Dil hər millətin varlığının ən əsasi elementlərindən biri, daha doğrusu onun təməl daşı sayılır və hər insanın kimliyi onun öz ana dili ilə təyin edilir.Dillərin yaranış tarixinə baxdıqda görürük ki, hər bir dillin bu günki günə gəlib çıxması olduqca uzun proses və çox çətin və mürəkkəb bir dövr keçirmişdir.
Hər dil ilk yaranışında özəl səslərdən və hətta bəlli bir hərəkətlərdən ibarət olmuş,get-gedə və zaman zaman bu hərəkətlər və səslər sadə və bəsit sözlərə və nəhayət ilkin dillərin yaranmasına nədən olmuşdur.Çox aydın və təbiidir ki,bu ilkin dillərin söz dayrəsi olduqca kiçik və məhdud olmuş və bəlkə də bəlli bir sözlərdən təşkil tapmışdır.
Hər halda dilin yaranması,odun tapılması kimi, ibtidayi insanların toplumunda böyük bir irəliləyiş və inqilab sayılır,insanların və
toplumun şüurunun gəlişməsində böyük və əvəzsiz rol oynayır. Beləliklə də insanlar hər nə ilə əlaqədə öyrəndiklərini və illər boyu əldə etdikləri dəyərli təcrübələrini,dil vastəsilə rahatcasına sonraki nəsillərə buraxa bilirlər.Dil insanlar arasında ünsiyyət vastəsi olaraq ilk yaranmasında birici nöbədə onun önəmi,insanların bir-birinə olan öz ehtiyaclarını,sonraki gəlişməsində isə düşüncə,fikir və duyğularını anladıb başa salmaqdan ibarət olmuşdur.
Ana dili,hər insan üçün ana qədər əziz və qutsal olduğu halda hər millət üçün də olduqca önəmli və dünyanın heç bir neməti və sərvətilə ölçülməz qədər dəyərlidir.Ana dili,uşaq ana bətnində olarkən,ana ilə uşaq arasında bir ünsiyyət vastəsi olub və onlar elə bu zamandan ana dililə tanış olub,dil açdıqda da elə o dildə danışırlar.
Ana dilimiz olan Türk dili, bu gün dünyanın ən əski,eyni halda ən dolğun və zəngin dillərindən biri olaraq bu gün faşist İslam rejimi başda olmaqla fars şovonizmi tərəfindən onun yazılıb oxunmasına qadağa qoyulub, İran adlanan ölkədə 90 ilə yaxındır ki,tamamilə yasaqlanmışdır.Türk millətimiz bu uzun sürədə Fars yaxud İran dövlətçiliyinin asimilə və onun vəhşi müstəmləkəçilik siyasətinə məruz qalıb,ana dilimiz də millətimiz kimi olduqca ağır tohinlərə, iftiralara və ağıla sığmayan hər cürə aşağılamalara məruz qalmışdır.
Öz ana dillərindən yoxsun olan uşaqlar,sonralar ruhi və başqa problemlərlə qarşı-qarşıya gəlirlər.Elmi araşdırmalar aydıncasına göstərirlər ki,ana dilini mükəmməl öyrənən uşaqlar,başqa yabancı
dilləri,ana dilini bilməyən uşaqlardan daha da gözəl öyrənirlər.
Bu gün dünyanın bir çox demokratik ölkələrində neçə dillilik bir sistem var və bu ölkələrdə bəzən neçə dil,milli dil kimi tanınıb və
təsdiq olub yaxud çoxluqda olan dil, milli dil və başqa iyalət və bölgələrdə danışılan dil, o iyalət və bölgənin rəsmi dili kimi tanınmışdır.Totaliter sistemlərdə və çeşitli millətlərin yaşadığı ölkələrdə hakim millətlərin şovonisti və ırqçı düşüncələrinin hakim olmasından dolayı,yalnız bir dil rəsmi və milli dil kimi tanınıb və başqa dillər yasaqlanaraq ölümə məküm edilir,yavaş yavaş o
ölkərərin həyatı və tarixindən tamamilə silinirlər.
Bəşəriyyət üçün olduqca önəmli olan ana dilinin məhv olmasının qarşısını almaq üçün,1999-cu ilin novambr ayında Bənqladeş dövləti, fevriyənin 21-ini(isfəndin 2-si)
"uluslar arası ana dili günü" kimi yonescoya təklif edib və həmin təklif bu qurumun öz 30-cu ümumi yığıncağında təsdiq edildi.
Azərbaycan sosial demokrat partisi(güney) ana dilimizin qorunub saxlanılması və onun daha da gəlişib,gələcək nəsillərə buraxılmasını və bütün milli- mədəni haqlarımızın əldə edilməsini özünə böyük bir vəzifə və borc bilib,bu haqda əlindən gələni əsirgəmiyəcək.Biz eyni hahda ki,ana dili və başqa milli haqlarımızı istəyən və sadəcə onlar üçün mübarizə aparan insanlarımızın səylərini dəstəkliyirik,amma açıqcasına hər kəsə bildiririk ki,ana dilimizin rəsmi olması və öz dilimizdə yazıb oxumaq və ilk oxuldan
universitələrə qədər bu ilkin və təbii haqqımızın əldə edilməsi,bizim əsas hədəf və məqsədimiz deyildir.Bizim qurtuluş mücadiləmizin əsas amacı ancaq və ancaq vətənimizi Fars faşizmi və İran adlanan ölkənin işqalı və onun müstəmləkəsindən qurtarıb,güney Azərbaycan dövlətini yaradıb və nəhayət düşmənlərimizin əlilə parçalanmış vətənimizi birləşdirib, bütöv Azərbaycan dövlətini yaratmaqdır.
Azərbayca sosial demokrat partisi qəhəman Türk millətimizin hayına hay verərək,onlarla birlikdə,əl-ələ,çiyin-çiyinə 21-i febrvar
ana dili günü münasibəti və Urmu gölünün qurudulmasına etirazlar da iştirak edir və hər kəsi bu haqlı istək və etirazlara qatılmağa çağırır.
Azərbaycan sosiyal demokrat partisi(güney)
14.02.2012