Güney
Azərbaycandan Türkiyəyə qaçan qaçqınların 9
cəsədi tapıldı
Yoxsulluq
Gərmi şəhərində mühacirəti artırıb
Məşhur
sənətkar Əli Səliminin xatirə gecəsi Ərdəbildə
keçiriləcək
Güney
Azərbaycanın qərb vilayətində atılmış
və kimsəsiz uşaqların sayı artmaqdadır
Əhərdə
və Hərisdə işsizlik problemi çox təhlükəli
vəziyyətə çatıb
Abbas
Lisanlının yeni sitəsi işə başladı
Güney
Azərbaycanda içməli su qaynaqları zəhərlənir
BMT-dəki
nümayəndəmiz 50 milyonu təmsil etmirmi?
Güney
Azərbaycandan Türkiyəyə qaçan qaçqınların 9
cəsədi tapıldı
Fars
dilində yayılan "Fərda" radiosu xəbər vermişdi
ki, İranla Türkiyə sərhəddində 9 İranlı qaçqının
cəsədi tapılıb.Tapılan
cəsədlərin kimliyini müəyyən etmək mümkün
olmamışdı.Çünki onlar yolu azıb, qış olduğu
üçün soyuq, don onları vurub və bəzi cəsədləri
qurd - quş eşib - dağıdıb.Bu səbəbdən
də qaçqınlar çox tanınmaz hala düşüblər.Onların
meyidini Başqala və Diyarbəkir xəstəxanalarına
aparıb və Türkiyə
polisi araşdırmalara başlayıb.İlkin tədqiqatlar
yalnız bunu bildirir ki, bu qaçqınlar Urmiyədən Türkiyəyə
dağ yolu ilə qaçanlardır.
Son zamanlar İran fars rejimi millətçi aktivlərə
təzyiqləri artırıb.Beləki bəzilərinin işini
əlindən alır, mallarını müsadirə edir, uzun müddət
işsiz qalıb hədə, işgəncə,ciddi iş
problemi, zindan və sair bu kimi ağır üzüntülərdən
qurtarmaq üçün qonşu ölkələrə,ən çox da qardaş
Türkiyə Respublikasına üz tuturlar.Amma qeyd etmək lazımdır
ki, Türkiyəyə getmək, özü də qışda bir o
qədər ucuz başa gəlmir.Gedənlərin çoxsu bu yolu
geder. gəlməz hesab etdikləri üçün getməmişdən
əvvəl ailəsinə öz vəsiyyətini edir və yaxın
qohum, dost - tanışla gğrüşüb vidalaşırlar.
Yoxsulluq
Gərmi şəhərində mühacirəti artırıb
Cumhuri
İslam Xəbər Agentliyinin verdiyi məlumata görə
Gərmi şəhərinin meri deyib ki, şəhərdə
fabrikin, iqtisadi təchizatın və lazım olan qədər
sərmayənin qoyulmaması yoxsulluğun çoxalmasına
gətirib çıxarıb.Bu da səbəb olub ki, son zamanlar
şəhərdə mühacirlərin sayı artıb.
Məlumat üçün qeyd edək ki, Gərmi şəhəri
Ərdəbil vilayətinin şərqində yerləşir
və Şimali Azərbaycan
Respublikası ilə həmsərhəddir.
Məşhur
sənətkar Əli Səliminin xatirə gecəsi Ərdəbildə
keçiriləcək
İRNA
Xəbər Agentliyinin verdiyi məlumata görə Azərbaycanın
tanınmış incəsənət xadimi Əli Səliminin
ordubehişt ayının 20 - də (aprel ) Ərdəbilədə
xatirə gecəsi keçiriləcək.Həmin gecədə
həyatı haqqında məlumat veriləcək və əsərləri
səsləniləcək.Qeyd etmək lazımdır ki, böyük
sənətkarın çox əsərləri bizə miras qalıb,
o cümlədən hamımızın sevə - sevə
dinlədiyimiz və əzbərdən bildiyimiz məşhur
" Ayrılıq" mahnısı onun bəstəsidir.
Güney
Azərbaycanın qərb vilayətində atılmış
və kimsəsiz uşaqların sayı artmaqdadır
"İran"
qəzetinin verdiyi məlumata görə hər il Güney
Azərbaycanın qərb vilayətində atılmış
və kimsəsiz uşaqların sayı 20
faiz artır. Onların yaşı
2 - 16 yaş arasıdır. Atılmış və kimsəsiz
uşaqlarla bağlı işləyən idarə belə
qərara gəlib ki, onlar çoxaldığı üçün artıq dövlət
öhdəsindən gələ bilmir, sahib çıxmaq çox çətindir,
amma sahib durmaq lazımdır.Tehran rejimi rəsmi xəbər
agentləri xəbər verir ki, atılmış uşaqlar
və ya hər evdən qaçan
uşaq 24 saat ərzində
kriminal adamların əlinə düşüb təcavüz olunur.
Amma fikir etmək olur ki, İran fars rejimini belə
xəbərlər bir o qədər də maraqlandırmır.
Əhərdə
və Hərisdə işsizlik problemi çox təhlükəli
vəziyyətə çatıb
Cumhuri
İslam Xəbər Agentliyinin verdiyi məlumata görə Əhər
və Hərisin millət vəkili parlament məclisində
deyib ki, adı çəkilən hər iki şəhərdə işsizlik
böyük problem olub.
Qeyd edək ki, bu bizim üçün bir o qədər də
təzə xəbər deyil. Çünki vaxtaşırı Güney
Azərbaycan problemləri bu və ya digər şəkildə
dilə gəlir, eşidilir.Amma nə fayda ? Bununla bağlı
heç bir addım atılmır.
Abbas
Lisanlının yeni sitəsi işə başladı
Abbas
Lisanlının yeni sitəsi işə başlayıb.Ötən
məlumatlarımızda ettelaatın onun sitəsinə
təzyiq etdiyini və bağladığını
xəbər vermişdik. Köhnə
sitə bağlandıqdan sonra yeni sitə açılmışdır.
Abbas
Lisanlı sitəsinin yeni ünvanı aşağıdakı
kimidir.
Güney
Azərbaycanda içməli su qaynaqları zəhərlənir
Mehr
Xəbər Agentliyinin verdiyi məlumata görə Güney
Azərbaycanın şərq, qərb və Ərdəbil
vilayətində yaşayış ərazisindən axan
kanalizasiya suyu və həmçinin əkinçilik sahələrinin
çıxar suyu içməli su sistemlərinə axıdılır.Bu
da əhalinin zəhərlənməsinə və
xəstəliyin artmasına səbəb olur.
Qeyd
etmək lazımdır ki, Ərdəbilin suyu çoxdan çirklənib,
çirkli su hesab olunur və çoxlu xəstəliyə səbəb
olub. İran rəsmi xəbər agentliklərinin verdiyi
məlumata görə İranda ən çirkli su Ərdəbilin içməli
suyu sayılır və xüsusən böyrək xəstəliyinə
səbəb olur.
|
BMT-dəki nümayəndəmiz 50 milyonu təmsil etmirmi? |
|
|
31
mart azərbaycanlıların soyqırımı günü ilə
bağlı Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)nin
bəyanatı
Artıq
neçə ildir 31 mart
azərbaycanlıların soyqırımı günü kimi qeyd
olunur. Bu soyqırım Azərbaycan Türk milləti
və dövlətçiliyinin tarixində baş vermiş faciəli
olaylara milli yaddaşın sərgisidir. Azərbaycanlıların
kütləvi şəkildə qırğını, acılıqlara
məruz qalması, doğma yurdlarından sürgün edilməsi
və didərgin salınması 20.ci əsrin tarixində
ən faciəli və dəhşətli
səhifələrindəndir. Azərbaycanlılara bu
faciəli tarixində "Böyük Ermənistan" xülyası
ilə sərsəm olan, bu məqsədə çatmaq üçün
hər cür vasitələrə əl atan erməni şovinistlərinin
izləri aydın görünür. 1918-ci ilin martın 20 sin tarix mütləq
öz yaddaşlarından silməyəcək. İlin axır çərşənbəsin
qeyd etmək niyyətində gecəni subhə yetirən Urmunun
dinc əhalisi tarixin ən dähşətli və kütləvi qırğınına
məruz qaldılar. Bəşəriyyətin ilkin
mənbələrindən biri, zəngin və qədim tarixə
malik olan Urmu şəhrində Ermənilər bir
gün içində 10 000 dən artıq günahsız Azərbaycan Türkünün
çox vəhşicəsinə qətlə yetirdilər. Bu qırğın
6 davam sürərək 150 000 Azərbaycanlının qətliamına
səbəb oldu. Eyni zamanda
Azərbaycanın quzeyində Erməni şovinistləri 10
minlərcə Azərbaycanlını qətliam edib, tarixin acı
səhifələrində özlərindən dərin və
əbədi iz qoydular. Azərbaycanın güneyi və quzeyində
böyük bir cinayətlərin eyləmçisi olan erməni şovinistləri
bu cinayətləri bu günə dək davam etməkdədir.
Vətənimizin ayrılmaz hissəsi Qarabağda tarixi utanmağa
məcbur edən erməni faşistləri
minlərcə Azərbaycan Türkünü öldürüb, bir milyondan
çox vətəndaşımızı öz doğma ata-baba
topraqlarından sürgün edib, milli coğrafiyamıza yiyə
durmaq niyyətindədirlər. 50 milyonluq Azərbaycan xalqı
bu gün bu nəticəyə gəlib ki, özündən başqa heçkim
onun dərdinə sırdaş ola bilməz. Dünya
ictimaiyyəti və bəşəriyyətin göz önündə
tarixin ən dəhşətli faciələrinə qol çəkən
erməni faşistləri, işlərinə son qoymaq
niyyətində deyirlər. BMT nin verdiyi qərarlara saymazyana münasibətini
göstərən erməni hakimiyyəti, Azərbaycanın doğma
topraqlarının işqalına davam etməsilə, bölgədə
sülh və barışın inkişafına kölgə salır.
Biz, İsveçdən dünya ictimaiyyətinə səslənirik :
Yetər bu qədər haqsızlıq! Yetər bu qədər
cinayət! Bu gün 50 milyonluq Azərbaycan xalqının səbri
tükənib.
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ) 31 mart Azərbaycanlıların soyqırımı
gününü İsveç və Avrupada dövlətlər
səviyyəsində yaddaşlarda qeyd edilməsi və
muzakirələrə çıxarılması uğrunda böyük bir
hərəkətə keçməyimizə söz verir.
Azərbaycan
Fedrasiyonu-İsveç (AFİ) dünya üzərində yerləşən
bütün diaspor təşkilatlarının bu məsələ
ilə əlaqədar fəaliyyət göstərməklərini
ən vacib işlərdən sayıb, onlarla birgə
hərəkətə keçməyi arzu edir.
AFİ
olaraq ümid edirik Ermənistan hakimiyyəti dünya qarşısında
elədiyi cinayətləri etiraf etsin. Arzu edirik Azərbaycanın
işqal olunmuş topraqları ən yaxın zamanda azad olub, Azərbaycan
soyqırımını törədənlər
uluslararası məhkəmə qarşısında cavab
versinlər.
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ)