Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı
Tehranda
Xocalı faciəsi qeyd olunan zaman 5 nəfər aktiv tutulub
Urmiyyədə
polislə işçilər arasında toqquşma gözlənilir
Güney
Azərbaycanın Qərbində kürd terror qrupu fəallaşıblar
Güney
Azərbaycanlılar arasinda süni işsizlik yaradılır
Yaxın
zamanlarda farslar
ermənilərə qaz verəcək
Tehran
rejimi Zəncan -Təbriz yeni yolunu unutmaq istəyir
Sulduzdan
xəbər
Tehranda Xocalı faciəsi qeyd olunan zaman 5 nəfər aktiv tutulub
Aldığımız son məlumata görə Guney Azərbaycanda yaşayan təqribən 500 nəfər Azərbaycanlı türkü İrandakı Ermənistan səfirliyinin qarşısına toplaşaraq Xocalı faciəsinin il dönümü ilə bağlı piket keçirtmişdirlər. İran polisi gözyaşardıcı qazla nümayişi dağıtmış və 5 nəfər Azərbaycanlı aktivi tutmuşdur.Tutulanlar Əkbər Azad, Aran Məhəmmədzadə və onun qardaşı Vəhid Məhəmmədzadə, Seyid Hüseyni və tutulan beşinci aktivin adı hələ ki məlum deyildir.
Əlavə məlumat üçün bildirək ki, Əkbər Azad bir neçə ay bundan qabaq siyasi görüşlərinə görə 4 ay həbsdə olmüşdur.
İnqilab məhkəməsi bunların zaminə buraxılması üçün tələb olunan rəsmi sənədin verilməsindən ötəri 5 milyon tümən pul tələb etmişdirlər.
Urmiyyədə polislə işçilər arasında toqquşma gözlənilir
Tehrandakı İLNA Agentliyinin verdiyi məlumata görə Urmiyada kərpic istehsal edən fabrikin 60 nəfər işçisi fabrikin qapılarını bağlayaraq, içəridə oturmuş və işləməkdən imtina etmişlər.Buna səbəb 7 aydir ki aylıqlarını almamaları olmuşdur.
Hər dəfə onlar öz hüquqlarını və maaşlarını tələb edərkən onları polislə hədələyır, işdən çıxaracaqlarını və tutulacaqlarını nəzərlərinə çatdırırlar.
Onlar fikirlərinin qəti olduqunu müdriyyətə çatdirmış , aylıqlarını almamış işə başlamayacaqlarını və bir nəfər də olsun müştəri yola salmayacaqlarını demiş və beləliklə də fabrikin tənəzzülə uğrayacağını bildirmışdirlər.
Əgər bu hal davam edərsə,polislə işçilərin toqquşması gözlənilir.
Güney Azərbaycanın Qərbində kürd terror qrupu fəallaşıblar
Güney Azərbaycanın Qərb vilayətində pastarlar və Turkiyənin kürd terror qrupu olan pejak arasında qanlı toqquşma olmuşdur. Hadisə zamanı pejakın rəhbərlərindən biri doktor Afat və bir neçə terrorçu həlak olmuşdur.
Bu terrorçu qrup son zamanlar Güney Azərbaycanın Qərbində fəal olub milləti silahla hədələyir, onlardan bac alır və iddia edirlər ki, Güney Azərbaycanın Qərbi kürdlərə məxsusdur.
Güney Azərbaycanlılar arasinda süni işsizlik yaradılır
Cumhuri İslam Agentliyinin Təbrizdən verdiyi məlumata görə orda yerləşən traktor fabrikinin maliyyə probləmləri olduqu üçün öz futbol komandasının 4 aylıq haqqını verə bilməmişdir.
Problem tekcə bunda deyil.Beləki, İran rejimi Azərbaycanlıların kompakt yerləşdiyi ərazilərdə böyuk istehsal gücünə malik olan müəsissələri farslar yaşayan ərazilərə köşürmə siyasəti yeridir.beləki, əvvəlcə bu müəsissələrdə maliyyə problemi yaradır, oranı bağlayır və işsizlik yaradır.Belə bir hal indi inqilablar beşiyi Tebrizin traktor fabrikinin başında yaşayır.
Yaxın zamanlarda farslar ermənilərə qaz verəcək
Cumhuri İslam Xəbər Agentliyinin verdiyi məlumata görə İranın Enerji Naziri Pərviz Fətta Ermənistanın Enerji Naziri ilə Tehranda görüşmüş və ona xatırlatmışdır ki, rəsmi İran Ermənistanda enerji çatışmamazlıqından çox təlaş içindədir.İrandan Ermənistana gedən qaz bərpa olunacaq və İran onlara qaz ixrac edəcək.
Söhbətdə İran enerji naziri onu da xatırladıb ki, bu əməliyyat 40 milyon dollar xərc tələb edir və ermənistan hər gün 2 -3 milyon kub.m qaz alacaq.
Qeyd edək ki, Ermənistana iran ərazisindən keçən qaz boruları Güney Azərbaycanın şərq vilayətindən, tarixi, qədim şəhəri olan Əjdaha daşı adlanan ərazidən keçır.Azərbaycanlıların etiazına baxmayaraq İran dıvləti öz işini davam etdirir və qədim abidələr dağılıb sıradan çıxır.
Tehran rejimi Zəncan -Təbriz yeni yolunu unutmaq istəyir
İranın İLNA Xəbər Agentliyinin verdiyi məlumata görə Təbriz, Azərşəhr,Usku şəhərlərinin millət vəkilləri İran parlamentində Nəqliyyt Nazirindən tələb etmişdirlər ki, Zəncandan Təbrizə birləşdirilən mərkəzi yol bir neçə ildir ki, çəkilməyinə baxmayaraq, niyə açılmır…..
Qərara alınmışdı ki, İran prezidenti Əhməd Nijat bu yolun rəsmi açılışında iştirak etsin, amma yol qeyri -rəsmi şəkildə açılmışdır.Qeyd etmək lazımdır ki , burda yaranan əsas narahatçılıq yol üçün tələb olunan benzin doldurma məntəqəsinin, mehmanxana, yeməkxana, yol göstərən nişan və s. yol üçün tələb olunan heç bir şeyin olmamasıdır.Bu da yola çıxan yolçular üçün problem törədəcəyi qorxusu yaradır.
Sulduzdan xəbər
2 isfend sulduzda
tutulanların sayısı 150 neferi artmışdır . gece çağları tutulanların
aileleri terefinden aqahi idaresinin önünde aparılan etiraz son
ucunda çoxlu soydaşımız bıraxılmışdır . tutulanların içinde
kiçik yaşlı ve bezen uşaqlarda görünürdü . tutulanların çoxu aqahi
memurlarının vurduğu zerbeler altında ağır vucud xesaretleri alıbdır .
elde etdiyimiz son bilgilere göre gece çağları küçe xiyavanda
bıraxılanlardan sonra 126 soydaşımızın yetdisi urmu
ittilaat idaresine gönderilibdir , qalanı ise şeherin hebs xanasında
saxlanılıb . 126 nefer tutuqlanlardan 27 neferi mehkeme
terefinden 3 ay zindana mehkum olubdur qalan tutulanlara 300,000 cerime cezası
verilibdir . tutuqlamalr şeherin ittilaat idaresi terefinden devam
etmekdedir .
sulduzda tutulan bezi
soydaşlarımızın adı :
adel allahveripur (aqahi
idaresinde ölüm heddinde vurulandan sonra şeheden qıraqda maşından
eşiye atılıbdır )
sina azereshin
: 13 yaşında (bu deli qanlı igid şerefsiz aqahi memurlarının vurduğu
zerber son ucunda qol ve ayağı sınıbdır . bu deli qanli igidide
gece saat 4de küçelerı ağzında bıraxıblar )
peyman velizadeqan
18 yaşında ( bu igid aqahi idaresinin şikencesi altda ve
yediyi batom zerbeler son ucunda böyük vucud xesaretleri alıbdır )
eli necefi 17
yşında
firuz firuzi
24 yaşında
mohsen oruci
seid pervizi
18 yaşında
davud nurani
aresh hoseyni
abbas tai
qehreman qenberi
mehemmed ashtab
mehdi necefi
Sulduzda Ana Dili Günü Tenteneli Keçdi
21 februrary axşam saat 16 radelerinden başlayaraq sulduzun
muxtelif kend ve qesebelerinden gelen 10.000 lerle soydaşımız şeherin
merkezindeki imam adlanan 4.yola toplaşaraq Dünya ana dili gününü geyd
etdiler.
fars şevenizmi yenede texribat töretmek amacı ile , lorestandan zidde
şureş nirularını bugün etibaren iki böyük esger daşıyan
helikopterle şehere getirerek may ayındakı cinayetlerini tekrarlamaq istedi
ve yürüyüş iştirakçılarına qarşı zoraçılıqdan istifade
ederek soydaşlarımızın tebii ve doğal haqları olan bu yürüyüşü
durdurmaq istediler. şeherin jandarmeri
meydanına çatan 10000 ler iştirakçı , niruye zidde şureş
terefinden göz yaşartıcı ve seçmeli güllelerden istifade ederek yürüyüş
iştirakçılarını dağıtmaq isteyende , cıxan
erbedede bir çox niruye zedde şureş ve soydaşımız beden xesareti aldılar. olay gece
saatlarına qeder sürdü .
şeherin muxtelif semtlerinde etirazlar devam etdi . ittilaat , aqahi ve
niruye zidde şureş quvveleri
heç bir neden göstermeden şeher sakinlerinin evlerinin qapilarını qıraraq
onları şeherin itilaat ve aqahi(cinayet axtariş şöbesine)apardılar . alınan
son bilgilere göre şeherde hebs olunanların sayısı 150 neferi keçmişdir.gece
saatlarında aldığımz son bilgilere göre tutqlananların çoxu deli qanlı
ve genc yaşlı igidler olubdur . aqahi idaresi terefinden tutulan çox
deli qanlı , vehşicesine vurularaq gece saatlarında küçe xiyavana bıraxılıbdır
. aqahi idaresinde tapdalanan bu kiçik yaşlıların (12-13yaşlı
) içinde bezileri vucuddan ağır xesaretler alıbdır . qalanı
ise şeherin hebs xanasına gönderilib.
soydaşlarımız rejimnen hebs olunanları der hal azad etmeyi teleb edib , eks
teqdirde baş verecek bütün hadiselerden qışqırtıcı siyaset yürüten
rejim sorumludur.