Azərbaycandan bir raport

 

Güney   Azərbaycanlı   öyrəncilərə,  jurnalistlərə  və milli   hərəkat   fəallarına   qarşı hər  gün   yeni    bir məhkəmə  qərarının elan   olunmasıla   tapdalamalar gündəmdədir .

 

(xəbər fars dilində olan   www.akhbar-rooz.com   saytına    istinad   edərək   Azərbaycan xəbərqaynağı   Savalan səsi –ndə   dərc olunmuşdur.)

Tarix : 2007 oktyabrın 07

 

Savalan səsi  :

Çətinliklə bir günə raslaşmaq olur ki,   Azərbaycanın   media   vasitələrində,   yeni xəbər olaraq, zindan ,  işkəncə            tutuqlamalar      gözə    çarpmasın.  Azərbaycan     siasi məhbuslarının müdafiə  komitəsi  (ASMƏK)  oktyabrın   2-də  verdiyi  ətraflı    raportda rejimin,Azərbaycan milli hərəkat fəallarına qarşı, pərdələnmiş cinayətlərin  işıqlandırdı.

Eləcədə    komitənin   sözçüsü,  necəki    “Radio  Fərday”-la     müsahibəsində    açıqladı,  məhbusların   ailə   üzvlərinin    məhbusla    əlaqədar     xəbərləri     media     vasitələrinə qaldırdıqları  təklifdə,  ettelaat   idarəsi  tərəfindən   hədələndikləri   ucubatından, bəzən ailələr xəbərin yaymasından çəkinir,bunilada həbsdə olanların siyahəsin dəqiqləşdirmək   mümkün olmur.

Hər halda  komitənin  sözçüsü   bəllətirilmiş  məhbuslar  haqda,Abdullah Abbası Cavan,

Səid Mətinpur ,Saleh  Kamranı,Cəlil  Qənilu, Behruz  Səfəri (    onun   hayat   yoldaşı) xanım Leyla  Heydəri ,  Əliriza  Mətinpur  (Səid  Mətinpurun  qardaşı),Cavad Həsənpur Vədud  Səadəti (iki həftə öncə   azadlığa   buraxildı) , Əli    Şadı,  Əsgər   Əkbərzadə,      Əmir Abbas   Bənai  Kazemi,başqa bir tərəfdə,urmiyə türməsində saxlanılan  öyrəncilər  Hadi Həmidi Şəfiq      Mehdi  Nuri,     Elyaz Yekənli,     İbrahım  Muini ,   Riza Paşayı,

Huseyn    Foruhidə  Xətibi,    İrəc Naci,    Abbas Leysanlı, Məsud   Sultanı –nın    həbsdə olduqlarını vurğulayır.İnternet  xəbər  qaynaqlarında  dərc olunan başqa  xəbərdə,  4- il öncədən  urmiyə  bilimyurdunun idman və bədən  tərbiyəsi  fakultəsində  yüksək    təhsil  almaya   başlayan    xiyavlı  (meşkin-şəhərlı)   xanım  Mahnaz Məhəmmədi-dən   ki   cari   ilin  may   etirazları      ərəfəsində   həbsə   alınıb      milli    təhlükəsizliyə   qarşı    çaba göstərməkdə , pantürkism  ya türk  soyunun  üstünlüyünə  inan  düşüncəsini  yaymaqda suçlanıb 6-ay  qəti  həbs  qərarı  almasından  xəbər  verir. Eləcədə   bu   xəbərə  Mustafa Meydannəvərd   Əbdüləli-oğlu-nun urmiyə şəhərində  həbsə  alınması       doqquzpellə   mühəlləsinin    intizamat   quvvələri    şöbəsinin    türməsində   ağır   işkəncələrə    məruz    qalması,  yerli   inqilab  məhkəməsindən  4-ay  həbs  qərarı   alaraq   urmiyə   dustağına  göndərilməsi   artırılır  .  Daha   başqa   internetdə   yayınlanan   xəbərə  istinad  edərək , iranda   ırqıçı  siyasətlərə qarşı,  güney   Azərbaycanlılarının  ,kütləvi  may-etirazlarında     qanunsuz    yerə   tutuqlanan   27  qoşaçaylı-nın  tutuqlanması  və bunlardan 7-nəfərinin  45-gün  ağır  ruhi     cismi   işkəncələrə    məruz   qalaraq   urmiyə   dustağında,  təcrid olunmuş kamarada  saxlanılıb,  oktyabrın  16-da  yenidən    soyuqbulağın   (mahabadın) inqilab  məhkəməsinin  2-inci  şöbəsinə    çağrılması  qeydə   alınır.  Nağadey şəhərindən çatan  xəbərlər əsasında,qardaşı, şəhid Tohid Azəriyun haqda   apardığı    araşdırmalar,      və ayrı -seçkilikə qarşı  aktsialarda  iştirak etdiyi  ucubatından  həbsə  alınıb , bir milyon   iran  pulu   cərimə verərək  20-zərbə şallağa məhkum olan Vəli Azəriyun-un  adı  verilir.

Daha  başqa   xəbərdə   başkatib   cənab   mühəndis   Əliriza   Sərrafinin   redakterligilə Azərbaycan türkcəsində    dərc   olunan   "Dilmanc"dərgisinin  heç   bir   qanuni   səbəb göstərilmədən,   hər   hansı    məhkəmə  qərarı   olmadan   qapadılması   vurğulanır. Adı çəkilən jurnalın   Güney   Azərbaycan ədəbiyyatına, mədəniyyətinə peşəkar yanaşması və təbliğ etməsi   fars  şovinistlərinin   qəzəbinə   gəldiyi   deyilir.

 

 

 

Reportajın  hazırlanması və biçimə salınması işlərini Ehsan Təbrizli və tərcümə işlərini isə Cosqun Azəroğlu apardı.

 

 

Izin  verilmədiyi  təklifdə  Saleh   Kamrani qanunlu  vəkillə  təmin  olmayacaq, hakim söyləyir.                                                     

Saleh Kamrani 

Cümə ertəsi oktyabrın 6-sı     

 

İran  islam  respublikasının   qanunları   hər  kəsə   qanunlu  vəkillə   təmin  olma  haqqı tanıyır.Bunila belə bu seçim, peşəkarca   məhkəmələrdə  avqat  olaraq  çalışıb,   məhbus  Azərbaycan    milli    hərəkat   fəallrını    müdafiə   edən   cənab   Dr.  Saleh  Kamrani-yə  verilmədən, izahsız  avqustun 18-dən etibarən həbsə   alınıb     50-gündən  artıqdır  ki qanunsuz  yerə tehranın “evin “dustaqxanasının 209-inci bölümündə saxlanılır.

 

Cənab  Dr.  Saleh  Kamrani-nin  hayatyoldaşı  xanım Mina Əsğəri     məhbus     avqatın havadan asılı durumunu aydinlaşdırmaq nədənilə  yerli  inqilab məhkəməsinə  müraciət etdiyini   diyərək   hakimdən   bu   cavabı   aldığını   vurğulayır:

“Biz məsləhət görmədiyimiz təklifdə Kamrani  beyin qanunlu vəkillə təmin olama  haqqı olmayacaq.” Bu məsələ bir  şərayitdə  ki  qanun  hər  kəsə  qanunlu  vəkillə  təmin  olma haqqını  rəsmi   tanıyır   hayata  geçirilir.

 

Azərbaycan milli siyasi  , eləcədə kültr   sahəsində, çalışan fəalları heç  bir ittiham   bəlli etmədən,  həbsə   alıb, günlər-həftələr   ağır  işkəncələrə   məruz  qoyan, iran  hakimiyəti  nəyi  planlaşdırır aydın  deyil. Butun  bu olaylar bir  şərayitdə   ki   dustaqkı xəbələr  media  vasitələrində   yayınmaya  izinli  deyil  hayata  geçirilir .

 

Sərbəst jurnalist  Soheyl Asefi Azadlığa buraxıldı

 

Xəbərqaynağı: İnsan  haqlarına  inanan  jurnalist   öyrəncilər   komitəsi

Tarix               :06.10.2007         

Tərcümə         :Coşqun Azəroğlu

 

 

 

Cari    ilin   avgustunda     həbsə    alınan    sərbəst- jurnalist

Soheyl Asefi  ,cümə-ertəsi    girov   qarşılığında  dustaqdan  azadlığa   buraxılıb.

 

Jurnalist  avgustun  3-undə   inqilab   məhkəməsinə   çağrılıb,   çoxlu   sorğu-suallar    və yoxlamalar       ardında      tehranın     “evin“       dustağının        209-uncu       korpusuna göndərilmişdir.Soheyl Asefi  iran   islam  respublikasının  təhlükəsizlik  orqanı “ettlaat”-in  nəzarəti altında olan evin     dustağının  209-uncu  korpusunda  2-ay    saxlanıldıqdan     sonra    dustağın   8-inci   bölümünə   “*əndərzgah* “  adlanan korpusuna  aparılmışdır.

 

İnternet  saytlarında   yazılarıla tanınan   jurnalist Asefi,  jurnalistlərə  qarşı dalğalanan  asdı-kəsdi  siyasətinin   ardında    həbsə  alınmışdır.İnqilab  məhkəməsinə başçılıq   edən    məqamlar , Soheyl  Asefi -dən  öncə, daha   iki  jurnalist ,elektronika   jurnalda    çalışan yazar  Fərşad Qurbanpur-u,  bir  başa   həbsə    almaqla,  Məsud Bastani-ni,  davamlı  inqilab   məhkəməsinin      təhlükəsizlik     yardımçılığının    şöbəsinə     çağırmaqla ,    öz   təziq- represiaları  altında  saxlamışlar.

 

 

 

İnsan  haqlarına  inanan  jurnalist   öyrəncilər   komitəsi

 

Güney  Azərbaycan  milli hərəkat  fəallı Mustafa  Meydannəvərd  məhkəmədən 4-ay həbs qərarı aldı.

   

Xəbərqaynağı: Haqqımız

Tarix               : 2007-10-06

Tərcümə         :Coşqun Azəroğlu

 

 

Milli Şura -İran isalm respublikasında fars hakim  dayrələrin  ırqıçı  siyasətlərinə  qarşı, urmiyə  şəhərində, düzənlənib  geçirilən, umum-milli dinc  may-etirazları    aksiyalarına  qatılan və iranın yerli  təhlükəsizlik    orqanı  “ettelaat”-ın məmurları   tərəfindən  həbsə   alınıb , doqquzpellə   mühəlləsinin    intizamat   quvvələri    şöbəsinin    türməsində   ağır  işkəncələrə   məruz    qalan    güney   Azərbaycan   milli    hərəkatının    fəallı     Mustafa    Meydannəvərd   Əbdüləli-oğlu, şəhərin  inqilab məhkəməsindən 4-ay həbs qərarı  alaraq  urmiyə  dustağına  göndərildi. 

 Heç bir günahı olmayan Öyrənci Mahnaz Məhəmmədi məhkəmədən 6-ay həbs qərarı aldı

 

Xəbərqaynağı: Haqqımız

Tarix               : 2007-10-06

Tərcümə         :Coşqun Azəroğlu

 

 

Milli Şura -  4- il öncədən  urmiyə  bilimyurdunun idman və bədən tərbiyəsi fakultəsində yüksək    təhsil  almaya   başlayan  xiyavlı  (meşkin-şəhərlı) xanım  Mahnaz Məhəmmədi

cari   ilin may  etirazları ərəfəsində  həbsə  alınmışdır.Örənci  milli  təhlükəsizliyə    qarşı çaba     göstərməkdə  pantürkism  ya  türk    soyunun  üstünlüyünə  inan       düşüncəsini

yaymaqda    suçlanıb     6-ay     qəti     həbs    qərarı     alıbdır.

 

Xatırlatmalyıq   ki  xanım   Mahnaz  Məhəmmədi-nin    vəkili   cənab    Teymur   qulamı müvəkkilinin  suçsuz   olduğuna  inanaraq   azadlığa  buraxılması   istiqamətində  butun lazimi    gələn    işləri    səfərbər    edəcəyini   söyləyir. 

 

Qoşaçay şəhərindən  7-güney Azərbaycan   milli hərəkat  fəallı soyuqbulağın(mahabadın) inqilab məhkəməsinə  çağrılıblar.

  

Fars hakimiyətinin  ırqıçı  siasətlərinə  qarşı,  güney  Azərbaycanlılarının   kütləvi  may-etirazlarında  qanunsuz  yerə  tutuqlanan 27-qoşaçaylı fəallın 7-nəfəri  45-gün  ağır  ruhi və  cismi  işkəncələrə   məruz  qalaraq  urmiyə  dustağında,  təcrid   olunmuş   kamarada  saxlanildilar.Oktyabrın 16-da   yenidən  soyuqbulağın (mahabadın)inqilab  məhkəməsinin 2-inci şöbəsinə   çağrılan  hərəkatçiların   adları   belədir :

 

1-Mohsen   Fəramərzi

 

2-Cəlal   Kurddərilu

 

3-Behbud   Qulizadə

 

4-Əmir   Ağazadə

 

6-Əli   Sultani

 

7-Şahin  Həsəni

 

Həbsdə olan Azərbaycanlı vəkilin durumu havadan asılı qalıb.

   

Savalan Səsi :Peşəkarca  məhkəmələrdə   müdafiə  vəkili olaraq  çalışan  Azərbaycanlı avqat   cənab  Dr.  Saleh Kamranı 46gündür ki həbsdədir.  Vəkilin  hayatyoldaşı  inqilab     məhkəməsi tərəfindən bir şərayitdə  ki  avqata ,həbsə  alındığından   bəri, ailə    üzvlərilə  görüş-izni  verilmir, geçəri həbs    zamanının      uzadılmasın    xəbər     verir. 

 Xanım Kamranı bu  xəbəri   sesləndirərək  bazar ertəsi həftənin birinci günü oktyabrın birində  görüş  qəsdilə “evin “ həbsxanasına gediyini və zindan qarşısında 5-saat təklifsiz dözəndən sonra türmə sorumlularından bu cavabi aldığınğını deyir :Dr.  Saleh Kamranı  görüşçü qəbul etməyə izinli  deyil  biz  izin  vermədiyimiz  təklifdə heç bir işin görməsinə izinli olmayacaqlar.

 Xanım Mina Əsğəri,  hayatyoldaşının  həbsə  alındığı  çağ,  zəbtə  alınmış    butun   şəxsi əşyalarının geri verilməsını  tələb etdiyi  təklifdə zindan görəvlilərinin imtina  etdiklərini  söyləyir.

 Ailə üzvləri   Dr.    Saleh Kamranı-nın   davamlı    ürəkxəstəliyindən   əzabda   olduğunu  diyərək məhbusun  ruhi və  cismi  açıdan durumuna nigaran  olduqlarını  vurğulayırlar.