Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 

 

 

Zəncan Universitetində ən güclü  tələbə təşkilatına qadağa qoyuldu

 

Zəncan Universitetinin ən güclü tələbə təşkilatı ki, tanınmış Azərbaycanlı aktivi Rza Abbasi və Yaşar Həqqakrup və digərlər onun üzvü olublar fəaliyyətinə qadağa qoyulub . Bu təşkilatın fəaliyyətinin dayandırılması  ilə bağlı əmri  Universitetinin İdarə Heyətinin sədri Əlirza Nədaf Üsküyi imzalayıb.

Əmrdə tələbə təşkilatı İran qanunlarına riayət bağlı əmri  etməməkdə, universitetin daxili nizamnaməsini pozmaqda, rektorluğun tələb və tapşırıqlarını yerinə yetirməməkdə, tələbə qəzetlərində və toplantılarında ölkə rəhbərliyini təhqir etməkdə, Beynəlxalq Ana Dili Günündə iğtişaşlara yol verməkdə və s. hadisələrdə ittiham edilib.

Xatırladaq ki, bu tələbə təşkilatını  bir çox üzvü bu il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən aksiyalarda iştirak etdiklərinə görə tutulub.

 

Ramil Sadiqi tutulandan aclıq aksiyasına başlayıb

 

Verilən xəbərə görə Ramil Sadiqi 21 fevral Ana Dili Günü Ərdəbildə tutulmuş və zindana salınmışdır.Keçən günkü məlumatımızda onun Ərdəbil mərkəzi zindana apralılacağı haqqında da xəbər vermışdik.R.Sadiqi tutulan gündən aclıq aksiyasına başlayıb.Onunla görüş yasaqlanıb.Və ən başlıcası odur ki, dustağın ciddi xəstəliyi var və tezliklə üzərində cərrahiyyə əməliyyatı olunmalı idi.Aldığımız məlumata görə son günlər səhhətində ciddi problem üzə çıxıb və vəziyyəti ağırlaşıb.

 Qeyd edək ki, İran cəza qanunlarına əsasən xəstə məhbusa imkan verilir ki, zindandan kənarda mualicə olunsun .R.Sadiqiyə nəinki bu imkan verilmir, hətta ona ailəsi ilə belə görüşmək yasaqdır.Ailəsi onun hal - hazırkı durumu ilə bağlı cox narahatdır və bu haqda insan haqları ilə məşğul olan təşkilat və komitələrə xəbər vermişdirlər.

 

Təbrizin millət vəkili  Güney kəndlərinin boşalmasından narahatdır

 

 

Təbrizin millət vəkili İşrət Saiqin İLNA Xəbər Agentliyinə verdiyi məlumata görə Güney Azərbaycan məktəblərində dərs deyən müəllimlərin məvacibi az olduğu üçün kəndlərdə dərs demək maraqları azalmışdı.Dövlət büdcəsindən ayrılan pulun azlığı və onlara lazımı qədər yetişməməsi nəticəsində onlar şəhərə başqa iş dalıyca getməli olurlar. Eyni zamanda qızların təhsili ilə bağlı da narahatçılığını bildirmişdi.Belə ki, orta və ali məktəbə daxil olan qızlar oxuduğu yerdə qalmaq üçün ucuz qiymətə özünə münasib ev tapmaması və yaşamaq üçün xərclərin baha olması ücbatından təhsillərində ciddi problem yaradır.O, qeyd etmişdir ki, mən bu haqda dəfələrlə məsələ qaldırmağıma, istər yazılı, istərsə də şifahi bildirməyimə baxmayaraq, heç bir nəticə alınmamışdır.

      Bu təkcə millət vəkili İşrət Şaiqiyə yox, İran mühitini tanıyan hır kəsə məlumdur ki, 27 ildir fars rejimi Güney Azərbaycanla münasibətdə ayrı - seçkilik davam edir.

  Güney Azərbaycanın kəndləri dəhşətli dərəcədə boşalır, şəhərlərdə də vəziyyət kənddəkilərdən bir o qədər də urəkaçan deyildir.Buna əsas səbəb Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə elektrik,su çatışmamazlığı,işsizlik və s.hallardır.Ən sonda isə büdcənin ədalətsiz bölgüsünü göstərmək olar.

 

Ərdəbildə spidin yaranmasına səbəb nədir ?

 

Ərdəbildə eyc (spid) və narkomaniya əleyhinə mübarizə idarəsinin rəhbəri bildirmişdi ki,eyc xəstəliyi 100 faiz artmışdır. Əlbətdə ki, Ərdəbildə bu cür dəhşətli halın yaranma səbəbini açıqlamamışdır.Sadəcə burada 5 komitə yarandığını və bunların məqsədi əhaliyə informasiya verib onları xəbərdar etmək olduğunu bildirmişdi.

Onların dəqiq sayı haqqında heç bir məlumat verməməsi ilə yanaşı, necə mualicə olunmaqları ilə də bağlı heç nə deməmişdir.

 

Fars şovenizminin yeni qurbanı

 

Ərdəbil idmançıları arasında böyük hörmətə sahib olan Əli dayı İranın milli futbol komandasının üzvü olmuşdur.Onun bu komanda üçüm çəkdiyi zəhmət hamıya bəllidir.Onun futbolda qazandığı uğur və mövqeylə bağlı Almaniyanın tanınmış futbolçusu Bekenbaer də vaxtı ilə öz sözünü demişdir. Amma İranda olan şovenist qüvvələr Əli dayı kimi türk futbolçusunu cox təhlükəli görürlər. Çünki onlar öz təbliğat aparatlarında İranın milli futbol komandasını çalışırlar ki, "fars ulduzları" adlandırsınlar.Amma orada türk millətindən olması onları incidir.Bu səbəbdən də Əli dayını müxtəlif bəhanələrlə oradan uzaqlaşdırır, gözdən salama və futbolda olan nöqsanları onun günahı kimi nişan vermək istəyirlər.

  Şovenist şovenistir,hansı sahədə olmasından asılı olmayaraq öz siyasətini yeridir.

Güneydə qadın daş-qalağı Türk dünyasına təhqirdir

 

Bu yaxınlarda  Urmiyədə 3 qadın daş - qalaq ediləcək.Onlar aşağIdakılardır:

1.Mələk Qurbani - 34 yaşında,Sulduzun kəndində doğulub və 13 yaşında bir qızı, 10 yaşında oğlu var. O, zina əməlinə görə  çox dəhşətli işgəncəyə məruz qalıb və sonra zindana salınıb.Onun qardaşı və əri zina etdiyi, yəni rabitədə olduğu adamı öldürüblər, amma buna baxmayaraq azadlıqda yaşayırlar.

2.Məhəbbət Mahmudi - 45 yaşında, əslən Urmiyəlidir və bir neçə uşağı, nəvəsi var.O, bir kişini qətlə yetirdiyinə görə cəzaya məhkum olunmuşdur.M.Mahmudi bildirmişdi ki,adam öldürmək fikri olmamışdır. Lakin onun namusuna təcavüz edib, zorlamaq istəyən,ölüm qorxusu , kişidən özünü müdafiə məqsədi ilə bu hərəkəti etmişdir və nəticədə o keçinmişdir.

3.Təhminə Daneş --30 yaşında, Sulduzun kəndində doğulub, 3 uşağı var.Oğlu Əmir 7, qızı Leyla 9 və digər qızı Samirə 13 yaşındadır.  

Təhminə də qətil  və zina əməlinə görə ittiham olunur.O, daş -qalaq edilməmişdən əvvəl 90 şallaq da yeməlidir.Qeyd edək ki, bu şallağın icrası bir gündə 3 mərhələ ilə həyata keçirilməlidir.O, da qəsdən adam öldürmədiyinin, ona təcavüz edən adamı özünü müdafiə məqsədi ilə vurduğunu bildirmişdi.

 Dünya miqyasında insana  ittiham vurulan zaman və məhkəmə zamanı azad şəkildə özünə vəkil tutub özünü müdafiə haqqı var.Amma İranda bu beynəlxalq hüquq normalarına riayət edilmir. Kimə ittiham vurulursa, o günahsız olduğunu sübut edə bilməz.  İstintaq  zamanı da müttəhim təhqirə, təzyiqə, işgəncəyə məruz qalır və məcbur olur ki, etmədiyi günahı boynuna alsın.

Qeyd edək ki, daş -qalaq olunacaq hər 3 qadın tərəfindən beynəlxalq insan haqları, təşkilatlar və xüsusi komitələrə bildirilmişdir ki, onlar təzyiqlər altında bunu etiraf etmişdirlər.

 Daş -qalaq əməliyyatı özü sadə proses deyil.Beləki dini fanatik bir adam tərəfindən xüsusi daşlar əvvəlcədən seçilir, o nə böyük, nə də balaca olmamaq şərti ilə müəyyən həcimdə olmalıdır. Bu əməliyyat həyata keçməmişdən bir neçə gün əvvəl ölümə məhkum olunmuş şəxsi bir yerə aparıb onun dəfn olunacağı yeri, əslində quyulayacaqları qəbri ona göstərirlər.Təkcə bu deyil, qaş -qalağa məhkum edilmişlə ümumiyyətlə sadistcəsinə rəftar edirlər.Beləki, hər gün onun sahab daş -qalaqla əzab çəkə - çəkə öləcəyini dönə -dönə ona xatırladırlar.Üstəgəl bəzən onun uşaqlarını da əməliyyat zamanı bu səhnəni görmək üçün o yerə gətirirlər və anasının allahı sevmədiyini, ona qarşı çıxdığı üçün cəzaya məhkum olunduğunu diqtə edirlər.Uşağın gözünün qabağında onu daş -qalaq edir və çox zaman da məcbur edirlər ki, anaya birinci daşı uşaq atsın.

 Bir də vurğulamaq istərdik ki, bu qadınlardan ikisi özünü müdafiə məqsədi ilə kişini vurmuşdurlar.

Bütün dünya insan haqları təşkilatlarının artıq bu məsələdən xəbəri var.

İslamdan qabaqkı  türk qadını at belində, üzü açıq kişilərlə bir məclisdə oturardı və onun xüsusi namus problemi yox idi.

  Qadınalrın bu cür zina halı ilə suçlanmaqlarının  bir neçə əsas səbəbi vardır ki, onlardan sosial şəraiti,iqtisadi çətinliyi göstərmək olar ki, bunu da İran rejimi süni şəkildə Güney Azərbaycanda yaradıb .

Əgər bu gün ictimaiyyətdə çeşidli xəstəliklər var, xəstənləri öldürməklə xəstəlik aradan getməyəcəkdir.Cəmiyyətdə mübarizə gərək xəstəliklə olsun, xəstə ilə yox.Amma məntiqlə baxanda görmək olur ki, İranın fars rejimi təqribən 27 illik hakimiyyəti dövründə qəti məntiqə və elmi təfəkkürə arxalanmamışdir.

 

Güney Azerbaycan Öyrenci Herekatı Tebrik edir

 

İsfend ayının ikisi (Dünya üzere Ana Dili günü) önceden elan edilmiş planlar esasında Güney Azerbaycan şeherleri ve bilim yurdlarında ezizlendi. Ağırlama törenleri İran’ın şuvinist rejimi terefinden şidetle serkub edildi. Bu arada dinc ve sivil yollarla doğma ana dilinde yazama arzusunda olanların bir çoxu tutqlandı. Tabriz, Urmu, Erdebil, Zenca, Sulduz, Qoşa Çay şeherlerinde durumun daha ağır olduğu söylenmekdedir. Fras şuvinizmi eli altında oyuncaq olan İran devletinin ağır basqılaerına rağmen milletimiz ve özellikle öyrenciler öz haqlarından vaz keçmeyeceklerine söz vermişler. Ele buna görede bu mitinglerde “İran’da TÜRK dilinin resmi olma” şuarı öyrencilerin temel istekleri ve sloganı olaraq seslenmişdir. Öyrencilerin yayınladıqlar çeşidli yazılar ve bildirilerde defelerce bu qonuya toxunulmuşdur. Bu qader tutuqlamalrın olması heçde ğerib değildir. Butun aktiflerimiz ve öyrenciler bile-bile böyle bir tutuqlamanın peşvazına getmişler. Bu arada milletimiz ise öz öyrenci balalrına destek olaraq ayaqlanmış ve ana dillinde medrse istemişdir. Kesin gelecek günlerde bu mitinqlerin milletler arası etgisi üze çıxacaqdır. Biz bu böyük başarını milletimize ve gencliğimize tebrik edirik. Bu tutuqlamalr bizi narahat etsede yene inancımızda varıq ve olacayıq. Çünkü ilk başda geleceye inanaraq yola çıxdıq.

 

Gelecek Bizimdir

 

GÜNEY AZERBAYCAN ÖYRENCİ HEREKATI

22.02.2007

Güney Azerbaycan Öyrenci Herekatının BMT’e başqanına muraciyeti

 

TÜRK DİLİ İRAN’DA RESMİ DİL OLMALIDIR

 

Sayın başqan

 

Bildiyiniz kimi bu gün İran’da en az otuz milyon Azerbaycan Türkleri yaşamamdadırlar. İran nüfusunun ekseriyetini teşkil etmesine rağmen bu millet öz ana dilinde ders alma haqına malik değildir. Güney Azerbaycan’da hatta bele bir dana Türk dilinde medrese yoxdur. İndiye qader minlerce mektup Güney Azerbaycan’ın aydınları ve öyrencileri terefinden İran hökümeti başçılarına sunulmuş, ama bu güne qader birine bele cevab verilmemişdir. 15-20 ilin içinde öyrenciler terefinden yüzler gösteri ve konferans düzenlenmiş ve hökmetden medeni bir formada bu haq teleb edilmişdir. 2006 May ayında ve 2007-inci ilin 21 Feb (Ana dili günü) gösterilerinde yüzler aydın, yazar, genç ve öyrenci tutuqlanıb ağır hebsler ve işkencelere maruz qalmışlar. Son günlerde onlarca öyrenci tutuqlanıb ve hebse atılmışdır. Tutulanlar barede Amnesty International  örgütü tarafından defalarca raporlar hazırlanmışdır.

Bizim esas isteyimiz Ana dilimizin azadlığı ve onun resmi bir dil durumuna getirilmesidir. Biz bir İnsan olaraq en ilkel haqqımızı isteyirik. Biz öz Ana dilimizde mekteb ve Üniversite isteyirik. Biz bu yolda olan savaş ve mucadilemiz tamamen exlaqi prensiblere dayanaraq, sivil ve medeni mübarizedir.

 

Sayın başqan

 

30 milyonluq bir milletin bu ilkel haqlarına nece göz yumub vaz geçmek olur? Biz bu gün size üz tutaraq yardım isteyirik. Siz elinizde olan yasal imkanlardan fayadalanaraq İran rejimini uluslar arası basqıya tutub, bizim haq sesimizi dünyaya çatdırabilirsiniz. Biz Güney Azerbaycan’da tutuqlamara son verilmesini ve TÜRK dilinin resmi olmasın teleb edirik

 

Derin hörmet ve saygılarımızla

 

Güney Azerbaycan Öyrenci Herekatı

GELECEK BİZİMDİR

2007-02-22