Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 “Sayan ” yenə birinci yer aldı

 Tehran Universitetində öyrənci qəzetləri ilə bağlı müsabiqə keçirilmiş və Azərbaycanlı öyrəncilərin nəşr etdirdikləri "Sayan" qəzeti birinci yerə çıxmışdır. Xatırladaq ki, ikinci dəfədir ki, adı gedən mətbuat orqanı birinci yerə çıxır.

    

Abbas Lisaninin ailəsi ilə görüşə qadağa qoyuldu

"Savalanın sısi"nin verdiyi məlumata görə  Abbas Lisaniyə zindanda təzyiq artıb.Onun müqavimətini sındırmaq üçün hal - hazırda 4 qatil və 3 narkomanla bir kamerada saxlanılır. Hətta, Ərdəbil zindanın inzibati şurasının aldığı qərara əsasən zindanda olan milli akivimizə bir ay müddətində ailəsi ilə görüş verilməyəcək.Buna da səbəb kimi hər gün  zindanda keçirilən səhər idmanına  Abbas Lisaninin gəlməməsini  və orada iştirak etməməsini iddia edirlər.

   Qeyd edək ki, bir müddət bundan əvvəl elə idman zamanı onun qıçı sınıb və bunu zindan rəhbərləri də bilirlər. Amma bütün bunlara baxmayaraq, Abbas Lisaniyə qarşı təzyiqi həyata keçirmək üçün bu faktdan bir bəhanə kimi istifadə edirlər.

   

Günaz TV İranın fars rejiminə böyük başağrı olub

  Cumhuri İslam Xəbər Agentliyinin verdiyi məlumata əsasən Xoy şəhərində 105, Ərdəbildə isə 313 satilet antenilər və aparatlar  rejim tərəfindən müsadirə olunub. Qeyd edək ki,  Günaz TV adı gedən texnika vasitəsi ilə Güney Azərbaycanda yayılır. Onun getdikcə populyar olması İran fars rejimini qorxudur və bu səbəbə görə də Güney Azərbaycanda satilet anteniləri və aparatları müsadirə etməyə başlayıblar.

 

“ Urmunun səsi” qəzeti ancaq bir telefon zəngi ilə bağlanıb.

"Sədayi Urmiyə " qəzeti, yəni " Urmunun səsi" qəzeti İran fars rejimi tərəfindən bağlanıb. Xatırladaq ki, Azərbaycanın qərb vilayətindəki İrşadi  İslam idarəsinin mətbuat məsulu Məhəmmədrza Xadimi Şəms " Urmunun səsi" qəzetininbaş redaktoruna zəng vurub və ondan tələb edib ki,  qəzetin nəşri dayansın. Elə  qəzetin baş redaktoru təccüblə bildirir ki, necə ola bilər ki, məhkəmə tərəfindən hökm olmadan və ya hətta bir yazılı məktub olmadan, 9 ildir fəaliyyət göstərən mətbuat orqanı bir zənglə bağlansın.

 

Güney Azərbaycanda radiaktiv şüalanma xərçəng xəstəliyinə səbəb olur

Ümumi cərrahiyyə üzrə mütəxəsis doktor Umranipur məlumat vermişdir ki, Güney Azərbaycanda xərçəng xəstəliyi qida borusunda və mədədə geniş yayılmış bir xəstəlikdir. Və hətta o qeyd etmişdir ki, bu artıq çox nigaran edici həddə çatmışdır. Doktor bir mütəxəsis kimi bunun səbəbini Güney Azərbaycanda olan radiaktiv şüalanmada görür.

 

Marağada 3 - 4 milyon il bundan qabaq yaşamış heyvanların skeleti tapılmışdi

Bu günlərdə Marağa şəhəri dünya mətbuatının diqqət mərkəzində olmuşdur. Buna səbəb qədim yaşayış məskəni olan Marağanın yaxınlığında  Vərzigan şəhərinin şimalında 20 hektar sahədə kökü kəsilmiş qədim heyvan skeletlərinin, sümüklərinin tapılmasıdır.  Belə qeyd edilir ki, hiporiyun, dinteriyon və jakonton orada tapılmışdır. Belə güman edilir ki, bu heyvanlar 3 - 4 milyon il bundan əvvəl yaşamışdırlar.

 Güney Azərbaycanda 140 yaşlı qadın hələ də təbii dişlərini qoruyur

   Sərab şəhərinin  Şalqın kəndində 140 yaşlı qadın yaşayır. Ən maraqlısı odur ki, onun təbii dişləri bu gündə ağzındadır. Onun 150 oğul, qız, nəvə, nəticəsi var. Bu qadın Məhəmməd şah,  Əhməd şah, Rza şahı yaxşı xatırlayır. Uşaq vaxtı Bakıya da səfər edib.  80 yaşlı qızı Xədicə deyir ki, anamın nəvə - nəticəsinin sayı təsbeh dənəsindən çoxdur.

   Uzun yaş yaşamasının səbəbini özü isə belə izah edir : daim təbii məhsullar və meyvə - tərəvəz yeyir.

     

İranın fars rejimi Güney Azərbaycanda  daş - qalaq cəzasını davam etdirir

 

Bir müddət bundan əvvəl Qəzvin şəhərinin yaxınlığında yerləşən Takistanın 7 km - dəki Akçakənd kəndində bir Azərbaycanlı kişini zina ittihamı ilə daş - qalaq edib və öldürüblər. Bu hadisə haqlı olaraq dünyanın əksər ölkələrində, xüsusən Avropa ölkələrində  ciddi etiraza səbəb oldu.

 Daş - qalaq çox dəhşətli əməldir ki, ictimai, kütləvi yerlərdə, camaatın gözü qarşısında həyata keçirilir və küçə - bazar adamları bəziləri dinə inandıqlarına görə daş - qalaq əməliyyatında iştirak edirlər. Bəziləri də qorxudan onları cinayətkarla əlbir və ya onun tərəfdarı adlandırmayalar deyə, daş - qalaqda könüllü iştirak edirlər. İştirak edənlər inanırlar ki,  bu işin savabı var.  Çox təssüf yeri var ki, adi küçə - bazar adamları işgəncə verən, yəni dini qanunu icra etmək borcu olan adamlar sırasında  3 - 4 saat sadistcəsinə həyata keçirilən prosesdə  iştirak edir və bir insanın ölümündə əli olmağı və əlinin qana batmasını fəxrli əməl, inamından gələn dini buyruq hesab edirlər.

 Başqa bir tərəfdən günahkara atılan daşlar gərək elə seçilə ki, nə balaca, nə də böyük olmaya.  Cinayətkar  gərək uzun müddət işgəncə ilə ölə.

 Bu yerdəcə qeyd edək ki, Güney Azərbaycanda hal ..hazırda zindanda bir neçə nəfər daş - qalaq cəzasına məhkum olunub və başı üzərlərində hərlənən ölüm kabusu ilə yaşayırlar.

 Aşağıda yerləşdirilmiş İspaniyanın Tv - sindən yayımlanan və İranda iki qadının daş - qalaq səhnəsini əks etdirən qısa filmə baxa bilərsiniz.

   Proqrama baxmaq üçün aşağıdakı şəkli yükləyin