Güntay
Cavanşir
Milli
hərəkətdə evrim (təkamül) və devrim (inqilab)
fenomenləri.
Güney
Azərbaycanda milli həyat duyğularının ortaya çıxdığı
bir ortamda bu duyğuların düşüncə planına daşınaraq
teorik zəmində ələ alınma, təhqiq olunma
zərurəti də hiss olunmağa başlamışdır.
Həm maddi, həm də mənəvi planda türk ruhunun öz
ayaqları üstündə durması geniş miqyaslı güvən
ortaya qoya bilər. Güney Azərbaycanda milli dirəniş
hərəkətinin iki istiqaməti görünməkdədir: 1.
Devrimsəl (inqilabi) istiqamət. 2. Evrimsəl (intibahi, təkamüli)
istiqamət. Devrimsəl enerji, hərəkəti
irəliyə doğru aparmaqda ikən, evrimsəl istiqamət,
milli hərəkəti fikri, fəlsəfi planda
dərinliklərə doğru sövq etməkdədir. Milli
hərəkətin devrigən (aşırıcı) və
evirgən (təkamül verici) imkanları arasında
vəhdət nizamı mövcuddur. Bunlar bir bütünün parçalarıdır.
Devrimsəl hərəkət, təşkilatlanmağı
və düşmən planlarını devirməkdə bütün
milləti səfərbər etmədiyi bir örgüt çatısı
altında bir araya gətirməyi nəzərə
alarkən, evrimsəl devingənllik (hərəkətlilik)
qurtuluşun fəsəfəsini, milli azadlığın üfüqlərini
şərh etməklə mükəlləfdir (görəvlidir). Devrim, müşəxxəs bir hədəfi
izlərkən, evrimin miqyası mücərrəddir. Ədəbiyyat,
rəssamlıq, musiqi, fəlsəfə, tarix kimi bütün
sahələri evrim öz içinə almaqdadır. Evrim sürəcində
bir çox doqmalar, ehkamlar muhakimə edilib millətin davranışından
və ağlından çıxarılır. Milli
hərəkət, bir devirdən başqa bir devirə keçiş
anlamındadır. Bu keçiş mərhələsində iki
əngəl var: 1. Milləti köləlikdə saxlayan dini və
ənənəvi əngəllər. 2. Millətin bütün
varlığını inkar edən fars əngəli. Hər
ikisi ilə də eyni miqyasda mübarizə gərəkir. Bu da
həm təşkilatçılıq, həm də fikir planında
davamlı yetkinləşməni icab etməkdədir. Bir sürü
suallar öz cavabını tapmazsa, təşkilatlanmaq da axsaqlıqla
davam edəcəkdir. Biz eyni qədər, tale ətrafında
birləşmək ifadəsini nəzərə aldığımızda
hansı siyasi məkan terminindən yararlanmalıyıq? Bu günə
qədər bu sualın cavabı İran olaraq olmuşdur.
Bu gün onun yerinə keçmiş olan Azərbaycan ifadəsi
hansı siyasi, mədəni, tarixi anlamları çağrışdırmaqdadır?
İran sözünün özünə məxsus bir keçmişi
və ehtiva etdiyi tarixi mahiyyəti vardır. Bu mahiyyət
də bundan ibarətdir ki, bu məkanda müxtəlif
millətlər yaşadığı üçün və fars kimliyi,
özəlliklə son yüz ildə hakim və əzən güc olduğundan,
hər türlü yeniliyə, çağdaşlığa bu siyasi
məkan qapalı olmuşdur. Çünkü hər tür yenilik ölkənin
bütünlüyü üçün təhdid kimi görülmüş və basdırılmışdır.
Əslində isə doğru olan da elə budur. Yəni İrani
kimlik bundan sonra da qalacaqsa, o zaman hər növ çağdaşlığa
qapalı qalmalıdır. Lakin qapalı sistemlər uzun ömürlü
olmurlar. Əgər bir sistem öz çevrəsi ilə enerji alış-verişində
bulunmursa, o zaman o sistem öz içindən çökər, dağılar.
Bunun örnəyini keçən əsrdə bir çox ölkələrin
timsalında, özəlliklə Sovetlər Birliyi örnəyində
gördük. Demək ki, İran və irani kimlik durğun
ya da statik bir sistem kimi bilinməkdədir. Yəni
həyat şəklinin mahiyyəti dəyişməyən bir
sistemdir. Açıq sistemlər öz istiqrarını qoruyaraq daima
dəyişim və transformasion içində olur, ətraf mühitlə
enerji alış-verişində bulunur, evrənlə geniş
ilişki qururlar. Bu üzdən də bu sistemlər dinamikdir,
səyyaldır, dirənişli və dağılmazdır.
Zamana uyum sağlamayan canlılar və sistemlər öz içlərindən
dağılırlar. Bu baxışdan yola çıxaraq bir
dəyərləndirmədə bulunursaq, hər iki halda İran
və irani kimliyin labüdən tarixdən silinəcəyi öngörülməkdədir.
Yəni İran evrənə (dünyaya) inteqrasion olsa da dağılacaq,
inteqrasion olmasa da, öz qapalı sistemli həyatını sürdürməkdə
qərarlı görünsə də dağılacaqdır. Elmi,
tarixi verilər belə bir gerçəyin ortada olduğunu
isbatlamaqdadır. Bu coğrafiyalarda oluşmuş klassik türdən
tarixdən, ölkənin bütünlüyünün qorunması üçün heç bir
enerji gəlməməkdədir. Səfəvilər, Qacarlar dönəmi
artıq qapanmış tarixdir. Dünayada yeni devir başlamış
və o türdən tarixi həyat şəklinə yer buraxılmamışdır.
Digər tərəfdən, o tarixlərdən miras qalmış
və günümüzdə milli məfkurənin altyapısını
təşkil edəcək heç bir dərin mənəvi
dəyər mövcud deyildir. O dönəmin nostaljisi içində duyğulanıb
duranların duyğularını modern dünya dağıdır.
Çağdaş bir türkçü, Osmanlı, Səfəvi kimi düşünə
bilməz. Düşünə bilməz, çünkü o dönəmlər düşüncə
axımı olmaqdan ziyada inanc
axımına məkan olmuşdur. O dönəmlərə aid düşüncə
fərqliliyi bulmaq çətin məsəlidir. O dönəmlərin
özəlliklərindən birisi də düşüncələri
məhv etmək, söndürmək olmuşdur. O dönəmlərdən
miras qalan dini dəyərlərdir ki, aydınlanma sürəci
davam etdikcə tarixə gömüləcəkdir. Sürülər
şəklində zəncir vurub, camilərdə qoyun kimi
mələşmələr, ağlaşmalar mədəni
insana yaraşmayan davranışlardır. Tarixə dəfn
olması gərəkən bilgisizliyin, cəhalətin çirkin görünüşüdür.
XVII əsr Fransa aydınlanmasında dini doqmalara, dini hökmlərə
qarşı sərt hücum edən Didro deyirdi: Tanrı, ona
inananların düşündükləri kimi isə, belə bir
Tanrının olmaması daha yaxşıdır.
Güney
Azərbaycanda etnik təmas fərqli səviyyəyə yüksəlmişdir.
Təmaslar, mahiyyəti etibarı ilə əskilərə
bənzəməməkdədir. Bu fərqlilik etnosun fərqli
həyəcan, fərqli dünya görüşü daşımasına
səbəb olmuşdur. Həyəcan, dünyaya baxış,
davranış olaraq etnosun dərin və geniş bir sürəcdən
keçdiyinə şahid olmaqdayıq. Etnosların istiqamətini
bəlli edən sahib olduğu həyəcan və düşüncələrdir.
Bu həyəcan və dünyagörüşü türk tarixini gəldiyi
istiqamətdə deyil, fərqli istiqamətdə
hərəkətə sövq etməkdədir. Əskidən mövcud
olan, bu gün isə çökmüş köhnə həyəcanlar və dünyagörüşü
türk toplumunu bugünkü sevimsiz duruma gətirmişdir. Əgər
ortada əsarət mövcud isə, bunun bir ucu düşmənlə,
digər tərəfi millətin öz tarixi ilə bağlıdır.
Əsarətdə qalmada millətin özünün də suçu var.
Ən böyük suç isə heç bir milli projə olmadan dinləri
kor-koranə qəbul etmək olmuşdur. Bu üzdən də Güney
Azərbaycan Milli Hərəkətinin iştirakçıları
soy olaraq əski nəslin davamı və dünyagörüşü,
həyat duyğuları və həyacan olaraq bam-başqadır.
Modern dünyadaki sürətli evrim (təkamül) Güney Azərbaycana da
öz təsirini göstərmişdir. Zamanla dünyanı içinə
alan modernizasion dalğaları Şərq ölkələrini
də etkiləməyə başlamışdır. İslam
Şərqinin dirənişinə rəğmən insan haqları
müvəffəq olmaqdadır. Bu ortamda Güney Azərbaycanın türkçü
zehniyyəti də sekular dünyayla təmas nəticəsində
gerçək anlamda çağdaşlaşmışdır. Bu çağdaşlaşma
evrimində (təkamülündə) milli hərəkətin
devirəcəyi iki əngəl var: Güney Azərbaycanın içində
milləti öz içindən yeyən daxili tabular (yasaqlar), dini əngəllər
və fars faşizmi. Yəni milli şüurun evrim sonucu
birikdirdiyi güc iki istiqamətdə devrimə həsr olunmalıdır.
Evrim sonucunda dost və düşmən məfhumları
dəqiqliyi ilə müəyyənləşir. Ancaq şübhəsiz
ki, əskilər bütünü ilə tarixə gömülməz.
Millətlərin tarixi həyatında dəyərlər
mahiyyət etibarı ilə dörd qismə ayrılır: 1. Ölən
gələnəklər. 2. Dəyişən
gələnəklər (transformasiona, təhəvvülata uğrayan
gələnəklər). 3. Gəlişən
gələnəklər 4. Yaşayan gələnəklər.
Zatən bu səyyaliyyət olmasaydı, təkamülün, ictimai
planda tərəqqinin də bir anlamı olmazdı. Evrim, o zaman
gerçəkləşir ki, bir yenilik əskidən var olanı ya
devirir, ya transformasiona uğradır və yeni gerçəklik
ortaya çıxır. Təkamülün dialektikası olaraq da anlamaq mümkündür
bu hadisəni. Bu anlamda gəlişən və yaşayan və
zamana uyum sağlayan dəyərlərin ictimai şüurda canlı
qalmasını sağlamaqda digər bir zərurətdir. Bu baxımdan
etnik dinamiklərin üç aşaması təsbit edilmiş
bulunmaqdadır: 1. Passeizm (cazibəli görünən, müsbət
tərəfi olan əskilik). 2. Aktüalizm (Fe´li durum). 3. Futurizm (gələcək
yönümlü hərəkət). Böyük tatar-türk etnoloqu Lev Qumilev
Etnogenezis və yerüzü biosferi (türk dilinə çevirəni
Nuri Eyupoğlu, İstanbul-2001, s.104) kitabında yazır:
Bir etnik toplumu, törəyişinin ilk aşamasına basdığı
zaman, sistemin tümünü etnik gəlişmə yolunda irəliyə
sövq edən nüfusun öndə gedən qismi maddi və
mənəvi dəyərlərin birikimini sağlar. Bu
birikimlər etik (əxlaq) açısından bir növ emr halına
gəlir, zamanın keçməsi ilə günümüzə laqeydlik ya da
düşmənlik, keçmişə isə bağımlılık
anlamına gələn passeizm duyğusuna dönüşür.
Passeizm anlamı şöylə açıklanabilir: etnik bütünlüyü
quran hər öndə gələn birey (fərd), kəndisini
atalarının başlatdığı çalışmaların
davamı olarak görür. Bu çalışmalara yeni zəfər, yeni
bir bina, yeni bir əlyazısı, yeni bir dövmə qılınc
əkləmək ister. İştə bu yeni bir qavramı
keçmişin yox olmadığını, keçmişin insanın içində
bulunduğunu göstərir və bundan dolayı əskiyə bir
yeni qatmaq çok önəmlidir. Çünkü əskiyə qatılan
yenilərin birikimi ilə irəliyə doğru gedilə
bilər. Hər dəqiqə keçmişin bir parçası olarak
hiss edilə bilər. Örnəyin, Göytürklər zamanındaki
xaqanların türk budununa (millətinə) xitabətləri,
Babək Xürrəmdinin Azərbaycan istiqlalı uğruna mübarizəsi
bu gün də hər bir türkçü Azərbaycanlının ağlında
dolaşan ideal, damarlarında gəzən cəsarətdir.
Tarix bilinci söylənildiyində də bu növ keçmiş
nəzərdə tutulur. Yəni bugün də öz duyğusallığını,
şüuriliyini qoruyan və milli bilincaltına gizlin həyatını
sürdürən tarixi hadisələrin bütünü. Milli şüuraltından
gerçək həyata daşınıb və ulusal həyata
təkan verən tarixi xatirələr həm evrimə təkan
verir, həm də zehni devrimin gerçəkləşməsinə
zəmin yaradır. Zehni devinimin (hərəkətin) başlanğıcı
olaraq bilinən Renesans da əski Yunan ağlına müraciətlə
başlamışdır. Göründüyü kimi, tarix heyranlığı
xəstəliyi başqa və tarixi dəyərlərin bilinib
öyrənilməsi bam-başqa bir şeydir.
Güney
Azerbaycanda fasrların ortaya qoyduğu assimilasion sistemi türkler
üçün iki alternativli həyat ortaya qoymuşdur: ya həyatdan, ya
da vicdandan əl çəkmək. Üçüncü yol yoxdur. Ya milli vicdanı
qoruyub və heç bir elmi, siyasi, ictimai statusa yüksəlmədən
çağdışı, geri qalmış bir həyat şəklinə
davametmə, ya da milli vicdanı buraxıb, tamamən farslaşaraq
çağdaş həyat şərtlərindən bərxurdar
olma fürsətini əldə etmək. Faşizm, türk insanını
vicdan və maddi həyat seçənəyi qarşısında
qoyur. Bu da zamanla millətin alışdığı, vərdiş
etdiyi, adət etdiyi bir çarəsizliyi ortaya qoyur. Milli
hərəkətin görəvi (rəsaləti) və amacı bu
alışılmış (adət edilmiş) çarəsizliyi türk
tarixindən silməkdir. Bu alışılmış çarəsizlik
psikolojisinin arxasında duran fars faşizminin gücünü
devirmənin birinci yolu türk dilində yazı şüuruna
sahib olmaqdır. Kimsənin türkçə yazıb-oxumağı
bilməyən türkçüyəm deməyə haqqı yoxdur. Bu
ifadə əslində alışılmış çarəsizliyin
etirafıdır. Fars faşizminin qələbəsi və türk
millətinin yenilgəsi anlamındadır. İnsan
iradəsinin fövqəl-adə işlər gördüyünə tarixin
sonsuz örnəkləri timsalında tanıq olmuşuq. Güney
Azərbaycanlı türkçünün milli iradəsi və qurtuluşa
olan inancı bu əksikliyi, yəni türkçə düçünə
bilməmə və yaza bilməmə əksikliyini ortadan qaldıra
biləcək səviyyədədir. Azərbaycanın ehtiyaclarını
farsca yazmaq, sadəcə dilinin gəlişməsinə
xidmətdən ibarət deyildir, həm də bir az öncə
ifadə etdiyim alışılmış çarəsizliyə
təslim anlamındadır.
***
Evrim,
millətin yazqısı (aqibəti)dir. Ancaq devrim əbədi
bir yazqı deyildir. Qarşımızda gerçəkləşməsi
gərəkən böyük milli bir devrim var. Bu devrim, milli
təfəkkürümüzün, kimliyimizin, milli ordumuzun, milli
iradəmizin, milli əxlaqımızın, milli dövlətimizin,
özəlliklə milli inancımızın öz yapısı (strukturu)
üzərində evrim evrələrini (təkamül
mərhələlərini) yaşamasını sağlayacaqdır.
20.06.2006