AGFI-nin
Avropada lobbi
fəaliyyəti
barədə məruzə
Cənubi Azərbaycanda baş verən son hadisələrlə
bagli Azərbaycan Gənclər Federasyonu Isveç (AGFI) Avropa və
Isveç parlamenti üzvləri ilə birgə Cb. Azərbaycan
məsələsinin beynalxalq gündəliyə salinmasi yolunda
ciddi fəaliyyətə başlamişdir. Artiq adiçəkilən
parlamentlərin müxtəlif nümayəndəlari və AGFI
arasinda əməkdaşliga nail olunmuşdur, və eləcə
də məsələnin Avropa Birliyi səviyyəsində
qaldirilmasi üçün əməli tədbirlər görülmüşdür.
Yaxin zamanlarda daha geniş tədbirlər görülməsi planlaşdirilir.
1
ve 2 Iyun tarixləri arasinda, AGFI və Avropa Parlamentində
təmsil olunan demək olar ki, bütün partiya təmsilçiləri
ilə- Mühafizəkarlar, Liberallar, Solçular, Iyun-siyahisi
- görüşlər keçirmişlər. Görüşlər
zamani müzakirə olunan əsas məsələlərdən
bəziləri hakim fars şovinizmi və Iranda qeyri-farslara qarşi
1925-ci ildə hakmiyyətə gələn Pəhləvi sülaləsindən
bu yana hökm sürən assimilativ siyasətin nəticələri
olmuşdur.
AGFI
üzvləri Avropa Birliyinin Cb. Azərbaycan məsələsində
susqunluguna dair öz narahatçiliqlarini dilə gətirmiş, AB-nin
daha fəal şəkildə məsələyə qoşulmasina
dair diləklərini bölüşmüşlər. Qərara
gəlinmişdir ki, AB Cb. Azərbaycanlilarin insan hüquqlari mübarizəsinə
kifayət qədər diqqət ayirmamiş və dəstək
göstərməmişdir ki, bu sahədə dəyişikliyə
ehtiyac vardir və bu dəyişiklik yaxin zamanda baş
verəcəkdir.
AGFI
və Avropa Parlamenti üzvləri arasindaki əməkdaşliq
artiq konkret nəticələrə gətirib çixarmişdir.
Address:
The Azerbaijani Youth Association in
Box
118, 424 28 Göteborg,
E-mail:
atufinfo@yahoo.com,
Tel: 0046313310918
Azərbaycan
Gənclər Federasyonu Isveç (AGFI)
AGFI
Cənubi Azərbaycan məsələsi ilə bagli müzakirələr
üçün həmçinin Isveç parlamentini ziyarət etmişdir. Xarici
siyasət kommissiyasinin üzvləri, və Isveçin bütün 7
partiyasinin, Sosial-demokratlarin, Mühafizəkarlarin, Liberallarin, Solçularin,
Yaşillarin, Mərkəzçilərin və Xristian-Demokratlarin
təmsilçiləri ilə əlaqələr yaradilmişdir.
Avropa Parlamentindəki əməkdaşligin verdiyi
nəticələr burda da ən az bu qədər ugura nail
olunmasi ilə nəticələnəcdir. Bir sira konkret
nəticələri aşagida oxuya bilərsiniz:
Address:
The Azerbaijani Youth Association in
Box
118, 424 28 Göteborg,
E-mail:
atufinfo@yahoo.com, Tel:
0046313310918
Azərbaycan
Gənclər Federasyonu Isveç (AGFI)
işiq
salmaq üçün özünün BMT-dəki keçmiş iş yoldaşlarina
təsir etməyə dəvət etmişdir.
AGFI
gələcəkdən ümidlidir və inanir ki, cox yaxinda gözəl
nəticələr əldə ediləcəkdir. Onlar
Azərbaycan diasporasinda təmsil olunan təşkilatlarin
vəya Azərbaycan ugrunda (şimal eləcə də cənub)
lobbiçilik edən fərdlərin əməkdaşliginin əhəmiyyətinə
inanirlar. Bütün maraqlanan şəxslər, AGFI- ilə, atufinfo@yahoo.se
emaili vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Address:
The Azerbaijani Youth Association in
Box
118, 424 28 Göteborg,
E-mail:
atufinfo@yahoo.com, Tel:
0046313310918
AVROPA BIRLIYI ŞURASINA VƏ
KOMMISSIYASINA SUAL
06-06-12
SUAL
VERƏN: Jonas Sjöstedt və
Eva-BrittSvensson
KONU:
Azərbaycanlıların Irandaki nümayişləri
Azərbaycanlıların
mədəni hüquqlarına işıq salmaq üçün, BMT və
digər beynəlxalq təsisatlarda Avrupa Birliyi şurasi hansı təşəbbüsləri həyata
keçirmək niyyətindəsiniz?
http://riksdagen.se/webbnav/index.aspx?nid=67&dtyp=f&rm=2005/06&nr=1814
AVROPA BIRLIYI ŞURASINA VƏ
KOMMISSIYASINA SUAL
06-06-12
SUAL
VERƏN: Jonas Sjöstedt
və Eva-BrittSvensson
KONU:
Azərbaycan xalqının Iran Islam
Respublikasında mədəni hüquqlarına dair
Iran Islam Respublikasının
konstitusiyasında bəyan olunur: Iranın bütun insanları,
etnik qrup vəya tayfalara aid olmalarından asılı olmayaraq,
bərabər hüquqlara sahibdirlər; rəng, irq, dil, və oxşar
xüsuiyyətlər heç bir imtiyaz vermir. Iranda
azərbaycanlılar, farslar, kürdlər, ərəblər, türkmənlər,
bəluclar, ermənilər və assirianlar kimi bir sira etnik
qruplar vardır. Konstitusiyada bəyan olunmasına baxmayaraq bu
etnik qrupların bərabər hüquqları yoxdur. Buna
bir misal kimi
Iran
Islam Respublikasında Azərbaycan xalqının mədəni hüquqlarına
hörmət olunması üçün rejimi inandırma yolunda Avrupa Birliyi şurasi
hansı təşəbbüsləri həyata keçirmək
niyyətindədir?
http://riksdagen.se/webbnav/index.aspx?nid=67&dtyp=f&rm=2005/06&nr=1815
Birləşmiş Avropa Solu
Jonas Sjöstedt və Eva-Britt Svensson
Möhtərəm cənab
səfir Ali Ahani
415 Avenue de Tervueren
1150 Brussels
Iranin Brüsseldəki səfirliyinin diqqətinə
2006-06-14
Biz cb. Abbas Lesani
ilə əlaqədar olan vəziyyəti və
hadisələrin gedişatini böyük nigarançiliq ilə
izləyirik. Bugün
cb. Lesani həbsdədir və gizlilikdə saxlanmaqdadir. Buna
etiraz olaraq o acliq və susuzluq aksiyasi edir. Bizi cb. Lesaninin
saglamligi narahat edir.
Buna görə biz Iran
rejimini qətiyyətlə Amnesty Internationalin
tələblərinə əməl etməyə çagiririq,
yəni onun saxlandigi yerə dair informasiya verilsin, təmin
olunsun ki, ona qarşi heç bir fiziki zorakiliq vəya işgəncə
yoxdur, eyni zamanda ona qarşi ciddi bir ittiham sürülmədikcə
azadliga buraxilsin.
Hörmətlə,
Jonas
Sjöstedt və Eva-Britt Svensson,
Avropa Parlamentinin Isveçli
üzvləri / Birləşmiş Avropa Solu
-------------------------------------------------------------------
Vänsterpartiet
Sweden United European Left
E-mail:
jonas.sjostedt@europarl.europa.eu,
eva-britt.svensson @europarl.europa.eu
Tel.+32(0)22845563,
Fax : +32 (0)2 28 49563
Avrupa
Liberal Demokrat Qrupu
Cecilia
Malmström
Möhtərəm cənab səfir
Ali Ahani
415
Avenue de Tervueren
1150
Brussels
Brüssel, 14 Iyun 2006
Zati aliləri,
Mənə
məlum olmuşdur ki, cb. Abbas Lisani, Iran azəri türklərinin
məşur müdafiəçisi, 3 iyunda həbs edilmişdir. Abbas
Lisani şimal-qərbdə yerləşən Ərdəbil
şəhərindəki evində həbs edilmişdir. Onun
xanimi melumat verərək bildirmişdir ki, 30-dan çox mülki
geyimli təhlükəsizlik rəsmiləri onlarin qapisinin qifilini
qiraraq hüquq tərəfindən tələb olunmasina baxmayaraq
heç bir bildiriş göstərmədən evlərinə daxil olmuşlar.
O xəbər verir ki, Abbas Lisani onun və iki gənc oglunun gözləri
qarşisinda döyülmüşdür, və xanimi onu döyməməyi
tələb edəndə təhqir olunmuşdur. Onu vurma əmrləri
oldugunu bildirdikdən sonra onlar onun əllərini qandallamiş
və aparmişlar. Onlar həmçinin 2 mobil telefon, disklər,
kitablar və kompyuteri də özləri ilə aparmişlar.
Hal-hazirda o, qeyri-məlum bir yerdə saxlanmaqdadir.
Cb. Lisanin vəziyyəti
məni çox narahat edir: qismən ona görə ki, o həbs
olunmadan öncə nümayişlərdə iştiraki zamani yaralanmişdir
və bu baximdan tibbi baxima ehtiyaci ola bilər. Narahatçiligimin
digər qismi isə onun acliq və susuzluq aksiyasi
eləməsidir ki, bu da həqiqətən ciddi bir haldir.
Susuzluga görə onun vəziyyəti çox sürətlə pisləşir.
Bunu nəzərə
alaraq, cb. səfir, mən sizə müraciət edirəm ki, cb.
Lisaniyə qarşi konkret cinayət əməli ilə ittiham
yoxdursa, onun dərhal azad olunmasinin təmin edilməsini hökumətinizdən
xahiş edəsiniz.
Avrupa Liberal
Demokrat Qrupu
Cecilia Malmström
Həmçinin
sizdən israrla xahiş edirəm ki, cb. Lisaninin saxlandigi yerin müəyyən
edilməsini müvafiq orqanlardan soruşasiniz, və eyni zamanda bu
orqanlardan ona ailəsi, özünün seçəcəyi vəkil və
tərcüməçi ilə qeyri-məhdud görüşmə imkanina,
ehtiyaci olan tibbi müalicəyə imkan yaradilmasini
istəyəsiniz.
Hörmətlə,
Cecilia
Malmström
Avropa
Parlamentinin üzvü, Isveç
ALDE
(Liberal Demokrat) Qrupunun Insan Haqqlari üzrə
danişmani
Press
reliz

Stokholm
Iyun 15 2006
Sol partiya
Isveç hökuməti səssizdir. Bizim xarici işlər
nazirinin imkani vardir ki, Iranin ruhaniliyində insan huquqlari üçün
cəhd eləsin. Mən gözləyirəm ki, xarici işlər
naziri özünün BMT-dəki köhnə iş yoldaşlarini əmin
edəcək ki, onlar Iran Islam Respublikasi rejimini Azərbaycanli
əhalinin mədəni hüquqlarina hörmət etmək üçün
və eyni zamanda Abbas Lesanini azadliga buraxmaq üçün yola
gətirəcəklər.
Alice Ċström,
Isveç Parlamentinin Xarici Əlaqələr komitəsinin üzvü
və
Sol partiyanin vitse-prezidenti
http://www.vansterpartiet.se/vp/32560.cs?tempeltemplate=235
|
|
|
|
Xristian-Demokratlar
|
Jan Eliasson Abbas Lesaninin azad olunması üçün
tədbir görməlidir
Abbas
Lesani Iranda məşhur
siyasi fəaldır. O, on milyonlarla Azərbaycanlının Iran
rejimi tərəfindən Irandakı digər qruplarla
bərabər şəkildə yaşamasına şərait
yaradılması üçün mübarizə
aparır. Bu səbəbdən o həbs olunmuşdur. Xarici Işlər
Naziri, Jan Eliasson, Abbas Lesani və onunla birgə məhkum olunan
insanların azad edilməsi üçün Iran rejiminə təzyiq
etməlidir. Vəziyyət cox kəskindir.
Bunları
çərşənbə
axşamı Holger Gustafsson, Xristian-Demokratların xarici
siyasət məsələləri üzrə nümayəndəsi
demişdir.
Bu
il may ayının
ortalarında
dövlət
qəzetlərindən birində Iran Azərbaycanlılarını
böcək şəklində təsvir edən karikaturalar nəşr
edilmişdir. Azərbaycanlıların bu şəkillərə
qarşı nümayişləri yüzlərlə insanın
həbsinə və rejim tərəfindən qanlı zorakılıqlara
gətirib çıxarmışdır.
Amnesty
Internationalın
Azərbaycnalı
mənbələrinin dediklərinə gorə onlarla insan öldürülmüş,
yüzlərlə insan təhlükəsizlik qüvvələri
tərəfindən yaralanmışdır. Eyni zamanda həbs
olunanlara qarşı işgəncə ittihamları da ortaya çıxmışdır.
Abbas
Lesani nümayişlərdə
iştirak etdikdən sonra iyunun 3-də
evində
həbs və təhqir olunmuşdur. O hal-hazırda qeyri-müəyyən
bir yerdə saxlanmaqdadır.
Mənbələrin
verdiyi xəbərə görə, rejim onun ABŞ
tərəfindən pul alaraq ictimaiyyət arasında narahatçılıqlar
törətmək üçün öhdəlik götürdüyünü milli televiziyada
boynuna almasını tələb edir. Iran rejimi ABŞ-ı
Azərbaycan regionlarındakı narazılıqların arxsaında
durmaqda günahlandırır. Həmçinin rejim bir neçə dəfə
Iran Azərbaycanlılarını Azərbaycan ilə birləşmək
istəyində ittiham etmişdir.
Özünün
və digər
Azərbaycanlıların həbsinə
etiraz əlaməti olaraq Lesani, bir müddət öncə aclıq
və susuzluq aksiyasına başlamışdır. Beləcə
onun həyatı kəskin və qaçınılmaz təhlükə
qarşısındadır.
Indi
Xarici Işlər
Naziri Jan Eliasson, Amnesty Internationalın tələblərinin
yerinə yetirilməsi üçün Iran rejiminə təzyiq etmək
üçün hərəkətə keçməlidir:
1.
Lesanin
yeri müəyyən edilməlidir və onun ziyarətçilər
ilə görüşünə, eləcə də tibbi müalicə
alması üçün icazə verilməlidir.
2.
Əmin
olunmalıdır ki, ona işgəncə verilmir və o
təhqir olunmur.
3.
Əgər
dəqiq sübut olunmuş cinayət işi yoxdursa, Lesani azad
olunmalıdır.
4.
Ona
bundan öncə 2004-cü ildə həbsi zamanı, işgəncə
edilmə ehtimalını araşdıran tərəfsiz istinaq
təyin olunmalidir.

Möhtərəm
cənab prezident Ahmadinjead,
The
Presidency,
Stokholm, 16 Iyun 2006
Zati aliləri,
Mənə məlum olmuşdur
ki, cb. Abbas Lisani 3 iyunda
həbs edilmişdir. Cb. Abbas Lisani, Iran azəri türklərinin
məşur müdafiəçisidir. Mən
cb. Abbas Lesani ilə əlaqədar olan vəziyyəti və
hadisələrin gedişatini böyük nigarançiliq ilə
izləyiriəm. Bugün
cb. Lesani həbsdədir və buna
etiraz olaraq o acliq və susuzluq aksiyasi edir.
Məni cb. Lesaninin saglamligi narahat edir.
Bunu
nəzərə alaraq,
cb. prezident, mən sizə müraciət edirəm ki, cb. Lisaniyə
qarşi konkret cinayət əməli ilə ittiham yoxdursa, onun
dərhal azad olunmasini təmin edəsiniz.
Həmçinin
sizdən israrla xahiş edirəm ki, cb. Lisaninin saxlandigi yerin müəyyən
edilməsini müvafiq orqanlardan soruşasiniz, və eyni zamanda bu
orqanlardan ona ailəsi, özünün seçəcəyi vəkil və
tərcüməçi ilə qeyri-məhdud görüşmə imkanina,
ehtiyaci olan tibbi müalicəyə imkan yaradilmasini
istəyəsiniz.
Hörmətlə,
Agne Hansson
Isveç
Parlamentinin üzvü
Center
Partiyasinin Insan Haqqlari üzrə
sözçüsü
------------------------------------------------------------------------------------------------------------