UNİVERSAL İNAM AXTARIŞINDA
II hissə
![]()
Mistikadan sinergetikaya

Ənənəvi
baxışa görə, dünyada mövcud olan dinlərin məlum
fərqlərinə baxmayaraq, onların hamısı bəşəriyətə
həqiqi, xoşbəxt həyat yolunu göstərmək, insanı
xilas eləmək üçün gəlmişlər.
Əsrlər
boyu bu niyyətlərlə könüllü
və ya məcburi olaraq beyinlərə yeridilən dinlər,
öz məqsədlərinə heç də nail olmamışlar.
Zaman keçdikcə gözlənilən nəticələrin əksinə
olaraq hər bir din, müxtəlif tarixi şəraitlərin
təsiri altında əvvəlcə
haçalanıb, sonra bir neçə məzhəblərə,
təriqətlərə ayrılmışlar. Təkmilləşmiş,
təmizlənmiş yeni dini
məzhəblərin davamçıları arasındakı münasibətlər
heç də sakit və qansız ötüşməmişdi...
Dinlərin
bütövlüyünün itirilməsi istisnasız
olaraq inancların hamısına aiddir: induizmdən törəyən
cərəyanlarbuddizm, krişnaizm, vedizm, braxmanizm və s.,
zərdüştçülükdənpars, azərqoşəsb və
qəştasb, xristianlıqdanpravoslav, katolikçilik, protestantçılıq,
qriqorianlıq, baptizm, adventizm və s., islamdansünnilik, şiəlik,
sufilik, batinlik, bahailik və s. Siyahısı tamam olmayan bu
cərəyanların fəaliyəti
vaxtaşırı savaşlara,
insan faciələrinə səbəb olmuşdur. Artur
Rembonun söylədiyi kimi, inamlar və ideyalar davası, ruhani mübarizələr,
adamlar arasında gedən döyüşlər qədər
qəddardır.
Din
mərkəzli zehniyyətin əsrlər boyu yaratdığı
böhranı və zülmü aradan qaldırmaq istəyi, fikir adamlarını
hər zaman narahat etmiş, katastrofik durumdan çıxış
yolları axtarılmışdır. Bu axtarışlar,
səmavi kitabların müxtəlif səpgidə
təfsirləri, dində reforma və dindən kənar idraketmə
ehtiyacına təkan vermişdir. Bu təkandan doğan
batinilik, ateizm,
rasionalizm, pozitivizm, humanizm, praqmatizm kimi dünyagörüşləri
ortaya çıxmışdır. Protestantçılıqda
inam ehkamlarını yumşaltma, rasionallığın
inkişafina zəmin yaratmışdır. Lakin
bu fəlsəfi cərəyanların da çalışmaları,
məzhəblər kimi, bütün
insanların daxili, ruhani
ehtiyaclarına cavab verməmişdir, yeni dövran
yeni bohranlar gətirmişdir.
İki cahan savaşları,
irqçilik, şovinizm, elmi nailiyyətlərin zirvəsi olan
atom-nüvə silahlarının istehsalı, qanlı etnik münaqişələr,
az inkişaf etmiş ölkələrdə
baş alıb gedən əhalinin
aclıqdan ölüm halları kimi qlobal problemlər insan evladının
son yol ayrıcında qalmasından xəbər verir. Koqan
yazır: Göründüyü kimi, bəşəriyət o
qədər də irəliləməyib. O, dünya tarixi
məktəbinin hər sinfində həddindən artıq çox
oturmuş, idrak məsələsində geri qalmış, bütünlükdə
hələ ruhani yetkinliyə çatmamışdır. O, keçmişdən
yetərincə dərs almadan, gələcəyə
nəzər salmadan, bugünlə yaşamağa üstünlük verir...
Çıxış yolu uzun sürən infantilizmi ötməkdə,
ruhani kamilliyə yiyələnməkdə, hərislik və
təkəbbürdən azad olmadadır.
Bir çox tanınmış şəxsiyətlər yeni
inamın köhnə inamları əvəz etməsi ehtiyacını
göz önünə almışlar. Təzə inam yaratma istəyini Bernard
Şou belə izah edirdi : Özünüzə din və ya əxlaq
və ya allah bilir daha nə adlandırdığınız bir
şey yaradıbsınız. Bu isə faktlara ziddir. Belə
halda niyə onu zibilxanaya tullamayasınız. Atın getsin
və özünüz üçün faktlara münasib
yenisini yaradın. Dünyanın bədbəxtliyi də indi
məhz elə bundadır. O, köhnəlmiş buxar və dinamo
maşınlarını tullayır, lakin köhnə etiqadlarını,
köhnə din və siyasi konstitusiyalarını atmaq istəmir.
Nəticədə isə maşın
və texnika sahəsində irəlidə olarkən, din, əxlaq
və siyasət sahəsində ziyana işləyir və
ildən ilə müflisləşməyə doğru yaxınlaşırıq.
Dünən köhnə din uçubsa, sabah özünüzə yeni və daha yaxçısını
tapın... Marks və Darvinin əsərləri məndə bu
qənaəti yaratdılar ki, sivilizasiyanın yeni dinə
ehtiyacı var və bu ehtiyac onun ölüm-dirim
məsələsidir.
Türk
dünyasının görkəmli
yazarı Çingiz Aytmatov məhşur Qiyamət əsərində
həyatın zəncirinə çevrilən dinlərin artıq
gərəksizliyini bəyan edir: Günümüzdə tanıdığımız
dinlərin ümidsiz bir şəkildə köhnəlməsi, vaxtilə
oyanmaqda olan kütlənin ibtidai düşüncə tərzinə
hesablanmış dindən bu gün ciddi danışmaq olmaz...
Əgər tarix, bəşərin inanc göylərindədünyanın
hazırki tələblərinə uyğun gələn,
təzə ilahi duyğulara malik, yeni qüvvəmüasir
allah bütü təklif eləyə
bilərsə, onda azacıq ümid etmək olar ki, dini təlimin
bəlkə də qara quruş da olsa dəyəri var.
Bir zamanlar insanı ideala, kamilliyə doğru aparmaq
istəyən fəlsəfə indi, yazıçı V.
Pelevinin sözü ilə desək, bir
şıqqıldayan intellektual oyuncağa çevrilmişdir.
Dünyanın hazırki tələblərinə dinlərin
uyğun gəlməməsi adamları nihilizmə, skeptitizmə,
pessimizmə və sonda
anarxizmə, həyatı qaydasız oyuna, heçnə oyununa,
traqifarsa, absurd teatrına transformasiyasına
sürükləmişdir. Sivilizasiyanın yeni, universal, mövhumatdan
və xurafatdan azad, inama
ehtiyacı olduğunu dərk edən alimlər, filosoflar,
yazıçılar axtarışa
qoşulmuşlar. Din və inamın mahiyyətinin aхtarış
təcrübələri Şərqdən Qərbə keçmiş,
Kant, Kyerkeqor, Spinoza, Dekart, Niçşe, Haydegger, B. Rassel və
digər ünlü filosoflarda davam
etmişdir. Şərq-Qərb ilişkiləri Avropanı dünyəvi
din-inamın, müasir ideyalara toxunan, elmi biliklərə və
ən əsası insançılığa
əsaslanan inam axtarışlarına sövq etmişdir.
Kant, indiyədək tamamilə görünməyən
plan əsasında metafizikanın bütöv reformasını, yeni
doğuluşunu gözləyirdi.
Leybnisin arzularından başlıcası
universal xarakteristika, yəni xüsusi alqoritm
yaratmaq idi. Bu alqoritm vasitəsi ilə Leybnis sırf
mexaniki yolla bütöv həqiqəti əldə etməyi düşünürdü.
Niçşe, fövqalinsan ideyasını ortaya ataraq, müasir
dövrün əsas sualını qoydu. Niçşe, varlıqda
hakimiyət əzmi olduğundan bütün öncəki
dəyərlərin təzədən
dəyərləndirilməsini müdafiə edirdi. Hər şeyin
əbədi qayıdışının qarşısında bütün
Yer üzünə insanın öz hakimliyini yaymağa hazırlaşdığını
öncədən görən filosof, Allah öldüyündən insan
üçün hər şeyin dəyəri və mərkəzi insan özü
ola biləcəyini düşünürdü. Neozərdüşt, Niçşedən
soruşurdu: bu missiyaya insan evladı layiqdirmi, onun
mahiyyətinin özü dəyişməməlidirmi? Bu suala Niçşe
belə cavab verir ki, adam özünü ötməli və fövqəlinsan
olmalıdır.
Materializmə söykənən marksist dünyagörüşündə
din fenomeni tənqid edilir, ruh,
müqəddəslik, möcüzə, səcdə və
s. kimi sözlər sırf dini terminologiyaya
aid edilir. Bu, həmən
anlayışların arxasında
duran daxili ehtiyacların inkarı
demək idi.
İnsanın ali imkanlarına pərəstiş edən
V. Solovyov, Berdayev kimi mütəfəkkirlərin
tanrıyaratma ideyası dini ateizm terminini ortaya atdı.
Ruhaniyətə tələbatın
hiss edildiyindən, lakin müəlliflərin köhnəlməsi
səbəbi ilə yeni, amma öncəkilərdən də
təsirli dinlər hazırlamaqda insanın azad olmasını Z.
Freyd, Le Bon, E. Fromm kimi psixoloqlar söyləmişlər. Le
Bonun yazır: Bütün irqlərin insanları müxtəlif adlar
verdiyi bir tanriya səcdə edirlərümidə. Axi onların
bütün allahları yalnız bir yeganə--allah idi...İnanc,
adi gerçəklikdən daha münasib gerçəkliyi yaratmağa yönəlibdir.
O adi gerçəkliyin qarşısına daha əlvan
gələcəyi qoyur.
T. De Şarden, özünün yeni din axtarışları
barədə dostuna yazırdı:
Bildiyiniz kimi, bütün məşğulliyətlərim və düşüncələrim
yeni dinin (bunu, daha yaxşı xristianlıq da adlandıra
bilərsiniz) özümdə təsdiqinə və ətrafa yayma
cəhdi ilə bağlıdır. Yeni yaradacağım dində
allah, dünyanın ruhu olmaq üçün öncəki dövrlərin
qeyri-məhdud mülkədarlığını buraxır. Nail olduğumuz
mədəni və dini səviyə bunu tələb
edir.
Mədəniyətlərin,
millətlərin müxtəlifliyinin qorunmasının
tərəfdarı, universal sivilizasiya (və ya qloballaşma)
əlehdarı olmağına baxmayaraq, antropoloq
Levi Sross təfəkkür
və mənəviyatın bəzi universal formalarına çatmağın
labüdlüyünü bəyan edirdi.
Ingilis filosofu Bertran Rassel dini, bəşər
tərəqqisinin ən böyük əngəli
sayıb, dini illüziyalardan azad olmanı tələb edir:
Əbədiyyət miqyasında fəaliyyət göstərən
İlahi Qüdrət daha yaxşı şey yarada bilərdi.
Amma alimin əsərlərində dinlə barışma notları
da duyulur, dinin dəyərli məqamlarının axtarışına
can atılır. Dinin mahiyyəti əsərində
Rassel, allahsız, tanrısız bir dini dünyagörüşünün
bərpası ideyasının üzərində düşünür.
Doqmatik formadakı dinə hücümuyla bərabər, Rassel
dindəki üç əsas məqamlarınsəcdə,
itaət və sevginin toxunulmamasını
vurğulayır.
İnsan evladının təfəkkür gücü, xeyir və
şəri tanıma bacarığı ilə bərabər
şiddətli səcdə ehtirasına, ehtiyacına malik olmasını
söyləyən Rassel yazır ki, tamamilə
yoxa çıxmaq istəməyən səcdə, başqa allahlara
üz tutmalıdır.
Dünyaya, insan taleinə dini və qeyri dini dərin, ciddi
baxışda bir növ uyusallıq (barışıqlılıq,
itaət) vardır. Bu, insan gücünün, səlahiyətinin
həddi olduğunun dərkidir. İtaətin, yəni qaçınılmaz
faktlat qarşısında barışıqlılığın,
uyusallığın toxunulmamasını
ingilis alimi belə müdafiə edir:
İtaət (uyusallıq) hissi, düşüncələri
azad edib, əvvəllər ötəri şəxsi xeyir arzuları
arxasında gizmənmiş iradəni yeni
məqsədlərə yönəldir... Dinin
təlqin etdiyi itaət mahiyyət etibarı ilə elmin
öyrətdiyi qane olma ruhuna yaxındır. Elmi
nailiyyətlərin qazanılmasının etik neytrallığı
məhz bu qaneliliyin, uyusallığın nəticəsidir.
Maddiyat sahəsindəki sürətli uğur və
tərəqqinin sərhədsiz imkanlarına ötkəm inamı
olan dünyaya əslində elə bu çatışmır...
Məhəbbətin toxunulmazlığını
müdafiə edən Rassel onu güc
fələfəsinə qarşı qoyur: Niçşenin dediyi
guc qarşısında səcdə, idealların məhvi
nəticəsidir: bu, şərtsiz-filansız şərə
tabe olmadır, qəlbimizdə ən yaxşı olanın Heçliyə
qurban gətirilməsidir... Etiraf edək ki, bu məlum dünyada o
qədər yaxşı ola biləcək şeylər var ki;
sədaqət göstərdiyimiz ideallar
materiya aləmində hələ realizə olmayıb.
Maraqlıdır ki, idealizm və dinə qarşı müqavimət
göstərən Rassel, mistisizmin axtarışlarını elm
və dindən daha yüksək məşğuliyyət sayır,
onu dünyaya baxış sistemi deyil,
həyata münasibət adlandırır. Mistik
fəlsəfə, diskursiv analitik dərk etməyə zidd olan
intuitiv anlama bacarığına inanırdı. Bu inam,
qəfil aydınlanma, vəhylər, intuisiya yoluna inam idi.
Mistik duyğuda başqa üsulla əldə edilməyən
müəyyən müdriklik elementi vardır...
Mistisizm mahiyyət etibarı ilə Kainat haqqindakı
təsəvvürlərimizə olan dərin və gərgin inam
hissinə olduqca yaxındır. Mistik
alim təfəkkur sahəsində mümkün olan ən yüksək
nailiyyətdir. Rassel deyir ki, mistik-alimlər Heraklit və
Parmeniddən sonra gələn Platonun fəlsəfə
və elmin ortaq bağlarını kəsməsindən hər
iki tərəf ziyan çəkir... Ancaq dünya ilə ideallarımızın
nikahı bar verə bilər. Təklikdə onlar qısır
qalırlar...
Martin Lüterin xristianlığı yumşaltma
dini siyasətinə oxşar istəklər indi islam dünyasında
duyulmaqdadır. Lakin, çağdaş
islamın tərəfdarı
olan, islamın yumşaldılması yönündə aktiv
fəaliyyət göstərən Fətullah Gülən adlı
reformist, qatı islamçılar, orta əsrin qaranlıq düşüncəsini
daşıyan bəsit adamlar
tərəfindən kafir, düşmən
və casus adlandırılır.
Bertran Rasselin dediyi kimi, filosof adlandırdığımız
böyük insanlar eyni zamanda həm elmə, həm də
mistisizmə ehtiyac hiss etmişlər. Onların məqsədi,
bu iki ehtiyacı harmonik şəkildə birləşdirmə
cəhdləri idi. Bu cəhdlərin davamçısı Azərbaycanın
alim-filosofu, Mütləqə
İnam yaradıcısı Asif Atanın yeni maksimalist
təlimi, nə dini, nə də ateizmi qəbul etmir. Bu
təlim, dini və ruhani anlayışlarını ayırır;
dini olanın ruhani olmamağını bəyan edir. Bunun
həqıqət olması xristian sayılan alman faşistlərinin
törətdikləri, həmçinin son
günlərdə qatı dinçi fars şovinist molla rejiminin
fərqli düşünən insanları qeyri-insani, qeyri-ruhani,
qəddarca öldürməsi hallarında özünü bir daha göstərməkdədir.
Asif Atada ruh anlayışı inamin, idrakın,
mənəviyyatın və iradənin vəhdətindən
yaranan güc, enerji deməkdir. İlk baxışdan təzadlı,
əcaib, sadəliyinə görə, qəliz terminologiyalardan azad
olduğundan bəsit görünən bu təlimin başlıca xüsusiyyətlərindən
biri, dinlərin sahib çıxdığı müqəddəslik
anlayışına üz tutmasıdır, dünyaya, həyata,
insana müqəddəs duyğular bəsləməsidir: Din, müqədəsliyin
təsdiqidir, ancaq əfsanəvi, nağılvari, alleqorik,
məcazi təsdiqidir. Bir forma kimi din məzmuna təzyiq göstərir,
onun təzahürünə mane olur. Bu səbəbdən də
dinə qayıtmaq lazım deyil. Ancaq din tərəfindən
təsdiq, vəsf və təbliğ edilən müqəddəslik
ideyasına, Tanrı ideyasının ülvi mənasına,
həmin mənanın yaratdığı vəcdə,
heyrətə, səcdə ülviyyətinə qayıtmaq mütləq
lazımdır.
Həm sosializmin, həm kapitalizmin amansızlığına
qarşı çıxan Asif
Ata, elmdən və eləcə də əvvəlki
fəlsəfi baxışlardan induizmdən, zərdüştçülükdən,
mistisizmdən, idealizmdən, , humanizmdən, strukturalizmdən, modernizmdən
və s. bəhrələnib, inamı fəlsəfə ilə
sintez etmişdir. Bu filosof, bəşəriyyətin xilasını
Mütləqə, yəni Əzəli, Əbədi, Sonsuz
və Kamil olana inamda görmüşdü.
Mütləqə inamın mahiyyətini
bir-iki sözlə anlatmaq mümkünsə, o da filosof
Vitqenşteynin bu sözlərinə söykənə bilər: Əsaslandırma,
bünövrənin axtarışı kimi dərk edilərsə,
onda, nəhayət, sonsuzluğa geriləmədən yaxa
qurtarmaq üçün bütün təməllərin bir təməli olduğunu,
artıq ona qarşı adət edilmiş sübut-dəlillər
və əsaslandırmalar oyunu təsbit edilə
bilməyən, dil oyunları çərçivəsində
digər, qeyri-təməl elementlərə
mümkün olan sual vermə, ona qarşı qeyri-mümkün olan mütləq
ehtiva edilməlidir.
Asif Ata fəlsəfəsini ən azı Rassel, M. Prust
kimi şəxsiyyətlərin düşüncələrinin
məntiqi davamı və inkişafı kimi qəbul
edilməyin tərəfdarıyam. Bu filosofun köhnə anlayışlara
(inam, peyğəmbər, səcdə və s. ) yeni məna
gətirməyi postmodernist filosof J. Derridanın nəzəriyyəsinə
görə, köhnə sözlərin mənasından bir qədər
uzaqlaşma, köhnə anlayışlara
yeni məzmunun verilməsi, gətirilməsi və yeni
mənaların aşılanmasıpaleonimiyaxüsusi
dekonstruksiya məntiqinə uyğun gəlir. Düşünürəm
ki, türklərin ruhani və milli liderinin
bir simada birləşməməsi dünya türklərinin tarix
boyu param-parça olaraq təklənməsinin ilk səbəbidir. Mütləqçi
fransız yazar-filosof M. Prust
hesab edirdi ki, insan öz məhdudluğunu ötə
biləndə təzədən özünə
yiyələnəcəkdir. Mütləqlə öz əlaqəsini
hiss edən adam üçün mövcudluğun məhvəri narahatlıq
yox, ümid, sevinc, heyrət olur.
İnsanın səcdəyə, liderə olan ehtiyacını
məharətlə istifadə edən siyasət alverçıləri,
həmçınin də xalqımızın düşmənləri,
Kassirerin sözü ilə desək insan
məharətlərindən ən köhnəsi olan və kütlənin
onsuz keçinə bilmədiyi halda, dini, tətbiqi elmə dönüşdürüb
qarşı tərəfə ideoloji
silah kimi istifadə edirlər.
Millətin yüksəklişi materiyadan kənarda olana, Sonsuzluğa
(Sonsuza) can atan şəxslərin çoxalması ilə birbaşa
əlaqəlidir. Və əksinə, Sonsuzluğa canatma
bitərsə, millətin də çöküşü başlar. Digər
sözlərlə desək, ruh, millətin
güc qaynağıdır, ruh tənəzzülə uğrayarsa,
millət ölməyə başlar, materializm isə hücuma keçər.
Son zamanlar düşüncələrin nihilistliyə,
anarxizmə, mütləq subyektivçiliyin meyvəsi
olan eqoistlik və bunların məntiqi nəticəsi kimi
vətənin aqibətinə biganəlik hallarına
sürüklənmələr cəmiyyətdə müşaiyət
edilməkdədir. Elə təəsurat yaranır ki, sanki
bütün dünyada və bütün sahələrdə baş
verməkdə olan məqsədlərin dəyişdirilməsi
və dəyərlərin ucuzlaşdırılması, idealların
ifşa edilməsi , yolların dolaşdırılması,
şüurların qaranlığa salınması, ürəkləri
qəddarlaşdırma, bir qorxunc gözəgörünməz, lakin dünyanın
ixtiyar sahibinin işidir... İndividualizm, tarixin müəyyən
devrlərində dəyərli idi, lakin müasir dünyanın daha
çox xeyirin sosial konsepsiyasına
ehtiyacı var.
Qildenbrand adlı filosof da Mütləq ideyasının önəmini
vurğulayır. Müasir adam, mütləq həqiqət ideyasından
uzaq qaçan, keçmişin sadəlövh ehkamları qarşısında
tənqidedici üstünlüyü ilə qürür duyan relyativistdir. Və
eyni zamanda o, ən yüksək səviyədə təhsildən
qeyri-tənqidi olaraq möcüzələr gözləyir və
digər relyativistlərin öyrətdiklərini mütləq
həqiqət kimi qəbul edir. Bu paradoksu necə anlamalı?
Əslində bu baxışların bir kökü var. Bir-birinə
zidd olduğuna baxmayaraq, bunlar köhnə həqiqəti Mütləqdən
dönmüş adam hökmən Bütün qurbanına çevrilirhəqiqətini
təsdiqləyirlər. Mütləq həqiqətin
müqəddəs bağlarından qopmaq istəyən qaçılmaz
olaraq son dərəcə sadəlövh, qabaqcadan hasil olan yanlış
qənaətə əsasən, qeyri-tənqidi, əsassız
fikirlərə səcdənin toruna düşürlər. Epistemeden
(dərk etmədən) boyun qaçıran bir qayda olaraq Doxun
(fikrin) şagirdi olacaq... Növbəti dəbdə olan filosofluq üslubundakı
aşıb-daşan mürəkkəb terminologiya dərinlik
təəsüratı yaradır, əslində isə bu,
adətən fikrin məzmunsuzluğunu gizlədir. Yeni anlayışlar
ixtira etməklə guya klassik problemləri həll edirlər
və bildirirlər ki, bu problemlər ya yanlış qoyulub, ya
əhəmiyətsizdirlər və ya ümumiyətlə mövcud
deyillər. İntellektual səmimiyətin sübutu budurmu?
Postmodernizmin parlaq nümayəndəsindən biri, Jan
Bodriyar, Süküta qərq olmuş kütlənin kölgəsində
əsərində inam-din məsələsinə dair
nəticələri də mahiyyət etibarilə Asif Atanın
fikirlərinə çox yaxın görünməkdədir: Kütlələrin
diqqətə aldığı yalnız Allahın obrazıdır,
İdeyası deyil. Onlar heç zaman nə kliriklərin qayğı
predmeti kimi qalan İlahilik İdeyasına, nə də günah
və şəxsi qurtuluş problemlərinə toxunmayıblar.
Onları cəlb edənşəhid və müqəddəslərin
əfsanəviliyi, qiyamət günü və ölüm rəqsinin füsünkarlıqları,
möcüzələr, teatrlaşdırılmış kilsə
oyunları, təşrifat, İdeyanın transdentliyinə zidd
olan dini mərasimlərin
immanentliyidir. Onlar bütpərəst olmuş, özlərinə
sadiq olaraq bütpərəst də qalmışlar. Kütlələr,
Ali Məqamlar barədə daxili narahatlıq keçirmədən,
ikonalar, mövhumat və şeytanla kifayətlənirlər.
Bəlkə bu, ruhani yüksəlişlə müqayisədə
inamda düşkünlük təcrübəsidir? Ehtimal ki, belədir. Bayağı
mərasimçiliklə və ləkə gətirən yamsılama
vasitəsilə əxlaq və inamın kateqorik imperativini,
hər zaman rədd etdikləri mənanın möhtəşəm
imperativini dağıtmaq onların adətidir. Bir də ki, iş
onların dinin ali işığına çıxa
bilməməsində deyilonlar o işığa heç
əhəmiyyət vermədi. Onlar inam uğrunda ölməyə
hazırdımüqəddəs iş, büt uğrunda ölümə.
Lakin transendentliyi, lakin bununla bağlı gərgin gözləmə,
möhlət, zahidlikdinin başlandığı o yüksəkliyi
saymırlar. Allah Dərgahı kütlələr üçün həmişə
əvvəldən burada, yerdəikonaların bütpərəst
immanentliyində, Kilsənin Allah Dərgahı haqda qurduğu
tamaşada mövcud olmuşdur. Dini mahiyətdən inanılmaz
uzaqlaşma... Kütlələr, dinin mənasını
təsəvvürlər və möcüzə həyacanını yaşamada
əridiblərbu onların yeganə dini təcrübələridir...
Rasional kommunikasiya və kütlələr bir araya gəlməz. Kütlələrə
məna göndərilir, onlar isə vaqiənin
həsrətindədirlər. Məzmuna və ya heç olmasa
məlumatın koduna ciddi yanaşmanın vacibliyinə inandırmaq
cəhdləri boşuna çıxmaqdadır. Kütlələrə
məktub verirlər, onlar isə yalnız işarəçiliklə
maraqlanırlar. Kütlələr simvolların oyunu ilə heyran
olan və stereotiplərin boyunduruğuna girənlərdir, yalnız
vaqiəli olanı qəbul edəndir.
Fövqalhissi
din yaratma cəhdləri, bütün
yeni dinlər, Mənəvi Qanun, İdeal Birlik və
s. yeni adlar altında elə həmin qədim abstraksiyalara müraciət
edirlər. Bu, yenə də abstraksiyaların duyğuötəsi
mənşəyini təsdiq etməsinə xidmət edir.
Dinlər bir-birindən nə qədər də fərqli
olsalar da, şəxsiləşdirilmiş
ideal və ya şəxsiləşdirilməmiş
varlıq, qanun, mahiyyət olsun, onların hamısı özündə
İdeal Abstraksiya daşıyır.
Fizika
sahəsində aparılan son tədqiqatlar yeni elmin, sinerqetikanın
yaranmasına səbəb olmuşdur. Bu yeni elm, təbiətşünaslığı
cəmiyətşünaslıqla, insan və mədəniyyət
aləminin sosial bilgilərini təbii
fenomenlərin bilgisi ilə birləşdirməyə
çalışır. Ruh və Materiyanın Vahid Fizikasısinerqetika
paradiqması mistik-alimlərin duyduqlarının reallığını
sübut eləməyə çalışır. Sinergetika, çox
detallarla ağırlaşmış, məsələnin
mahiyyətini kölgədə qoyan məlumatı sıxmağa
və onu bir neşə işarə, konsepsiya və ideyalara çevirməyə
imkan verir. Sinergi müxtəlif enerjilərin, Varlığın
səmavi və yer planlarını,
enerjilərini birləşdirməsi deməkdir. Bunların
birliyi, bir qayda olaraq, bəşəriyyət
nəzərindən qaçırılırdı.
Bir zamanlar akademik V.İ. Vernadski tamam yeni məntiqi, vahid
biliyi, müasir kainat həyatının simvol dilini ehtiva
edən Kainat bütövlüyünü sübut
eləməyə çalışırdı. Onun fikrincə,
Təbiətin bütövlüyü yalnız müdriklərə, peyğəmbərlərə
açılırdı.
Məqaləni
Karl Popperin fikirləri ilə bitirirəm: Həyatımıza
haqq qazandırmağı işimizdə axtarmalıyıq,
tarixin saxta mənasında yox. İsrar edirəm ki, tarixin
mənası olmasa da, biz ona məna verə bilərik. Nə
təbiət, nə tarix bizim nə edəcəyimizi deyə
bilməz.
İlahə Ucaruh