Burdasız: Ana səhifəXəbərlər2012 Eurovision melodi festivali ilə bağlı bir uyarı!
FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

2012 Eurovision melodi festivali ilə bağlı bir uyarı!

euro-vision2012-ci il Eurovision melodi festivalına saylı aylar və günlər qalır. Dünyanın ilgi və diqqətini çəkən bu böyük festival, yurdumuz Azərbaycanın geniş və qapsamlı şəkildə tanınmasına istisnayi bir fürsət yaratmışdır.

2011-ci Eurovision melodi festivalında, Elar ilə Nigarın böyük qələbəsindən sonra dünyanın gözü, qulağı Azərbaycan ilə Bakıya tikilmişdir.  2012-ci il Eurovision melodi festivalına saylı aylar və günlər qalırkən bu diqqət və ilgi daha da artmışdır və hər kəs həyəcanla Azərbaycan və Bakıdan danışmaqdadır.

Belə bir zamanda ölkəmizi layiqcəsinə tanıtmaq hər kəsə düşər. Bu vəzifəni ən üstün və qusursuz düzeydə gerçəkləşdirmək üçün, dövlət məqamları, özəlliklə Mədəniyyət və Turizm Nazirliyi, Eurovision dövlət komitesi, Heydər Əliyev Fondu, sivil toplum quruluşları və hər bir yurddaş əl-ələ verib bu yolda səfərbər olmalıdır.

Bu fürsəti çox doğru dəyərləndirərək ölkəmizi elə tanıtdırmalıyıq ki, hər kəsin xatirəsində həm gözəl izlər buraxmış olsun həm də yurdumuza qarşı pisniyyətli düşmənlərimiz tərəfindən yayılan uydurma yalanları kökündən silib atsın.

Ancaq çox təəsüflə 2012-ci Eurovision festivalı ilə bağlı, sözdə ölkəmiz Azərbaycanı təmsil edən bir sitədə*, saçma-sapan və gerçək olmayan "bilgilər" yerləşdirilmişdir. Bu "tanıtma" sitəsi Azərbaycan tarixi ilə bağlı saxtakarlıq edərək ölkəmiz Azərbaycanı kürdlərin ata-baba yurdu tanıtmaqdadır. Tarixi sənədiyyəti olmayan uydurma "bilgilər"- daha doğrusu uydurma iddialar - yurdumuzu, tariximizi, coğrafiyamızı, dilimizi, mədəniyyətimizi və bir sözlə tarixi-milli kimliyimiz və varlığımızı sual altına aparıb hədəf almaqdadır. Gələcəyə doğru Azərbaycanın tarixi kimliyini hədəf alan bu çirkin və ardniyyətli oyun, bütün yurddaşlarımızı dərindən üzmüşdür və etirazlarına səbəb olmuşdur.

İndi hər kəs soruşur, bu sitədə yayılan saxtakarlıqlar əgər pisniyyətli şəxslər tərəfindən sifariş olmamış və hazırlanmamışsa, kimin tərəfindən hazırlanmışdır? Bu sitənin qurucu məsul ya məsulları kimlərdir və mohtəvasını nəzarət etmə məsuliyyəti kimlərin əlindədir?  Eurovision 2012-ni bəhanə edərək yurdumuzun tarixilə bağlı "bilgi" adına təxribatların nəşr olunması kimlərin izni və nəzarətindən keçmişdir? Bu və buna bənzər sualların cəvabını bilmək hər bir yurddaşımızın müsəlləm haqqıdır. Yurddaşlarımız, yetkili məqamlar və şəxslərdən tezliklə bu uydurma təxribat və saxtakarlığın qarşısın almağı tələb edirlər.

Aşağıda sözü gedən sitənin linkini Sizlərə göndəririk, Sizlərin diqqətlə oxumanızı və tezliklə ciddi şəkildə təpki göstərmənizi xahiş edirik.

Hörmətlə,

Azərbaycan Federasiyası İsveç AFİ

İH-i adından

Səttar Sevigin

0046707120117

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.                                      

* http://www.eurovision.tv/page/baku-2012/about/azerbaijan

 
Şərhlər (1)
rahimalavi63@yahoo.fr
118.02.2012 13:40
abdulrahim alavi
Men bir Azerbaycan turki,em bu nedennen Nigar xanima Elar beye va Sufiya Elizadehye cux tesekur ederem azerbaycani dunyaye tanitdilar.
Men bu jur qizlarimiza iftixar elerem, yasasin turk dunyasinin qizlari yasasin azerbaycan. Smile

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər: