Burdasız: Ana səhifəMəqalələrBilirsən, bu gün sənin tarixində hansı gündür?
FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Bilirsən, bu gün sənin tarixində hansı gündür?

asif Ata10 fevral Azərbaycani ikiyə bölən bədnam Türkmənçay müqaviləsinin bağlandığı gündür. Azərbaycanın ikiyə bölünməsi ilə Qarbağın işğalı başlandı...

Asif Ata: "Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində. Siyasi xilasımız -- Güney Azərbaycandır.!" - deyir. Gəlin, bu gün hamımız bu mənfur müqaviləyə "Rədd ol!" -deyək! Yetər bu qədər əydilər, əzdilər bizi. Siyasi xilas yolumuzu düşünməliyik. Bu səbəbdən də sizə Asif Atanın daim aktual olan bir müsahibəsini təqdim edirik.

 

 

 

 

SİYASİ XİLASIMIZ -

GÜNEY AZƏRBAYCAN

 

 

-- Mövcud vəziyyətdə Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyuk düşməni var—İslamçılıq, Farsçılıq və Qərbçilk. Ata bu fikirləri necə açıqlayardı?

   Asif Ata:--Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır(yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey Azərbaycanla birləşəndə sayca böyuk, dünya siyasətində müəyyən olunacaq Böyuk və Qüdrətli bir ölkə yaranır. Siyasi dünyanın öz məntiqi var. Siyasi dünya dahi tanımır, say tanıyır, iqtisadiyat tanıyir, silah tanıyir.Böyük dünya Füzulini görmür. Böyuk dünya Füzulisi olmayan ölkələrin böyüklüyü həsab olunur.Böyuk dünya Nəsimini görmür, təxnikanı görür. Böyuk dünya kəmiyyət görür, keyfiyyət görmür. Buna görədə Güney Azərbaycanla Quzey Azərbaycanın birliyi Azərbaycanın dünyada rolunu, yerini dəyişdirir( yaxşı və böyuk mənada). Və Azərbaycan hansısa böyuk bir ölkənin kölgəsi olmur, hansısa bir dövlətin təsirində, dairəsində yaşamır. Onun müstəqilliyi əsil olur. Və özünüzü müstəqil dövlət kimi təsdiq edir. Bu, məsələnin bir tərəfi.Digər tərəfdən Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi Səttarxanlığın Füzuliliklə birləşməsidir, Cəngavərliklə Ruhaniyyatın Birləşməsidir. Və sonuncu, Güney Azərbaycanin   ( əslində bir Azərbaycanın) təsdiqi, Qafqazda Azərbaycanın rolunu dəyişdirir. Qafqazda nə Gürcüstanin, nə də mənfur Ermənistanın Azərbaycan kimi arxası və dayağı yoxdür. Biz bundan istifadə ətməsək, naşı olariq. Nə Gürcüstan, nə də o birilər dənizə axmır, onlar hamısı balaca göllərdir. Sən isə Güney Azərbaycana axırsan—Güney Azərbaycan da sənə axır. Bütün Azərbaycan Türk Aləminə axır. Təəssüf ki, bu hadisə hələ ki, mahiyyət səviyyəsində qalır, aşkarlanıb təsdiq olunmayır. Başqa tərəfləri də var, ancaq bu müsahibədə bütün məsələləri həll ətmək olmaz. Üç məsələyə görə Günəy Azərbaycan problemi Azərbaycanın bir nömrəli əsas siyasi tərəfidir. Bizim başqa ruhani, idraki məsələmiz çoxdur, amma siyasi nöqteyi-nəzərdən Güney Azərbaycan problemi əsas problemdir. Mən elə bilirəm ki, bunları deməyə ehtiyac vardır. Buna görə də Ata Ocağı daim Güney Azərbaycan haqda düşünür və düşünməliyik. Bu bizim əsas məqsədimizdən irəli gəlir. Azərbaycan İnam Azərbaycanı, İdrak Azərbaycanı, Mənəviyyat Azərbaycanı, İradə Azərbaycanı, İnsanlaşma Azərbaycanı, həm də Quzey Azərbaycanla Güney Azərbaycanın birliyi Azərbaycandır. Bu fikirləri ağlımızda, ürəyimizdə yaşadırıq və bu əməlimizin əsas istiqamətverici qüvvələrindən biridir.

   İndi isə keçək sənin sualına. İslamçılıq qismətçilikdir.Qismətçilik Güney Azərbaycanın ruhuna tamamilə yaddır. Allah sənin özümlüyünü yaşadır, sənin İdarkını, Mənəviyyatini, İradəni qismət həll edir. Yəni əslində səni idrakindan, inamından, mənəviyyatından, özümlüyündən ayırır.Qismətçilik olan yerdə ruhun azadlığından danışmaq olarmı? Kimin xeyrinədir qismətçilik? Qismətçilik hakimlərin xeyrinədir, farsların xeyrinədir.Əyər sən pis günə düşmüsənsə, əyər sən İranın bir vilayəti səviyyəsinə enmisənsə, bələ də olmalıdır, qismətin bu imiş.Budur sənin islamçılığın. İsalmçılıq  çox gərəkdir,çox lazımdır İran hakimlərinə, bütün mollalara, indiki və ruhani ağalara. Nə qədər qismətçilik var, bir o qədər sənin əsarətin var, nə qədər qismətçilk var, sənin azadlığın yoxdur. Bir məntiq var, bir iradə var sənin bilmədiyin, görmədiyin, səni bu günə salan ilahi bir iradə var. Sənin nə haqqın varo nun hökmündən çıxasan?! Bəlkə bunun özü bir hikmətdir...bu səbəbdən də islamla döyüşmədən, ruhani səviyyəyə qalxmadan, insanın özünün özümlüyünə çatmadan, insan özünün daimi bir fikrinə yetmədən, çatmadan heç bir əməl həmin nəticəni verməyəcək. Hətta sən qələbə çalsan belə, bu qələbənin böyüklüyü, qəyri-adiliyi heç olaçaq. İsalmçılıq ümumən dünyanın gözdən salınmasıdır. O dünya əsil dünyadır, bu dünya fani dünyadır. Ona görə də nə üçün sən döyüşəsən, mübarizə aparasan, quruluş yaradasan—fanidir bu, onsüz da puçdur bu dünya—mənasızlaşır bu dünyada yaşamaq da, döyüşmək də, azadlıq da, böyuklük də.Bu dünya olsa-olsa, o dünyaya heç giriş də deyil.O dünya var, cənnət var, cəhənnəm var, mükafat var.

   İsalmçılıq-- bəndəlikdir. İnsan Allahın kölgəsidir, quludur. Bütün qalan ağalıq elə bundan gəlir. Göydə Allah, yerdə hökümdar, hakim, ağa . Ağa olan yerdə nökər, nökər olan yerdə özğələşmə, təbəqələşmə...

   Və ikinçi düşmən farsçılıq adlanır. İslam bir zaman ərəbçilik idi və bütün dünya ərəbindi. Və bütün dünya cəfəngləşdi, dünya qul bazarına çevrildi. Dünyanın çox hissəsində hərəmxana eybəçərliyi yarandı, xəlifət murdarlığı yarandı. Nəinki islam ümumi mənada özgəçilikdir, özgə dildə verilən inamdır həm də. Ən çox bu saat farsçılıqdır. Fars kommunizmin məhvindən sonra, ölümündən sonra, daha doğrusu təsəvvürlərdə  ölümündən sonra dünyanın əsas  ruhani mərkəzi olmaq iddasındadır. Xomeyninin fəlsəfəsidir, yəqin ki, bilirsiniz. Dünyəvi islam dövləti yaratmaq istəyirdi. İran inqilabı onun əvvəli idi, başlanğıcıydı. Addım-addım, hal-hal bütün dünya “Lailahə-illəllahyəcəkdi. Bax bu cəhətlərə görə böyuk arzuyla yaşayan İrandakı azərbaycanlılar, Azərbaycan vətənpərvərləri, əvvəl ruhaniləşməlisən ki, dindən ayrılmalısan ki, farslaşmayasan. Ruhani əməl olmalıdır əvvəl. Bu işdə biz sizinləyik həmişə, siz bizi tanımayanda da biz sizinləydik, Asif Ata Ocağı, onun evladları. Əğər bu olmasa, əgər yalnız və yalnız silahlı döyüş olsa—yalnız və yalnız qiyam, üsyan, hətta inqilab olsa bələ--azdır. İnqilab məğlub olacaq. Bu mənim qəti fikirimdir, mən bunu illərlə düşünmüşəm. Ocaq ona görə Ocaqdır ki, onda ruhanilik birincidir, qalan nə varsa, ikincidir. Gərək özün içəridən böyuyəsən, içəridən dəyişiləsən. Yalnız yaxşı adamlar yaxşı cəmiyyət qura bilər. Yalnız yaxşı adamların qurduğu cəmiyyət həmişə yaxşı olaraq qala bilər, yaxud da ki, üzün müddət yaxşı ola bilər. Pis adamların, zəif adamların, naşı adamların qurduqları nə varsa, hansı gözəl şüarlarla bəzənsə də, son nəticədə naqis olacaq. Vaxtınızı alıb sizə inqilab dərsi dəmək fikrində dəyiləm, yadınıza salın Fransa inqilabıni, yadıniza salın Səttarxan fəlakətini, yadınıza salın fəlakətli demokratik hərəkatıPişəvərinin faciəsini. Məncə, aydın oldu ki, niyə islamla döyuşmək lazımdır.

   Farşçılığın çox tərəfləri var. Farçılığın bir mənası var: Azərbaycan adlanan ruhani hadisə yoxdur, Azərbaycanlılar türk deyillər. Azərbaycanlılar elə farsdırlar. Əsil Azərbaycan Şimalda da yoxdur. İran var. Midya dövründə də İran olub. Zərdüçt fars olub, bütün bunlar hamısı iranlıdır. Sonradan iranlılar türk dilinə keçiblər, türkləşiblər və s. Bu aydındır ki, nə dərəcədə yalandır, ona görə də buna xüsusi diqqət yetirmirəm. Amma fəlakət ondadır ki, bu fəlsəfə təkcə fəlsəfə olaraq qalmır. Bu saat o xüsusi bir hal yaradıb, xüsüsi psixologiya yaradıb. Dörd nəfər, beş nəfər gedib farsda böyuyub, Xamneyi olur. Və bu ideya süni şəkildə gərçəkləşir. Azərbaycanlı öz dilini bilmir, amma İrana qulluq edir. İranın başçılarından olur. Şirnikləndirirlər camaatı, farslaşın, gəlin Xamneyi olun. Büdür məsələ. Bizdə də belə Azərbaycanlılar var və bu Azərbaycanlılar vasitəsilə Azərbaycanın özünün farslaşması yəqin ki, hardasa  bir həyat faciəsidir. Burada da bəziləri var ki, deyirlər biz Azərbaycanlı deyilik, bələ bir millət yoxdur, biz farsıq. Lakin əsas fəlakət üçüncü məsələdir. İran kimi böyuk bir məmləkəti parçalamaq olarmı? Bax, budur məsələ. Niyə siz özünüzün Qarabağınızı əldən vermisiniz, biz Təbrizi necə əldən verək? Təbrizsiz Tehran olar? Əsas bundan yapışıblar. Mən onları fəhmlə hiss edirəm. Və beləcə  hər bir Güney Azərbaycan hərəkatı dəhşətli bir xəyanət kimi qələmə vərilir, şərh olunur və lənətlənib damğalanır. Həm də mollalar tərəfindən kafirlənir.Bu da pis təsir edir. Artıq sən bir türk kimi yox, Azərbaycanlı kimi yox, böyuk bir Şərq ölkəsini parçalayan bir çinayətkar kimi qələmə verilirsən. Bu çox böyuk təlqindir, açıq demək lazımdır. Bütövlük bütövlük üçün deyildir. Böyuk bir xalq məhv olur, özgələşir, dilindən olur, mədəniyyətindən olur, mənəviyyatından olur az qala, ləyaqətindən olur, ayrılır ki, hansısa bir qrum bütöv qalsın. Buna inanmaq üçün gərək hədsiz dərəcədə avam olasan. Əsil iş avamlığa  qarşı durmaqdır. Və sonra, İranla Qərb arasında gizli döyüş gedir. Sən Azərbaycanın müstəqilliyi  üğrunda döyüşəndə kafirə xidmət edirsən. Mollalar nə qədər avam olsalar da, onlarda özünü mühafizə güclüdür, qüvvətlidir, böyükdür. Onalr hakimiyyətdən getməzlər. Və beşinci,  mollalara qarşı müxalifət baş qaldırır orada. Və Azərbaycanlılarla demokratları birləşdirirlər, sonra deyirlər siz kafirlərə qulluq edirsiniz, bir olursunuz ki, islam ləğv olunsun. Kafirlikdir bu, allahsızlıqdır və s. Bu cəhətdən də farsçılıqla döyüş həqiqi olmalıdır, hünər tələb edir. Mən hiss edirəm ki, indi oradakı bizim qardaşlarımız da bilirlər ki, ruhani döyüş siyasi döyüşü qabaqlamalıdır!

   Qərbçiliklə islamçılıq qoşadır. Bunu anlamırlar.Zahirən bunlar bir-birinə ziddir, amma mahiyətcə Qərbçılık həyasızlığı islam qapalığını alışdırır. O tərəfdə azad hərcayilik, bu tərəfədə mömin əsarət. Burda əsarət pərdələnir, namus, qəyrət kimi. Orda hərcayilik pərdələnir, azadlıq kimi. Çox təəssüf ki, bunu başa düşmürlər, elə bilirəm ki, düşən də var, amma daha yaxşı başa düşmək lazımdır. Qərb Şərqi kölgələşdirir. Şərq artiq yox dərəcəsindədir. Bütün dəyərlər demək olar ki, Qərb dəyərləridir. Parlamentçilik, pulçuluq... Kapitalizmdə azadlıq pərdəsi altında pulçuluq azadlığı var, əxlaqsızlıq azadlığı var. Qərb o günə düşüb ki, onun idealı  Freyddir, Nitsşedir, amansız Nitsşe, həyasız Freyd. Ona görə də islama qarşı döyuş o zaman olacaq ki, bu həm də qərbçiliyə qarşı döyüş olacaq. Əğər qərbçiliyə qarşı döyüş yoxsa, onda islamçılığa qarşı döyüş natamdır. Bəlkə heç döyüş də deyil. Burada ikiliyin birliyi var. Çox böyük məsələdir bu. Yalançı azadlığı rədd eləməyən, əsarəti rədd eləyə biməz. Əgər əsarət yalanı azdlığa çevirələcəksə, onun özü ən böyuk əsarətdir. Həyasızlıq ən böyuk əsarətdir. Yalnız kamil olan azaddır. Bu işlərdə sizdən çox şeylər gözləyirəm. Bizdə həmişə sizinlə olmuşuq və olacağıq.

   --Ata, bildiyimiz kimi, XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən bir nəçə inqilab oldu. Bu inqilabların məğlubolma səbəblərini bilmək istərdim. 

   Asif Ata;-- İnqilabların məğlub olmasının səbəbini demək olar ki, dedik. Ruhani təməli olmadan, əməlli-başlı ruhani döyuş getmədən Güney  Azərbaycanlıların sosial- demokratiyaya uymaları idraki əskiklik yaratdı. Lakin təkcə bu yox, Güney Azərbaycanlılar ümum—İran hərəkatınin ən fəal, ən cəsur və ən istedadlı adamları oldular. Ümum-İrana qulluq elədilər, özlərinə yox.

Bütöv İran hərəkatı yarandı, pis mənada. Lakin bütün İran hərəkatının canı, məğzi, onun ucalığı, onun fədakarlığı Təbrizdə yarandı, GüneyAzərbaycanda yarandı. İranı böyüdən, tarixə salan azərbaycanlı Səttarxan oldu. Lakin məşrutə tərəfindən öldürülən də Səttarxan oldu. Müstəqil Azərbaycan ideyası olmadı. Müstəqil Azərbaycan ümum-İran hərəkatından ayrı, özünəməxsus yaranmadı. Əsas məqsəd aydınlaşmadı. Belə fikirləşdilər ki, ümum-İran məşrutəsi həm də Azərbaycan azadlığı deməkdir, Azərbaycana azadlıq verəcəkdir. Fikirləşmədilər, düşünmədilər ki, necə ola bilər ki, möhtəşəm bir ölkə iddiasıyla yaşayan, özünün bir hissəsini o dərəcədə böyudəcək ki, özü kiçilsin. Məyər o başa düşmədi ki, imperiya nə deyilən şeydir? Əgər imperiyanın bütün hissələri, hamısı ğüclüdürsə, varlıdırsa, azaddırsa, mütəşəkkildirsə, onda imperiyanın sabahı yoxdür. İmperiya o vaxta qədər yaşayir ki, onun tabeliyində olanlar zərif, qeyri-azad yaşayırlar.Həmin məsələ Xiyabani dövründə də oldu. .Xiyabanı də müstəqil Azərbaycan ideyasını bütöv İran ideyası ilə birləşdirdi. Onu da öldürdülər, məhv etdilər. Pişəvəri  hərakati müəyyən mənada fərqli idi. Pişəvəri hərəkatında Güney Azərbaycan ideyası var idi, lakin ümum-kommunizm və sosializm ideyası ilə bir yerdə. Burada da müstəqil Azərbaycan yox idi, gərək indikilər bunu bilsinlər və öyrənsinlər. Bilsinlər, agah olsunlar ki, İranın sabahında nə baş verir versin, bütün demokratik qüvvələrin heç birini rədd etmədən, inkar etmədən müstəqil Azərbaycan hərəkatı yaranmalıdır. Uluyurd hərəkatı yaranmalıdır, adını mən indidən deyirəm. Rühani döyüşdən sonra, ruhani dəyişmədən sonra, ruhani kamilləşmədən sonra ikinci ideya müstəqil Azərbaycan hərəkətıdır.Əgər bunu eləsəniz, qalib gələcəyik. Lakin indidən deyirəm, tələsməyin. Bu saat qiyam, üsyan fikrində olmayın. Qiyam, üsyan bəş nəfərin, on nəfərin olmamamalıdır. Qiyam, üsyan, ümumuyyətlə hərakat bütün xalqın olmalıdır. Lakin xalq dəyişməlidir! İndiki xalqla yox, sabahkı xalqla, inamlı xalqla, idraklı xalqla, mənəviyyatlı xalqla, iradəli xalqla və qüvvətli xalqla Azərbaycan azad olacaq. Müdriklik lazımdır, Xalqı ayağa qaldırmaqdan əvvəl xalqı ayaq üstə qoymaq lazımdır. Biz niyə qaldırmırıq bu saat xalqı? Gecə- gündüz işləyirik. Biz xalqı dəyişdiririk, hal-hal, addım-addım, görüşlərimizlə, kitablarımızla, Ocaqçıların özləriylə. Gələcək Azərbaycan Ocağın içindən çıxır. Ona görə də Ata böyuk tələbkardır və kamillik bizim idealımızdır. Əlbəttə, bu saat mənim Evladlarım heyrətamiz dərəcədə fərqlidirlər. Bununla kifayətlənmirik. Bələliklə xalq inamın nə olduğunu biləcək. İnama, İdraka, Mənəviyyata, İradəyə yetəcək. İndi bu saat məktəblərdə, yerlərdə, qəzetlərdə döyüşmək lazımdır, ürəklə, fikirlərə daxil olmaq lazımdır. Əyər bunu etsəniz, buna çox vaxt aparsanız, onda bütün məsələlər çox tez həll olunacaq. Ən çətini budur—Xalq Yaratmaq

    --Ocağımızın əsas ideyalarından biri də Müstəqil Vətən ideyasıdır. Bu ideyada Güney   Azərbaycanın mövqeyi necədir?

    Asif Ata;-- Nə qədər ki, Azərbaycan parçalanıb, Günəy Azərbaycan İrandadır, onda Azərbaycanın müstəqilliyindən ciddi danışmaq olmaz. Necə xalqdır ki, onun bir hissəsi parcalanıb, məgər parçalanan xalqı müstəqil saymaq olar? Mən bu məntiqi anlamıram, sən şaqqalanmısan, həm də müstəqilsən. Özünüz bilirsiniz ki, Ata indiki formal müstəqilliyi inkar eləmir. Çunki bu da olmaya bilərdi. Döyüşsüz - filansız bu bizə verildi. Amma bu hələ müstəqillik dəyil. Bizim iki müstəqilliyimiz var—müstəqil Bayrağımız və müstəqil himnimiz və bir də azdan-çoxdan olan prezidentimiz. Ancaq Azərbaycanın bu dərəcədə Qərbdən asılı dövrü olmayıb. İki  nöqteyi- nəzərdən məsələnin müstəqilliyə dəxli var.Parçalanan xalq müstəqil ola bilməz, indiki dövrdə az saylı xalqlar müstəqil ola bilməz.Yeddi milyon azdır. Azmanlar içində, böyük balıqlar kiçik balıqları yəyən vaxtı. Bəli, Güney Azərbaycan məsələsi müsəqillik məsələsinin canıdır.

-     Ata bəs dünyanın bugünkü syasətində Güney Azərbaycanın yeri varmı?

   ATA: -  “Dünya”deyəndə Qərb başa düşülür(Qərbdən başqa dünya yoxdur ki). Qərbin Güney Azərbaycan adlı problemi yoxdur. Amma hardasa onun ümumdünya,ümumşərq siyasətində Güney Azərbaycanın yeri var.Bu da ondan ibarətdir ki, Güney Azərbaycan İranla  döyüssün. Özü böyüməsin, Amerikanın düşmənı zəlil olsun, amma özü böyüməsin. Özü böyüməsin, ayrılmasın. Elə bu gün döyüşə-döyüşə İranı yıxsın. Ancaq özü Quzey Azərbaycanla birləşib böyük bir ölkə yaradıb, ağanin vəziyətini çətinləşdirməsin.Tək elə bizə yox, kürdlərə qarşı da o cürdü. Qoy kürdlə Türkiyə döyüsün , türk çox ağ eləməsin, özünü Amerikayla bərabər saymasin. Ona görə də Qərb Güney Azərbaycan məsələsinin əleyhinədir. Zahirən bunlar oxşardır. Ona görə də  Güney Azərbaycanlılar bunları bilməlidirlər ki,onları kürdlərin gününə salmasınlar. Kürdləri qızışdırırlar, kürdləri öldürürlər ki, Türkiyəyə desinlər ki, özündən çıxma. Sabahları kürdü daha da silahlandırma, sənin basina oyun açar. Məni eşit!   Budur dünyanın münasibəti. Bizimkilərin də münasibəti – münasibətsizlik. Indiki iqtidarin xarici siyasəti xariciləşmə siyasətidir. Bütün ölkələrlə dost olur. Nə deməkdir bütün ölkələrlə dost olmaq? Bu o deməkdir ki, heç kəslə dost deyiləm. Bu, məsələnin hələ ümumi tərəfi. Qərblə, Amerikayla nəcə dost olmaq olar? Yanlız və yanlız Güney Azərbaycanı qurban verməklə. İqtidar bugünə bağlı yox, bugünün əsiridir. Onda bugündən kənara çıxmaq, rəallığı ötmək yoxdur. Bir şeyi bilməli ki, siyasət reallıq imkanıdır, tələbidir. Azərbaycan xalqı tələb etməlidir ki, İranla dostluğu Güney Azərbaycanın  bahasına eləməsin. Ona görə də dünyaya bel bağlamayın, nə Qərbə, nə də iqtidara. Günəy Azərbaycan uğrunda mübarizə aparanlar Rusiya ilə Qərb arasındakı münasibətləri yaxşı dərk ətməlidirlər. Rusiya İran məyillidir, Qərb İrana qarşıdır. Bu situasiyadan, vəziyyətdən istifadə etmək olar. Mən sizi əmin ədirəm ki. Böyük ölkələr kiçik ölkələrlə rəqabərdə və münasibətdə dar məqamda gec-təz birləsirlər. Rusiya da, Qərb də Azərbaycanın tərəfində deyil. Buna görə də iki qüvvənin arasinda olmaq siyasətindən indidən əl çəkin, heç nə vərməyəcək. Amərika sizə guya kömək edəcək, nə komək eləyəcək – indi dedim. Elə kömək əyləyəcək ki, İran zərər çəkəcək, amma Azərbaycan da qələbə çalmayacaq. Günəy Azərbaycanlılar özləri eləsinlər, özləri də bəhrələnsinlər, Asif Ata Ocağından bəhrələsinlər.

      Qaranlıqlar Yarılsın?

       Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

 

 

 

                                                           Asif Atayla Ruhani Təması hazırladı:

                                                                            Asif Ata Ocağının evladı

                                                                                                   Elişıq Atalı

                                                                                                                                                                                                                             

                                                                                              

                                                                           10Çıçək ayı,  19- cu il Bakı

                                                                             (10 aprəl  1996).

 

 
Şərhlər (3)
Turkmenchay mugavilesi
311.02.2012 09:56
Nadir Hollenbrand
Turkmenchay mugavilesi legv olunsun, torpaglarimiz berpa olunsun
Turkmencay muqavilesi vaxti kecmish, curuk muqaviledir.
211.02.2012 07:32
Eluca Atali
Bu curuk muqavilenin esaretinden xalq qurtarmalidir.
vetani birleşdirecayik tam gücümüzle
111.02.2012 07:30
Samat Azerbaijani
En gozel sozdur ve bütün çalişmalarimiz bunu yani Red ol sozunu yhyata keçirmekdir ve en tez red edeceyik ve vetani birleşdirecayik tam gücümüzle

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər: