ÜMUMİ
AI Index: MDE 13/067/2006

16 İyun 2006
UA 171/06
Oğurlanma Vahiməsi /Sağlamlıq vahiməsi /Sağlıqdan
nigaranlıq /Vicdan ucundan dustaqlıq ehtimalı
İRAN
Saleh Kamrani (kişi), vəkil və insan haqlarının
müdafiəçisi, 34 yaşlı
Saleh
Kamrani, bir Türk-Azərbaycan vəkili (Güney Azərbaycan),
məlum olası əmniyyət məmurları
tərəfindən oğurlanıb, ki 14 İyun-dan bəri
bəlli olmayan bir tutuqlanma yerində saxlanaraq, işgəncə
təhlükəsindədir. Raportlara görə ürək
xəstəliyi üçün dərmana ehtiyacı vardır. İşi
insan haqlarından müdafiə etməklə bağlıdır,
elə məhz buna görə tutuqlana bilər, və bu isə
Amnesty International bu şəxsi bir vicdan ucundan dustaq diyə
qeyd edə bilər.
Raportlara
görə, Saleh Kamrani 14 İyunda təqribən nahardan sonra saat
3-də Tehranda evində həyat yoldaşına zəng edib
və evə getmək üzərə olduğunu söyləmişdi.
Evə nahardan sonra saat 4.30-5.00 yetişməli idi və onun
yubanmasından nigaran qaldıqda həyata yoldaşı ərinin
cib telefonuna zəng etdikdə telefonun bağlı olduğunu başa
düşür və buda gözlənilməz bir iş idi.
Xəstəxana və polisdən soraqlaşdıqda, ərindən
heç bir iz də belə tapa bilmir. İkindi çağı Təhlükəsizlik
Nazirliyinə (Vizarət-i-İttilaat) zəng etdikdə ora da
hər bir bilgi verməkdən boyun qaçırmışlar.
Saleh
Kamrani 1999-dan bəri vəkil işləyir və O bir neçə
Güney Azərbaycanlını müdafiə etmişdir, ki bunlar vaxtı
ilə siyasi və
mədəni fəaliyyətləri üçün tutuqlanmışdılar.
Onun müdafiə etməkdə olduğu şəxs Saleh Malla
Abbasi-dir ki, 17 Apreldə yaxalanmışdı (bax: UA
115/06, MDE 13/045/2006, 3 May 2006).
Saleh Kamrani başqa etnosların üzvlərini də sovunmuş.
Raportlara görə, O hey İran təhlükəsizlik məmurlarının
azarına məruz qalmış, misal üçün onu telefonla
dəfələrlə hədələmişlər (threat),
və 2005-də qardaşı ilə birlikdə Urmu-da 3-günlük
tutuqlanmışdı. Raportlara görə, insan haqları
barədə O məqalələr də yazmış və
insan haqları üzrə vəkil və öyrənçi təlimi
üçün kurslar da aparmış. Saleh Kamrani-nin qardaşı,
Məhərrəm Kamranı da 30 Martda yaxalanmış və
raportlara görə 19 gün içəridə qalarkən işgəncəyə
məruz qalmışdı (bax: UA 86/06, MDE
13/039/2006, 12 Aprel 2006).
ZƏMİN
BİLGİ
May
2006-da İranın quzey-qərbində qəsəbə və
şəhərlərində geniş surətdə kütləvi
təzahürat ortaya çıxdı. Buralarda əhali əsasən Türk-Azərbaycanlıdırlar
və 12 Mayda dövlətin rəsmi orqanı olan İran gündəliyi
qəzetində yayımlanmış qanqaraldıcı
cizgi-karikaturaya qarşılıq çıxışlar olundu.
Təzahürat ərzində və ondan sonra yüzlərcə
insanlar yaxalandı (bax: UA 151/06, MDE
13/055/2006 və UA 163/06, MDE 13/063/2006). İttihamlara görə,
tutuqluların bəziləri işgəncə olunmuşlar,
və bəziləri də xəstəxanalıq olmuşlar.
Qəzetin buraxılışı 23 Mayda asılqan olmuş
və onun baş redaktoru və karikaturaçısı yaxalanmışlar.
Azərbaycan qaynaqları iddia etmişlər ki, təhlükəsizlik
qüvvələrinin əllərindən ölənlərin sayı
10-lar və yaralananların sayı 100-lər olmuş. Təhlükəsizlik
qüvvələri hər bir şəxsin öldürülməsini danmışlar,
baxmayaraq ki, 29 Mayda bir polis məqamı Sulduzda 4 nəfər öldürüləndən
və 43 nəfər yaralıdan söz açmışdır.
İranda
tez-tez təhlükəsizlik qüvvələri adamları günlər
və həftələr müddətində tutub-saxlayır,
hərdən də bunları bəlli olmayan yerlərdə
saxlayır, yaxud elan etmədən və ailələri ilə
əlaqəyə girmədən onları göz altına alır.
Fəal tələbə, Abid Təvançı, məlum olası
bir həftədən çox belə itgin düşmüşdü, ta ki 5
İyunda haçandan haçana Tehranın Evin zindanından ailəsinə
zəng edib və 26 Maydan bəri tutuqlu olduğunu söyləmişdi
(bax: UA 165/06, MDE 13/065/2006, 9 İyun 2006).
Görülməli işlər üçün lütfən Amnesty
International-ın website-sinə müraciət ediniz və bunun
üçü 28 İyula dək vaxt vardır.