Urmiyə Universitetinin öyrənciləri təzyiq altındadır

Aldığımız məlumata görə,Təbrizli, Urmiyə Universitetinin tələbəsi Hadi Həmidi 10 aydır ki, Urmiyə zindanında saxlanılır. 

Məlumat üçün bildirək ki, o, 2006 - ci ilin xordad (may ) ayında Güney Azərbaycanda baş verən məlum iğtişaşlar zamanı tutulub.

Başqa aldığımız məlumata görə, Urmiyə Universitetinin digər 3 tələbəsi ettelaat idarəsinə çağrılıb və bir neçə gün ərzində özlərinin ora gəlmələrinin vacib olduğu bildirilib.

Təbrizdə futbol yarışında Türkçülük və Azərbaycançılıq şüarları eşidildi : Bozqurd nişanı və milli bayraq dalğalandı

 

bu gun 6/4/2007 Tebrizin tiraxtur sazi takimi meshehdin irtibatat takimila yarish edi ve nehayet oyunun axirinda yani 92 deqiqada elaya bildi oz herifina 1 gula qalaba chalsin. bu oyundadaki Tebriz milleti ve milli fealarin bir chuxu ishtirak edmishdi. chux guzel shekilda milli muhtavali oldu ve ilkidaki futbal kamandalari oyuna girirler quran oxunurdi ve milletimiz yenede quranin ehtiramina ayaqa qalxib amma bu duna ferqili shekilda belka bu duna iki alerinnin barmaqlarini boz qurd shekilinda tutub ve qurana ehtirmlarini gusterdiler.amma iran adlanan devvlatin nirulari ki bagirlari chatlayirdi bu ishden bir necha nefer ki azerbaycanimizin bayragini ki kuyneklerinin ostundaydi(allbatda chehraganin guneya qundarma bayragi yux belka bu gun quzeyda asen milli bayragimiz)yaxalayib ve apardilar.bu oyunda yashasin azerbaycan shuari bashqa shuarlardan chux eshidilirdi ve bozqurd simgesi allerda muci mekziki mucila oz takimlarini alqishlayirdilar.amma bu oyunki Tebriz shehrindan eshukda olan bir istadiyumda oynanirdi 50000 iran devlat TV dedigina gura tamasha edan gelmishdi bu oyun qutulandan sonra devlat polsiz aftabus yulamishdi ta tamashachilari meqsedlerina chatirsin ta mitinga chekilmesin amma buna baxmayaraq belka aftabuslara gelenler oz hemishelik shuaarlarini verirdiler yani bir necha aftabusdakilar yashasin sesleyirdiler ve ayri aftabuslar azerbaycan deyirdiler.

 

helelik bu qeder      sag olun   yashasin turkchuluk yolumuz   yashasin azerbaycanimiz

Elçibəyin qardaşı vəfat edib 

 Əbülfəz Elçibəyin böyük qardaşı Murad Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 4-də vəfat edib. Mərhumun oğlu Binyad Əliyev APA-ya bildirib ki, M.Əliyevin cənazəsi Ordubad rayonunun Kələki kəndinə aparılıb. Mərhum burada valideynlərinin və qohumlarının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Murad Əliyev 1929-cu il iyunun 6-da Ordubad rayonun Kələki kəndində doğulub. Artıq uzun müddət idi ki, səhhətində yaranan problem səbəbindən müalicə olunurdu.

AZƏRBAYCANDA PKK DÜŞƏRGƏLƏRİ


Milli təhlükəsizliyimiz təhdid altında
Türkiyə və İraqdan çıxarılan silahlı kürd ailələri qərb rayonlarımıza yerləşdirilir


Bir neçə gün öncə mətbuat səhifələrində Azərbaycanın qərb bölgələrinə kürd ailələrinin köçürülməsi prosesinin intensivləşməsi barədə məlumatlar yer almışdı. Bildirilirdi ki, son dövrlər Türkiyə, İran və Gürcüstan ərazisindən Gəncə, Xanlar, Şəmkir, Tovuz və Qazax rayonlarına ümumilikdə 60 min nəfəri əhatə edən kürd ailələri köçürülüb. Qeyd edək ki, hələ bir neçə il öncə “Yeni Müsavat” qəzeti yuxarıda adları qeyd edilən ərazilərə kürd ailələrinin yerləşdirilməsi barədə dəfələrlə məlumatlar dərc edib. Bu məsələ ilə bağlı qərb bölgəsinə ezam olunan “Gündəlik Azərbaycan” qəzetinin müxbiri Qabil Zimistanoğlu maraqlı faktlar əldə edib.
Dünən bizimlə söhbət edən Qabil bəyin dediklərindən aydın oldu ki, səfəri çərçivəsində öncə Şəmkirin İpək yolu qəsəbəsində olub: “Həmin yaşayış məntəqəsində Ermənistan qaçqınları olan 162 ailə məskunlaşıb. Ümumiyyətlə, bu qəsəbə qaçqınların yerləşdirilməsi məqsədilə yaradılıb. Yerli əhalilə söhbətdən bəlli oldu ki, son bir ayda İpək Yolu qəsəbəsinə 30-dan artıq kürd ailəsi yerləşdirilib. Sakinlər bildirdilər ki, kürd ailələri qəsəbədəki boş evlərin hamısını kirayəyə götürüblər. Qaçqınlar əvvəlcə bu şəxslərin türklər olduğunu zənn edib. Onlar özlərini ticarətçi kimi qələmə verərək, səhərlər harasa gedir, axşamlar qəsəbəyə qayıdırmışlar. Lakin bir neçə vaxtdan sonra qəsəbənin sakinləri özlərini türk kimi qələmə verən ailələrin öz aralarında anlaşılmaz dildə danışdıqlarının şahidi olublar. Kənd əhalisinə məlum olub ki, kürdlər heç də ticarətlə məşğul olmurlar. Sadəcə, onlar guya alverçi olduqları görüntüsünü yaradaraq, bu ad altında öz missiyalarını yerinə yetiriblər. Kürdlərin bu ərazidə gizli qərargahları olub və onlar orada toplaşaraq, yığıncaqlar keçiriblər. Həmçinin yerli sakinlər görüblər ki, onların bəzilərinin üzərində silah var. Əhaliyə cəmi bir neçə gün sonra məlum olub ki, bu adamlar kürdlərdir. Onlar azərbaycanlılarla danışıqlar apararaq, qəsəbəni bütövlükdə almaq niyyətində olduqlarını bildiriblər. Ev sahiblərinə bazar qiymətlərindən çox baha məbləğ təklif ediblər. Hətta bəzi adamlar beh də alıbmış”.
Həmkarımız bildirdi ki, ötən həftə bu məsələ mətbuatda yer alandan sonra polislər gecəykən İpək Yolu qəsəbəsində yerləşdirilən kürd ailələrini oradan çıxararaq, naməlum istiqamətə aparıblar: “Kürdlərin özlərinin mikroavtobusları, xarici markalı minik avtomobilləri olub. Yeri gəlmişkən, avtomobillərin bəzilərinin üzərində qartal şəkli də vurulubmuş. Kürdləri elə öz maşınlarına mindirərək, bir gecəyə qəsəbədən çıxarıblar. Mən həmin qəsəbədə olarkən, kürdlərin bir neçə gün öncəyədək kirayə yaşadıqları, bəzilərinin artıq aldıqları evlər boş idi”.
Q.Zimistanoğlu söylədi ki, kürdlərin İpək Yolu qəsəbəsinə yerləşdirilməsi prosesi Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Şəmkir rayonu üzrə nümayəndəsi kürd əsilli Yunis Abdullayev və onun oğlanları - Şamo və Rövşən Abdullayevlərin iştirakı ilə həyata keçirilib: “İpək Yolu kəndindən başqa Şəmkirin Aşağı Könüllü kəndində, ”Betonzavod" adlanan yaşayış məntəqəsində də yüzdən artıq kürd ailəsi məskunlaşdırılıbmış. Onları da bir neçə gün öncə çıxarıblar. Rayon polis şöbəsindən kürdlərin hara aparıldığını soruşanda, onlar bildirdilər ki, həmin ailələri Gürcüstana yola salıblar. Amma əhalilə söhbətdən bildim ki, bu ailələr Xanlar rayonunun Quşqara və Səmədli, Zurnabad, Kərəmli və digər kəndlərinə yerləşdiriliblər. Xanlar əhalisi isə bildirirdi ki, kürdlərin bura gətirilməsi prosesi Bəylər Əyyubovun qohumu Simnar Allahverdiyevin nəzarəti altında reallaşdırılır".
Məsələni araşdıran jurnalist yerli icra strukturlarının bu prosesə biganə yanaşmasının şahidi olub: “Konkret olaraq, kürdlərin yerləşdirildiyi Xanların Quşqara kəndinin icra nümayəndəsi Qanlı Qasımov bu məsələ barədə ümumiyyətlə danışmaq istəmədi. Onlar nədənsə ehtiyat edirlər. Məsələnin mahiyyətini bilsələr də, biganəlik nümayiş etdirirlər. Yəqin ki, bu, prosesin yuxarıların himayəsi altında aparılması ilə bağlıdır. Müşahidələrimin nəticəsi olaraq, deyə bilərəm ki, yerli əhali kürdlərin bölgəyə gətirilməsindən ciddi narahatdır. Hətta Şəmkirin İpək yolu qəsəbəsində bir kürd ailəsilə evini kirayə verən şəxs arasında dava da düşübmüş. Ev yiyəsi əvvəl kirayəşini türk bilib. Sonra onun kürd olduğu aydınlaşanda tələb edib ki, evindən çıxsın. Bununla bağlı onların arasında möhkəm dava düşübmüş”.
Q.Zimistanoğlu apardığı araşdırmalar nəticəsində məlumat əldə edib ki, kürdlərin Azərbaycana köçürülməsi prosesinin intensivləşməsi səbəbsiz deyil: “Bu yaxınlarda kürdlər Almaniyada geniş toplantı keçirərək, öz strategiyalarını açıqlayıblar. Bu strategiyaya əsasən Azərbaycan, Ermənistan, Türkmənistan, Qazaxıstan, Suriya və İranda kürd mövqelərinin möhkəmləndirilməsi nəzərdə tutulub. Onlar Kürdüstan xəritəsi də tərtib ediblər. Bu xəritə əsasında gələcəkdə sözügedən ərazilərə sahib olmaq məqsədi güdürlər. Kürd ailələrinin Azərbaycana yerləşdirilməsi həmin planın tərkib hissəsidir. Qısa desək, kürdlər dövlət yaratmaq ideyalarını gerçəkləşdirmək istəyirlər”.
ORXAN