Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 

 

Gəlin Güney Azərbaycanın səsin türk dünyasına yayaq

   Əziz oxucular

 Günüy Azərbaycan Böyük Türk Dünyasının bir hissəsidir və həm də öz ləyaqətinə görə dəyanətli, həm də ayrılmaz hissəsidir. Bu gün Güneydə baş verən qanlı ixtişaşlar hər birimizi sarsidir və fars şovinizmin bu haqsizliqa son qoyması üçün çalışmalıyıq.Bu səbəbdən də xahiş edirem Günüylə bağlı irili .. xırdalı hər bir xəbəri latın qrafikası ilə bəzə göndərməkdən çəkinməyəsiniz.Bilməlisiniz ki, siz bununla VAHİD, BÜTÖV AZƏRBAYCANIN yaranmasına xidmət edirsiniz.Bütün dərdlərimizin dərmanı, QARABAĞIN biryolluq həlli o taylı, bu taylı AZƏRBAYCANIN birləşməsindəm keçir. ASİF ATA deyir:”Azərbaycan birdir, əgər o ikidirsə, demək o heç yoxdur”.Hər şey bir olan Azərbaycan naminə!

eluca@box.az

Ehsan Fərmaninin ittihamı məlum olmamışdan zindana göndərilib

21fevral 2007- ci il Ana Dili Günü münasibəti ilə Ərdəbil şəhərində keçirilən mitinq zamanı iştirak etmiş Ehsan Fərmaninin neçə gündür tutulmasına baxmayaraq, ittilaat onun istintaqını hələ də davam etdirir.Tutulan gündən Ərdəbilin mərkəzi  zindanının gənclər bölməsində saxlanılır.Lakin ona vurulan ittiham haqqında heç bir informasiya verilmir.

 

Ramil Sadiqi zindanda canı təhlükə altındadır

 

Güney Azərbaycanda yaşayan Ramil Sadiqi ittilaat məmurları tərəfindən atası evindən aparılmış və gizlin yerdə saxlanılır.İttilaat məmurları onu işgəncə altında təkadamlıq kamerada saxlayırlar və ailəsi ilə görüşməyə icazə vermirlər.Bununlada onu işlətmədiyi günah üçün etiraf etməsinə nail olmaq istəyirlər.

  Məlumat üçün qeyd edək ki, Ramil Sadiqi ciddi xəstədir və üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır.Ailəsi və yaxınları onun səhətti ilə bağlı cox narahatdırlar.

 

Hüseyn Səbəbiyə təzyiq davam edir

 

21 fevral 2007 -ci il Ana Dili Günü ilə bağlı hadisələr zamanı Ərdəbildə tutulmuş 27 yaşlı Hüseyn Səbəbi bir neçə gün sorğu -sual və istintaq  olunduqdan sonra məhkəmə nümayəndəsi Qazi Həsənzadə onu 5 milyon tümənlə müvəqqəti azadlığa buraxılması üçün zəmanət vermişdir.

 Ona vurulan ittihamlar bundan ibarətdir:adamları yığıb ixtişaş salma, milli hərəkatla bağlı bildirişlər yayma və Tehran rejiminə qarşı çəxması.

 

Fars faşizmi Marağada yas törənlərin fars dilində kecirilməsini istəyir

Aldığımız məlumata görə Tehran rejimi Marağadakı evlər idarəsinə xüsusi və bir balaca da gülməli bildiriş göndərmişdi.Bildirişdə deyilir ki, orada adam ölərkən türk dilində sənəd yazmaq və yas haqqında bu dildə bildiriş vermək yasaqdır.Əgər əmrə eməl olunmazsa, türk dilində sənəd yazılarsa, cəzalandırılacaqlar.

Fars rejimi diriləri ölülərə görə hədələyir.Sağlığında fars dilində danişmağa məcbur edilən millət öləndə ərəb dilində oxunan dualarla son evinə yola salınır.Bəs bu nə vaxt genetik yaddaşından istifadə edəcək.Axə, sizin inamınıza görə hamını allah yaradıb və nə yaratdiğını bilərək yaradıb.Siz onun yaratdığına niyə bu qədər müdaxilə edirsiniz ?

 

Tehranda Ermənistan Səfirliyi qarşısında tutulanlar  hələ də buraxılmayıb

Cox mötəbər mənbədən aldığımız məlumata görə 26 fevral Xocalı Soyqırımının Tehrandakı Ermənistan Səfirliyinin qarşısında keçirildiyi zaman tutulan soydaşlarımızın inqilab məhkəməsi tərəfindən zəmanətlə azadlığa buraxılması razılığına gəlmışdirlər.Amma tutulanlar içində yalniz Əkbər Azada bu hal şamil edilməmişdir.Çünki ona vurulan ittihamlar daha ağırdır və onu Tehrandakı Evin zindanına aparmaq qərarına gəlmişdirlər.

 Tutulanlar bunlardır:

1.Əkbər Azad --türk dilində uşaq yazarı, jurnalist, mədəniyyət işçisi, milli düşüncəli siyasi aktiv.

2.Vəhid Məhəmmədzadə--tələbə.

3.Aran Məhəmmədzadə --tələbə.

4.Seyyid Hüseyni Mehdad ---tələbə.

5.Seyid Mustafa Müsəvi  ---azad ticarətlə məşğuldur.

 

Güney Azərbaycanın Şərq vilayətindən sərmayəçilər qaçırlar

 

Azərşəhr və Üskünün millət vəkili Tehran parlamentində demişdir ki, Güney Azərbaycanın şərq vilayətlərini işsizlik hədsiz dərəcədə üstələyib.Həmçinin qeyd etmişdir ki, müvəqqəti iş verdikləri adamların da çoxunu işdən azad edirlər.Lakin bütün bunlara baxmayaraq, Güney Azərbaycanın şərq vilayətində coxlu imkan var ki, sərmayə qoyulsun və iqtisadiyyat inkişaf edib artsın.Amma heç bir iş adamı bura kapital qoymur və öz kapitallarının batmayacağına zəmanət istəyirlər.O qeyd etməyib ki, niyə bura kapital qoymaq istəyən iş adamları narahatdırlar.

Amma qeyd edək ki, buna səbəb kimi Tehran rejimi bura lazım olan ehtiyatları, materialları vermir və fabriklərin iflasa uğramaq təhlükəsi güclüdür.

   

Güney Azərbaycanda poladın bahalaşması  istehsalı dayandırır

   

Təbrizdə çəllək istehsal edən fabrikin müdiri Əmir Ağazadə poladın qiymətinin gün..gündən artdığını demişdir.Hətta çəllək istehsalı üçün gərək olan polad vərəqlərinin qiymətinin sürətlə artması imkan vermir ki, 3 aylıq mədaxil və məxaric xərclərini əvvəlcədən müəyyən edəsən.Bu da sifarişçilərlə qiymət sövdələşməsində ciddi problem yaradır.Qeyd edək ki, Güney Azərbaycanın şərqində bahalaşma sürətlə artır.