Äziz soydashlar! Tääsüflä bütün dünyada "Türkcä" sözü Türkiyä türkcäsi anlaminda gedir. sizin ishlätdiyiniz "Türkcä" isä bütün dünyada "Azärbaycanca" adlanir. düzgün vä mäntiqi olar ki, chashqinliq yaranmamaq üchün dilimizin kök adi yerinä (türkcä yerinä) onun öz täbii adi (Azärbaycanca) ishlänsin. Bütün türk dilli lär haqli olaraq bizim dilimizi türkcä deyil, bälkä "Azärbaycanca ya Azärbaycan türkcäsi" adlandirirlar. onlar öz dillärinin (haqli olaraq) azindan bizcä "Türk" olduquna inanirlar. bu haqda yazdiqim (vä Azad tribunda da yayilmish) yazida düshüncälärimi achiqlamaqa chalishmisham. demäliyäm ki, bashqa fikir dashiyan soydashlarimiz orada tärh olunmush bu mäntiqibu suuallari cävabsiz qoydular. vä bu äsas mövzuya toxunmaqdan boyun qachirdilar. bu isä (önämli mäsälälärimizi cävabsiz qoyma) häräkätimizi tarixi vä häyati chätinliklärlä qarshi-qarshiya qoya bilär. Bir daha xahish ediräm ki, (Zämimä dä göndärdiyim) yazini bir daha(tääsübsüz!) oxuyub, vä mäntiqi olduqu täqdirdä qäbul edib vä yalnish olduqu täqdirdä mäni (köhnä Azärbaycan äsgärini) bu yalnishqdan qurtarasiniz. Hörmätlä Häbib Daqshähärli    

Irançılıq və Türkçülük Yol-ayrıcında:

 

                                       Azərbaycan Höviyyəti

                                                                                                                                                         

                                                                                                                            Həbib Dağşəhərli

 

Son zamanlar , soydaşlarımız  arasında (cənublular arasında) Azərbaycanın  höviyyəti ( identiteti-kimliyi) haqda, və bu höviyyətin düzgün „Ad“-ı  üzərində uzun yazışmalar və bəzəndə şiddətli atışmalar gedir. Bu söhbət-bəhsləri müsbət hall kimi qiymətləndirməklə yanaşı , qeyd etmək lazımdrı ki,bugünə kimi burada işlədilən terminlərin (istilahlar)  mühüm bir hissəsı , eləcə də „Azərbaycan Höviyyəti“nin  tə"rifi  öz düzgün əksini tapa bilməmişdir. ancaq, bu bəhslərin və araşdırmaların düzgün nəticə verə bilməsi üçü! n, bu  istilahlar və terminlərin  mənasi- tə'rifi formulə olmalı və bu haqda azərbaycan ziyalıları  arasında vahid fikir yaranmalıdır.

  

 Iranda, Azərbaycanın Öz-Höviyyeti- nin bu günə kimi tə'rif olun-ma-mış  qalmasının, və bu məsələyə əhəmiyyət verilmə-məyin əsas səbəblərindən biri-də  budur ki, biz  özümüz Azərbaycanı  ancaq bir "cüz' " kimi qəbul eləmişik. məsələ ondadır ki, biz özümüz də buna inanmışıq ki, biz başqa millətlər kimi müstəqil yaşamağa qadir deyilik. Tehransız, Moskvasız və  ya hər hansı  digər bir kollektivin bir parçası  olmadan yaşamağı,  təsəvvür eləməmişik. son zamanlarda  güclənmiş "türkçülük ya türkiyəçilik cərəyan-ına da el! ə bu zaviyədən baxılmalı dir. Moskva-Tehrandan əl üzüldükdən sonra yerinə yeni bir alternativ axtarılıb və  bu alternativ  Ankara-da "bulunmuşdur".

 

 

" Azərbaycanın Höviyyəti" sualının cavabsız qalmasını  obyektiv səbəblərindən biri  budur ki, bizim ad- və höviyyət məsələmiz "fars-türk ya iran-turan" məsələsinin həllindən asılı  olmuşdur. və bilirik ki, Firdosi-dən bugünə kimi davam edən  „Iran- Turan“ və  „Fars-Türk“ davasının  nəticəsi  bugünə kimi bəlli olmamiş və bununlada bizim höviyyət məsələmiz həll olunmamış qalmışdır.

Tə'əssüflə, Azərbaycan ziyalilarının mühüm bir hissəsinin bugünə kimi  işi-peşəsı   bu olmuşdur ki, bir biri ilə; “türkmüdür, yoxsa iranlı ?"  „ birinci iranlı , sonra türk, yoxsa  birinci türk, sonra iranlı dır ?",  adı   „azərbaycan türküdürmü",  yoxsa „ iran türkü?" iran azerbaycanlısı , ya......kimi suallar ətrafında atışsınlar.....*(2)

 

Bir dəstə Iran baxişlı , Azərbaycanın Iran tarixində oynadığı  mühüm rolu əsas tutaraq, azərbaycanlının  iran-tarixli olmasına min-bir (haqlı ) dəlil, sənəd göstərərək azərbaycanlının "türk" olma-masını , ola bilməməsını   sübut eləməyə çalışırlar.

o biri dəstə isə, "türk" dilimizə, və ata-babalarımızın özünü farslarin müqabilində "türk" adlandırmasına istinad edərək, bizi ancaq və ancaq "türk" olaraq  göstərməyə  çalışırlar.

 

                                                      *          *          *          *  

 

   bizim Ata-babalarımız, farsların müqabilində özünü „türk“ adlandırmışdır, kürdlərin müqabilində özünə „əcem“ demış,  ermənilərin qabağında  “müsəlman“ adı  daşımışdır. Bu ad-lara  Iranli„ Iran-tükü, Azerbayacan-türkü, Müsəlman ya şiy'ə Azərbaycanlı “  kimi tərkibi ad- və terminlər də   artırılır. Beləliklə  vahid „Azərbaycan xalqına azından 7- 8  dəyişik adlar verilmişdir.

 

 Ancaq bütün  millətlərdə (və hər bir millət olmaq istəyən toplumlarda) olduğu kimi, Azərbaycana da  tək,   univesal keçərlı  ,, Öz və vahid Ad"   lazımdır.

 

Müxtəlif şəraiytdə və dəyişik mövqelərdə, bir birindən fərqlı  adlar daşıyan bir toplum, dünya ictimaiyyəti, eləcədə dost-düşmənləri  tərəfindən,  vahid və özünəxass bir xalq və millət kimi rəsmiyyətə  tanına bilməz.

Buna görə ki, hər bir ad, müəyyən bir höviyyti əks etdirir. Vahid bir xalq  olmaq hüququna malik olmaq üçün,   vahid adımız olmalıdır.Bizi, təkcə fars, kürd, erməni müqabilində deyil, bəlkə bütün dünyada təmsil edib , əks etdirən adımız.

   Milli mənafe’imiz yolunda  düzgün hərəkət edə-bilmək üçün, düzü- əyridin, pisi- yaxşı -dan  seçib-ayıra  bilmək üçün əlimizdə özümüzə-xass „ölçü“ və  me’yar-ımız olmalıdır.  "Öz Höviyyətimiz" bizim təkcə me’yarimiz sayilir. Ana höviyyətimizi tanımadıqda, əlimizdə   ölçü“-müz olmayacaq və  ölçüb- biçmək zamanı  gəldikdə, yaxın qonşularımızın ya uzaq qohum-larımızın „ölçü“-süylə ölçməyə məcbur olacağıq. ancaq  biz yaxın keçmişimzin  gə! rgin günlərində bu acı  həqiqəti  dəf'ələrlə təcrübe eləmişik ki, bizim qonşu- qohumlarımızın öz mənfə'ətləri və öz məsləhətlərı  vardır və tarixin çətin günlərinde  azərbaycan mənafeyi ilə, bu "böyük qardaş"larıın mənafeyi, heçdə  üst-üstə düşməyib, nəhayətdə, „cüz'“ sayılan Azərbaycanın mənafe'i „Küll“ə qurbanlıq getmişdir.

 

 

     Ana höviyyətimiz  və onun Öz Ad-ı  

 

  Məntiq.. hökm edir ki, Öz Ana-Höviyyətimizin  mə'nasına düşünər-kən,  bütün məsləhətlər, o cümlədən siyasi və ğeyr-siyasi, hətta   müqəddəsatın  hökmü-məsləhəti də, dəxil verilməsin. Başqa ibarətlə desək, Azərbaycanın öz mənliyinə gəldikdə, müsəlman, türk və iranin məsləhət- mülahizələri əsasında deyil, bəlkə, yalnız məntiq,  elm və real faktlar  əsas götürülməlidir. buna göre ki, „Azərbaycan Höviyyəti“  bu 3 unsuru özündə birləşdirdiyi halda, bunların məcmu'ndan daha artıq bir varlıq və özünə xass bir Höv! iyyət sayılır.*3 

 

„Iran“

 Bu danılmaz bir həqiqətdir ki, biz (azərbaycan)-tariximizin mühüm bir hissəsini Iran adlı  toplumla paylaşmaqdayıq və „Iran“ termini əbədi olaraq bizim höviyyətimizin bir parçasını   təmsil edəcəkdir, çünki, Azərbaycan və azərbaycanlı , nəinki Iran adında ölkənin yaranması , inkişafinda əsas  rol oynamış, bəlkə  bəzən  hətta  az qala, təkcə aktyor sayılmış və bununla da öz adını , əbədi olaraq Iran tarixinə həkk etmiş və bu tarixdə  şərik olmuşdur.

dirər tərəfdən, bilməliyik ki, „Iran“, bizim tariximizin bir parchasi olduqhu halda, bizim Ana Höviyyätimizi tämsil edäbilmäz. Iran, nähayätdä  bir sıra tarixi faktlar əsasında yaranmış bir siyasi ittifaq-dır. Bizim Iranın başqa xalqlarıyla (kürd, fars,bəluç, ərəb və s.)  etnik, dil, məzhəb, musiqi, ədəbiyat, adət- ənənə baxımdan fərqlərimiz vardır.

 

"Iran"ın bizə ana hövyyət sayıla bilmə-məsinə  əsas səbəblərdən biri də budur ki, Iran   20-ci əsrə qədər, daim dəyişməkdə olmuşdur.Onun sərhədləri və etnik tərkibi şərait yarandiqda dəyişmişdir. Ölkələr, xalqlar bu tərkibə daxil olmuş ya  ondan ayrılıb  özlərinə başqa (və qeyri-iranlı) bir höviyyiət  qazanmışlar.Buna görə-də "Iran" adı, müəyyən  bir xalqın ya millətin (eləcə də biz azərbaycanlıların ) ana höviyyətini təmsil etməyə qadir deyildir.

 

 Buna bir əsas dəlil daha bu ki,  Azərbaycan və azərbaycanlının mühüm bir hissəsi qeyri-iranlı sayılır.Bu məntiqlə , Iranın  xaricində yaşayan hissəsinin  başqa bir  ad-ı olmalıdır!. Lakin təbiətin, Tanrını, tarixin, və tale’in yaratdığı vahid bir milyonluq topluma,  dəyişik ad-lar və höviyyətlər bağlamaq,  „Azərbaycan“ xalqının höviyyəti ilə düşmənçilik anlamı  daşıyar.

 

  

Buna baxmayaraq, "Iran" adı, hələ də biz azərbaycanlılara  müqəddəs ad sayılmaqdadır, və azərbaycanlılar, bu günə kimi   bütün sahə-lərdə, eləcə də yüz illərlə   xarici düşmən-lərlə  apardığı   uzun müharibə lər – savaşlar-da, özünün xələf övlad olduğunu sübut etmişdir. Biz azərbaycanlılar, təkcə "osmanlı və rus"larla savaşda, Irana olan borcumuzu ,  farslardan və Iranın digər xalqlarından yüz dəfə artıq ödəmişik.

 

 

Ancaq bu gün, dəqiq desək, 80 ildir ki, Iran-adından,  ən çirkin şəkildə su' -istifadə olunmuşdur. Bu illər ərzində "Vətən" sayılan  Iran, dilimizin və höviyyətimzin zindanına çevrilmişdir . Iranin  "məsləhətləri"  bəhanə-siylə bizim  müqəddəs milli varlığımızın  dirəyi sayilan ana dilimiz, ağır basqı və təb'iz-lərə  mə'ruz qalmışdır. Tehran iqtidarlarının mədniyyətə ayrımış budcənin 95%-i, fars dili- və mədəniyyətinin inkişafina sərf olunmuş, qalan 5%-i isə müstəqim şəkildə Iranin qeyr-fars xalqlarının dilləri və mədəniyyətləri il! ə mübarizədə və bu dilləri aradan aparmaq yolunda xərclənmişdir.

 

 Tehran hakimiyyəti son 80 il ərzidə azərbaycanlıların   milli və dini  inanc-larından su'-istifadə edərək, bu müqəddəsatı  ləkə-ləməyə çalışmışdr.Məşrutiyyət inqilabında "Iranın məsləhətlərini" ələm edərək, iransevər azərbaycanlıların ürəklərində şübhə və səf-lərində  iki-dəstəlik  yaratmışdır. Islam inqilabında isə, din və məzhəbi öz əlində silah edərək, mö'min millətimizi və onun böyük dini rəhbərlərini sukuta məcbur eləmişdir.Tehran-fars hakmiyyəti, bütün milli, məzhəbi, insani və beynəlxalq huquq normları! nı öz çirkin-şovinist mənfəətləri yolunda ucuz-ucuz  xərcləmişdir. Fars şovinizmi bu əməllərilə, iran yolunda böyük və tarixi fədakarlıqlar göstərən azərbaycanlıların ürəyində və zehnində qara  izlər və acı təsirlər buraxmışdır.

 

Doğrudur,

azərbaycanlı  iransevərliyindən və dini-məzhəbi inamına  görə, bu günə kimi bütün bu  təhqir- təb'iz və milli zülmə dözmüşdür. Bu inanc-lara görə, bugün Azərbaycan əhalisinin böyük əksəriyyəti Iran-tərkibindən ayrılmağa düşünmürlər.Ancaq bu da bir həqiqətdir ki,  Iran, artıq azərbaycanlılar arasinda (eləcə də bütün qeyri-fars- xalqlar arasında)  çox sürətlə öz cəzzabiyyətini itirməkdə-dir və fars şovinizmi bundan sonra azərbaycanlını  bir daha aldatmağa başqa bir bəhanəsi,  „xərclənməmiş  müqəddəsat“ı  daha qalmamışdır. 

 

 Milli zülmdən başqa,  Iranda on illərdir ki,  siyasi, -mədəni, ictima'i cəhətdən-də faciəli vəziyyət hökm sürür.

  Yer-üzünün ən irtica'i  düşüncə tərzi,  orta əsrlərə 'aid olan siyasi- ictima'i sistem, 10- milyonlarla işsiz, mö'tad. Qadın şəxsiyyətinin  əzilməsi, vicdan və əqidə azadlığının olma-ması, müqqədəs din və məzhəb-in, mırdar siyasi alış-veriş-lərdə əl-alətinə çevrilməsi, 100-minlər insan-ın canını, 100-milyardlar dollar,ölkənin pulunu,  özünə tay qonşularıyla dəhşətli savaş- müharibələrə qurban vermək, 100-minlərlə  başqa düşüncə sahiblərini zindanlara salıb işkəncə etmək, 10 minlərlə, sədaqətli cavan nəsli, cəllad-casına e'dam edib, işkənc 601?lər altında öldürmək, paranoy xəstəliyi təsirində bütün xalqları və dünya ictima’iyyətini   düşmən kimi görmək...., və digər tərəfdən də, bu hakim sistemə heç bir ciddi alternativ-in olmaması-na düşündükdə, hər bir optimist-xoşbin iranpäräst  insana da, ümüdsüzlük- pessimistlik haləti əl verär

 

 Bu aci həqiqətdir ki, qeyri-fars millətlərin haqqında e’mal olunan bu təb’iz və milli-mədəni zülm,  Iran iqtidarları tərəfindən e'mal olmuş-olsada,  Iranın bütün ziyalıları tərəfindən (kiçik istisnalara baxmayaraq) dəstəklənmiş (bə'zən susmaqlari ilə) və bunlar bu cinayəti tövcih etməyə və əhəmiyyətsiz göstərməyə çalışmşılar.

Bu acı və danılmaz həqiqəti nəzərə alanda, və qlobal dünyanın sür’ətlə inkişaf etməsini gördükdə, belə bir sual meydana çıxır ki,  bu vəziyyət olduğu kimi  davam edərsə, görəsən, azərbaycanlı Iranla birlikdə batmağa qərar verəcək,  yoxsa ata-babalarının yaradıb-qoruduqları, ancaq bugün tamamilə fars qulluğunda olan  „Iran“ı  farslara və farsçılara tapşırıb, öz çarə-sini başqa bir tərkib-də axtaracaq?

 Sualı bir az daha dəqiqləşdirək. Azərbaycan cümhuriyyətində siyasi, ictimayi, iqtisadi və beynəlxalq pristij qazanma prosesi, belə davam edib inkişaf tapırsa, digər tərəfdən Iran-ın bu faciəli vəziyyətin-də  təməlli bir dəyişiklik yaranmazsa,  iran-azərbaycanlısı yenə-də fars, kürd, lor, ərəb, bəluç-larla vahid ittifaqda qalmağa qərar verəcək, yoxsa dilini, mədəniyyətini və adını paylaşdığı demokratik Azərbaycan cümhuriyyəti əhalisiylə öz tale’ini paylaşmağa razı olacağdır?

      

.

“Türk“

 „Türkçülük“  nəzəriyyəçiləri bu günə kimi  „türk“ün nə olduğunu (xalqmı, millətmı, dil ya dillər qrupumu, ırq (nəjad)mı, coğrafiyamı....) sualına heç bir konkret cavab verməmişlər. Bu sual,  məntiqi,  haqlı və təməl əhəmiyyət daşıyan bir sual olduğuna baxmayaraq bu günə kimi cavabsız qalmışdır."Türkçü" nəzəriyyəçiləri, „türk milləti“ nəzəriyyəsinə inanan alim-mütəxəssis-lərimiz bu cavabı bu günə kimi elm aləminə, eləcə də bütün türk dünyasına borclu qalmışlar.*(1)

 

Bu əsas sual cavabsız qaldıqda, onların  türkçülük ideyasi, „türk milləti“ nəzəriyyəsi boş təməlli, qeyri-elmi və naqis sayilacaqdır.

Bu „sükut“un  əsas səbəbi isə,  budur ki, türkçü nəzəriyyəçi və ideoloqlar, həqiqi "türk"lərin hamısını nəzərdə tutub, onlardaki  müştərək və  birləşdirici ünsürlərin siyahısını (listini) yazmağa başlarkən, onların dillərinin  kökündən  başqa heç bir ciddi amil  tapa bilmirlər.

 

 

"Türk" nədir?

 

 „Türk“ün nə olduğu, bu günə kimi  aydın olmasa da,  kimin- ya kimlərin  „türk“ olduğu haqda vahid fikir ola bilər. Buna görə ki,  „türk“ adında bir ünsür vardırsa o zaman,  aşağıda adı gedən xalq və millətlərin „türk“ olduğunda şübhə olmamalıdır.

 

 

 „Türk“lərdən bir neçə nümunə:

 

Qazax,  Başqır, Özbək, Tatar, Uyğur, Qırqız, Azərbaycan,  Türkmən, Sibir türkləri,   Anadolu-(Türkiyə-) türkləri və s.

 

 „Türk“ün nə olduğunu bilmək üçün, ən sadə və məntiqi yol budur ki, bu (türk)xalqlarını  birləşdirən (müştərək) amil və ünsürlər bəlli və aydın olsun.

 Bu müştərək ünsürlərin cəm'i (məcmusu) „türk“ün müştərək kimliyini təşkil edər.

 

 

 

Ümum-türk arasında birləşdirici- ünsür-

 Məncə „ümum-türk“ü birləşdirən təkcə ünsür bütün „türk“lərin dillərinin vahid kökündə xülasə ola bilər. (bundan başqa, mənim fikrimə heç-nə gəlmədi. Başqa ünsürlər varsa, türkçü dostlarımız açıqlasınlar).

 

Aramızda olan fərqlər:

 

1. Dil fərqi.

 

"Türk dillilər" qonşu türkdilli xalqları çox çətin və az başa düşürlər, qalanı isə, demək olar ki, bir-birlərini heç başa düşmürlər. Demək bunlar fərqli dillər sayılırlar*4

„Türkcə“ni vahid bir dil taniyan və arada olan fərqləri ləhcə, şivə və türk dilinin müxtəlif qolları, şaxələri kimi  görsədənlər, birinci bu əsas suala cavab verməlidirlər ki, bu dillərin hansı biri  „türkcənin“ özü, hansıları onun ləhcə-ləri-dirlər? Başqa sözlə desək,bu dostlar „ağac“ın özünü göstərmədən, o ağaca  20- 30 qol-qanad göstərməyə qalxırlar!

Ancaq bu dostlarımız qəbul eləməlidirlər ki' „türkcə“ min illər bundan əvvəl vahid bir ağac olmuş- olsada, bu gün  20- 30 ağacdan təşkil tapan  rəngarəng biçimli bir bağa çevrilmişdir. Bu bağda bugün onlarla dəyişik meyvələr, çiçəklər yetişmişdir.

Və azərbaycan dili türk ağacının bir şaxəsi kimi deyil, bəlkə türk-bağının bir ağacı sayılmalıdır.

 

 „Türkcə“ni, ərəb və ispan dillərilə müqayisə edənlər (dəyişik coğrafiyalarda, muxtəlif ləhcə- şivələrdə danışılma baxımından) bir önəmli əsas faktoru unudurlar ki, bu dillərin (ispan və ərəb dillərinin) bəlli və   real bir mərkəzi, qaynaği vardır(Ispanya və ərəbistan) . Başqa misalla göstərsək, Məkkə- Mədinə ərəbcəsi   „ağacin“ özü, qalanı isə, onun  müxtəlif şaxə- budaqlarıdır. ancaq „türkcənin belə bir mərkəzi yoxdur. min il-ya min illərdir ki o! lmamişdır.

 

 

Din fərqi.

 „Türk“lərin əksəriyyətinin müsəlman olduqlarına baxmayaraq, xristiyan(məsihi) türkdilli-lər (tatarlar-qaqavuzlar), yəhudi türkdillilər (Krım tatarları arasında )vardırlar. Eləcə də Sibri türkdilli-ləri arasında yerli dinlər mövcud-dur. Demək bütün "türk“lərin vahid dini də yoxdur. (bu, türkdilli müsəlmanlar arasinda məzhəb baxımından da belədir)

 

Coğrafiya fərqi.

 

„Türk“lər;   Sibri, Çin,  Orta asiya, Orta şərq ,Ana dolu , Avropa və s. coğrafiyalarda  yaşamaqdadırlar.

 

Tarixi fərqlər.

 

 Azından, son 2- 3 min il ərzində ümüm-türkün vahid tarixi olmamışdır. Bunlar bir- birindən müstəqil və ya bir- birinə qarşı həyat sürmüşlər.

 

başqa fərqlər:

 

Mədəniyyət ;

Ədəbiyyat ;

 Folklor ;

 Musiqi ;

 Adət-ən'ənə;

 Irq;

 Məzhəb;

 ...  .

 Bu günə kimi böyük-kiçik alim- mütəxəssis-lər, „Millət“ sözün-dən, çoxlu mə’nalar, dəyişik təriflər verilmişlər.  „türk milləti“ termini bu tə’rif-lərin heç biri ilə uyqun gəlməyir.  daha dəqiq desək, „millət“in  mə’nasi,  nə- olursa- olsun, dilləri, dinləri, coğrafiyaları, tarixləri, mədəniyyətləri, … bir-biriylə fərqlənən toplumlar  bir- millət   sayila bilməzlər.

 

 

„Azərbaycan-türkcəsi" (Azərbaycan türk-ü)

 

„Azərbaycan-türkcəsi" termini, tərkibi (mürəkkəb) bir istilah olaraq,  Azərbaycanın türkcəsini (yalnız türkcəsini !)göstərir. Bu ad, məntiqən, "Azərbaycan-farscası  ya Azərbaycan-kürdcəsi" kimi adların qabağında mə'na qazana bilər. Bu termin,   muxatibdə qeyri-müstəqim şəkildə, bu hissi, bu təssəvvür-ü   yaradır ki, "güya" Azərbaycanda, türkcənin nəzdində, özünə xass bir farscası ya kürdcəsi,  ərəb ya ermənicəsi ya hər hansı başqa bir dili daha olmalıdır!

Əgər belə bir dillər yoxdursa, və Azərbaycanın özünə xass türkcəsindən başqa, ikinci  bir dili yoxdursa,(ki yoxdur da) o zaman dilimizin  türk dillərindən olduğ