Əziz Azərbaycan aşiqləri! Həsən Azərbaycanın şəkli:

Bildiyiniz kimi Azərbaycanımızın pak və müqəddes balası Həsən Bəy Azərbaycanı , ocaqçıları və Təbrizdə tutulmuş bəzi tanınmışları Tehranın Evin zindanına aparmışlar. Malını, canını və bütün ömrünü Azərbaycan və onun mədəniyəti , musiqisi və milli varlığı yolunda qoyan bu böyük insan eyni halda şiddətli ürək xəstəliyindən əziyıt çəkməkdədir. Onun bu xəstəliyinin əsas səbəbi isə üç il öncə 21 azər günü rəhmətlik Prof.Dr.   Zehtabının  məzarı başında tutularaq pasportunun alınması , bir il təliqi zindanla birgə ağır zəmanətlə buraxılması olmuşdur. Onun dehşətli Evin zindanında durumunun çox ağır olduöu bilinməkdədir.

Dostlarımızdan xahiş edirəmki, elimizin bu həqiqi fdədaisinin, sinəsində TAR olan şəklini mənə göndərsinlər.

Daxildə zindanlarda əzab çəkən Azərbaycan qayqıkeşlərinin qayqısına qalan bütün vətən ovladlarının, onları müdafiəsi ən zəruri işdir.  özəlliklə millətimizə göz dağı vermək üçün Evinə aparılmış zindanilər haqqında əlimizdən gələni esirgəməməliyik. Bizlərin bu fəaliyəti milli hərəkətimizin gələcəyi üçün çox dəyərli və təyin edicidir.

Bu vəsilə ilə daxildəki dəyərli aqsaqqallarımız ,  qanuni quruluşlarımızında əlindən gələn yardımı göstərəcəklərinə inancımı bildirmək istərdim.

Adlarını millət vəkili qoynlarda azcacıq qeyrət damarı tapılanlar, xalqın alın təri ilə qazanmış bir tikə çörəyinə şərik çıxaraq ayetullah səviyəsinə yüksələnlər , bugünkü hakimiyətdə hərhansı dəlilə görə iştirak edib yüksək məqamlara qalxan Azerbaycanlılar , Azərbaycanın başına gətirilən  bu qəddarcasına asdı- kəsdinin qarşısına çıxmasalar , millətə nece cavab verəcəklərini yaxşıca düşünməlidirlər.

Millətin qoynu ən isti qucaq, ən əmniyətli yuvadır.

 

Dərin saygılarımla :  Böyük Rəsuloğlu