AMNESTY INTERNATIONAL

 

Ümumi Bəyaniyyə

 

Aİ göstəricisi:               MDE 13/074/2006    (Ümumi)

Xəbər Xidmətləri Nr.:   168                                                                    

29 İyun 2006

 

İran: Məsul Məqamlar illik Babək Qurultayında Qaravulçuluqda özlərini saxlaşdırmalı və Güney Azərbaycanlılara qarşı insan haqlarının tapdanmasına baş qoşmalıdırlar

 

Güney Azərbaycanın illik mədəni Babək Qurultayına 30 İyun 2006-ya yaxınlaşaraq, Amnesty International İran məqamlarını tələsdirir ki, bu gedişatda özlərini saxlaşdırsınlar. Üstəlik, bu məqamlara səslənərək, təhlükəsizlik məmurları və ya başqaları tərəfindən Güney Azərbaycanlılara (İran Azərbaycanlılara) artmaqda olan insan haqlarının tapdanmasına təcili olaraq baş qoşsunlar.

 

Ölkə əhalisinin 25-30 faizi Güney Azərbaycan icması olmaqla İranın ən iri etnos (budun) azlığını əmələ gətirmişlər və başlıca quzey-qərb bölgələrində buluşarlar. Ölkə əhalisinin bir çoxu kimi şiə müsəlmanıdırlar,  bunlar başqa azlıqlar kimi din ayrı-seçgiliyinə məruz deyildirlər və ölkə iqtisadiyyatına inteqrasiya olmuşlar. Nə isə,  yaxın keçmiş illərdə mədəni və dil hüquqlarını tələb etməkdə get-gedə  səsləri qalxmaqda və tələblərinə də misal bunlardır: Türkcədə təhsilat aparmaq, və Azərbaycan mədəni və tarixi ildönümlərini qeyd etmək və bu xüsusda illik Babək Qurultayı və Oxtobrda məşrutə günlərini keçirmək. Bir hissə azlıq da var ki, Güney Azərbaycan əyalətlərinin İrandan ayrılıb və Azərbaycan Respublikası ilə birləşməsini istəyirlər. Türk-Azərbaycan mədəni kimliyini təbliğ edənlərə də İran məqamları şübhə ilə yanaşırlar və bunları “pan-Türkçülük qaldırmaq” kimi anlaşılmaz ifadələr ilə suçlayırlar.

 

Raportlara görə, keçmiş altı ildə İranın quzey-qərbi Kəleybər qəsəbəsinin yaxınlığında Babək Qalasında (Bəzz Qalasında) illik Babək Qurultayı aparılmaqdadır.  Hər il minlər Güney Azərbaycanlı Kəleybərdə toplaşıb və qalaya sarı yollanıb və dırmaşarlar ki, burada milli qəhrəmanları, Babək Xürrəmdinin, ad-gününü qeyd edələr. O, doqquzuncu əsrdə yaşayardı və indi O Güney Azərbaycanda milli qəhrəmandır. Bu Qurultaylar İran məqamları tərəfindən tez-tez basqıya məruz qalmışdır. Misal üçün, raportlara görə, 2005-ci ildə xeylək adam yaxalanmışdı və ən azı 21 nəfər bir ilə dək uzanan zindan hökmlərinə məruz qaldılar, lakin bəzilərinə görə bu hökmlər asılqan oldu.

 

Dövlətin rəsmi orqanı olan İran  gündəliyinin 12 May 2006-da buraxdığı çizgi-karikatura Türk-Azərbaycanlıları təhqirə məruz edib və kütlə etirazları İranın quzey-qərb şəhər-qəsəbələrini bürüdü. Bu gündəliyin yayımlanması 23 Mayda asılqan oldu və onun baş redaktoru və bu karikaturaçı yaxalandılar. Etirazlar ilk növbədə Təbriz və Tehran Universitetlərində Türk-Azərbaycan öyrənciləri dairəsindən başladı, lakin Azərbaycanın başqa şəhərlərinə də şıdırğı yayıldı. Təbrizdə isə 22 Mayda bir nəhəng etiraz baş tutdu və irəlisi günlərdə bu etirazlar zəncirvarı başqa Azərbaycan yerlərində də baş qaldırdı. Bu etirazlar başlıca dinc aparıldı, lakin azaraq surətdə hökumət binalarına və maşınlarına hücumlar da oldu. Türk Azərbaycanlılar bu hücumlarda dövlətin  barmağı olduğunu da qeyd edirlər. İran hökuməti Amerika Birləşmiş Ştatlarını (ABŞ) və başqa xarici qüvvələrini ara-qarışdırmalara suçlandırmışdır. ABŞ də bu suçları danmışdır.

 

Raportlara görə, İran məqamları etirazçıları dağıtmaq üçün aşırı dərəcədə zordan istifadə edərək onları kötək və ölümsaçan güllələrə məruz etmişlər. Amnesty İnternational 27 nəfərin adını almış ki, bunlar deyilənlərə görə öldürülmüşlər. Burada 7 nəfər Təbrizli və 14 nəfər Sulduzlu var. Raportlara görə, bir nəfər, 26 yaşlı, Cəlil Abidi adda bir şəxs, 25 May etirazlarında Xiyovda bir təhlükəsizlik məmuru onun başının sol tərəfində bir  güllə sıxdırmış. Məlum olası məmurlar onu can halında öz başına buraxmışlar və hələ təbabətə də izin verməmişlər. Raportlara görə, məçiddə təziyə tutmaq uçün onun ailəsinə mane olmuşlar və yalnız bir neçə nəfəri içəriyə buraxmışlar. İran məqamları ümumən danırlar və guya deyirlər ki, etirazlar ərzində heç belə ölü olmamış, baxmayaraq ki, bir polis məqamı 29 Mayda Sulduzda 4 nəfərin öldürülməsindən və 43 nəfər yaralıdan xəbər vermiş.

 

Raportlara görə, yüzlərcə, bəlki də minlərcə, etirazçılar tutuqlanmışlar, bunların 200 nəfərə dək adları Amensty Internationala gəlib çatmışdır. 23 İyunda, Höccətülislam Ağazadə, Şərqi Azərbaycan Ədliyyə Başqanı, mətbuata dedi ki, 330 şəxslər Təbrizdə yaxalanmışlar, ki bu bilgiyə görə tutuqluların çoxu buraxılmışdır və buna baxmayaraq, 85-i sonralar mühakimə olunacaqlar. O dedi ki, bunlardan 20-25-i iç ünsürdürlər, guya ara-qatmada başlıca rol oynamışlar və bunların bəzilər Bahai, bəziləri Tudə Partiyasının üzvü (Kommonist) və ikisi də İsrail ilə əlaqədədirlər”. Çoxlu etirazçılar buraxıldısa da fikirlərə görə xeyləkləri hələ də tutuqludurlar, bunlara daxil olaraq bu adları vermək olar: Çingiz Bəxtavər, Dr. Əhməd Qulupur Rzai (ayaması Dr. Heydəroğlu) və Həsən Əli Həcəbollu (ayaması Həsən Ərk), ki bunların hamısı 22 May Təbriz ayaqlanmasından sonra tutuqlanmışlar). Həsən Dəmirçi (ayaması Həsən Azərbaycan), 65 yaşlı, Təbrizli bir tacir və adlım musiqiçidir ki, oğlu Babək ilə birgə evlərində 26 Mayda yaxalanmışlar; və eləcə də Qulamrza Əmani 28 Mayda yaxalanmışlar; ki raportlara görə aclıq aksiyası keçirirlər. Bunların bəziləri Tehranın Evin Zindanına sorğu üçün köçürülmüşlər, lakin onların harada olmaları hələ də aydın deyildir. Raportlara görə, bəzi tutuqlular işgəncə olmuşlar, Davud Məqami buna bir misaldır ki, deyilənlərə görə işgəncə nəticəsində Muğanşəhər də xəstəxanalıq olmuşdur. İndi O buraxılmışdır.

 

Raportlara görə, tutuqlanmış başqa görkəmli Azərbaycan fəallarına Abbas Leysanlı da daxildir, 3 İyunda işdən evə qayıdanda yaxalanmışdır, ki Ərdəbil etirazlarından sonra bir həftəlik gözə dəymirdi və bu etirazlarda O təhlükəsizlik məmurlarının basqısına məruz qalmışdı. Raportlara görə, O indi aclıq aksiyası aparır və onun durumu nigarançılıq yaradıbdır. Bəlli olası, onun ev telefonu kəsilmiş, şayəd buna görə ki, onun bu durumuna görə həyat yoldaşı kampaniya apara bilməsin. Güney Azərbaycan icmasını müdafiə üçün Abbas Leysanlı qabaqcalar da  neçə dəfələr tutuqlanmış və bu tutuqlanmaların ikisi 2003-də və 2005-də Babək Qurultayı ilə bağlıdır həm o günlərdə və həm də ondan sonra. Sarçeşmə Məçidi oturağında Ərdəbildə İyun 2004-də yaxalanaraq ona qarşı ağır işgəncə yürüdülmüşdü.

 

Raportlara görə, bu ilki Babək Qurultayının ərəfəsində İran təhlükəsizlik qüvvələri tutuqlama işləri aparıblar ki, müəyyən fərdlərin iştirakının qarşısını alsınlar. Bunların birisi, Əkbər Qurbaninin yaxalanmasıdır ki, raportlara görə bu iş 26 İyunda Ərdəbildə iş yerində qarayaxa paltarda bəlli olmayan adamlar vasitəsi ilə olmuş və onsuz da Ərdəbil etirazlarından bəri bunların tərəfindən hədələnməkdə idi. Başqa bir görkəmli fəal İbrahim Cəfərzadədir ki, raportlara görə 26 İyunda Xoyda Təhlükəsizlik İdarəsi tərəfindən ehzar olub və tutuqlandı; O sabahısı gün buraxılmışdı. Raportlara görə, Rza Abbasi 27 İyunda Zəncanda yaxalanmışdır ki, O ASMEK-ə və Birlik Gücləndirmə Dəftərinə (ki bir öyrənici varlıqdır) bir üzvdür. Buda artırılmalıdır ki, O təhlükəsizlik məmurlarının sorğularına cavab vermək üçün şifahi ehzar olunmağa boyun əyməmişdi. Elə həmən gündə də  raportlara görə, yuxarıda adı çəkilmiş Çingiz Bəxtavərin qardaşı, Cahanbəxş Bəxtavər, də Təbrizdə öz evində təhlükəsizlik məmurları tərəfindən yaxalandı və elə bu raportlar qeyd edir ki, onun kitabları və şəxsi əşyaları da müsadirə olmuşdu. Eləcə də 27 İyunda, Peyam-i-Sulduz asılqan olmuş dərginin baş müdiri, İsa Yeganə, Sulduzda yaxalandı; Seyid Mehdi Seyidzadə də Təbrizdə yaxalandı; və ən azı beş nəfər də ki, May Çıxışlarında tutuqlanıb və buraxılmışdılar, yenidən tutuqlandılar.

 

Amnesty International İran məqamlarının haqqını və məsuliyyətini cinayət suçlularına və sanıqlılarına (ittihamlılar) yürütməyi danmır. Nə isə, bu tutuqluların qayğısındadır ki bunlar doğrudan doğruya vicdan ucundan dustaq olmalıdırlar və bunlar məhz dinc yollar ilə bəyan sərbəstliyi haqlarını ifadə etmə, yaxud Güney Azərbaycan icması uğrunda dinc siyasi fəaliyyət aparma hesablarına yaxalanmışlar.

 

Amnesty İnternational İran məqamlarına səslənir ki: