Amerikada nəşr olunan məşhur Newsweek qəzetinin müxbiri David Brauçli Xocalı faciəsi barəsində belə raport verir: ”1992 –ci il 26 fevral axşamında ermənilər rusların 366-cı alayının köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb hücum etmişdirlər. Şəhərin əhalisini kütləvi qətlə yetirib və onlara şans verməyiblər ki, qaçalar.” (David Brauchli, "The Face of a Massacre", Newsweek, March 16, 1992)
26 fevral 2012-ci il Xocalı faciəsinin 20-ci ildönümüdür. Bu münasibətlə İsveçdəki Azərbaycan Federasiyası İsveçin 3 böyük şəhəri – Stokholm, Göteborg və Malmöda seminar keçirəcək. Ümumiyyətlə, bu seminarlarda ermənilərin Azərbaycanın quzey və güney hissələrində törətdikləri cinayətlər araşdırılacaq. Seminarda əsas məruzəçi Azərbaycanlı tədqiqatçı, Türkiyənin Giresun universitetinin professoru Aygün xanım Attardır.
26 fevral bazar günü saat 14:00-dan başlayaraq Sergelstorgede göstəri keçiriləcək.
