Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

 

 

Əkbər Azad və Xiyavlı iki qardaş inqilab məhkəməsində

 

İranlı tələbə muxbirlərin verdiyi məlumata görə 26 fevral 2007 -ci il Xocalı faciəsi ilə əlaqədar Tehranda keçirilən tədbir zamanı Əkbər Azad , Aran Xiyavlı və onun  qardaşı tutulmuşlar. Hər uç millətçi aktiv İranın inqilab məhkəməsinə aparılmış  və onlara vurulan ittihamdan və ustəgəl harda saxlandıqları haqda dəqiq məlumat yoxdur.

   Qeyd edək ki, onlar Xocalı faciəsi ilə əladədar kecirilmiş tədbirdə tutulmalarına baxmayaraq, onları inqilab məhkəməsinə aparmaqla İran dövlətçiliyinə zidd duşunduklərini və hərəkət etdiklərini subut etmək istəyirlər.

 

 

Səid Mətinpurun ağır durumu

 

Zəmcanlı yazar və jurnalist Səid Mətinpur 21 fevral İranda   Ana Dili Gunu munasibəti ilə kecirilən tədbirdə tutulmuş , onunla birgə 24 tələbə və həmçinin yazıçının bir qardaşı da zindana salınmışdır.Bizə catan məlumata görə S.Mətinpura ağır ittiham vurmaq fikrindədirlər.Qeyd edək ki, onunla göruşməyə  ailəsinə icazə verilmir, sağlamlığı və umumi vəziyyəti haqqında hec bir doğru-durust xəbər verilmir.

 Amma təkcə onu deyə bilərik ki, aldiğımız məlumata görə Səid Mətinpura  işgəncə verilir və etmədiyi əmələ görə incidirlər. İran məmurları tələb edir ki, etmədiyi gunahı və işlətmədiyi səhvi boynuna alsın.

 

 

İrəvanda fars universiteti

 

İranın Cumhuri İslam Agentliyinin verdiyi məlumata görə İran İravanda Azad İslam Universiteti açır.

Bildiyimiz kimi İran Rusiyadan sonra Ermənistanın ikinci iqtisadi şərikidir.Amma görunur İran bu şəriklikdən vəcdə gəlib yazıq, yetim, kimsəsiz ermənilərə başqa sahələrdə də kömək etmək fikrində israrlıdır.

Əslində bu bizdən ötru o qədər də gözlənilməz deyil.Belə ki, Qarabağın alınmasında farslar ermənilərin birinci dayağı idi və döyuşən ordunun arxasında durmuşdular.

 

Təbrizdə zəlzələ təhlukəsi

Təbriz şəhərinin şəhridarı….meri xəbər verir ki, Təbrizdə zəlzələ təhlukəsi var.

Amerikanın seysmik stansiyasının rəhbəri tarixi məlumata əsaslanıb deyir ki, 1780 - ci ildə şəhərdə guclu zəlzələ baş verib və 77 min adam tələf olub.

Zəlzələ təbiət hadisəsidir.İnsansa hər sahədə təbiəti susdura bilməz və nə də onu bəndə salamaqa qadir deyil.Amma burda qorxulu vəziyyət onunla baqlıdır ki, Təbriz və onun ətrafı rayonlarındakı  ictimaı yollar , məişət binaları və tiklilər coxdan köhnəlmişdir. Əgər burda zəlzələ baş verərsə təbii fəlakətin ziyanını ölçmək mumkun olmayacaqdır.

 

 

Tehran rejiminin Azərbaycan turklərinə bayramda şallaq hədiyyəsi

 

Həmədanın məhkəmə orqanları millətə xəbərdarlıq edərək hədələyici ”ultimatum” göndərmişdir.Beləki, xəbərdarlıqda catdırılır ki, əgər Növruz Bayramının son çərşənbə axşamı kuçələrə çıxıb ixtişaş salarlarsa, 3 aydan 1 ilə kimi həbs və 74 şallaq zərbəsi umumi yerlərdə vurulacaq.

Qeyd edək ki, İranda sivil bəşərə məlum olan formada aksiya keçirmək mumkun olmadıqı uçun xalq öz sözunu yalnız futbol yarışması, ictimai tədbirlər və bu kimi kutləvi toplantılar zamanı deməyə imkan tapırlar.

Bayramı qara gəlmiş millət hansı gununə sevinsin?....

 

 

Ərdəbildə uşaqlar arasında qan xəstəliyi

 

İranın Tələbə Xəbər Agentliyinin verdiyi məlumata görə Ərdəbil şəhərində əhali arasında qan xəstəliyi geniş yayılmışdır.Beləki, qanda dəmirin, yodun və digər insan orqanizmi uçun əsas olan elementlərin çatışmaması nəticəsində xəstəlik gunu- gundən artir.

İSNA …İranın Xəbər Agentliyinin verdiyi məlumata görə Ərdəbil Sağlamlq Mərkəzinin rəhbəri bildirmişdir ki, təkcə Hirdə ( Ərdəbil yaxınlığında balaca yaşayiş yeri)

438 uşaqda qançatışmamazlıqı xəstəlıyi var.

Məlumat üçün deməliyik ki, İranın dövlət büdcəsinin butun İran ərazisində bölgüsü ədalətsiz aparılır.Beləki, Azərbaycan türklərinin kompakt yaşadıqı ərazilərdə işsizlik, nərkomaniya,xəstəlik baş alıb gedir və dövlət bununla bağlı büdcədən heç bir vəsait ayırmır.