AVROPA
KOMİSSİYASININ SƏDRİ ABBAS LİSANİ İLƏ BAĞLI
İSVEÇLİ DEPUTATIN SORĞUSUNA CAVAB VERİB
2007-03-27 - 12:54:00
|
|
|
Benito
Ferrero-Valdner |
Avropa Komissiyasının sədri Benito Ferrero-Valdner Avropa
Parlamentinin İsveçdən olan üzvü Eva-Britt Svenssonun İranda
həbs olunmuş azərbaycanlı fəal Abbas Lisani ilə bağlı
sorğusuna cavab verib.
Azərbaycan
Gənclər Federasyonu İsveç təşkilatının
rəhbəri Nərgiz Nedainin «Media forum» saytına bildirdiyinə
görə, B.Ferrero-Valdner cavab məktubunda yazıb ki, Avropa
Komissiyası A.Lisaninin həbsi barədə məlumatlıdır
və onun İranda yaşayan azərbaycanlıların
mədəni və dil hüquqları ilə bağlı keçirdiyi
dinc aksiyalara görə həbs edildiyini bilir.
Məktubda
qeyd olunub ki, Avropa Birliyi İranda insan haqları, o cümlədən
milli azlıqların dil və mədəni hüquqları ilə
bağlı vəziyyəti yaxından izləyir, diplomatik
kanallar vasitəsilə, iranlı rəsmilərlə görüşlər
zamanı İranda insan haqları sahəsindəki
problemləri xatırladır.
Ferrero-Valdner
məktubunda söz və sərbəst toplaşmaq azadlığının
BMT-nin İnsan Haqlarına dair Konvensiyasında və İran
Konstitusiyasında əksini tapdığını da vurğulaıb.
Avropa Parlamentinin İsveçdən olan deputatı, İsveç Sol
Partiyasının üzvü Eva-Britt Svensson Abbas Lisani ilə bağlı
sorğusunu Avropa Komissiyasına bu il fevralın 19-da göndərmişdi.
Svenssonun sorğusuna İsveçin Yaşıllar Partiyasından
olan deputat Karl Şlixter və Sosial-Demokrat Partiyasından
deputat İnger Segelstrom da qoşulmuşdu.
Sorğuda
Avropa Komissiyasına iki sual ünvanlanmışdı:
1. Komissiya Abbas Lisaninin işinə yönəlik nəsə bir iş
görməyi planlaşdırırmı? Nəzərə alsaq ki,
Lisani azərbaycanlıların İran Konstitusiyasında göstərilmiş
mədəni hüquqları uğrunda mübarizə aparır, o
zaman onun dərhal azad edilməsi zəruridir.
2.
İrandakı azərbaycanlılara qarşı ümumi,
mədəni və siyasi repressiyaları işıqlandırmaq
üçün Avropa Komissiyası nə kimi işlər görmək
niyyətindədir?
Avropa Komissiyasına göndərilən sorğular iki növə bölünür:
prioritet və adi sorğular. Prioritet sorğulara üç həftə
ərzində cavab verilməlidir, adi sorğulara isə iki-üç
ay ərzində cavab verilə bilər. İsveçli deputatların
A.Lisani ilə bağlı göndərdiyi sorğu prioritet sorğu
idi.
A.Lisani ilk olaraq 2006-cı ilin mayında «İran» qəzetində
Azərbaycan türklərini təhqir edən karikaturaya etirazına
görə saxlanılıb. Həmin il iyunun 3-də tutulan Lisani
sentyabrın 26-da 8 min ABŞ dolları məbləğində
girovun müqabilində zaminə buraxılıb. Oktyabrın
3-də o, Ərdəbil mitinqçilərinə başçılıq
etmək, ictimai asayişi pozmaq və dövlət əleyhinə
təxribat törətmək ittihamları ilə məhkəmə
tərəfindən 16 ay həbs və 50 şallaq
zərbəsi cəzasına məhkum edilib.
Oktyabrın sonunda Lisani yenidən həbs olunub. Bu dəfə
o, İranda yeni dərs ilinin başladığı vaxt (23
sentyabr) Azərbaycan dilində təhsilin qadağan edilməsinə
etiraz olaraq keçirilən aksiyaların təşkilatçılığında günahlandırılıb.
Hazırda A.Lisani Ərdəbil mərkəzi həbsxanasının
7-ci bölməsində saxlanılır.
A.Lisani bu il yanvarın 1-dən 31-dək həbsxanada aclıq
aksiyası keçirib.
«Media
forum»
ABBAS
LİSANİ İLƏ BAĞLI AVROPA KOMİSSİYASINA SORĞU
GÖNDƏRİLİB
Avropa
Parlamentinin İsveçdən olan deputatı, İsveç Sol Partiyasının
üzvü Eva-Britt Svensson İranda həbs olunmuş azərbaycanlı
fəal Abbas Lisani ilə bağlı Avropa Komissiyasına sorğu
göndərib. Bu barədə «Media forum» saytına Azərbaycan
Federasyonu İsveçin sədri Nərgiz Nedai məlumat verib.
|
|
|
Eva-Britt
Svensson |
Məlumatda
bildirilir ki, Svenssonun sorğusuna İsveçin Yaşıllar
Partiyasından olan deputat Karl Şlixter və Sosial-Demokrat
Partiyasından deputat İnger Segelstrom da qoşulub.
Sorğuda
A.Lisaninin İran Konstitusiyasının 15-ci maddəsinə uyğun
olaraq ana dilində təhsil almaq hüququ uğrunda dinc nümayişlərdə
iştirak etdiyini vurğulanır.
Lisaninin
ədalətsiz mühakimə olunduğunu bildirən deputatlar
Avropa Komissiyasına iki sualla müraciət edirlər: 1. Komissiya
Abbas Lisaninin işinə yönəlik nəsə bir iş görməyi
planlaşdırırmı? Nəzərə alsaq ki, Lisani
azərbaycanlıların İran Konstitusiyasında göstərilmiş
mədəni hüquqları uğrunda mübarizə aparır, o
zaman onun dərhal azad edilməsi zəruridir.
2.
İrandakı azərbaycanlılara qarşı ümumi,
mədəni və siyasi repressiyaları işıqlandırmaq
üçün Avropa Komissiyası nə kimi işlər görmək
niyyətindədir?
N.Nedai qeyd edir ki, Avropa Komissiyasına göndərilən sorğular
iki növə bölünür: prioritet və adi sorğular. Prioritet sorğulara
üç həftə ərzində cavab verilməlidir, adi sorğulara
isə iki-üç ay ərzində cavab verilə bilər. İsveçli
deputatların A.Lisani ilə bağlı göndərdiyi sorğu
prioritet sorğudur.
«Media
forum»
Həsən Əsədi və Peyman Bəhrami ağır işgəncədən həyatları təhlükədədir
Ərdəbildən aldığımız məlumata görə, 2007 - ci il 19 bəhmən ( fevral ) ayında Ərdəbil şəhərində yerləşən zindanın qarşısında milli aktiv, uzun müddətdir zindanda haqsız yatan Abbas Lisanlıya görə bir qrup Azərbaycanlı aksiya keçirmişdir. Elə oradaca onlar yaxalanmış və həmin gündən də ağır işgəncəyə məruz qalmışdırlar.Onların harda və hansı vəziyyətdə saxlanmaları haqqında hələ də bu günkü günə qədər nə ailələri, nə də ictimaiyyət heç bir məlumat bilmir. Ettelaat məmurları da onun ailəsinə bu haqda heç bir xəbər vermir, əksinə onları həbslə hədələyir.
Aldığımız dəqiq məlumata görə Həsən Əsədi və Peyman Bəhrami çox ağır işgəncəyə məruz qaldıqları üçün həyatları təhlükədədir.Qeyd edək ki, onlarla tutulan başqa Azərbaycanlılar da ağır işgəncəyə məruz qalmışdırlar.
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin yeni sitəsinin ünvanı
Azərbaycan Konserti

Bildiriş
Dəyərli
musiqisevərlər,
böyük
s
DALĞA
MUSİQİ TOPLULUĞU’nun
Stockholmun Södra Teater Böyük Salonunda verəcəyi konsertinin
gözəl xəbərini vermək istəyirik.
Bu konsertdə gözəl səsləri olan üç böyük oxcu Aşıq
Məhbub, Cəfər Əhmədi və Sulduz Mehdipur yurdumuzun
gözəl mahnılarını oxuyacaqlar.
Görkəmli musiqiçi Aşıq Çingizin başçılıq etdiyi
DALĞA
MUSİQİ TOPLULUĞU
dünyanın
bir çox yerində unudulmaz gözəl
konsertlər verib,
Azərbaycanı, Azərbaycan aşıq musiqisini
yüksək səviyyədə
tanıtdırıb,
Azərbaycana şan şöhrət qazandırıbdır.
Aşıq
Çingizin başçılıq
etdiyi
görkəmli DALĞA MUSİQİ
TOPLULUĞUnun bu
ilk kəz
İsveçə gəlişidir.
DALĞA MUSİQİ TOPLULUĞU İsveçin
ayrı-ayrı şəhərlərində
də
konsertlər
verəcəkdir.
Beləliklə,
bütün
musiqisevərlərdən
bu unudulmaz böyük
konsertə gəlmələrini gözləyirik.
Gün:
6 may 2007 (bazar günü /
söndag)
Saat:
17.00
Yer:
Stora Scenen, Södra Teater, Stockholm
Konsertlə
bağlı ayrıntılı bilgiləri aşağıdakı
e-mail adresindən ala bilərsiniz.
Settar.seviginotmail.com
Tel:
0046 8 7586635
0046 707 150 117
Urmiyə gölü qurumaq
təhlükəsi qarşısındadır
Əbülfəzl
Paşaoğlu
Rəsmi
statistikaya görə, son bir neçə il ərzində Urmiyə gölünün
20 faiz sahəsi quraqlığa çevrilib. İranın Qərbi
Azərbaycan vilayətinin Ekologiya idarəsinin müdiri Kiyumərs
Kəlantəri martın 24-ə İRNA xəbər agentliyinə
verdiyi müsahibədə bildirib ki, düşünülməmiş şəkildə
aparılan su təsərrüfatı işləri
nəticəsində göldə suyun səviyyəsi son bir ildə
5.27 metr azalıb, duzluluğu 2 dəfə artıb və quruma
prosesi get-gedə sürətlənir.
Gölün quruması
nəticəsində onun doqquz adasından beşi sahilə
birləşib. Bununla da həmin adalarda yaşayan qiymətli
heyvan növləri məhv olur və region ekoloji fəlakət
həddinə yaxınlaşır. 570 hektar olan Urmiyə gölünün
təxminən 100 hektar sahəsi quruyaraq duzla örtülüb. Külək
bu duzu ətrafa sovurur və bu da yerli əhali arasında müxtəlif
xəstəliklərin yaranmasına səbəb ola bilər.
Ekologiya idarəsinin
rəsmisi cənab Kəlantərinin bildirib ki, İranın
kənd təsərrüfatı və enerji nazirlikləri hər
il Urmiyə gölünə axan çayların üzərində yeni
bəndlər tikir və bu çayların təbii məcrasını
pozur.
İranın ən iri gölü
olan Urmiyə gölü Şərqi və Qərbi Azərbaycan
vilayətlərinin arasında yerləşir. Gölün şimaldan
cənuba uzunluğu 135 kilometr, ən ensiz hissəsi 18 və
ən enli hissəsi 55 kilometrdir. 37 milyard kubmetr su həcmi olan
bu gölün ən dərin nöqtəsi 16 metrdir. Nadir flora və
faunasına görə, Urmiyə gölü UNESCO tərəfindən
təbii miras kimi dəyərləndirilib.
Ötən təqvim ilində İran
Azərbaycanında siyasi məhbuslarla bağlı
vəziyyət pisləşib
Xədicə
İsmayılova
24/03/2007
"İran
Azərbaycanına pəncərə" proqramının
xəbərlər icmalı - yükləmək üçün
"İran
Azərbaycanına pəncərə" proqramının
xəbərlər icmalı
Azərbaycan Siyasi
Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) İranda günəş
təqvimi ilə başa çatan ildə insan hüquqlarının
pozulmasına dair bəyanat verib.
ASMEK bəyanatında
il boyu ana dilində təhsil və digər mədəni hüquqları
uğrunda mübarizə aparanların həbs olunduğunu qeyd
etməklə yanaşı, 21 Fevral – 2 İsfənd dünya Ana
dili günündə həbs olunanların böyük qisminin azadlığa
buraxıldığını bildirib.
Günəş
təqvimi ilə 1386-cı ilin birinci günündə, martın
21-də yayılan bəyanatda İran Azerbaycanının şəhərlərində
olan təzyiq ve basqıların insan hüquqlarının
vəziyyətinə dair mükəmməl hesabatların hazırlanmasına
imkan vermədiyi də bildirilir.
ASMEK Urmiye, Zencan,
Erdebil ve Culfada hebsde qalan azərbaycanlı fəalların siyahısını
da açıqlayıb. Urmiyede Elyaz Yekanlı ve Hadi Sərxoş,
Culfada Adil ve İbrahim Şükri, Erdebil’de Geştac Vasiqi,
Mahmud Aslani, Abbas Lisani və Behruz Əlizade, Zencanda isə ASMEK
qurucularından olan Riza Abbasi hələ də
həbsdədirlər.
Komitə ötən il
ərzində İran Azərbaycanında ən fəal qeyri hökumət
təşkilatlarından olan Zəncan Universitetinin İslami
cəmiyyətinin qadağan olunduğunu da bildirilib.
Rəsmilər qərarın səbəblərindən biri kimi
təşkilatın 21 Fevral Dünya ana dili gününde Zencandakı
mitinqlərin təşkilatçılığında iştirakını
əsas gətirib.
Ərdəbildə
isə azərbaycanca təqvimlər satışdan yığışdırılıb.
Bu təqvimlərin Mədəniyyət (İrşad)
idarəsinin izni ilə nəşr edilməsinə baxmayaraq,
kitab satışı mərkəzlərinin sahibləri Niruye
Entezami (İran polisi) tərəfindən çağırılıb
ve onlardan bu təqvimləri satmamaları barədə iltizam alınıb.
Marağada bütün çap mərkəzlərinə yas
mərasimləri ilə bağlı elanların azərbaycanca
çap olunmaması barədə xəbərdarlıq edilib.
ASMEK Xiyavlı (Meşkinşəhr)
İbrahim Rəşidinin de Tehran inqilab məhkəməsinə
çağırıldığını bildirib. Urmiye
universitetininin məzunu İbrahim Rəşidi keçmişdə
ən azı 3 dəfə həbs edilib. 30 milyon Tümən
vəsiqə ilə zaminə buraxılan Rəşidiyə gönderilən
məhkəmə vərəqəsinin eynisi onu zəmanət
edən qardaşına da göndərilib.
http://www.voanews.com/azerbaijani/2007-03-24-voa5.cfm
31 martla bagli sempozyum
