Iranda
demokrasi və Güney Azərbaycan !
Bakıda
yaşadığım müddətdə bu başlıq altında
yazdığım seri məqalələr
umumiyətləyeni müsavat
qazetində çap olunurdu.
Zamanın axımı özəlliklə Güney Azərbaycanda bu
ilki xurdad (May) ayının dirçəlişi günlərində
Fars şovinizminin bütün qollarının tutumu, o
məqalələrdə yazdığım
nəzəriyələri eskiksiz təyid etdi. Ona görədə
bu yazıda fikirlərimdə bir deyişikliğin olacağı
düşünülməməkdədir. Ancaq sancılanmış bu
quvvələrin milli dirçəlişimizi
oğurlamağa çalışması , məsələnin
dərinliyinə incələnməsini
gərəkdirməkdədir.
Bunun
yanında Azərbaycan Milli hərəkatinin yüksəliş
dərəcəsini nəzərə alaraq daha çox insan , özəlliklə
gənclərimizə xitab etmək üçün yorgun barmaqlarım bir
daha qələm oynatmağa gönül bağladı.
Hərəkətimizin
içində bəzi qrup vəya şəxslərin
Azərbaycan Mərkəzli Düşüncə Sistemi-nin temami
ilə ziddinə olan , İran çərçivəsində Fars
mərkəzli düşüncə sistemi-nə qucaq açması
isə bilərək bilmiyərək gələcəyimizə
təhlükə yaratmaqdadır. Bu sıraya girən
Azərbaycanlılarada həqiqətləri açıb- aydınlatmaq
hamımızıın milli borcudur.
Üçüncüsü
isə adlarını demokrat qoymuş , çağımızın
bu dəyərli sözündən suistifadə edən Fars
umumiyətçi təşkilatlarının başında duranlara
ınanmasaqda , onların arxalarında çəkdiyi kütlə içində
aldalanların gözünün açılması faydalı olardı.
Ancaq
Farsca yazmağı özümə yasaq etdiyimə görə eziz
dostlarımın ,özəlliklə Güneydəki dəyərli
gənclərimizin bu məqaləni Farscaya tərcümə
etməsi məqsədə uygun sayılır.
Demokrasi
nədir?
Məlum
olduğu kimi dəqiq elmlər qavramlarında təriflər
formulə edilmiş və deyişilməzdir. X üstü ikinin kökü
x-dən başqa bir şey olamadığı kimi talıs
qəziyyəsinin dəyişəmədiyidə aydındır.
Müşteqle- entigral arasındakı münasibətin sabitlyi qaçınılmazdır.
Təcrübələrə dayanaraq
formule edilmiş modeller nisbi olaraq dəyişkəndir. Bu günə
qədər təcrübə ilə sübut olmuş formullar, ya
dəyişib, ya da bundan sonra dəyişə bilər. özəlliklə
elektronik hesablama maşınları inkişaf etdikcə, başqa
sözlə onluq sayımlar ikilik sayımlarla gərçəkləşincə
matematikk aləmində qat -qat artan sayım gücü təcrübi
elmlərində dəqiqliyin artırdı. Bununla belə
rəyazi anlayışı ilə arasındakı
fərqliliklər qaçınılmazdır. Onun üçündür ki, bu
teorilərdə ümumiyyətlə artı - eksi sınırlar
(limit) qoyulur. Misal üçün statistikk elmində varyans və ya
meyardan (ölçəkdən) sapma və ya doğruluq
dərəcənin ölçülməsində bəlli bir məhdudə
nəzərdə tutulur. Başqa sözlə 5 faizlik bir nümunədən
çıxarılan əsasla ilişki nisbətinin doğruluq
dərəcəsi ilə 20 faizlik nümunədən çıxarılan
arasında fərq var. Ona görədə başqa
cədvəllər hazırlanır və nümunə yoğunluğuna
görə formulun məhdudəsi təyin edilir. Genetik
elmindəki inkişafla mendil nzəriyyəsindəki
tənzimlənmələr, boruların safalması ilə
Bernoli qanunudaki islahlar, azda olsa islahdır. Ancaq ekonomi sosyal
və siyasal elmlərə gəlincə bu
fərqliliklər daha barız özünü göstərməkdədir.
Ekonomidə azalan verim qanunu tərif olaraq dəyişməsə
də kompyuterlərdə daha dəqiq ölçülüb
dəyərləndirə bilən girdilərin (inputların)
mahiyyətinə görə koordinasyon səhifəsində çəkilən
əyri (münheni) artıq 30 il öncəkindən fərqlidir.
Sosyal,
siayasal və .... terminlərin tərifinə diqqet edilirsə
onların mahiyyətinə uyqun olaraq bu dəyişikliklər
daha gözə batandır. Demək olar ki, bu dairəyə daxil
olan tərif və nəzəriyələr alt- ust olmaqdadır.
Buna misal olaraq ele demokrasi anlayışında üç min illik yol
boyu ortaya çıxan təkamülə doğru deyişmələri
misal gətirmək olar. Kimsələrin fikir qaynaqlarına görə
eski yunan demokrasisindən- orta çağ avropa tərifinə,
renusansın gətirdiyi demokrasi tərəfindən- Fransa
inqilabına qədər olan tərif və anlayışların
yanında Marksizm düşüncəsindəki demokrasi ilə bugünkü
demokrasi tərifi arasında geniş bir dairəyə
girənlər mövcüddür. Ancaq məlum olduğu kimi bunların
bir- biri ilə organik əlaqəsi olsa da əməldə ayrı-
ayrı bəyin yaraqlarından, bəlli zaman və məkan
şərtlərinə uyğun olaraq
süzüb, günümüzə gəlib çatmışdır. Başqa
ifadə ilə bu görüş və təriflər bəlli
zamanlarda bəlli toplumların problemlərinin həlli üçün
hakimiyyət və ya məhkumiyyətdə olanların düşünürləri
vasitəsi ilə ortaya atılmışdır. Ona görədə
daha ziyadə həmin cəmiyyətlərdə geçərli ola
bilmişdir.
(Bu
məsələni demokrasi haqqında daha geniş açıqlamadan
öncə ürək ağrımı gizlətmədiyim
bir dostumuzun modern millət tərifində bizi
qovm tanıtıdırmasından sonra fars şovinizminin
ondan geniş suistifadə etməsin də anlatmaq istərdim.
Avropa
alimlərinin öz ölkərindəki durum, dövlətlərinin gücü
və zamanlarının şərtlərinə görə
millətin nə olduğunu tərif etdikləri aydındır.
200 il bundan öncə bu ölkələrin çoxu hələ öz milli
varlığını tam olaraq təsbit etmədiyi bir durumdaki
tərifləri ilə bugün, hamısı öz dil- yurd və dövlət
sistemlərin təsbit etdiklərindən sonrakı millət
anlayışları fərqli dəyərlərlə ölçulməkdədir.
Şübhə yoxdur ki hələ ana dilində bir sinif
məktəb alamıyan Güney Azərbaycan üçün bu ölçəklər
geçərli deyildir və
olamaz. Yəni bəlli hüdudlar içində yaşayan özünə
bayrağı olan, dövləti- pulu və nəticədəd
ekonomik, siyasi - içtimai bağları olan bir topluma millət
deyiləməz. Belə bir sistemə dövlət adı verilir ki
davamlı dağılma təhlükəsi ilə də qarşı
- qarşıya olabilir. Osmanlı adında bir millət yox dövlət
var idi, Yugoslaviya adında bir millət yox dövlət var idi,
Sovyetlər adında bir millət yox dövlət var idi, İran
adında bir millət yox dövlət mövcüddür ki fars
mərkəzli düşüncə sisteminə söykənərək
idarə olunmaqdadır. Hal böyləykən millət
məfhumu, kökü bir, dili bir, gələnəkləri oxşar,
asanlıqla məğlub olub ortadan getməyən bir topluluğu
içərməkdədir. Dünyanın hər yerində olursam
mən türkəm biz türkük və ona görə də bugün Güneydə
ən tanınmış şuar haray mən türkəm
şuarıdır. Dövlətlərin çoxu zəiflədiyi çağda
qısa müddətdə məhv
olduqları halda, bir millətin məhv edilməsi üçün uzun müddət
və geniş çaba lazımdır. Çunki bir milləti yox
etmək üçün ən başda onun dilini dəyişdirmək
gərəkdirki, buda asanlıqla olmaz. Dəqiqən bu
fəlsəfəni uyğuluyan Fars şovinizmi 80 ildirki bizim
dilimizi kəsmək üçün qanımızı axıdır.)
Demokrasi
məfhumu qədim yunan sitələrindəki
təriflərdən başlayaraq inkişaf etmiş olsa da
zaman- zaman daha dərinləşib, qabıq dəyişərək
ədalət və azadlığın köynəyini geyməyə
yaxınlaşmışdır. Renusansla daha köklənmiş,
onsəkkizinci çağ və özəllikə fransa inqilabı
ilə dərinləşmiş demokrasi məfhumu 19-cu əsrdə
yeni bir boyut qazanmışdır. 1-ci və 2-ci dünya savaşlarının
səbəblərinin- səbəbi və marksizm adında
istisna dolu qaydalar üzərində qurulmuş bir ideolojinin
ortaya çıxması ilə təriflər deyişilmişdir. Müsbət
inkişafa baxmayaraq bəzən geriləmiş və tərsinə
əməl etdirməyə çalışılmışdır.
Ancaq demokrasi və azadlıq bəşəriyyətin böyük
arzusu, insanlığın son durağı, xoşbəxtliyin
təkcə modeli olduğuna görə kimsə onun əleyhimə
deyil, suistifadə üçün təhrifinə çalışmışdır.
Fars
təmamiyətçi təşkilatlarının bugünkü demokrasi
anlayışı bu təhriflərdən biri sayılmaqdadır.
Güney Azərbaycanda Xurdad ayının bu boyda dirçəlişindən
bir kəlimə dahi dilə gətirmiyən üzdən iraq Fars
demokratları, sapı özümüzdən olan baltalardan istifadə
edərək xalqımızı aldatmağa çalışırlar.
Ancaq Azərbaycan Milli Hərəkəti- nin
Azərbacan Mərkəzli Düşüncə Sistemi ichində
fəaliyəti açıqça göstərdiki, bu millət artıq
aldanmıyacaqdır. Xalqımız bu boykotdan
gözəlcə başa düşdüki, İranda demokrasinin
ən böyük əngəli Farsçılıq siyasətidir. Kökümüzü
kəsən bu Farsçılık siyasətinin qorxunc üzlərindən
olan Əkbər Gənci nin
cumhuriyət manifestindəki demokrasi tərifi günün
ən doğru tərifi sayılmaqdadır. Ancaq diqqət
edilirsə ustalıqla
Azərbaycan məsələsinə ele örtük salınıbkı,
o gözəl tərifə etiraz yeri qalmasın. Gücümüz artıqca
bu saplarda öz kökünə dönəcəkdir.
Bəlli
bir zümrənin diktatorluqla hakimiyyətə gəlməsini
təmin etməyə calışan proltarya diktatorluğu
nu öz hakimiyyət metodlarının fundamenti sayanların
demokrasi görüşləri olduqca ilgincdir.
Rusyada
1917 inqlabindan sonra daha çox yayilan bir yanitma demokratik milli azadliq
cebheleri adi ile iki super güc arasindaki siyası üstünlük üçün
ortaya atılan tərif ən zərərli demokrasi tərifi
olmuşdur. Fikrimcə bir tərəfdən siyasət tüfəngin
ağzından çıxar deyərək o bir
tərəfdən demokratik haqlardan danışmaqla, bu qrup
həm demokrasiya, həm də məzlum xalqların azadlığına
böyük zərbə vurmuşdur. Ona görə də milli azadlıq
cəbhəsi silahlı mübarizə üsulu ilə yeni bir
diktatorluq hakimiyyətin qurulacağını xatırlatmaqdadır.
Məsələnin bu sosyal psikolojisini düzgün zaviyə ilə
ölçənlər, tüfəng zoru ilə əsarətdə saxlanılan
millətlərin, güclənib zorun qarşısını
ancaq zorla almaq olar fəlsəfəsinə inanmaqla yanaşı,
demokrasidən ayrılmadan, onun yerinə milli şuralar
teorisini ortaya qoydular. Yəni bütün millətin qəbul etdiyi
şuralar uyğun görsələr, başqa
mübarizə metodlarıda uygulana
bilər.
(Bu
barədə , yəni, müdafiə sistemimizdə doğru düşünüb
, düzgün əməl etməyimiz həyati məsələdir.
Burada genə bir haşiyə çıxaraq dirçəliş günlərində
Təbrizdən müxtəlif vasitələrlə mənimlə
əlaqəyə girərək , nə etməliyik sualının
müzakirəsindən bəzisini açıqlamaq istəyirəm. Öncədən
bildirməliyəmki, bu
zəng açanlar, paltalka çağıranlar vəya E- Mail yazan
şəxslərdən təqribən heç birini tanımırdım.
Hamısı çox cavan olan bu şəxslər , tapanaqlarımı
hardan tapmışsınız sualına cavabları,bir
dostunuzdan almışıq olmuşdur. AdlarınıTürkaz
və Türk Araz qoyan 17 və 18 yaşlarında iki genclə
danışığımın yazılmasının
millətimizə xeyirli olacağını düşünürəm.
Bu gözəl adları daşıyan bu cavanlarda öyləsinə
bir möhkəm iradə, özünə inam , təmkin və
dirayət gördümki, Gələcək bizimdir şuarına
bir söz yox, gərçəkdəndə
bizim olacağına inamım qat- qat artdı.
Ikisi
bir yerdə, 18 yaşındaki belə başladı bəy
olabilsinki, Sulduzdaki hadisələr bizim xeyrimizə olmasın,
amma axı buda doğru deyilki , biz elə qolu bağlı bunların
qabağında əyilək , vursunlar. 17 yaşındakı
dəstəyi alıb dəvam elədi bunlar utanmazlar,
qorxudmasaq xalqımızı əzəcəklər bəy
nə fikriləşirsiz? O günü Təbrizin ikinci təzahuratına
iki gün qalırdı, fikirləşib ,sabah birdə danışmağı
qərara aldıq.
Sabahki
söhbətimizdə qərara gəlindiki, hər
məhəllədə bir- birini tanıyan
20-25 cavan bir araya toplaşıb , bir tərəfdən
xalqın dəyənəkdən necə qorunma taktikasini onlara
öyrətsinlər, bir tərəfdəndə təzahurat günü
xalqı döyən zalim məmurları öz aralarında
muhasirəyə alıb, bir duvar dibinə sıxışdıraraq
silahlarını əllərindən alsınlar, bir
tərəfdəndə onları tanıyıb,
tanıtdırsınlar.
Qısa- qısa dəmir tikələrini motorçuların çərxinə
ilişdirib, onları aşırsınlar.
Təzahurat
günü Azərbaycan eşqinə quş kimi çırpınan Türkaz-ın
ürəyinin səsi , telefon simlərində haray men Türkəm
deyirdi. Tövüşnüyə- tövüşniyə dediki, bəy
planımız tutdu, millət qorundu neçəsinin batumlarıda
alındı. Başımdan batum dəyib dişlərimdən
qan gəlir, dizdən aşağı saçmayla yaralanmışam,
dostlar dedilərki, sən bu hal ilə meydanda qalma , get və
xəbər ver. Amma bəy bir şeyi artırmalıyamki, eşitmişdim
Şahın qoşunu Təbrizdə nece cinayətlər eliyib,
İslam cumhurisinin bu qədər qəddarcasına bizi qıracağına
inanmırdım. Sovunmaq üçün bütün yolları gözdən geçirməliyik.
Ürəyimdə deyirdim , kaşki bir saatlıq allah olaydım. O
gündən bəri bu qeyrətli balalarımdan xəbər almamışam,
ulu tanrıdan onlara sağlıq, onlardan da ürəyimi
sakitləşdirəcək bir xəbər gözləyirəm.)
Demokrasinin
tərifi və işləyişi öz təkamül doğrultusunda
bugünün ən sevimli və dəyərli modelinə çevrilmişdir.
Özəlliklə demokrasinin ən böyük əngəli olan
Sovyetlər birliyi dağıldıqdan sonra qurtuluş adına
yeni qurulacaq diktatorluqların dairə çapları kiçildiyinə
görə insanlığın gələcəyinə cavab verib
onu təmin edəcək dərəcəyə yüksəldilmişdir.
Şübhə yoxdur ki demokrasi bütün dərdlərin dərmanıdır,
onun təhrifi isə zorakılığın məhsuludur. Başqa
sözlə bütün yollar demokrasi körpüsündən keçər və bu
körpüdən ancaq azad seçkilərlə
tikilən demokrasi qalasına keçilər.
Bugünkü
modern demokrasi tərifi, məfhumu və anlayışına görə,
hətta çoxunluğun hakimiyyəti demokrasi sayılmır. Azlıqda
qalan təfəkkürlərin,parti- qrup və etniklərin düşüncə
dairəsində çıtlayan çəkirdəklərin
istəklərinin nisbətlərinə görə təmini
demokrasinin başqa bir sütununu təşkil etməkdədir. Başqa
sözlə bir ölkədə yaşayan bütün insanların arzularını
nisbi olaraq təmin etmək demokratik qavramdır. Demokrasi qalasının
duvarlarının möhkəmlənməsində
böyük demokrat, Əbulfəzl Elçi bəy hakimiyətindəki çaba
və davranışları unutmamaq gərəkir. Sayı
5000-dən yuxarı olan xalqlara ana dillərində dərslik
kitablarının hazırlanması millətimizin qrur qaynağıdır.
Fars
demokratları ölkədə çoxunluqda olan Azərbaycanlıların
varlığını qəbul etmədiklərinə görə
onların bu adı daşıması modern demokrasıya
zərbədir. Şübhə yoxdur ki, öz milli haqqını
tələb edən, beynəlxalq qurumların bir millətə
tanıdığı hüquqları istəyən azərbaycanlıların
üstünə tüfəng açan, batum işlədən, onları öldürən,
yaralayan, dustaqlara salan bir düşüncənin mahiyyəti hamımıza
aydındır. Qapılarımızı sındıran, qadınlarımızıa
hörmətsizlik edən, genclərimizi
yaralayan, aqsaqqallarımızı zəncirləyən, ev
hakimiyətimizi zədələyən bir davranışdan da
demokrasi gözləmək əbəsdir. Ancaq bu hadisələrin
İslam hakimiyyətində yaranmasına baxmayaraq islamla heç bir
əlaqəsinin də olmaması aydındır. Bizcə bütün
bunlar Fars şovinizminin malla paltarındakı əli ilə
yerinə yetirilir. Ona görə də dəfələr dediyimiz
və yazdığımız kimi bir daha yazmaq lazimdirki,iranda
demokrasinin ən böyük əngəli Fars şovinizmidir. İranda
demokrasidən sonra cənnət vədəsi verənlər
bunu anlamalıdırlar.
Demokrasidən
dəm vuran Fars şovinizminin bütün şaxələri eyni
mahiyyət daşıdığına görə onların
aldatmaca şüarlarına da verilən qiymət yuxarıdakı
ölçəkdən xaric deyildir. Islah tələbinində, mühafizəkarınında
davranışını eyniyətlə gördük, demokrasi daşını
döşlərinə vuran özəlliklə xaricdəki uzdən
iraq alternativlərin də davranışları düzgün
tərəzidə ölçülməlidir. Çünkü bunlar bir əllərində
daha iti qılınc o biri əllərində
qələmləri ilə daha
boyuk təhlükədirlər. Əminəm ki cavanlarimiz bu
təhriflərə getmiyərək Azərbaycan
mərkəzi düçüncə sistemi-nı buraxıb Farsçılıq
siyasətinin quyruğundan yapışmayacaqlar.
Ancaq
İranda demokrasi olsun sonra biz haqqımızı
istərikdiyenlər, Tehranda oturub öz mənafeilərini milli
mənafemizdən üstün tutanlarin yumuşaq davranması və
xalqi aldatmasi böyük faciəyə yol açabilər. Bunlara və
həmçinin demokrasi şüarı ilə İranda xalqların
məlumatı az bölümünün tovlanmışlarını qamçılıyıb
ayıtmaq üçün demək lazımdır ki,
a-
Bir
fars jurnalistin tutulmağına dünyanı xəbərlə
dolduran bu üzdən iraq demokratlar azərbaycanlıları
qətliyam edənlər qarşısında nə üçün sükut
etdilər
b-
Azərbaycan
milli hərəkatının şüar və istəklərinə
bu üzdən iraq demokratlar, nə zaman müsbət münasibət
bildiriblər.
c-
Hərəkəti
təhrif edib azərbaycanlıları qalxan edərək İranda
rejim dəyişdirilməsi
üçün suistifadə meydanının gənişlənməsindən
Azərbaycan hansı xeyri
götürəcəkdir.
d-
Nə
siz nə də daxilimizdəki əlləriz olan İranda
demokrasi, sonra milli haqlar deyənlər arxayın olsunlar ki, bu
millət bu səfər aldanmayacaqdır.
Bütün
Azərbaycanlılar, Azərbaycan milli hərəkatına qoşularaq
onun istəklərin bəyan etməlidir. Illər boyu dediyimiz
və yazdığımız kimi bu gün millət birləşib,
qalxıb və fars şovinizminin boğazından yapışıb
duvara dayayaraq öz haqlarını son damlasına qədər
istəyib və istəyir.
Biz
bir millət olaraq B.M.T.nin 1541 sayılı bəyannaməsi
əsasında öz muqqədaratımızı təyin etmək
istəyirik.
Bu
yolda bugünkü dirçəlişimizin daxildəki dəyərli çalışqanlarının
yazıb tələb etdikləri kimi yubandırılmadan aşağıdaki
istəklər yerinə yetirilməlidir.
1-
Azərbaycanın
tarixi topraqlarında ana dilimizin ədəbi formasında icbari
olaraq ilk məktəbdən biliyurda qədər təhsil almalıyıq.
2-
Azərbaycanın
tarixi topraqlarında yerləşən bütün şəhərlərdə
Azərbaycan Türkcəsində 24 saatlıq radyo- televizyonlar açılmalıdır.
3-
Azərbacanın
bütün bölgələrində ana dilimizdə demokratik metbuatımız
olmalıdır.
4-
Azərbaycanın
tarixi topraqlarında Azərbaycan Türkcəsi dövlət dili kimi
işləməlidir.
5-
Azərbaycanın
böyük iqtisadi potansiyeline ,orada
gəlişmə imkanı yaranmalıdır. Aclıq və
yoxsulluğa son qoyularaq xalqımız bir tikə çörək dalınca
qurbət acısından qurtarılmalıdır.
Iranda
istər hakimiyyətdə olanlar, istər müxalifət rolu
oynayanlar, istər sə də özlərini alternativ görənlər,
özəlliklə demokrasidən danışanlar
bilməlidirlər ki, bugün bu istəklərin uyğunlanması
üçün ən uyğun zamandır, sabah gec ola bilər. İlan
vurmuşun alaçatıdan qorxduğu kimi bu istəkləri
qəbul edənlərlə müzakirə qaplarının açılmasını
yazmaq çox ağır bir təklif olsada bu siyasəti unutmaqda ağırdır.
Hər hansi bir şəkildə milləti aldatmağa qalxışarsanız,
daha böyük yumruğu yeməyə hazırlaşın. Özlərini
demokrat sayan bu rejimə alternativlik rolu oynayanlar, əgər
demokrasidən düzgün tərifiz varsa azlıq deyil ölkədə
çoxluqda olan azərbaycanlıların yuxarıdaki
istəklərinə müsbət cavab verməlisiniz. Qorxa-qorxa,
pakat içində, üzdən iraq siyasət işlədərək
sözləri çeynə- tüpr etmədən, açıqca öz
xəbər orqanlarınızda, bəyanatlarınızda
və yığıncaqlarınızda Azərbaycan Milli
Hərəkatının bu qanuni haqlarını tanımalısınız.
Hər iki qanada da dəmək lazımdır ki hər şeyi
talanmış, dilinə qıfıl vurulmuş, iqtisadiyyatı
dağılmış, tarixi təhrif olmuş, təhqirlərə
məruz qalmış apartayd siyasətindən qıvrıla-qıvrıla
qovrulmuş bir millətin əsəbləşmiş
gənclərinin qarşısını almaq mümkün olmayacaqdır.
Ədalət yolunda qan vermiş bir millət deməkki diridir.
Diri millət mübarizə
metodunu deyişdirməyə məcbur edilirsə bütöv
Azərbaycan Türk cumhuriyyətin- dən aşağı söz
danışanları xain sayacaqdır, onda siz hara qaçacaqsınız?
Əziz
Azərbaycan türk milləti bu dirəniş davam etməli
və bugünkü hakimiyyətə öz gücünü sübut etməlidir.
Onlar anlamalıdırlarki, ya bizim haqlarımızı verib
qalmalı, ya da getməlidirlər.
Hər
nə bahasına olursa olsun bu dirçəliş sürdürülməlidir.
Daxildəki mübarizlərimiz , özəlliklə öndərlərimiz
dişlərini daha möhkəm sıxmalı, sinələrin
daha gərgin gərməlidirlər. Şovinistlərin düşdüyü
bu batlaqdan qurtulmalarına icazə verilməməlidir. Göründüyü
kimi düşmən kırıxıb, hər ağızdan bir
hava gəlir, bir- birlərini ittiham edirlər. Bunların qarşısından
qaçıp uduzmaq deyil,
dirənib qalib gəlməliyik. Hər 5- 6 ildən bir ayağa
qalxmış xalqımızı, dəyərli başarılara
ulaşdıramasaq, bir tərəfdən dairənin ilk nöqtəsinə
qayıdmış olacayıq, bir tərəfdəndə
milləti incidib yoracayıq.Məntiqi dirəniş
qurtuluşa qədər mərdanə sürməlidir. Bununda
təkcə yolu, daxildəki qurum və şəxsiyətlərin
birgə çalışmasındadır.
Sözlərimin
sonunda deməliyəmki, bu hadisələrdə tutulanların
daxilində , Azərbaycan milli hərəkətinin fəallarından
, ancaq iki Xurdad
deyilən islah tələblərində varlığı düzgün
analiz edilməlidir. Milləti əzib, sıxıb, boğaza
yetirən Ehmedi Nəjad hakimiyətinin xətalarından istifadə
etmək istəyənlər bu tip Azərbaycanlılardan
bəhrələnə bilərlər. Xatəminin , hətta
Rəfsəncanin son çıxışları bu tuzağın
həlqələrini göstərməkdədir. Daha irəliyə
baxacaq olursaq öz aralarında anlaşmalarında olduğunu
unutmamalıyıq. Bu fikir sahibləri , özəlliklə şəxsən
yaxından tanıdığım və bugün dustaqlarda olan
dostlarımız həddindın artıq ayıq olmalıdırlar
. Aldanaraq tökülən qanları,
çəkilən əzabları hər hansi bir formada hədər
edənlər millətin əlindən qurtulamıyacaqdır.
Böyük
Rəsukoğlu- 19.06.06