Bir müddət bundan əvvəl İran hökumətinə aid olan sitələrin birində siğə ilə bağlı bir bildiriş dərc olunmuşdu. Bu bildiriş, xüsusən xaricdə yayılan İranın müxalif mətbuat orqanlarının diqqətini çox cəlb etmişdir. O, bundan ibarətdir: " İmam Rzanın ziyarətinə gələn qardaşların rifahı və onların müqəddəs Məşhəddə olduqları zaman ərzində halal yolla cinsi ləzzət aparmaq üçün Xorasan vilayəti bakirə və ərindən boşanmış bacıların siğəsi üçün bir mərkəz yaradıb.
İranın indiki durumu ilə bağlı Babək Azəri azərbaycanlılara müraciət edir
İranda qanun baxımından mədəni formada etiraz aksiyası keçirməyə izin verilir. Amma əməldə hökumət orqanları tam tərsinə etiraz aksiyalarının keçirilməsinə izin vermirlər. İranda yaşayan millətlər, o cümlədən, Azərbaycanlılar məcbur olurlar yas, toy, Babəkin Ad Günü, idman mərasimlərindən və hətta futbol yarışından etraz aksiyası keçirib, öz sözlərini demək üçün faydalanalar. İranda 10 - cu dövr prezident seçkisindən sonra yaşıl adında etiraz hərəkatı formalaşmışdı. Bu hərəkatın bəzi tanınmış simalarının və ideoloqlarının antitürk və panfarsist düşüncələri vardır. Bəzilərinin də antitürk - irqçi düşüncələri açıq - aydın göz çıxarır. Misal üçün, Sadiq Zibakəlam öz yazılarında keçmişdə İranın tərəqqi və inkişafdan geri qalmasının səbəbini İranda türklərin hakimiyyətdə olması ilə bağlayır.
Ətraflı: Farsların irqçi yaşıl hərəkatına qarşı Güney Azərbaycanda qırmızı hərəkat formalaşmışdı!. Babək...Bizim bütün siaysi davranışlarımız nəzəriyyə əsasında həyata keçir. Bu hesabla demək olar, nəzəriyyə əsas, amma əməl nəzəriyyədən doğan nəticədir.
Elmi nəzəriyyə necə tərif olunur?
Biz gündəlik yaşayışımızda güman və ehtimal əsasında müxtəlif nəzəriyyələr, yəni, fikirlər yürüdüb, onun əsasında əməl edirik. Belə nəzəriyyələr elmi nəzəriyyələrdən köklü şəkildə fərqlənir. Elmi nəzəriyyə -- güman və ehtimal yerinə, müəyyən faktlara və sübutedici sənədlərə əsaslanaraq yaranır.
Ətraflı: Babək Azəri hüquqçu, Siyasi mücadilədə nəzəriyyənin əhəmiyyətiVelayəte fəqih bir siyasi sistem kimi hansi xüsusiyyətləri daşıyır?
Velayəte Fəqih məfkurəsində toplumda yaşayan insanlar üç qrupa bölünürlər:
1. Hakim elita
Hökuməti mudafiə edən şiə ruhaniləri dini rəhbərin başda olmaq şərtilə toplumda hakim elita sayılırlar
2. Hərbi qüvvələr
Hərbi qüvvələr hərbi təlimatdan əlavə müəyən dini təlimat görüb və dini rəhbər və onun təmsilçilərinin nəzarəti altında vəzifələrini həyata keçirirlər. İran anayasasının 110-cu maddəsinin 3-cü və 4-cü bəndlərində qeyd olunub ki, dini rəhbər silahlı qüvvələrin rəhbəri, baş komandanı sayılır, müharibə və sülh onun fərmanı ilə həyata keçirilir. İranın anayasasının əsasında dini rəhbər, onun təmsilçiləri hərbi qüvvələrə nizarət edirlər.
3. İslami ümmət
Ətraflı: Babək Azəri: "Xomeyni velayəte fəqih məfkurəsini Platonun (Əflatun) siyasi nəzəriyyəsindən götürmüşdGünAzTv mətbuat mərkəzi mühacirətdə yaşayan Babək bəy Azərinin Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının simgəsi barədə jurnalist Eluca xanım Atalıya verdiyi müsahibəni təqdim edir:
Belə demək olar ki, informasiya savaşında düşmənə qarşı Günaz tv mərkəzi rol oynayıb və son zamanlarda qırmızı bayrağın mübarizə rəmzi kimi təsdiqlənməsində Günaz tv çox əhəmiyyətli rol oynamışdı. Bu hesabla təccüb yeri yoxdur ki, Günaz tv - yə və xüsusən Əhməd Obalıya qarşı şantaj siyasəti aparılır. Aydıncasına belə demək olar, bu şantaj siyasəti aparanlar ETTELAAT -ın məmurları, şahçılar, manqurtlar və antitürk kommunistər təşkil edirlər.
Ətraflı: Babək Azəri: Özlərini Babək Xürrəmiddinin əsgərləri sayan gənclər fəxrlə Babəkin qan rəngli...
Bu da 14 milyon azərbaycanlının Güney Azərbaycanı tərk etməsiylə nəticələnəcək
Son günlər mətbuatda daha bir önəmli məsələ oxucuların diqqətinə çatdrılmaqdadır. Söhbət dünyanın ikinci ən duzlu gölü hesab olunan Urmu gölündən gedir. Mütəxəssislərin fikrincə, Türkiyə sərhədinin 60 kilometrliyində yerləşən Urmu gölü quruyacağı təqdirdə, 30 milyard ton duz açığa çıxacaq ki, bu da bölgə üçün ekoloji fəlakət yaradacaq. Əslində gölün qurudulmasının qarşısı alınarsa o zaman ekoloji fəlaakət də baş verməyə bilər. Çox təəssüf ki, İran hakimiyyəti bu istiqamətdə tədbir görmək fikrindən çox-çox uzaqdır. Çünki gö-lün qurudulmasına maraqlı olan İran hakimiyyətinin iyrənc məqsədi bütün düqnyaya olmasa da, dünyada yaşayan türklərə məlumdur. Urmu gölünün qurudulması minlərlə türkün öz ana yurdundan didərgin düşməsi ilə nəticələnəcək….hazırda bu problemin qarşısı alınması üçün bir sıra tədbirlkər görülür. Bizdə fürsətdən istifadə əslən Güney Azərbaycandan olan, hazırda İsveçdə yaşayan, fəaliyyət göpstərən, hüquqşünas Babək Azəri ilə bu mövzuda söhbət edərək bir hüquqşünas kimi onun da fikrini almaq istədik.
Babək bəy, bu günkü söhbətimiz Urmu gölü haqqında olacaq. Bildiyiniz kimi, bu gün Güneydə baş verən əsas hadisələr bu göl ətrafında cəriyan edir. Sizcə, bu gölün əhəmiyyəti nədədir ki bu qədər diqqət mərkəzindədir?
Cavab: Bir neçə il bundan öncə YUNESKO Urmu gölün dünyanın təbii sərvəti kimi qeydiyyatdan keçirmişdir. Bu da Urmu gölünün beynəlxalq əhəmiyyətli olduğunu nişan veriri. Və İran çərçivəsində də Urmu gölü milli və təbii sərvət sayılır. Bu nöqtey-nəzərdən, İran iqtidarının bir nömrəli vəzifəsi onu qoruyub saxlamadır.
Elə xəbərlər var ki, onları oxuyub və çox rahat da unuduruq. Amma bəzən elə xəbərlər olur ki,
oxuyandan sonra o bizimlə yaşayır və bizim zehnimizdə müxtəlif suallara səbəb olur. Elə bu növ xəbərlərdən biri də bu yaxınlarda Güney Azərbaycanda baş vermiş hadisə ilə bağlı eşitdiyimizdir. Belə ki, xəbər ondan ibarətdir ki, milli hərəkatın öyrənci fəallarından olan Hüseyn Yusifi bu il may ayında Güney Azərbaycanda baş verən milli qiyamın il dönümü münasibəti ilə etiraz aksiyasında iştirak etmişdir. Elə buna görə də ettellat məmurları onu küçədən oğurlayıb naməlum yerə aparmışdırlar. Onun ata - anası çalışmışdı ki, oğlunun diri və ya ölü olduğunu, həm də harda saxlandığını bilsinlər, amma təssüf ki, bu çalışmalar bir nəticə verməmişdi. Onu da qeyd edək ki, rejimin məmurları onlarla siçan - pişik oyunu oynamış, düz məlumat
Ətraflı: Güney Azərbaycanı əsarətdən qurtarmaqla, analarımızın oğul dağına intizarına son qoyaq!( Mülahizələrim, təklifim və reallaşması vacib olan məsələ )
Biz yaşadığımız dünyada müxtəlif millətlərin taleyi ilə bağlı çoxlu pis - yaxşı misallar çəkmək olar.Dünyanın bəzi yerlərində, misal üçün İsveçrədə və ya Kanadada müxtəlif millətlər müvəffəq olublar bərabər hüquqluluq şəraitində bir - biri ilə yaşayalar və qeyd etdiyim ölkələr dünyanın ən sərvətli və tərəqqi tapmış ölkələrindən sayılır. Amma dünyanın başqa yerlərində bəzi vaxtlar baş vermiş unudulmaz faciələrə şahidik.Məsələn, 1994 - cü ildə Afrikanın Ruanda ölkəsində hutu millətinə aid olan ekstrimist qüvvələr ancaq 3 ay ərzində tütsi millətindən təqribən bir milyon öldürüblər. Əlbəttə, bu faciə Afrikada baş verdi. II dünya müharibəsindən sonra belə bir fikir var idi ki, almanların yəhudilərə etdiyi cinayətlər heç vaxt Avropada təkrar olunmayacaq. Amma Yuqoslaviyada
Ətraflı: Ali Komitəni yaratmaqla, Ali Təşkilatın yaranmasına zəmin yaradaqTəqribən 28 ildir ki, İranda cəza qanunları və onların icra tərzi dünyada insan hüquqlarını müdafiə edən təşkilatların böyük başağrısı olub. Çünki tənqid və etirazlara baxmayaraq, hələ də İranın küçə - bazarlarında dar ağacı qurulur və cəza adına insanların əli kəsilir, gözü çıxarılır, daş - qalaq olunur və ya şallaq vurulur. Bu cür geri qalmış və dəhşətli cəza sistemində Güney Azərbaycanın siyasi məhbuslarının çox ağır vəziyyətini düşünmək çətin deyil. Xüsusən, son zamanlar Güney Azərbaycanda siyasi məhbuslara həddindən artıq təzyiq artmışdır. Bu yerdə mövzunun yaxşı açılması üçün qısa şəkildə cəza normalarının elmi baxımdan araşdırılmasını və sonra İranda cəza normaları, onların icra tərzi barəsində izahat verməyi məqsədə müvafiq hesab edirəm. Mən fikir edirəm bu
Ətraflı: Cəza normaları hüquq elmində və indiki İrandaHer kese belli olan bir gerçeği hatırlatıp sonra asıl konuya keçmek istiyorum Hepimizin bildiği gibi bir demokratik cemiyette muhalif mevki olabilir ve böyle bir durumda muhalif fikirlerin ortaya konması da çok önemlidir. Biz bir demokratik rabiteden konuşuyorsak ve bu demokratik rabiteni muhalefetsiz düşünemeyiz.
Fikrimi daha geniş aydınlatmak için şu cümleleri hatırlatmak istiyorum... “İnsan kendi muhalefetinden öyrenir. “ İnsanların eğitimi, yaşayışı, hayat tecrübesi vs. biri-birinden farklıdır. Onun için de onlar arasındaki içtimai, siyasi, bakışlar ve kültür meseleleri biri-birinden farklı olur. Bir demokratik rabitede bir mevzu müzakereye koyulur, çeşitli fikirler ortaya atılır ve neticede, mevzu ile alakalı bilgi üretilir yüksek fikirler bulunuyor. Bu çeşitli haberler içerisinde, sözsüz ki, kendi milli menfaatlerımıze uyğun olanını, milli değerlerimize zarar vermeyen fikirleri
1776 - cı ildə ingilis iqtisad alimi Adam Smid "Millətlərin sərvəti "adlı kitabını nəşr etdirmişdir. Elə bu kitab səbəb olmuşdur ki, iqtisad elminin təməli müstəqil bir elm kimi qoyulsun. O zamana qədər iqtisad, hüquq, siyasət və əxlaq ilə bir yerdə öyrənilirdi. İqtisad elmi bir müstəqil elm kimi ortaya çıxandan sonra, iqtisadçılar tərəqqi və inkişaf amillərin araşdırıb və çalışırlar gələcək haqqında proqnoz verələr.
Ətraflı: Azərbaycan qadınlarının faciəli durumu fars hakimiyyəti altındaYenə Mehr Ayı gəldi və Mehrin birində İranda məktəblər açılır. Amma bu açılış hər kəsə sevinc gətirmir!
Mehr ayının birində xüsusən, birinci dəfə məktəbə gedən Azərbaycanlı uşaqlar üçün bu gediş faciə sayılır. Çünki 7 yaşına qədər küçə - bazarda tay - tuşları, evdə doğmalrı ilə öz doğma ana dilində, yəni türk dilində danışan uşaqlar qəfildən milli dünyasından qopub yad aləmə düşürlər. Məktəbdə bəzi vaxt ağac gücünə və cərima qorxusu ilə bir əcnəbi dildə danışmağa məcbur olurlar. Uşaqlara
Ətraflı: Fars məktəbləri Azərbaycan uşaqlarının kabusuMilli aktiv Hüseyn Fərhudi Azərbaycanı sevdiyi üçün ağır işgəncəyə məruz qalmış, sinəsinin sümüyü sındırılmış və elə bu vəziyyətdə də edam edilmişdir.
Mənim birinci "Cəza normaları hüquq elmində və indiki İranda"yazım mətbuat orqanlarında və sitələrdə yayılandan sonra soydaşlarımız tərəfindən müraciətlər oldu.Onlar İranın cəza sistemi ilə əlaqədar müxtəlif suallar edirdilər. Və həmin suallar məcbur etdi ki, mən bu mövzunu açım. Əminəm ki, soydaşlarımız axtardıqları suallara burda cavab tapacaqlar
Ətraflı: İranın cəza sistemində siyasi məhbus anlayışıİranın atom proqramı istər atom bombası düzəltməklə və ya atom enerjisinin istehsalı ilə nəticələnə, hər iki halda Güney Azərbaycanın milli mənfətlərinə ziddi
Son günlər İran rejiminin atom proqramı çox ciddi şəkildə dünyanın, xüsusən də qərb ölkələrinin informasiya vasitələrində aktual olmuşdu. Fransanın tanınmış qəzeti "Fiqaro" bu barədə yazır : "İranın atom bombası düzəldib ortaya çıxması 2 - 3 ildən artıq vaxt aparmayacaq". Bu mövzu ilə əlaqədar bir neçə gün bundan qabaq Fransanın Xarici İşlər Naziri öz çıxışında İranın nüvə silahına əl tapması cəhdin qınayıb və onu dünyada sülhün ciddi təhlükəsi kimi qiymətləndirmişdi. Daha sonra xəbərdarlıq etmişdir ki, "Əgər İran nüvə silahı çabalarından əl çəkməzsə, dünya ən dəhşətli hadisənin -- İrana qarşı müharibəyə şahid olmasını nəzərə almalıdı. " Əlbəttə, bu fikirdən əsl məqsəd İranın
Ətraflı: İranın atom proqramının törətdiyi və törədəcəyi nəticələrميللي آکتيو حسین فرهودي آذربايجاني سئوديگي اوچون آغير ايشگنجهيه معروض قالميش، سينهسینین سومويو سينديريلميش و ائله بو وضعيتده ده اعدام ائديلميشدير.
منيم بيرينجي " جزا نورمالاري حقوق علمينده و اينديکي ايراندا " يازيم مطبوعات اورقانلاريندا و سيتهلرده ياييلاندان سونرا سويداشلاريميز طرفيندن موراجيعتلر اولدو. اونلار ايرانين جزا سيستئمي ايله علاقه دار موختليف سواللار ائديرديلر. و همين سواللار مجبور ائتدي کي، من بو مؤوضونو آچيم. امينم کي، سويداشلاريميز آختارديقلاري سواللارا بوردا جاواب تاپاجاقلار
Ətraflı: ایرانین جزا سیستئمینده سیاسی محبوس آنلاییشی1990 - dan 2007 - yə kimi İranda 24 uşaq edam olunublar və hal - hazırda 71 uşaq edam hökmünə məhkum olunub və həbsxanada onun icrasını gözləyirlər
Bir dəqiqə gözlərimizi yumsaq və uşaqların dünyasını ürəyimizin istədiyi kimi təsəvvür etsək, bu dünyada ancaq gözəllik, düzlük, eşq və təmizlik görəcəyik. Amma şirin röya dolu gözlərimizi İran adlanan məkanda açsaq, uşaqların acı vəziyyətin görərirk. Beləliklədə, bu şirin röya dəhşətli kabusa çevriləcək. Çünki bu dəhşətli məkanda uşaqların alış - verişi, küçə - bazarda dilənməsi, kərpic zavodu və ya xalça fabrikasında gündə 10 saatdan artıq işləməsinin və nəhayət, onların şallaq, həbs, edamla cəzalanmasının şahidi olacağıq.
Ətraflı: İran dünyada yeganə ölkədir ki, uşaqları edam edir!Şeyx Məhəmməd Xiyabani din xadimi olsa da, dünyəvi və demokratik siyasi sistemin tərəfdarı olmuşdur.
İnsanda ağıl olduğu üçün həmişə çalışır özündə və ətrafında baş qaldıran müxtəlif suallara qaneedici cavablar tapa. Elə bu da öz yerində qədim yunan fəlsəfəsinin yaranmasına səbəb olmuşdur. Fəlsəfə sözü yunan sözü olub və ”biliyi sevmək ” mənasındadır. Birinci dəfə Pythagoras bu kəlməni işlətmişdi. Ondan soruşmuşdurlar: ”Sən çox bilənsən ? ” Cavab vermişdi : ” Yox, mən filosofam, yəni biliyi sevənəm”.
Ətraflı: Güney Azərbaycanın Milli Hərəkatında mütərəqqi fikirli ruhanilərin roluشئيخ محمد خياباني دين خاديمي اولسا دا، دونيوي و دئموکراتيک سياسي سيستئمين طرفداري اولموشدور.
اينساندا عاغيل اولدوغو اوچون هميشه چاليشير اؤزونده و اطرافيندا باش قالديران موختليف سواللارا قانع ائديجي جاوابلار تاپا. ائله بو دا اؤز يئرينده قديم يونان فلسفهسينين يارانماسينا سبب اولموشدور. فلسفه سؤزو يونان سؤزو اولوب و " بيليگي سئومک " معناسيندادير. بيرينجي دفعه پيتهاگوراس بو کلمه ني ايشلتميشدي. اوندان سوروشموشدورلار: " سن چوخ بيلنسن ؟ " جاواب وئرميشدي : " يوخ، من فيلوسوفام، يعني بيليگي سئونم " .
Ətraflı: گونئي آذربايجانين ميللي حرکاتيندا مترقی فيکيرلي روحانيلرين رولوBu il, yəni 2007 - ci il İranda bir Azərbaycanlı kişi daş - qalaqla edam olunub və hal - hazırda 3 Azərbaycanlı qadın zindanda bu metodla edamı gözləyir!
Mən bu mövzunu hazırlayarkən çoxlu qaynaqlara baxdım və yazı ərsəyə gələndən sonra, etiraf edirəm ki, insanların çəkdiyi sonsuz əzabdan sarsıntı keçirtdim. Yenə qeyd edim ki, elə bu səbəbə görə, edama məhkum olub işgəncə ilə dəhşətli ölüm səhnələrindən yalnız bir neçəsini misal çəkməklə fikrima aydınlıq gətirdim. Ürəyi xəstə, ruhi problemi olan və çox həssas adamların bu yazını oxumasını məsləhət görmürəm.
Ətraflı: İran -- dəhşətli edamlar ölkəsi !Müharibə «müharibə əxlaqı»nı tələb edir və bu əxlaq olmadan qalib gəlmək mümkün deyil
Babək Azəri, Isveç
Amerikalı psixoloq alim, doktor S.L.A. Marşall müxtəlif müharibələri araşdıraraq bu nəticəyə gəlib - əgər əsgər müharibə zamanı düşmənin insan olduğunu hiss etsə, ona güllə atmaz və ya bunu çox çətinliklə edər. Elə bu səbəbə görə, müharibə zamanı hər bir ölkə çalışır ki, nizamlı təbliğatla düşməni qeyri - insan və ya dəhşətli bir şey kimi təqdim etsin. Adını çəkdiyimiz alim məlumat üçün qeyd edir:
“Əsgərlər uzaq məsafədən kağız üzərində rəsm olunan xalları nişan alıb vurmada çox uğur qazanırlar. Amma həmin məsafədəki xallar