Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı
Güneydə
may hadisələrinin il dönümü yaxınlaşdıqca,
İran fars rejimi orda hərbi qüvvələri artırır
"
Hollywood" ”300 ” filmi fars şovinizmini
qəzəbləndirib
Güneydə
intiharın əsas səbəbi yoxsulluqdur
Təbriz
imamcüməsi tutulan ingilis hərbiçilərini mühakimə
olunmasını istəyir
Tehran
təhlükəli oyun oynayır
60
MİN KÜRD TÜRKİYƏDƏN AZƏRBAYCANA KÖÇÜRÜLÜB
31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı Demokratik Dünya Azərbaycanlıları Konqresinin
Güneydə
may hadisələrinin il dönümü yaxınlaşdıqca, İran
fars rejimi orda hərbi qüvvələri artırır
Bildiyimiz
kimi keşən ilin may ayında Güney Azərbaycanda kütləvi
şəkildə mitinqlər və ixtişaşlar baş
vermişdi. Aldığımız məlumata görə
hadisənin il dönümü yaxınlaşdığı üçün İran
fars rejimi qorxuya düşüb və öz məmurlarını,
ettelaat nümayəndələrini şəxsi
geyimdə Güney Azərbaycanın şəhərlərinə
salmışdı və özü də saylarını artıraraq.
Onlar əsasən Güney Azərbaycanda şəxsi evlərdə
yerləşdirilən satilet TV,
yəni bizim geniş şəkildə işlətdiyimiz
və krosnu adlandırdığımız televiziya antenyalarını
yığışdırır və imkan vermirlər ki,
həqiqəti deyən və xalqın gözünü açan
Günaz TV - yə baxsınlar.
Bir neçə müddət bundan əvvəl bir məlumat da çatdırmışdıq
ki, İran fars rejiminin hərbi qüvvələri Güney
Azərbaycanda 10 dəfə artıb və hər gün Güneyin xüsusən
də böyük şəhərlərində hərbi
təlimlər keçir və xalqı qorxutmaq üçün bu
təlimləri canlı şəkildə radio - televiziyada nümayiş
etdirir.
Səs - küy salmaq acizin köhnə adətidir.
Hollivudun ”300 ” filmi
fars şovinizmini qəzəbləndirib
Güneydən
Tələbə Hərəkatının verdiyi məlumata görə
Hollivudun yeni hazırladığı film " 300 " adlanır.
Bu film Güney Azərbaycan ərazisində CD yazılıb və
xalq içərisində geniş yayaılıb. Bundan qorxuya düşən
fars rejimi Xoy şəhərində " Səhənd" adlı
kitab və CD satışı ilə məşğul olan mağazadan
bütün CD-ləri yığışdırandan sonra dükanın
özünü də bağlayıbdır.
Məlumat
üçün filmin qısa məğzini bildirmək istəyirik.
"300" filmində hadisələr iki -- İran və
Roma imperiyası arasında cəryan edir. Göstərilir ki,
filmdə hadisələrin baş verdiyi zamanda İranın
hökmdarı Xəşayar şahdır , onun qoşunu
sudan və qurudan qədim Romanın üzərinə hücum
edir. Roma üzərinə bir az irəliləyəndən sonra
İran qoşunu suda tufana, fırtınaya düşür. Qurudan
gedən qoşunun içərisindən isə bir - iki
nəfər ayrılıb elçi kimi Roma hökümdarının sarayına
göndərilir. Elçilər hökümdar sarayına çatanda spartalılar
onları ədəb - ərkanla qarşılayır və elçiyə
layiq hörmət göstərib yuxarı başa keçirirlər.
Gələn elçilər niyyətlərini bəyan edəndə
məlum olur ki, İran tərəf çox ağılsız, gözlənilməz
təklif edir. Belə ki onlar bildirirlər : spartalılar özləri,
qadınları, uşaqları farslara qul olmalıdırlar.
Daha doğrusu, fars allahının qulu olmalıdırlar.Bunu eşidən
sparta saray hökümdarının birinci xanımı – arvadı
fikirləşır ki, əgər
farsların ağıllı hesab edib qabağa saldıqları
elçiləri bu cür təkliflə gəlibsə, demək dalda
gələnlər vəhşidir. Bundan sonra o höküm verir ki, elçilləri
öldürsünlər.
Vəziyyəti belə görən spartalılar qoşun yığıb
Romanı vəhşı
farslardan müdafiə etməyə çalışırlar.Bu zaman yığılan
döyüşçünün sayı cəmi üç yüz nəfər olur.Elə
filmin adı da buradan götürülmüşdü.
İki səbəbdən film farsların xoşuna
gəlməyib :
1. Farsları vəhşi kimi göstəriblər
2. Farslar yüz minlərlə ola - ola onun öhdəsindən
300 nəfər gəlir.
Bu filmin həqiqət olub - olmadığını deyə
bilməsək də, amma deməliyik ki, fars adlanan millət
fitrətən, əzəldən xamırı şovinist kimi
yoğrulub və başqa millətləri özünün qulu etməyi
sevir və bundan sadistcəsinə ləzzət alır. Bunun ki,
heç bir sübuta ehtiyacı yoxdur. Zaman özü göstərir.
Güneydə
intiharın əsas səbəbi yoxsulluqdur
Bir
araşdırma nəticəsində alınan təhlilləri
bizə göndərmişdirlər və bu da ondan ibarətdir ki,
Güney Azərbaycanın şərq vilayətində intihar
edənlərin 24 % özünü boğur, 30 % dərmanla özlərini
zəhərləyir, 20 % zəhər yeməklə, özünü yandırma
10 % və qalan 16 % isə
digər yollarla özünü öldürməyə nail olurlar.
Bunların içərisində ən dəhşətli
intihar növü özünü yandırmadı.Bəzən özünü yandıranlar
ölmür və İran xəstəxanasına düşür, orda
isə dərman çatışmamazlığı, tam əlac
olunmaması ucbatından sağalmırlar və ağrı
- acı ilə həyatlarını
başa vurub ölürlər.
Bu
araşdırmanın verdiyi digər məlumata görə Güneydə
qadınlar arasında intihar kişilər arasında olan
intihardan daha çoxdur.
Amma qeyd edək ki, artıq İran fars rejiminin dövlət
mətbuatı da məcbur olub ki, həqiqəti etiraf etsin
və həqiqət budur ki yoxsulluq baş alıb gedir və
adamlar ağır güzarana dözməyib özlərini öldürürlər.
Bir müddət bundan qabaqsa dövlət qəzeti olan "Həmşəhri"
məlumat vermişdi ki, Təbrizdə 8 nəfərlik
ailənin özünü öldürməyə də səbəb yoxsulluq
olmuşdur. Ana və 6 uşaq zəhərlə, ailənin başçısı
ata isə özünü boğmaqla intihar etmişdir. Ölməmişdən
qabaq kişi yazıb məktub qoymuşdu ki, həyatlarına
qəsd etməklərinə səbəb yoxsulluqdur və onlar
bu səbəbdən yerləşdikləri evin kirayasini verə
bilmirlər.
Təbriz
imamcüməsi tutulan ingilis hərbiçilərini mühakimə olunmasını
istəyir
Cumhuri
İslam Xəbər Agentliyinin verdiyi məlumata görə ,
Təbrizin İmamcüməsi Möhsün Şəmistəri cümə
namazında bildirmişdi ki, İran tutduğu ingilis hərbi
dənizçilərini gərək mühakimə edə.
Təbii
fəlakət Güneyin şəhər kənarlarında kütləvi
ölümə səbəb ola bilər
İRNA
Xəbər Agentliyinin verdiyi məlumata görə Əhər
və Hərisin millət vəkili İran parlamentində
bildirib ki, yoxsul adamların şəhər kənarında
tikdikləri "gecə qonduların" təbii
fəlakətə heç bir müqavimətləri
yoxdur.Zəlzələ, sel və digər bu kimi təbii
fəlakətlər olarsa, kütləvi ölümlə
nəticələnə bilər. Üstəlik çıxış
yolunu da göstərmişdi ki, bura gələn adamlar
kənddən ağır güzaran əlindən köçürlər.Əgər
kəndlərdə abadlaşdırma aparılarsa, onlar öz yurd
- yuvalarını tərk etməzlər.
Qeyd edək ki, bir müddət bundan qabaq Güney Azərbaycanın
şərq vilayətində sel gəlib şəhər
kənarında yerləşmiş həmin ərazini basmış
və kütləvi ölüm baş vermişdi.Amma İran fars rejimi
bu xəbəri gizlətmiş və xəbərin kənara çıxmaması
üçün senzura tətbiq etmişdir.
|
Tehran təhlükəli oyun oynayır |
|
|
|
60
MİN KÜRD TÜRKİYƏDƏN AZƏRBAYCANA KÖÇÜRÜLÜB
|
|
|
31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı Demokratik Dünya Azərbaycanlıları Konqresinin
M ü r a c i ə t i .
Artıq bir əsrə yaxındır ki, ermənilər yalancı "soyqırım" faktlarıyla özlərini dünya ictimaiyyəti qarşısında "soyqırıma məruz qalan" millət kimi tanıtmağa calışırlar. Onlar uzun illərdir, əslində tarixdə heç bir zaman baş verməmiş özlərinin uydurduqları qondarma “erməni soyqırımını” əllərində bayraq edərək, davamlı təbliğatlarının nəticəsində beynəlxalq ictimaiyyətdə caşqınlıq yaratmağa, hətta bəzi ölkələrin bu yalançı faktları qəbul edib qondarma soyqırımın tanınmasına nail olmuşlar. Təssüflə, bu proses hələ də bəzi ölkələrin parlamentlərində müzakirə mövzsu olaraq qalır.
Ermənilərin bu günə qədər yaratdıqları bütün millətci hərərkatları və təşkilatları türklərə, xüsusilə də Azərbaycan türklərinə qarşı terror yolunu tutub.
Hələ, 1887-ci ldə yaradılan “Hıncaq” erməni partiyası 1890-1892-ci illərdə 65000 günahsız türkü qətlə yetirib. Bu mənfur partiya dağıdıldıqdan sonra onun yerini, əsası 1890-cı ildə qoyulmuş “Daşnaksütun” partıyası tutmuşdur. Daşnaksütun partiyasının ideologiyası ilə ötən əsrin əvvəllərindən Azərbaycan türklərinə qarşı tarixin ən qanlı terroru və soyqırımı həyata kecirilmişdir.
Tarixi faktlar göstərir ki, 1905-1907-ci illərdə təkcə İrəvan mahalında 10 mindən çox Azərbaycan türkü erməni millətciliyinin qurbanı olaraq qətlə yetirilib.
Yalancı faktlarla özlərini "əzabseş millət" kimi dünya ictimaittətinə tanıtmaq istəyən ermənilər, 89 il əvvəl minlərlə Azərbaycan türkünü qanlarına qəltan etmişlər. Hətta bundan əvvəl və sonra da bizlərə qarşı ermənilər tərəfindən dəfələrlə soyqırımlar törədilsə də, 1918-ci il martın 31 də törədilən qətllər miqyasına görə ən böyüyü və dəhşətlisi olub.
1918-ci il 31 mart qırğını təkcə Bakıda 3 gün davam etmişdir. Martın 18-21 arası Bakıda ruslarla birlikdə erməni dəstələri dəhşətli qırğınlar törətmişdir. Şəhərin əhalisi top atəşinə tutulmuş, güllələnmiş, diri-diri yandırılaraq vəhşicəsinə qətlə yetirilmişdir.
1918-ci il ermənilər Azərbaycanın Quba, Şamaxı, Göycay, Şəki, Salyan və digər bölgələrdə Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar həyata keçirmişlər. Oxşar hadisələr Azə?rbaycanın güneyində, Urmiyədə, Xoyda, Səlmasda və digər bölgələrdə də daha dəhşətli şəkildə baş vermişdir. Həmin qırğınlarda kokret necə nəfər türkün qətlə yetirildiyini söyləmək çətindir. O vaxtın bütün arxivləri ermənilər tərəfindən məhv edilsə də, bu gün əldə olunan sənədlər, o dövrün faciələrini və ermənilərin vəhşi əməllərini tam olaraq əks etdirir.
Azərbaycan türklərinə qarşı bu qanlı cinayətin törədilməsinə səbəb isə ermənilərin "Dənizdən dənizə böyük Ermənistan" dövlətin qurulmasının qarşısında Azərbaycan kimi bir coğrafi məkan və bu məkanda yaşayan əhalinin Azərbaycan türklərinin olmasıdır.
Ona görə də, daim ermənilər tərəfindən basqılara məruz qalmış millət olaraq haqq səsimizi real faktlara söykənərək dünya ictimaiyyətinin nəzərinə çatdırmalı, 1918-ci il 31 mart tarixinin “Azərbaycanlıların soyqırım günü” kimi qəbul olunmasını istəməliyik.
Tarix təkrar olunur. Bizim humanistliyimizdən istifadə edən ermənilər, günümüzdən o qədər də uzaq olmayan, XX əsrin sonunda bir daha əsrin ən böyük faciələrindən birini, Xocalı soyqırımını törətdilər. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri bu faciə bəşəriyyətin gözü qarşısında baş vermişdir. Bununla bağlı faktlar və dəlillər göz qarşısındadır, arxivlər hər kəsin üzünə acıqdır. Biz, ermənilər tərəfindən yox edilməsi qarşısına qoyulmuş və bu səbəbdən də hər zaman basqılara məruz qalmış bir millət olaraq haqq səsimizi real faktlara söykənərək dünya ictimaiyyətinin nəzərinə catdırmaqla, 1918-ci il 31 mart tarixini “Azərbaycanlıların soyqırım günü” kimi qəbul olunmasını istəyərik.
Biz, Azərbaycan türkləri adından bir daha dünya ictimaiyyətinə, bu cür faktları araşdırıb qiymətləndirməli olan beynəlxalq qurumlara və? yalancı "erməni soyqırımı" faktlarını parlamentlərin gündəliyinə? gətirən dövlətlərə müraciət edərək bildiririk ki, bizim ermənilər tərəfindən soyqırıma məruz qalmağımız yalancı arqumentlərlə deyil, real faktlara əsaslanır. Bəşəri dəyərlərə hörmət edən hər bir dövlət bu faktlara diqqətlə nəzər salıb sadaladığımız tarixi gerçəyi qiymətləndirməli və 31 mart soyqırımı dünya ölkələri tərəfindən “Azərbaycanlıların soyqırımı günü” kimi qəbul edilməlidir. Bu, təkcə bir millətin haqqının tanınması deyil, həm də gələcəkdə bəşəriyyəti sarsıdacaq daha böyük cinayətlərin qarşısını alınması deməkdir.
Demokratik Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti
30 mart 2007 il