Burdasız: Ana səhifəXəbərlərStokhomlda Azərbaycan gecəsi
FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Stokhomlda Azərbaycan gecəsi

Azerbaycan-gecesi-3Siz nə bilirsiniz Quzey və Güney Azərbaycan haqqında?

Biz İsveç ictimaiyyətinə Bütöv Azərbaycan haqqında hərtərəfli məlumat çatdırmağı nəzərdə tutduğumuz bir gecə hazırlayırıq. Həmin gecədə Azərbaycanın Quzey və Güneyi haqqında məlumat verildikdən sonra terroris müsəlmanlar tərəfindən öldürülmüş Azərbaycan yazıçısı Rafiq Tağının xatirəsi yad edilib, haqqında məlumat veriləcək.

Daha sonra proqramda azərbaycanlı yazar Eluca Atalının yaradıcılıq nümünələri ilə isveçli oxucular tanış olacaq, birgə Azərbaycan musiqisinə qulaq asacaq və rəqslərimiz oynanılacaq. Vətənimzin hər iki tərəfini özündə əks etdirən video film nümayişi də nəzərdə tutulub. Fasilədə çay, kofe və evdə hazırlanmış Azərbaycan şirniləri gecədəki iştirakçılara təqdim olunacaq. Həm də bu gecədə ölkəmiz haqda kitab, bülletenlərin sərgiləndiyi xüsusi stollar nümayişi ilə yanaşı, Azərbaycanın qədim milli geyimləri sərgilənəcək.

Tədbir Botkyrka Bələdiyyəsinin təşəbüssü ilə hazırlanır və bu bələdiyyənin nəzdində olan Hallunda kitabxanasında keçiriləcək. Mədəniyyət şöbəsi Azərbaycan gecəsinin afişasını isveç dilində hazırlayıb. Kitabxana və mədəniyyət evlərinə yayıb, gecə haqda mediyaya məlumat və dəvət göndərilib. Botkyrka bələdiyyəsinin  idarə heyətindən siyasətçilər, Qırmızı Xaçdan bir neçə təmsilçi və bu bələdiyyədə yayılan qəzetlərdən jurnalistlər iştirak edəcəklərini bildiriblər. Elə buna görə də Azərbaycan gecəsi iki dildə -- Azərbaycan türkcəsi və isveç dilində olacaq.

Qeyd edirik ki, kitabxananın yaxınlığında Erməni—Assuri cəmiyyəti yerləşir. Kitabxanada keçirilən bütün tədbirdə yaxından iştirak etdikləri üçün güman eidrik ki, Azərbaycan gecəsində də onlar iştirak edəcəklər. Elə bu səbəbə görə, bu gecədə hamımızın fəal iştirakını milli vəzidə hesab edirik.

Tarix: 15 mart 2012-ci il

Zaman: saat 18:00-dan 20:00-dək

 

Məkan: Hallunda mərkəzinin (sentirum) yaxınlığında


 yerləşən Hallunda kitabxanası

e-mail: elucaatali@hotmail.com

Bütöv Azərbaycan Komitəsi

 

azeri-gece


Azerbaycan-gecesi

 
Şərhlər (6)
Turk kadini
614.02.2012 22:11
Ali Gunay
"İSVEÇ STOKHOLMDEN BİR TÜRK KADINI HAYKIRIYOR.DEDİMYA TÜRK ANALARI NE EVLATLAR DOĞURUYOR.TEBRİKLER ELUCA HANIM,ÖRNEK KADIN OLACAKSIN,PEŞİNDEN GELENLER ÇOĞALACAK.EDEBİYATINA ŞİRLER DE KATARAK BİR ŞELALE SESİ GÜZELLİĞİNDE VE GÖRÜNÜMÜNDE AKIP GİDİYOR OKYANUSLARA.UĞURLAR OLA BAHTINA UĞURLAR GETİRE"
D d o-fergine bax
514.02.2012 21:40
c. a
iran mollalarile islamin fergini görmursense duz danishmagin subyektiv olur.Islam dövleti olmur,olmazda-mumkun deyil.ona göre ki,islam teklif edir-insan hurdu.dövlet mecbur edir ganunlarina-insanin vezifeleri var.bir-birine eksdiler-fergin 1-cisi,2-ci...,3,4,...gedir...
c.a -ya cavab
414.02.2012 14:14
Duz danishan oqlan
Qardash, Iran mollalarinin ishi beledir de, oldurer, atar yahudilerin boynuna. Yahudinin onunla ne ishi. Eger, Ayetullah Rafiq Taqini oldurene tebrikname yazirsa, niye qatili bahsqa unvanda axtarirsan ki?
Azerbaycanin birliyi emociyadan yox,realliglari gebuldan kecir
314.02.2012 10:36
c.a
terrorist muselmanlar-önce dushun,derk ele sonra mentige uygun
menali bir söz yaz.Rafig Taginida vuran arani gatmagda tecrubeleri olan terrorist xacperest-yehudilerin Azerbaycanda kök salmish pkk-ci gullaridir-böyuk ehtimalla
TURAN BIRLIYINE doqru
213.02.2012 21:24
Eluca Atali
Turan bizim ideal arzumuzdur. Azerbaycanin BUTOVLEHSMESI ise buna birinci addimdir.
Ə.Elçibəy düşüncə sistemində türkçülük
113.02.2012 20:41
Azimli Dilaver
Belə bir mövzuya da diqqət edin. Turanın yolu Bütöv Azərbaycandan keçir. Bütöv Azərbaycansız Turan ola bilməz.

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər: