əgər bilsəm ki, azərbaycanlıların 70 faizi bu hərəkatda iştirak edir, mən də bu axına qoşularam".
Daha sonra diplomat fars dilininin "üstünlükləri" barədə danışdı. N.Gəncəvinin, M.Füzulinin soyadlarının sonuncu hərfinə vurğu salan nümayəndə dedi ki, bu şairlər özlərinə fars soyadı götürüblər. O, M.Ə.Rəsulzadənin də fars soyad sonluğu daşıdığını qeyd etdi: "Niyə Nizami "Gəncəli" yox, "Gəncəvi"dir. Bütün alimlər bildirir ki, fars dili şirin dildir, türk dilisə hünər dilidir. Deyirsiniz ki, fars dili türk dilini İranda üstələyib. Bunu kim edib? Şah İsmayılı qəhrəman sayırsınız. Amma İranda fars dilini Səfəvilər dövründən dövlət dili ediblər, bizi də o vaxtda işə salıblar" (İran diplomatının bu sözləri zalda gülüşməyə səbəb oldu - A.C). Sonda M.Məşədi hadisələri araşdırmaq üçün İrana jurnalist qrupun göndərməklə razılaşdı.
Səfirlik təmsilçisinə ilk reaksiya verən AMDP sədri İsgəndər Həmidov xatırlatdı ki, N.Gəncəvinin əsl adı "İlyas Nazim oğlu" olub: "Sadəcə, sonradan şer yazdığına görə özünə təxəllüs götürüb".
Hüquq müdafiəçisi Novella Cəfəroğlusa İranı Ermənistana yardım etməkdə günahlandırdı. Səfirlik nümayəndəsinə bildirdi ki, "sizin bəyənmədiyiniz İsraildə dövlət dili yəhudi dili ilə yanaşı, həm də ərəb dilidir".
Digər hüquq müdafiəçisi İlqar İbrahimoğlunun Azərbaycanın özünün daxilində kifayət qədər problemlərinin olması, şəhərdə yaşayanların bir hissəsinin rus dilində danışması və islamdan uzaqlaşmalarıyla bağlı fikirlərisə müğənni Flora Kərimova tərəfindən kəskin qarşılandı. "Siz bütün qadınlara çadra geyindirmək istəyirsiniz" deyən F.Kərimova onu qeyri-səmimilikdə suçladı. Ə.Kərimlinin "bir-birimizin fikirlərinə dözümlü yanaşaq" xahişindən sonra F.Kərimova üzünü deputat Pənah Hüseynə tutdu: "Təəssüf edirəm ki, bu tədbirə qeyri-səmimi insanlar, Milli Məclisə boyun əyən şəxslər dəvət olunub. İnsanlar nə qədər qeyri-səmimi danışa bilər, bunlara dözmək olmur".
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət qeyd etdi ki, İrandakı hadisələrə yalnız beynəlxalq hüquq çərçivəsində yanaşılmalıdır.
Toplantının sonunda İranda hüquqları pozulan vətəndaşların hüquqlarının bərpası tələbi ilə beynəlxalq təşkilatlara müraciət qəbul olundu.

Aqil CAMAL


------------------------------------------------------------------------------------------------------------------------

 

 

Güney çalxalanır
Milli hərəkat fəalları dağlarda toplantı keçirir


Güney Azərbaycan türklərinin Bəzz qalasına yürüş hazırlığı davam edir və Güney Azərbaycan şəhərlərində hazırlıq işləri bitmək üzrədir. Məlumata görə, milli hərəkatın nümayəndələri bu günlərdə Təbrizin yaxınlığındakı Eynalı dağlarında toplantı keçirib və Bəzz qalasına yürüşlə bağlı müzakirələr keçirib.

Həmin toplantının gedişinə polisin müdaxiləsi belə tədbiri poza bilməyib. Milli fəallar yürüşün möhtəşəm keçməsi üçün Güney Azərbaycan şəhərlərində əlaqələndirmə şuralarının fəaliyyətdə olduğunu və zamanı çatdıqda tədbirin vaxtının açıqlanacağını deyiblər. Müzakirələr zamanı bildirilib ki, İran hakimiyyəti yürüşə maneçilik etdiyi və ya icazə vermədiyi halda Güney Azərbaycanın bütün şəhərlərində etiraz aksiyalarının keçirilməsi variantı da nəzərdə tutulur. Milli məsələdə bəzi şəxslərin bitərəf mövqe tutması pislənilib, bunu aradan qaldırmaq üçün “Hər kəs ki bitərəfdir, farsdan da bişərəfdir” şüarını bütün şəhərlərdə günün aktual şüarına çevirmək barədə qərar qəbul edilib. May ayında Güney Azərbaycan şəhərlərində baş vermiş olaylardan təşvişə düşən rəsmi Tehran yürüşün qarşısını almaq üçün Bəzz qalasına gedən yollara rejimə sadiq və İran ermənilərindən ibarət qüvvələri yerləşdirir. Rəsmi Tehran fars əsilli hərbçilərə aksiya iştirakçılarına xəbərdarlıq etmədən atəş açmaq səlahiyyəti verib. Aksiyaya hazırlıq işləri ilə məşğul şəxslərin polis tərəfindən saxlandığı, cərimə edildiyi, təzyiqlərə məruz qaldığı bildirilir. Amma bütün bunlar yürüş hazırlığına hələ ki təsir etməyib. Rəsmi Tehranın yürüşə mane olmasına parlamentdəki türk deputatlar da etiraz edib və bu maneçiliyə son qoymağı tələb ediblər. Xatırladaq ki, Bəzz qalasına yürüş ilk dəfə 1999-cu ildə keçirilib. Bu aksiyanın ideya müəllifi türk tarixinin görkəmli tədqiqatçısı, Güney Azərbaycanın tanınmış simalarından olan doktor Məhəmməd Tağı Zehtabi olub. İlk yürüş çoxsaylı olmayıb, amma alim növbəti il milyonların bu yürüşdə iştirakçı olacağını deyib. 2000-ci il yürüşü artıq milyonların yürüşünə dönüb və Babəkin ad gününü qeyd etmək əslində Güney Azərbaycan türklərinin özünü milli dərk formasına dönüb. Həmin vaxtdan bu yana rəsmi Tehranın qadağalarına baxmayaraq, Güney Azərbaycan türkləri bu yürüşü hər il reallaşdırırlar.
Xalid

-------------------------------------------------------------------------------------------------------------------

 

İRAN SƏFİRLİYİNİN BİRİNCİ KATİBİ MUSTAFA MƏŞHƏDİ ÖZÜNÜ FARSLARA

SATILMIŞ TÜRK SAYIR

 

BAKI/20.06.06/TURAN: Bu tədbir Azərabycanın milli-demokratik qüvvələrinin Güney Azərabycan məsələsində ortaq mövqeyini formalaşdırmaq məqsədi daşıyır. Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli bu sözləri bu gün "Azadlıq" blokunun Beynəlxalq mətbuat mərkəzində "İranda yaşayan soydaşlarımızın problemləri və Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələr" mövzsunda keçirilən dəyrmii masada söyləyib.
Güney Azərbaycandakı mübarizəni milli və insani haqlar uğrunda mübarizə cayan Ə.Kərimli Güney Azərbaycan türklərinin İranda bir çox problemləri olduğunu dedi. O, bu mübarizəyə Azərbaycan iqtidarı ilə yanaşı ölkənin milli-demokratik qüvvələrinin belə vahid mövqeyi olmadığını qeyd etdi. O, bu məsələdə bu qüvvələrin vahid ortaq mövqeyə gəlməsini tədbirin əsas mahiyyəti adlandırdı.
Güney Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu keçən ay Güney Azərbaycanda baş vermiş hərəkatı rəsmi Tehranın assimlyasiya siyasətinə etiraz saydı. Güney Azərbaycan ərazisində iqtisadi inkişafın zəif olduğunu deyən natiq buna görə əhalinin İranın daha inikişaf etmiş vilayətlərinə köçməyə məcbur olduqlarını dedi. Onun sözlərinə görə, İranda yürüdülən "panfarsizm" siyasətinə Haşimi Rəfsancani başçılıq edir və bu siyasət ilk növbədə Güney Azərabycan türklərinin əleyhinə yönəlib. Son olaraq natiq ölkənin bütün ictimai-siyasi qüvvələrinin iştirakı ilə Güney Azərbaycana dair Forum keçirilməsinin zəruriliyini bildirdi.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının təmsilçisi Əlirza Amanbəyli İran mollalarının hərəkatı "kafirlər hərəkatı" adlandırdıqlarına diqqət çəkdi və eyni zamanda İranın Azərbaycandakı nökərlərinin əli ilə sünni-şiə davası salmaq cəhdlərinə diqqət çəkdi.
Klassik Xalq cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu vətəndaş mövqeyi ortaya qoymağı və bu məsələdə vahid mövqeyin olmasını vacib saydığını vurğuladı.
İranın Azərbaycan səfirliyinin birinci katibi Mustafa Məşhədi özünü farslara satılmış türk adlandırdı və milli məsələdə mövqeyi olmadığını vurğuladı. Azərbaycanın müstəqillik əldə etməsinə baxmayaraq hələ də ölkəni kommunistlərin idarə etməsinə diqqət çəkən natiq "sabah hərəkat gücləndikdə bu tərəfə keçmək" ehtimalını ortaya qoydu. Digər tərəfdən natiq müxalifət qüvvələrini doğru informasiya mənbələrinə malik olmamaqda ittiham edən M.Məşhədi hadisələri araşdırmaq üçün İrana nümayəndə heyəti göndərmək təklifi verdi. Natiq çıxışında Nizaminin, Füzulinin fars əsilli olmasını "sübut etməyə" çalışsa da bu narazılıqla qarşılandı. Onun fikrincə, Güney Azərbaycanda milli hərəkat və hadisələr zamanı ölən olmayıb, bir qrup adam bankları yandırıb və s. -05C-

-------------------------------------------------------------------------------------------------------------------------