Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 

 

Gəlin Güney Azərbaycanın səsin türk dünyasına yayaq

   

Əziz oxucular

 

Günüy Azərbaycan Böyük Türk Dünyasının bir hissəsidir və həm də öz ləyaqətinə görə dəyanətli, həm də ayrılmaz hissəsidir. Bu gün Güneydə baş verən qanlı ixtişaşlar hər birimizi sarsidir və fars şovinizmin bu haqsizliqa son qoyması üçün çalışmalıyıq.Bu səbəbdən də xahiş edirem Günüylə bağlı irili .. xırdalı hər bir xəbəri latın qrafikası ilə bəzə göndərməkdən çəkinməyəsiniz.Bilməlisiniz ki, siz bununla VAHİD, BÜTÖV AZƏRBAYCANIN yaranmasına xidmət edirsiniz.Bütün dərdlərimizin dərmanı, QARABAĞIN biryolluq həlli o taylı, bu taylı AZƏRBAYCANIN birləşməsindəm keçir. ASİF ATA deyir:”Azərbaycan birdir, əgər o ikidirsə, demək o heç yoxdur”.Hər şey bir olan Azərbaycan naminə!

eluca@box.az

Urmiyədə tutulanlar işgəncəyə məruz qalıblar

Urmi Nyuz Xəbər Agentliyinin verdiyi məlumat  görə 21 fevralda Ana Dili Günü ilə bağlı keçirilən tədbirdə tutulanlar güclü şəkildə döyülmüşlər. Onların ailələrindən alınan məlumata görə ümumi vəziyyətləri qənaətbəxş deyildir və halları getdikcə ağırlaşır.

  Tutulanlar içərisində ”Fərdayema” həftəlik qəzetin jurnalisti  və yazar İsmayıl Cavadi də var.Onun döyülməkdən aldığı bədən xəsarətinə görə vəziyyəti ağırlaşmış, lakin buna baxmayaraq şəxsi ailəsini də xüsusi nəzarətdə saxlayırlar ki, onun haqqında mətbuata və kənar yerlərə heç bir məlumat verməsinlər.

   Tutulanlar arasında haqqında ikinci məlumat  verilən dustaqsa, Əbülfəz Aliludur ki, ailəsi onunla olan görüşü qısa şəkildə belə təsvir etmişdirlər:”Verilən işgəncələrdən ayaq üstə dura bilmirdi.”

 Son hadisələr zamanı tutulan soydaşlarımız haqqında heç bir ürəkaçan məlumat olmasa da, lakin millətimizin gələcəyi naminə canını fəda edənlər haqqında yazıb və hamını düşünməyə vadar etməliyik.

 Unutmayaq ki, qəhrəmanlar bir evdə doğulsalar da, lakin sonda əməllərinə görə hər evə və hər kəsə  məxsus olurlar.

 

Erməni və fars şovinistlərinin türklərə qarşı iş birliyi

 

Tehran rejiminin rəsmi nəzarəti ilə yayılan ”Bastab” sitəsinin  verdiyi məlumata görə  Təbrizdə Erməni Xəlifə şurası qabağında  və Tehranda  Ermənistan Səfirliyinin qarşısında 26 fevralda Xocalı soyqırımı ilə bağlı olan  kütləvi nümayiş haqqında  bildirir ki, iran rejimi rəsmən erməniləri müdafiə etmişdir. Həmçinin bu haqda İran parlamentində olan erməni deputatı Qeorik Vartanın çıxışı da maraq doğurur.Həmin gün iki böyük şəhərdə Azərbaycanlı türklərin keçirtdiyi mintinqi pantürküstlərin səfirliyə həmləsi adlandırmış və bununla əlaqıdar əvvəlcədən İranın rəsmi dairələrinə və eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşlarına xəbər verdiklərini bildirmişdir.Beləliklə, nümayişə icazə verilməmişdir və onlar tutulmuşdurlar.Erməni və fars şovinistləri birləşərək Xocalı soyqırımı ilə bağlı milli kədərini bildirən nümayiş iştirakçılarına pantürkist damğası vurmuş və 27-28  fevralda da xəbər verdiyimiz kimi tutulanları həbs edərək işgəncəyə məruz qoymuşdurlar.

 

İspaniya və Portuqaliya Urmi dənizinə maraq göstərirlər

   

Cumhuri İslam Xəbər  Agentliyinin verdiyi məlumata görə İspaniya və Portuqaliya Urmi dənizində olan bəzi mədənləri istismar etməyə maraq gostərir.İranın mədən Evinin rəis müavini Məhəmmədrza Bəhraminın  dediyinə görə Urmi dənizində bir çox nemətlər var ki, o dünyada çox az təsadüf olunan maddələrdən hesab olunur. O cümlədən, mənyəzom adlı xüsusi maddədir ki, çox az tapılır.

 Diqqət etsək görərir ki, Güney Azərbaycanda bu qədər təbii nemətin olmasına baxmayaraq, burda Azərbaycanlılarla bağlı heç bir məsələ müsbət həll olunmur.Beləki, 27 ildir Urmi dənizi üzərində Urmiyə və Təbriz şəhərlərini birləşdirən körpü çəkilməsinə başlanmışdır,amma çox təəssüf ki, iş hələ də bitməyərək yarımçıq qalır.

   

Erməni və fars iş birliyi genişlənir

   

Cumhuri İslam Xəbər Agentliyinin verdiyi məlumata görə Ermənistanın Enerji Naziri İranın Xarici İşlər Naziri ilə görüşüb və İranın xarici İşlər Naziri Müttəki İran və Ermənistanın əlaqəsinin tarixən olduğunu və bu əlaqənin getdikcə genişlənəcəyini, bütün sahələrdə davam edəcəyini, eyni zaman da  ermənilərə verilən qaz və işığın artırılacağını bildirmişdir. Qeyd edık ki, bu təzə xəbər deyil və dünənki xəbərlərimizdə də bu haqda məlumat vermişdik.Lakin məsələ ondadır ki, İranda 35 milyon Azərbaycanlı türkün yaşamasına baxmayaraq, iran rejimi heç nədən çəkinmədən ermənilərə yardım edir və bu haqda bütün mətbu orqanlarda, qəzet, radio, televiziyada məlumat verməkdədır.

 

İran rejimi texnika ilə savaşır

 

Cumhuri İslam xəbər Agentliyinin verdiyi məlumata görə Təbrizdə ittilaat məmurları tərəfindən 110 krosnu antenia quraşdıran kiçik emalatxana bağlanıb, 2310 krosnu müsadirə edilib və bu işlə bağli iki nəfər işçi tutulub.Qeyd edək ki, may hadisələri zamanı Təbrizdə və digər Azərbaycanlılar yaşayan ərazilərdə krosnular kütləvi şəkildə ittilaat məmurları tərəfindən binaların üstündən kəsilib atılaraq məhv edilmişdi.İndi də dövlətin xüsusi adamları vertaliyotla havada binaların üzərində uçaraq, onları yığıb məhv edir. Buna əsas səbəb GÜNAZ televiziyasının verlişlərinin Güney Azərbaycanda yayılmasının qarşısını almaq və feodalizm cəmiyyətində yaşayan İrandakı soydaşlarımızın gözlərinin həqiqəti görməsinin və qulaqlarını həqiqi sözə bağlı qalmasını təmin etməkdir.

   Bir əsr bundan qabaq ulu Sabir demişkən… Mənsə alim olum, millət batsa da, batsın, nə işim var…

   Həqiqət nə gözlə görünür, nə də qulaqla eşidilir. O, İDRAKla dərk olunur.

 

 Ərdəbil vilayətində su problemi

 

Ərdəbilin millət vəkili İran Paralmentində bildirmişdi ki, Ərdəbildəki əkinçilik sahələrinin xilas yolu bundadır ki, Qızılüzən çayının suyunu əkin sahələrinə doğru yönəltmək lazımdır.Çünki Ərdəbil vilayətində olan yeraltı su ehtiyatı tükənib və nəinki əkinçilikdə, hətta əhalinin də içməli suya ehtiyacı ödənmır, saatlarla susuzluq halları baş verir.

 Qeyd edək ki, təkcə Ərdəbildə deyil, Güney Azərbaycanlıların yaşadığı bütün regionlarda suyun çatmaması xüsusi problem yaradıb və İran rejimi buna diqqət yetirmir.İşıq və su ilə əlaqədar İran Parlamentində ayrılmış xərclər qənaət… bəxş olsa da, lakin Güney Azərbaycanlılar yaşayan ərazilərə çəkilən xərclər kafi deyildir.

 

 Azərşəhrin xəstəxana problemi

Azərşəhrin fərməndarı şəhərdə olan xəstəxana ilə bağlı öz narahatçılığını bildirmişdi.Şəhərdə 96 nəfərlik bir xəstəxananın olduğunu qeyd edən fərməndar, burada olan imkanların 50 çarpaylıq xəstəxanadan da aşağı səviyyədə olduğunu vurğulamışdı.Xəstələrin şəfa tapması üçün burda tam imkan olmadığına görə onların başqa şəhərə getməyə məcbur olduqlarını, əsasəndə Təbrizə üz tutduqlarını bildirmişdi.

 Qeyd edək ki, Azərşəhirdə 97 min əhali yaşayır və çox adamın maliyyə imkanı yoxdur ki, xəstələnərkən başqa şəhərə üz tutsun.

 Öz xərcinə sağalmaq imkanı olmayan xəstələr həkim nəzarəti olmadan, qayğı ehtiyaci ilə evdə baş- başa qalırlar.

   

Güney Azərbaycanda İran dövlət qəzeti baykot olunur

”Bastab” Tehran rejiminin xüsusi xəbər agentliyinin verdiyi məlumata görə

gündəlik çap olunan ”İran” rəsmi dövlət qəzetinin tirajı və keyfiyyəti aşağı düşmüşdü.Bu qəzetin çapı  350 min nüsxədən 100 min nüsxəyə enmişdir. Xəbər Agentliyi bunun əsas səbəbini gizlədirlər. Lakin buna əsas səbəb   2006 -cı il may hadisələri olmuşdur.

 Beləki, kütləvi ixtişaşa səbəb olan hadisələrin bünövrəsi burda Azərbaycanlıların böcəyə oxşadılması olmuşdu.

 

Ramin Ulutürk tutulub

Ərdəbildən aldığımız mötəbər mənbəyə əsasən 10 gün bundan qabaq Ərdəbildə keçirilən 21 fevral Ana Dili Günü ilə bağlı kütləvi mitinq zamanı ittilaat məmurları tərəfindən Ramin Ulutürk  tutulub və təkadamlıq kamerada saxlanılır və hətta ailəsinin belə  işə qarışmasına imkan verilməmişdir. Məlumat üçün deyək ki, yaxınlarının belə ondan heç bir xəbəri yoxdur.

 

İbrahim Rəşidini İnqilab Məhkəməsi çağırdı

 

Mühəndis İbrahim Rəşidini İranın İnqilab Məhkəməsi Tehrandakı xüsusi orqanın idarəsinə çağırmışdı. O, Urmiyə Mexanika Mühəndislik Universitetini bitirib.Bu vaxta  qədər  3 dəfə  tutulub və zindana salınıb, son dəfə tutularkən 30 milyon tümənlə müvəqqəti zəmanətlə azadlığa buraxılmışdı.

 

Urmi Universitetində ittilaat məmurlarının qeyri -adi zühurları

 

Urmi Nyuzun verdiyi məlumata görə ittilaat məmurlarının  Urmi Universitetində  sayı çoxalıb.Həmçinin Ana Dili Günü onlar xüsusi paltarda yox, diqqəti cəlb etməmək üçün adi geyimdə tələbələr arasında gəzirmişlər.Bundan narahat olan universitetin bəzi məsulları dərs zamanı auditoriyalara girib Ana Dili ilə bağlı heç bir hərəkət etməmələrini tələbələrə tapşırmışdırlar.Qeyd edək ki, bütün gün ərzində ittilaat məmurları xüsusi telefon aparatları ilə bir .. biri ilə əlaqə saxlayıb və mövcud durumla bağlı məlumat verirlərmiş.

  Amma onu da deməliyik ki, İranın dövlət qanununa əsasən nizami düvvələrin universitetə girməsi qadağandır.Amma görünür Tehran rejimi öz yazdığı qanunları qüvvədən düşmüş hesab edir  və yaxud həmin qanunlarla artıq dövlətin idarəçiliyinin mümkün olmadığını anlayır.Bütün bunlar İran rejiminin artan nigarançılığında özünü göstərir.