İyunun 18-də İsveç Azərbaycanlıları İctimai Palatası (İAİP) ölkəmizin Stokholmdakı səfirliyi önündə etiraz aksiyası keçirib. 100 nəfərə yaxın soydaşımızın qatıldığı mitinq Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.
Ekspertlərin nəzərinə görə, İranın atom bombasının hazır olamsına bir o qədər də çox vaxt qalmayıb və İran rejimi bu yöndə fəaliyyətin artırıb. Qərb ölkələrinin İranla bu mövzuda müzakirəsi isə bir müsbət nəticə verməmişdi. Buna görə də, ABŞ, Avropa Birliyi və bəzi ölkələr İranın Mərkəzi Bankın baykot etmək və İran neftini almadan imtina etməklə istəyirlər rejimi məcbur edələr nüvə proqramında sazişə boyun qoya. Təbiidir, əgər iqtisadi baykotlar nəticə verməzsə, İrana hərbi həmlə qaçılmaz olacaq.
Bildiyiniz kimi, Urmu gölü quruyur və mütəxəsislərin nəzərinə görə, əgər Urmu gölü qurusa, Güney Azərbaycanın ərazisi təqribən on milyard ton zəhərli duzlarla bombalanıb şoranlığa çevriləcək. Hal-hazırda xəbər verilir ki, bu gölün ətrafındakı kəndlərdən əhali başqa şəhərlərə köçürlər. İran hökumət orqanları, xüsusən İran məclisi və hakimiyyət dairələri bu acınacaqlı vəziyyətə laqeyidcəsinə susurlar. Belə bir acınacaqlı vəziyyətdə Milli Azadlıq Hərəkatı bu suala cavab axtarmağa çalışır: Nə etməliyik? Elə bu suala cavab vermək üçün tanınmış milli fəallar məsələ ətrafında öz fikirlərin şərh etmək üçün paltaktda açıq konfrans keçirəcəklər