Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı
Nəsrin
Rəzəvi tutulub
Təbrizdə
möcüzə baş verdi və Vəliəsr parkı açıldı
Güneydə
hərbi tədbirləri çoxaltmaqla milləti
hədələyirlər
Azərbaycanlı
tələbələrin qəzetləri birinci yer tutdu
Ərdəbil
şəhərində dilənçilərin sayı günbəgün
artır
ABŞ
Dövlət Departamenti ötən il ərzində İranda
azərbaycanlıların hüquqlarının tapdandığını
bildirib
Xoylu
fəal həbs olunub
Zəncanlı
tələbələrin cəmiyyəti bağlanıb
Nəsrin
Rəzəvi tutulub
Millətçi
aktiv Nəsrin Rəzəvi bugün, yəni 11 mart nahardan sonra
adamlar arasında bildiriş yayarkən nizami qüvvələr
tərəfindən tutulmuşdur və məlum olmayan yerə
aparılmışdır. Bugünlərdə Təbrizdə polis
və tıhlükəsizlik qüvvələrinin gücü artırılmışdır.Belə
düşünmək olar ki, gənc qadın işgəncə olub
və təzyiqə məruz qalıb.Hələ ki, onun real
vəziyyəti ilə əlaqədar heç bir doğru -dürüst
məlumat yoxdur.
Təbrizdə möcüzə baş verdi və Vəliəsr parkı açıldı
Təbrizdəki
Vəliəsr parkı 11 ildən sonra
açılıb.Bu cür parkın 11 ildən sonra açılması gülməli
olsa da, lakin həqiqətdir ki, vəziyyət belədir.Qeyd
edək ki, təkcə bu deyil, bu gün Təbrizdə yüzlərlə
yarımçıq qalmış layihələlə var ki, dövlət
büdcəsinin pul ayırmaması səbəbindən nə
tikilib başa çıxır, nə də biryolluq ləğv
olunur.
İran fars rejiminin agentlikləri hərdən
xəbər verirlər ki, filan proyektlə bağlı işlər
fiziki baxımdan 20 faiz yerinə
yetirilıb, bəzən də 80-90 faiz olduğunu iddia
edirlər.Amma bir -iki aydan sonra yenə özləri xəbər
verirlər ki, həmin iş cəmi 40 faiz həyata keçib.
Ataların
yaxşı bir məsəli var: Yalançının yaddaşı
olmaz".Çox təssüf ki, farsların bu kimi yaddaşsızlıqları
təkcə Güney Azərbaycanlılarla bağlı olur.
Güneydə hərbi tədbirləri çoxaltmaqla milləti hədələyirlər
Cumhuri
İslam Xəbər Agentliyinin verdiyi məlumata görə,
Bəsic silahlı qüvvələrin komandiri bildirib ki, təhlükəsizliyin
bu gün yalnız Bəsiclə mənası var.Və
onun fikrincə, inqilabı sevənlərə ümid və
inqilab düşmənlərinə başalçaqlığı
gətirir.
Son
zamanlar fars silahlı qüvvələrinin sayı təkcə
Makuda yox,Urmiyə, Təbriz, Xoy, Ərdəbil və s.Güney
Azərbaycan şəhərlərində artmışdı.
Müxtəlıf
bəhanələrlə hərbi
tədbirlər ictimaiyyətin çox olduğu yerlərdə, küçə
və bazarlarda keçirilir, kütləvi mətbuat orqanlarında --
radio və televizorda canlı nümayiş olunur.Bununla da millətə
hədə - qorxu gəlirlər.
Azərbaycanlı tələbələrin qəzetləri birinci yer tutdu
Bir
neçə gün bundan qabaq Urmiyə Universitetində İranın
10 vilayətinin tələbə
qəzetlərinin müsabiqəsi keçirilmişdir.Qeyd edək ki,
Azərbaycanlı tələbələr birinci yeri tutmuşdurlar.
Azərbaycanlı
tələbə qəzetçiləri tərəfindən "Səhər",
"Xəzər", Sayan" Ərdəbildən, "Haray"
Marağadan, "Bulud" və "İldırım"
Həmədandan, "Ərkin" İlamdan,"Yolbir"
Urmiyə tərəfindən iştirak edirdi.Amma qeyd edək ki,
Urmiyədən bir, Təbriz Universitetinden isə heç bir
qəzet iştirak etmirdi.Çünki bu qəzetlərin
fəaliyyəti təhlükəsizlik orqanları
tərəfindən bağlanmışdır.
Ərdəbil
şəhərində dilənçilərin sayı günbəgün
artır
Cumhuri
İslam Xəbər Agentliyinin verdiyi məlumata görə Ərdəbildə
dilənçilərin sayı 47 faiz artmışdır.Dövlət
orqanları bildirmişdirlər ki, bu problemi həll etməkdə
acizdirlər.
Bu
vəziyyətlə bağlı Ərdəbil
vilayətinin ictimai işlər rəhbəri qeyd edib ki,
bu ərazidə yerləşən yalnız bir qeyri -dövlət
müəssiəsi var ki, o
dilənçilərə yardım edir.Üstəlik onu da qeyd etmişdir
ki, bu müəssisənin öz işini qabağa aparmağa belə
büdcəsi yoxdur.
Dəfələrlə
deməyimizə baxmayaraq, yenə qeyd etməliyik ki,iqtisadi
durumun ağırlıqı ucbatından kəndlər boşalır,
orda yaşayanlar əvvəlcə Güney Azərbaycanın şəhərlərinə
iş dalıyca gedirlər.Çox zaman da onlar küçə -
bazarlarda kardon içində yatırlar.Ancaq yayda bir neçə günlük
ev təmirində, daş işində bəzi işlər tapa
bilirlər ki, bu da bir neçə gün çəkir və ilboyu işsiz
qalırlar.Bunun üçün də işsizlik ucbatından fars şəhərlərinə
üz tuturlar.
|
ABŞ Dövlət Departamenti ötən il ərzində İranda azərbaycanlıların hüquqlarının tapdandığını bildirib |
|
|
|
Hüquq
müdafiəçisi Faxtə Zamani bu ilin də kütləvi həbs dalğası
ilə başladığını deyir - yükləmək üçün
Amerika
Birləşmiş Ştatlarının Dövlət Departamenti
insan haqlarının vəziyyətinə dair 2006-cı il
üçün hesabatını Birləşmiş Ştatların özünün
bu sahədə göstəricilərinin tənqidlərə tuş
gəldiyi bir məqamda açıqlayıb.
Dövlət
katibi Kondoliza Rays və onun yardımçısı Barri Lovenkron
tərəfindən təqdim edilən hesabatın giriş
hissəsində Birləşmiş Ştatların bu
tənqidlərə hörmətlə yanaşdığı
və bu sahədə irəliləyiş əldə
edilməsi istiqamətində çalışdığı qeyd
edilir. Hesabatın maraq
doğuran hissələrindən biri İranda insan hüquqlarına
dair vəziyyətlə bağlıdır. Kanadalı
hüquq müdafiəçisi, Azərbaycanlı siyasi məhbusları müdafiə
assosiasiyasının
direktoru Faxtə Zamani bu ilki hesabatın İranda azərbaycanlılara
qarşı basqıları daha çox əks etdirdiyini deyir:
Amerika
Dövlət Departamentinin bu il insan hüquqlarının
vəziyyətinə dair hesabatında İranda Azərbaycanlıların
hüquqlarının pozulması hallarına geniş yer ayrılıb.
Ötən ilki hesabatla müqayisə eləsək deyə bilərik
ki, bu ilki sənəddə azərbaycanlıların ana dili hüququnun
pozulması, siyasi həbslər və təqiblər
məsələsinə daha geniş yer ayrılıb. Bunun
səbəbi nədir? Bir tərəfdən, İranda
azərbaycanlıların 2006-cı ildə öz hüquqları uğrunda
mübarizəni gücləndirməsi, digər tərəfdən,
beynəlxalq hüquq müdafiə təşkilatları
azərbaycanlı siyasi məhbusların
məsələlərinə ötən il ərzində daha çox
diqqət ayırıblar. Faxtə
Zamaninin sözlərinə görə, İranda azərbaycanlılar
ən adi hüquqlarından məhrumdurlar. Öz dillərində
təhsil ala bilmir, belə tələblərlə çıxış
etdikdə isə həbsə və təzyiqlərə
məruz qalırlar. Xanım Zamani deyir ki, təzyiqlərə
baxmayaraq azərbaycanlıların İranda öz haqları uğrunda
mədəni mübarizəsi davam edir. Hesabatda bir neçə
azərbaycanlı fəalın adı çəkilir. Onlardan biri
Ərdəbildə azərbaycanlı fəalların lideri Abbas
Lisanidir. Faxtə Zamani:
Hesabatda
adı keçən Ərdəbilli hərəkat lideri Abbas
Lisaninin məhkəməsi zamanı farsca danışmaqdan
imtina etməsinə görə ona daha ağır cəza verilib.
Abbas Lisani İranın heç bir qanununu pozmayıb həbs olunub.
Dövlət
Departamentinin diqqətini cəlb edən digər fəal
azərbaycanlı siyasi məhbusları müdafiə etdiyi üçün
həbsə atılan vəkil Saleh Kamranidir. Faxtə Zamani deyir
ki, Saleh Kamrani insan haqları müdafiəçisidir və onu ana
dilində təhsil və başqa mədəni haqlarını
tələb edənləri müdafiə etməsinə görə
həbs etmişdilər. Kamraninin ötən ilin May
hadisələrindən sonra qanunsuz həbsi barədə Dövlət
Departamentinin hesabatında məlumat verilir. Maraqlıdır
ki, İran rejiminin basqılarına məruz qalanlar arasında
şiə din xadimləri də var. Höccətülislam Əzimiqədim
kimi. Xanım Zamani deyir ki, milli hüquqlarının bərpasını
tələb edən ruhanilər basqılara məruz qalır:
Höccətülislam Əzimiqədim ruhani məhkəməsinin
ədalətsiz qərarı əsasında milli
fəaliyyətinə görə aylarla həbsdə olub. Faxtə
Zamani bildirir ki, İran rejimi 2007-ci ili də azərbaycanlıların
kütləvi həbs dalğası ilə başlayıb: 21
fevral Beynəlxalq Ana dili günü nümayişlərindən əvvəl
və sonra həbs olunan yazlərlə fəalın bir qismi
zəmanətlə azadlığa buraxılıb. Lakin
məhkəmə qərarından sonra onları yenidən
zindana qaytara bilərlər Qeyd
edək ki, İran hökuməti azərbaycanlıların və
digər qeyri-fars millətlərin Birləşmiş Ştatlar
və İsrail tərəfindən qızışdırılaraq
rejim əleyhinə mübarizəyə sövq edildiyini iddia edir.
İran prezidenti və ali ruhani lideri ölkədə
azərbaycanlıların milli hüquqlarının pozulmadığını
dəfələrlə bəyan ediblər. Bu iddiaların
və bəyanatların əsassız olduğunu deyən xanım
Zamaninin sözlərinə görə, İran hökuməti ölkədəki
millətlərlə sülh içində yaşamaq istəyirsə,
ilk növbədə onlara qarşı ayrı-seçkilik siyasətinə
və siyasi həbslərə son qoymalıdır.![]()
Hüquq
müdafiəçisi Faxtə Zamani bu ilin də kütləvi həbs dalğası
ilə başladığını deyir ![]()
http://voanews.com/azerbaijani/2007-03-10-voa4.cfm
|
Xoylu fəal həbs olunub |
|
|
|
"İran
Azərbaycanına pəncərə" proqramının
həftəlik xəbərlər icmalı - yükləmək
üçün Martın
7-də Xoyun Evrin dərnəyinin sədri Şirzad Hacılu
Ettelaat məmurlatrı tərəfindən saxlanılıb.
İran xüsusi xidmət orqanlarının 30-a yaxın əməkdaşı
fevralın 20-də cənab Hacılunu həbs etmək
məqsədi ilə evinə basqın etmiş, axtarış
aparmış, lakin onu tapa bilməmişdilər. Həmin
dərnəyin keçmiş sədri İbrahim Cəfərzadə
də fevralın 21-də həbs edilib. İranda azərbaycanlıların
hüquqları uğrunda hərəkatın tanınmış
fəallarından biri olan İbrahim Cəfərzadə Abbas
Lisani ilə birgə 2005-cildə Babək qalasına yürüşdə
iştirakına görə daha bir məhkəmə işi üzrə
müttəhimdir. O əvvəllər də Azərbaycan
fəallarının Savalan dağına yürüşləri
ilə bağlı həbs olunmuşdu.![]()
"İran
Azərbaycanına pəncərə" proqramının
həftəlik xəbərlər icmalı ![]()
http://voanews.com/azerbaijani/2007-03-10-voa2.cfm
|
Zəncanlı tələbələrin cəmiyyəti bağlanıb |
|
|
|
Fəaliyyəti
İranda Azərbaycanlıların mədəni hüquqları
ilə bağlı olan Zəncan Universiteti İslami
Cəmiyyəti Universitet rəsmiləri tərəfindən bağlanıb. Cəmiyyətin
sədri Davud Xuda Kərəmi bu xəbəri ILNA agentliyinə
verib. Məlumata əsasən, Universitet rəhbərliyi
qərarı cəmiyyət üzvlərinin İran qanunlarına
riayət etməməsi və 21 fevral ana dili günü nümayişlərində
iştirakı ilə izah ediblər. Zəncan
universiteti islami cəmiyyətinin bəzi üzvləri müxtəlif
vaxtlarda İran xüsusi xidmət orqanları tərəfindən
həbs edilib. Cəmiyyətin qurucularından biri - Reza Abbasi
hələ də Zəncan həbsxanasında saxlanılır.
Cənab Abbasi Beynəlxalq Amnistiya tərəfindən vicdan
məhbusu elan edilib.
http://voanews.com/azerbaijani/2007-03-10-voa3.cfm