Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın Ruhuna səcdə etməklə izharıma başlayıram!
Ürəyinizdə Ata Günəşi olsun!
YENİ XALQ YARATMAQ ANLAYIŞI
(Ata sözü Evlad izharında)
Biz nə üçün Yeni Xalq Yaratmaq istəyirik? Məgər Xalq yoxdurmu?
Xalq var, amma mövcud Xalq öz gerçəkliyini yaşayır, Mahiyyətindən çox-çox aşağı səviyyədə yaşayır, Mahiyyətinə bərabər deyil. Bəzi hallarda isə Mahiyyətinin ziddinə gedir.
Xalq həyatında sonlu, qeyri-kamil hadisələr elə inkişaf edib ki, əbədi hadisələri üstələyib, buna görə də qeyri kamillik üzərində qurulan dövlətlərin, qurumların çoxu məhv olub, nifrət məhəbbətə, bəsitlik müqəddəsliyə qənim olub, qüdrət, qeyrət, ülfət nisbi səciyyə daşıyıb, qorxu, həsəd, nadanlıq ləyaqətin üzərinə kölgə salıb, xalislər təhqir olunub, naqislər sevinib, xalq zora əyilib, yalana tapınıb.
Xalq mənəviyyatında gözəlliklə eybəcərlik birgə yaşayıb, xalq daxilindəki şəri öldürə bilməyib, maddiyyat mənəviyyat üzərində ağalıq edib
Xalq gerçəkliyə pərçimlənib qalıb, təmənna əsasında yaşayıb, müqəddəslikdən ayrılıb, xalq çox hallarda nisbi həqiqəti qəbul edib, onunla barışıb. Xalq öz ölməzliyini çox vaxt dərk etməyib, bu səbəbdən də özünə layiq yaşamayıb, böyüyü kiçikdən, alini alçaqdan seçə bilməyib.
Xalq hələlik nisbi mənada özünü tanıyıb, ona görə də Xalq Mütləq mənada hələ yaşamayıb.
Xalq – Xəlqi Mahiyyəti özündə gəzdirən Fərdlərin cəmindən yaranır.
Fərd elə Qüdrətə malikdir ki, ən eybəcər mühitdə belə, öz gözəlliyini saxlaya bilir, çünki fərd mühitdən artıqdır. Çünki fərd təkcə cismanilik deyil, həm də ruhanilikdir, bu səbəbdən də o, əşyalaşmayıb, mühitləşməyib.
Ruh insanı daxilən mühitdən, şəraitdən azad eləyir.
Bu baxımdan, ən murdar mühitdə belə, yaxşı insan olaraq qalmaq olar və eybəcər mühiti yalnız yaxşı insan dəyişdirə bilər.
Fərdin Fərd kimi yaranması üçün O, İNTİBAH dövrünü keçməlidir, yəni:
- 1.Fərd – Cismaniliyə Sahib Olmalıdır, Ruhaniliyə pənah gətirməlidir, onda O, naqislikdən təmizlənir, Ruhaniləşir, insane üzərində ağalığına son qoyur. Cismaniliyə sahib olan şəhvəti öldürür, Məhəbbəti yaradır, Yırtıcılığı öldürür, mehri yaradır, hərisliyi öldürür, Ləyaqəti yaradır, Mütiliyi öldürür Vüqarı yaradır.
- 2.Fərd – Maddiyyata sahib olmalıdır. Maddiyyata sahib olan – maddiyyatı şahlıq taxtından salır, onu Ruhani Məqsədin iradəsinə tapşırır. İntibahda maddiyyat Mənəvinin hökmünə tapınıMaddi Mənəviyə xidmət edir. Maddiyyatsız həyat yoxdur, ancaq insan həyatında maddiyyat əsas rol oynamır, çünki İnsani həyat – ruhani həyatdır. Maddi olmayan yerdə ruhani də yoxdur. Ancaq ruhani cismanidən yüksəkdir. Bu səbəbdən də Mənəvi maddidən üstündür.
- 3.Fərd – Cəmiyyətə sahib olmalıdır. Cəmiyyətə sahib olan Fərd – Cəmiyyət əsarətindən xilas olur, icraçılıq, əşyavarilik və sinfilik köləliyindən qurtarır, Zorun üstünlüyünü inkar edir, bununla da ictimai amil aradan qalxır, İnsaniliyi ruhanilik sayır, bununla da cismani amil aradan qalxır.
- 4.Fərd – Xurafatdan Xilas Olmalıdır. Fərd – “Şərait hər şeydir, İnsan heç şey” – deyən xurafata inanmamalıdır, “Cəmiyyət hər şeydir, İnsan heç şey” – deyən xurafata inanmamalıdır, “Hissiyyat hər şeydir, İnsan heç şey” – deyən xurafata inanmamalıdır, “İstehsalat hər şeydir - İnsan heç şey” – deyən xurafata inanmamalıdır, “O dünya səadətindən” dəm vuran xurafata inanmamalıdır. XURAFATI EŞİTMƏYƏN – HƏQİQƏTİ EŞİDƏR!
Xalq Müstəqillik İntibahı dövrünü keçməlidir, Xalq – ictimai varlıq, tarixi varlıq olduğundan İctimai Müstəqilliyə çatmalıdlr.
Xalq Mənəvi Müstəqilliyə çatmalıdır, yəni Öz müstəqil dilini, Öz müstəqil adət-ənənələrini, Öz müstəqil Mənəvi Qanunlarını, Öz müstəqil bədiiyyatını yaratmalıdır. Mənəvi Müstəqillik – bəşərilikdir.
Xalq – İdraki Müstəqilliyə çatmalıdir, yəni Xalq müstəqil fəlsəfi fikirə, Xalq müstəqil siyasi fikirə, Xalq müstəqil ruhani kəlama malik olmalıdır
Nicat yolu – cəmiyyəti ruhaniləşdirmək, onu xalq ruhunun tələblərinə tabe etmək, ruhaniliyi, Mütləqiliyi əsillik meyarına çevirməkdir.
Fərd ruhani xilqət olduğundan, onun mövcudluğu ruhani cəmiyyət tələb edir. Bəşər indiyə qədər belə bir cəmiyyət yarada bilməmişdir, amma yaratmalıdır.
Biz bütün bu Meyarları özündə cəmləşdirə bilən, yəni öz Mahiyyətinə sahib ola bilən Yeni Xalq Yaratmaq istəyirik. Bu Yeni xalq Yaranacaq – ZİRA BU, BƏŞƏRİN TƏLƏBİDİR!
Atamız Var olsun!