Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 

 

Gəlin Güney Azərbaycanın səsin türk dünyasına yayaq

   Əziz oxucular

 Günüy Azərbaycan Böyük Türk Dünyasının bir hissəsidir və həm də öz ləyaqətinə görə dəyanətli, həm də ayrılmaz hissəsidir. Bu gün Güneydə baş verən qanlı ixtişaşlar hər birimizi sarsidir və fars şovinizmin bu haqsizliqa son qoyması üçün çalışmalıyıq.Bu səbəbdən də xahiş edirem Günüylə bağlı irili .. xırdalı hər bir xəbəri latın qrafikası ilə bəzə göndərməkdən çəkinməyəsiniz.Bilməlisiniz ki, siz bununla VAHİD, BÜTÖV AZƏRBAYCANIN yaranmasına xidmət edirsiniz.Bütün dərdlərimizin dərmanı, QARABAĞIN biryolluq həlli o taylı, bu taylı AZƏRBAYCANIN birləşməsindəm keçir. ASİF ATA deyir:”Azərbaycan birdir, əgər o ikidirsə, demək o heç yoxdur”.Hər şey bir olan Azərbaycan naminə!

eluca@box.az

Xoyda gəc istehsal edən fabrikin işçiləri 5 aydır ki, aylıq maaşlarını almırlar

 

Xoyda gəc istehsal edən fabrikin işçiləri 5 aydır ki, aylıq maaşlarını almırlar.İşçilər bu haqda İLNA Xəbər Agentliyinin jurnalistinə xəbər verərək bildirmişdirlər ki, burada cəmi 50 nəfər işçi çalışır və gəcin istehsalı, eyni zamanda satışı ilə əlaqədar heç bir problem yoxdur.Amma bütün bunlara baxmayaraq işçilərin maaşı verilmir.Onların məlumatı var ki, müdiriyyət bu fabrikdə olan işçinin bir hissəsini işdən azad etmək istəyir və ora yeni işçi götürmək istəyindədir.Azərbaycanın qərb vilayətinin məsullarından xahiş etmişdirlər ki, bütün bunları və həmçinin qarşıdan Novruz Bayramı gəldiyini nəzərə alıb gec olmayaraq bu işi müsbət həll etsinlər.

  Qeyd edək ki, Güney Azərbaycanda fabriklərin bağlanması və işçilərin işdən azad edilməsi artıq adət şəklini almışdır.

 

Təbriz içməli su problemi qarşısında

 

İLNA Xəbər Agentliyinin verdiyi məlumata görə Təbrizin içməli suyu artıq gəlir.Qeyd edək ki, keçmiş iki gündə Təbrizdə içməli su olmamışdir.

  Buna səbəb Zərrinə çayından Təbrizə gələn su borularının dağılıb sıradan çıxması idi.Xatırladaq ki, keçmiş 48 saat ərzində Təbrizin heç bir yerində su olmamışdır.Bu hal keçən il də tez - tez təkrar olmuşdur.Bu işə məsullar söz vermişdirlər ki,Təbrizə ikinci su xətti çəkiləcək, lakin bu sözə əməl olunmamışdir.

 

 

Kürd terror təşkilatının üzvü Xoyda yaxalandı

 

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Xoyda keçən gün kürd terror qrupu olan pejakın bir üzvü tutulmuşdur. Belə ki, Xoyda hərbi manevr zamanı həlak olmuş bir neçə hərbiçinin yas mərasimi zamanı bir nəfər burada filim və əks çəkirmiş.Onu həbs ediblər və etiraf edib ki, pejak tərəfindın xüsusi aldığı tapşırığa əsasən edir. 

 

Zəncanda iki aktiv hələ də zindanda saxlanılır

 

Zəncanda 21 fevral Ana Dili Günü ilə bağlı xəbər verilir ki, hərəkatın aktivlərindən 2 nəfər Cəlil Qənilu və Səfərəli Xoeni hələ də zindandadırlar.Bu iki məhbusun ailəsi zindana onun yanına getmiş və zindanın məsulu ilə danışmışdırlar.O, bildirmişdi ki, bu iki nəfər hələ sorğu - sual davam edir.Cəlil Qənilunun qardaşı Təvəkkul bəy bildirmişdi ki, qardaşının azadlığa buraxılması üçün tələb etdikləri zəmanəti vermələrinə baxmayaraq, məhkəmə hələ də verdiyi sözə əməl etməyib və onu azadlığa buraxmayıb.

 

İranda qadınlar günü tədbir keçirilməsi qadağan edildi

8 Mart Dünya Qadınlarının Bayramı olduğu üçün dünyanın hər yerində olduğu kimi İranda da qadınlar bugünü bayram edilir.Lakin İranın Təhsil Nazirliyi bu günlə bağlı İranın Universitetlərində heç bir tədbirin keçirilməsinə  icazə vermir. Əgər keçirilərsə, əks halda ittilaat polisi tərəfindən təzyiqə məruz qalacaqlar.

Hər il olduğu kimi bu il də Güney Azərbaycan ərazisində olan universitetlərdə kütləvi tədbirlərin keçirilməsi gözlənilir vəehtimal var ki, bu da ittilaat məmurları ilə toqquşmaya səbəb olsun.

.

Qumda siyasi həbslər davam edir

Qumdan aldığımız məlumata görə,milli hərəkatın aktivləri -- İbrahim Kazimi, Məsud Pejman , Əli Abdullahi məhkəmə qarşısında cavab verməyə hazır olmaları haqqında xəbərdarlıq almışdılar.Bu hər üç aktiv keçmişdə ittilaat tərəfindən tutulmuş, sorğu- sual edilmiş və məhkəmənin qazisi tərəfindən bunlara pantürküst və hakimiyyətə zidd damğalar vurulmuşdu.

Qeyd edək ki, onların arasında Əli Abdullahi Qumun ittilaat məmurları tərəfindən ağır işgəncələrə məruz qalmışdı.

   

Tehran rejiminin səbri Əkbər Ələmi ilə sona çatdı

   

Təbrizin millət vəkili Əkbər Ələmi İran parlamenti tərəfindən yalan danışmaq, böhtan atmaq,şəxsiyyəti təhqir etmə ittihamları ilə günahlandırılaraq dövlət işçilərinə məxsus məhkəməyə çağrılmışdır.

İLNA --nın verdiyi məlumata görə, Əkbər Ələmi İran parlamentində Müdafiə Nazirliyini Azərbaycanlıların may 2006 -cı ildəki kütləvi mitinqlər zamanı  Silahlı Qüvvələrin

onlarla rəftarı ilə bağlı iki sual vermışdir:

1.May hadisələri zamanı İran rejiminin Silahlı Qüvvələrinin onlarla kobud rəftarı---nümayişçiləri döymələri, vurmaları və sair.

2.Silahlı Qüvvə komandirlərinin siyasi məsələyə müqaxilə etmələri və bəzi millət vəkilləri ilə münasibətdə özlərini pis aparmaları.

Bu işdə əsasən Silahlı Qüvvələrin "Bəsic" və "Supa" hərbi hissələrinin komandirlərini suçlamışdır.

Əkbər Ələminin məhkəməyə çağrılması onun silahlı qüvvələrdən suallarına cavab tapmaq istəyi ilə bağlıdır.

 

İmamzamanın əsgərləri fars faşizminin yardımına gəldi !!!

 

İranın İttilaat Nazirliyi bildirir ki,  onun nümayəndələri --- imamzamanın adsız əsgərləri  neçə nəfər jurnalisti xarici qüvvələrlə əlaqədə olmaları və separatçılarla işbirliyi qurduqları üçün tutulmuşdurlar.

İLNA --- nın verdiyi məlumata görə  İttilaat Nazirliyi iddia edir ki, tutulanlar hər ay külli miqdarda pul aldiqlarını etiraf edirlər.Yenə orada belə məlumat verilir ki, onların İranda milli münaqişə salmaları üçün ABŞ tərəfindən xüsusi gəstəriş alıblar.

Tutulanların və yerin adı konkiret bildirilməsə də, son günlər 21 və 26 - sı fevralda Güney Azəbaycanlılar arasında  tutulanların arasında coxlu jurnalist olmuşdur. Cox güman ki, bu ele Güney Azərbaycanlılar yaşayan vilayətlərdir.

   

Rza Abbasi şərti azadlığı istəmir

Milli hərəkatın tanınmış aktivlərindən olan Rza Abbasi Zəncanın İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə zindanda həbs cəzasəna məhkum olunmuşdu.İranın cəza qanunlarına görə o 6 ay yatdıqdan sonra şərtlə azadlığa buraxıla  bilər .Amma Rza Abbasi şərtlə azad olmağı istəməyib.Çünki o özünü günahsız bilir.

 

Fars faşizmi əskinazlara öz nişanını vurmaq istəyir

   

İranın mərkəzi bankı bu yaxınlarda yeni əskinazlar buraxmaq fikrindədir və onun üzərində Həzrəti Məhəmmədin bu kəlamını yazmaq qərarına gəlmişdir :"Əgər elm, bilgi göyün əlçatmaz qatında olsa da, fars ölkəsində yaşayan kişilər onu əldə edəcəklər".

Baxmayaraq ki, İranda müxtəlif millətlər yaşayır, amma farslar hər məsələdə özlərini qabağa çəkməklə irqi ayrı -  seçkilik salırlar.

 

Güney Azərbaycanda əlillər ağir durumdadır

 

KAR İran agentliyinin verdiyi məlumata görə, Güney Azərbaycanın şərq vilayətində Əlillər Cəmiyyətinin rəhbərliyi bildirmişdi ki, burda 210 min əlil var və onların ancaq 30 mininin xüsusi sənəd verilib.Sənəd verilənlərə Əlillər Evi (farslar buna behsizisti deyirlər ) onların yaşayışına yardımçı olublar.Qalan

180 mini allahın ümidinə buraxılıb.Qeyd edək ki, bu əlillər çoxu İran -- İraq müharibəsi zamanı bədən xəsarəti almış insanlardır və İran rejimi təbliğat aparmışdı ki,onlar canlı şəhiddirlər. Amma bütün bunlara baxmayaraq, o diri şəhidləri yardımsız buraxmışdı.

 

Təbrizdə traktor və maşın fabriki iflic ola bilər

 

İlNA Xəbər Agentliyinin verdiyi məlumata görə Təbrizin millət vəkili İşrət Şaiq bəzi İşçi Evində olmuş və bildirmişdi ki,traktor və maşın fabrikasının  ciddi himayətə ehtiyacı var. O, bildirmişdi ki, dövlətin traktor fabrikinə 150 milyard tümən borcu var və bu müəsissənin fəaliyyətinə ciddi zərba vurur.Millət vəkili qeyd etmişdi ki, eyni təhlükə maşın fabrikini də yaxalayıb.O da iflic ola bilər.O, işsizliyi və evsizliyi böyük problem adlandırmış və onun diqqətlə həll edilməsini istədiyini bildirmişdi.

Elə bu xəbərin özü göstərir ki, İran rejimi Güney Azərbaycanda bu cür siyasət yeritməklə süni şəkildə işsizliyi artırir və xalqa təzyiqi gücləndirir..