Şirin İbadi İranın atom proqramı ilə əlaqədar referondumun keçirilməsini istəyir

Ruznet Xəbər Agentliyinin verdiyi məlumata görə, Şirin  İbadi bildirib ki, İranın atom proqramı çox təhlükəli vəziyyətə gəlib çıxmışdır.Bunula bağlı İranda yaşayan əhalinin bu məsələyə münasibətini bilməyin vacib olduğunu qeyd etmiş və demişdir ki, bunun  üçün də referondum keçirmək lazımdır.İranın atom proqramı ilə bağlı İran fars rejiminin  dövlət tədbirlərində və onun mətbuatında onu dəstəkləyirlər.

 Bu proqramın əleyhinə mətbuatda çıxış etmək qəti qadağandır. Bir müddət bundan əvvəl Güneyli jurnalist Hüseyn Müvəhidi bu məsələ ilə əlaqədar xarici radiolarda --"Amerikanın səsi", "Fərda" və s. əhalidən aldığı intervyu və yazı formasında xalqla olan söhbətlərini yayıb aləmə bəyan etdiyi üçün zindana salınmış və işgəncəyə məruz qalmışdı.

   Qeyd edək ki, İranın atom proqramında tətbiq olunan uran Güney Azərbaycan ərazisindən, Ərdəbildən çıxarılır və bu da adı çəkilən vilayətin ətraf mühitinə çox mənfi təsir göstərir,

onun istehsalı xərçəng xəstəliyini artırır.

 

 

Mişkin şəhərində kanalizasiyanın təmizlənməsinə büdcə yoxdur

Mişkin şəhərinin su və kanalizasiya sisteminin rəhbəri deyib ki, bu şəhərdə təmizliyə riayət etmək, kanalizasiya sistemini yayarlı hala salmaq üçün 13 milyard rial pul lazımdır.Əgər bu təmizlənmə işinə başlanarsa, hər gün yalnız 13 min  kub metr kanalizasiyadan təmizləmək olar. Amma bu istəyin reallaşmasın bir o qədər də güman etmək olmaz.Nəzərə alsaq ki, Güney Azərbaycanla bağlı yüzlərlə proqram işlənib, amma nə fayda ? Heç biri həyata keçməyib.

 

İranda azyaşlı gənclər edam olunur

28 mart 2007 - ci ildə BMT - nin əməkdaşı Filip Eliston İranla bağlı bir bəyanatla çıxış etmişdi.O, son iki ildə bu ölkədə ölüm hökmü oxunmuş 15 nəfərin sənədini araşdırmışdır. Qeyd edək ki, ölüm hökmü ilə zindana salınan bu şəxslər hələ 18 yaşına çatmamışdırlar.Bunlardan 9 oğlan, qalan  6 nəfərsə qızdır.Əslində həddi buluğa çatmayanların ölüm hökmü ilə cəzalandırılması dünya miqyasında qadağandır.

   15 nəfərdən 4 -ü edam olunub, 2 nəfər bağışlanıb, 5 - nin edamı hələ saxlanılıb, 2 nəfərin işi araşdırılır, 3 - nün vəziyyəti hələ də nəməlum olaraq qalır. Bütün bunlarla bağlı Filip Eliston ciddi etirazını  bildirib və yaşı az olanların İranda edamının ləğv olunmasının vacib olduğunu bildirmişdir.

   

 

Keçən il Ərdəbil vilayətində 200 hektar meşə sahəsi  yanıb

İLNA Xəbər Agentliyinin verdiyi məliumata görə, Ərdəbil vilayətinin təbii ehtiyatlar rəhbəri bildirib ki, keçən il ancaq bir neçə  ay ərzində bu ərazidə 200 hektar meşə yanıb torpaqla bir olub. 21 ayrı - ayrı yer od tutub və bunun nəticəsində 30 milyard riyal ziyan dəyib. O, bildirib ki, təbii ehtiyatları qoruyub saxlamağa lazımı qədər büdcə yoxdur, bu səbəbdən də planlarımızın yalnız 26 %  - ni reallaşdıra bilirik.

  Qeyd edək ki, məlumatda o da bildirilir ki, İran tərəf təbii ehtiyatların yanğını zamanı onu söndürmək üçün lazım olan təchizatı ayırmamağı ucbatından hər hansı əraziyə yanğın düşərkən onun yalnız yanıb qurtarandan sonra sönməsini gözləmək olar. Bu halla bağlı milli aktivlər dəfələrlə İran fars rejiminə məlumat vermiş və öz fikirlərini bildirmişdirlər. Bunu da qeyd etmək lazımdır ki, yanğın zamanı ölən və yaralananlar haqqında İran mətbuatı heç bir məlumat vermir.

 

 

31 mart Azərbaycanlıların soyqirimi günü ilə əlaqədar Göteborgda sempozyum keçirilib

Azərbaycan Federasyonu İsveç , 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveçin Göteborg şəhrində  sempozyum keçirib.

Aprilin 1 də bu qurumun təşkilatçılığı ilə «31 mart» gününə həsr olunmuş bu sempozyuma bir-çox sayılı İsveşçdə yaşayan Azərbaycan vətəndaşı və başqa Türk dilli xalqlardan qatılmışdılar.

Tədbirin keçirildiyi zal Azərbaycanın milli bayrağı, Türk soyqırımı ilə əlaqədar ofişlər,  eləcə də azərbaycançılığa aid şuarlarla bəzədilib.

Azərbaycanın milli himnin səslənməsilə, ardıca AFİ başqanı Məmməd Rza bəy Ağapurun danışığı ilə sempozyum rəsmiyyətlə işə başlayıb, sonra Türkiyə fedrasiyonunun örgütlənmə sekreteri Sami bəy bu günlə bağlı öz fikirlərin iştirakçılarla paylaşdı.  Türkmən cəmiyyətin Sədri Fazil beyg ikinci meruzeçi kimi ardıca Samirə xanım Azərbaycan-İsveç qadınlar dərnəyinin idarə heyətinin üzvü kimi çıxış etdilər. Babək cəmiyyətin sədri Eldar bəy Qaradağlı Azərbaycanlıların soyqırıma məruz qaldıqları səbəblərdən danışmış, ardıca Əxtər xanım Bedustani 20- ci əsrin əvvəllərində güney Azərbaycanda üz vermiş olaylarla ilgili bu gün və mövzusun qimətləndirdi.  Danışıqlar ümumiyyətlə Azərbaycanın Güney və quzey hissəsində baş vermiş Türk soyqırımı(Ciloluq-Türk soyqırımı, Qarabağ -Türk soyqırımı) ilə əlagədar  mövzulardan ibarət idi.

Bu tədbirin gərçəkləşməsində Təbriz dərnəyinin sədri “Həsn bəy Təmcidi” və Azərbaycan-İsveç qadınlar təşkilatın nümayəndəsi “Pərvanə xanım Behnəmun” çoxlu zəhmətlər çəkiblər.

İRAN AZƏRBAYCANLA SƏRHƏDLƏRİNİ BAĞLADI

Dünən səhərdən İranla Azərbaycan arasındakı Astara sərhəd keçid məntəqəsi bağlanıb. Bu barədə Astara və Lerik rayonlarındakı mənbələrdən "Ayna"ya məlumat daxil olub. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata əsasən, baş verən hadisənin səbəbləri açıqlanmır.
Belə ki, sərhəd ilkin olaraq İran İslam Respublikası sərhədçiləri və gömrük xidməti tərəfindən bağlanılıb. Azərbaycan tərəfdən isə günorta saatlarına qədər sərhəd açıq saxlanılıb. Amma Azərbaycan sərhədini keçənlər bir neçə saat ərzində İran ərazisinə qəbul olunmalarını gözləsələr də, buna nail ola bilməyiblər. Habelə İran tərəfdən sərhəd keçid məntəqəsinin qarşısına minlərlə insan Azərbaycan tərəfinə keçmək arzusu ilə toplaşıb. Nəticədə neytral zonada insanlar və nəqliyyatın sayının artdığını görən Azərbaycan tərəfi də sərhədi müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb.
Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Ramiz İsmayılov məsələ ilə bağlı şərh vermək istəmədi.
Azərbaycan Xarici İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Mirzə də məsələ haqqında hər hansı bir məlumata malik olmadığını söylədi.
"Əgər sərhədlərin bağlanması ilə bağlı rəsmi Tehran hər hansı bir addım atsaydı, bu barədə bizə məlumat verərdi, amma hələ ki bizə heç bir məlumat daxil olmayıb", - deyə M.Mirzə qeyd etdi.
Buna baxmayaraq İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumatı təsdiq etdilər. Mənbə adını açıqlamaq istəməsə də, sərhədin müvəqqəti olaraq pis hava şəraitinə görə bağlanıldığını söylədi.
Yeri gəlmişkən qeyd edək ki, dünən cənub bölgəsinə yağış yağıb, amma hətta şiddətli şaxtalı günlərdə də Astara sərhəd keçid məntəqəsi açıq olub. Həm də sərhəd aeroport deyil ki, təyyarələr hərəkət etməkdə və ya enməkdə çətinlik çəksinlər.
Belə ki, son zamanlar İran vətəndaşlarının kütləvi şəkildə Azərbaycana köç etməsini İran rəsmiləri də təsdiq edirlər. Hətta bu məsələyə dünən günün birinci yarısında İranın Bakıda səfərdə olan Beynəlxalaq İslam Məzhəblərinin Yaxınlaşdırılması Komitəsi sədrinin müşaviri Ayətullah Şeyx Məhəmməd Təsxiri də münasibət bildirdi.
"Azərbaycan İranla qardaşdır. Son zamanlar İrandan Azərbaycana gələnlərin sayının artması da qarşılıqlı məhəbbətlə bağlıdır. Bunun başqa mənası yoxdur", - deyə o vurğulayıb.
Belə ki, yaranmış vəziyyət yalnız sərhədi keçmək istəyənləri deyil, Astara, Lerik, Yardımlı, Biləsuvar, Lənkəran və Cəlilabad sakinlərini də təşvişə salıb. İmkanlı şəxslər də ailələrini Bakı və ölkənin İranla sərhəd olmayan bölgələrinə köçürməyə başlayıblar.
Lerikdəki mənbənin verdiyi məlumata əsasən, rayonda kütləvi şəkildə həyəcan var. Hamı ABŞ və Böyük Britaniyanın yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara başlayacağından danışır. Eyni vəziyyət bölgənin digər rayonlarında da hökm sürür.
Yeri gəlmişkən onu da qeyd edək ki, Amerika hərbçilərinin aprelin 6-da yerli vaxtla səhər saat 04:00-da İrana zərbə endirəcəkləri ilə bağlı bir neçə gün bundan öncə İsrail xüsusi xidmətlərinə yaxın olan "Debka" saytı məlumat yaymışdı. Bununla bağlı Rusiya kəşfiyyatına istinad edən sayt əməliyyatın şərti adının "Sancma" (Bite) olacağı və əməliyyatın 12 saat davam edəcəyini bildirmişdi. Bu müddətdə İranın nüvə obyektlərinə havadan kütləvi raket-bomba zərbələrinin endiriləcəyi güman edilir.
Belə ki, hazırda İran körfəzi sahillərində nəhəng hərbi-dəniz təlimləri keçirilir. Təlimlərə 10 min amerikalı hərbi qulluqçu və ABŞ hərbi dəniz qüvvələrinin 100-ə yaxın hərbi təyyarəsi cəlb edilib. Ümumilikdə bölgədə NATO-nun 45 gəmisi var. Onlardan 15-i ABŞ-ın koalisiya üzrə tərəfdaşlarına məxsusdur. Qalanları isə Amerikanındır.
Habelə bir neçə gün bundan öncə "Ayna"ya daxil olan məlumatlara görə, ABŞ Müdafiə Nazirliyinin bir neçə mütəxəssisi Azərbaycanın İranla sərhəd bölgələrinə - Astara və Lerikdəki məntəqələrə yerləşdirilib. Qeyd edildiyinə görə, amerikalı hərbçilərin Astara və Lerikə yerləşdirilməsində məqsəd Rusiyadan İrana daşınması ehtimal olunan hərbi texnika və nüvə komponentlərinə nəzarəti gücləndirməkdir. Habelə "Ayna"ya verilən məlumata görə, son günlər ABŞ-ın dəstəyi ilə Azərbaycanın Astara və Xızı rayonlarında qurulmuş radar stansiyalarının da fəaliyyəti gücləndirilib. Məqsəd Xəzər dənizinin Azərbaycana aid hissəsinə nəzarətin gücləndirilməsidir.
Belə ki, İrana qarşı mümkün hərbi əməliyyatlara İran körfəzində 15 nəfər britaniyalı hərbçinin İslam Respublikası tərəfindən həbs edilməsi də səbəb ola bilər.
Yeri gəlmişkən, dünən Böyük Britaniyanın baş naziri Toni Bler rəsmi Tehrana hərçilərin azad edilməsi üçün 48 saat vaxt verib. O, əks təqdirdə vəziyyətin kritik olacağını deyib.
Buna baxmayaraq hələ ki rəsmi Tehran hədələrdən qorxmadığını nümayiş etdirir.
"Böyük britaniyalı dənizçilər İranın daxili sularına soxularaq tücavüzə yol veriblər və onların azad edilməsi üçün ən azı Böyük Britaniya hökumətinin üzr istəməsi lazımdır". Bunu da Bakıda səfərdə olan Mahmud Əli Təhsiri bildirib.
ABŞ-ın İrana qarşı mümkün hərbi zərbələrinə gəldikdə isə, M.Təhsiri bildirib ki, Vaşinqton ağıl nümayiş etdirəcək və bu addımı atmayacaq.
"ABŞ İraqda və Əfqanıstanda baş verən hadisələrdən nəticə çıxarmalıdır. İrana gəlincə, İran xalqı birlik nümayiş etdirərək layiqli müqavimət göstərəcək", - deyə o vurğulayıb.

http://www.ayna.az/print.php?id=15717