Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı Ettelaatın
Abbas Lisanlıya qarşı sui - qəsd planı ifşa
olundu Abbas
Lisanlıya aid olan sitənin faliyyətin İranın fars
rejimi dayandırıb Təbrizdə
olan Əlişah tarixi abidə qəsdən dağıdılır
İranın
fars prezidenti işğalçı
Ermənistana yardım etməsi ilə fəxr edir
Cəlil
Ğənilu şərti azadlığa buraxıldı
Rza
Abbas hələ də Zəncan zindanındadır
Ətabək
və Mehdat Teymuiri zəmanətlə azadlığa buraxılmışdırlar
İranda
dilənçilərin əv çox sevdikləri yer Təbrizdir
Azərbaycanın
şərq vilayətində azyaşlılar ümumi zindanda
saxlanılır
Ettelaatın
Abbas Lisanlıya qarşı sui - qəsd planı ifşa olundu
Mötəbər
mənbələrdən aldığımız məlumata görə
Abbas Lisanlı haqda zindanda olan hadisə eşiyə onun özü
danışdığı şəkildə də yayılmışdı.Beləki,
fars rejiminin ona qarşı hazırladığı sui -
qəsd planının ustü açılmışdır.
Xəbərdə deyilir ki, uzun müddətdi zindanda yatmağa
məhkum olunmuş siyasi deyil, adi cinayətkar
Abbas Lisanlıya özü etiraf edib ki, ettelaat məmurlarinin
təzyiq edib və eyni
zamanda xüsusi mükafatlandırma boyun alaraq milli aktivimiz olan Lisanlı
bəyin aradan götürülməsini ona həvalə etmişdirlər.Beləki
Lisanlıya qarşı sui- qəsd Heyran dağının
dalanında maşın təsadüfi adı altında yernə
yetirilməli və bunula da onun qətli baş verməli idi.Bu
planın reallaşması üçün cinayətkarı
əfv edib zindandan azadlığa buraxmalı və o bundan sonra
Abbas Lisanlı ilə dostluq etməyə başlamalı, bu münasibətlər
o səviyyəyə çatmalı imiş ki, o dostuna Astaraya birgə
səfər etməyi təklif etməlidir.Elə planda burda
reallaşmalı idi. Maşının sürücüsü bu şəxs
olmalı və o yerdə ki, sui - qəsd
planının əsas
nöqtəsi olmalıdır,yəni Heyran dağının döngəsi
orda maşının qapısını açıb o özünü yerə
atmalı və Abbas Lisanlını maşın qarışıq
uçurumdan aşağı atmalıydı.
Bəs bütün bu hadisələrin həyata keçməsinə mane olan hansi səbəbdir ? Bir kəlmə ilə qisa şəkildə xarekterizə etməliyik ki, bütün bunların özünü doğrultmasına imkan verməyən ABBAS LİSANLI şəxsiyyəti olub.Planı etiraf edən beyni doldurulmuş cinayətkar Lisanlı bəyə yaxınlaşdıqdan sonra özü onun təsirinə düşmüş və bu təsir o qədər böyük olmuşdur ki, axırda özü etiraf etməli olmuşdur. Eyni zamanda demişdir ki, bunu şərəfinə sığışdırmır və ömürlük zindanda yatmağı Abbas Lisanlını öldürməkdən üstün tutur.
Abbas
Lisanlıya aid olan sitənin faliyyətin İranın fars
rejimi dayandırıb
Aldığımız
məlumata görə Abbas Lisanlı sitəsinin abunə olduğu
firmaya İran fars rejimi bu sitənin bağlanması üçün
təzyiq edib.Bu sitə ona görə əhəmiyyətlidir ki,
Azərbaycan İnsan Hüququ təşkilatları bu sitə
vasitəsi ilə çox rahat Abbas Lisanlı haqqında məlumat
alırlar.
Bu
birinci dəfə deyil ki, İranda Güney Azərbaycanın milli
hərəkatına aid sitəni bağlayırlar. ASMƏK - Güney
Azərbaycan Siyasi Müdafiə Komitəsi hansı sitə firmasından
abunə olmaqlarından asılı olmayaraq həmişə
təzyiq və məcbur edirlər ki, sitə bağlansın.
Qeyd edək ki, sitəyə yer verən firmalar İranda
yer alıblar və İranın fars rejimi onların üzərində
çox tez təsir qoya bilir və beləliklə də onlara
nəzarət etmək asan olur.
Təbrizdə
olan Əlişah tarixi abidə qəsdən dağıdılır
Təbrizdə
yerləşən Əlişah binasının 700 il yaşı
var və bu şəhərin çox tarixi əhəmiyyətli
abidəsidir. İranın dövlət
orqanlarına bağlı olan Müsəllah adlı təşkilat
ekspertlərin fikrini soruşmadan Əlişah binasının
qabağında müsəlmanların xüsusi günlərdə namaz qılması
üçün yer düzəltmişdirlər.Qeyd edək ki, xüsusi gün
deyəndə, misal üçün başa düşmək lazımdır,
əgər yağış yağmırsa müsəlmanlar bir yerə
yığışıb namaz qılır, ibadət edib, allaha
yalvarırlar ki, onlara rəhm etsin və onların günahından
keçsin.İli quraqlıq keçirib onları bu cür cəzalandırıb
imtahan etməsin.Və yeri gəlmişkən qeyd edək ki,
elə bu namazın adı da burda ibadət üçün yer tikən
təşkilatın adı ilə eynidir - müsəllah.
Əlişah
kimi tarixi binanın qarşısında belə bir yerin salınması
səbəb olub ki,bu abidənin
bəzi yerləri xarab olsun və güman edilir ki, bu
gələcəkdə daha da artsın, sıradan
çıxsın.
Keçən xəbərlərimizdə də yazmışdıq
ki, Güney Azətbaycanın ərazisində olan tarixi
abidələrin qorunması üçün büdcə ayrılmır.
Digər tərəfdən onların yaxınlığında
yeni tikililərin tikilməsi isə iki qat zərbədir.
İranın
fars prezidenti işğalçı
Ermənistana yardım etməsi ilə fəxr edir
Cumhuri
İran İslam Xəbər Agentliyinin verdiyi məlumata görə,
2007 - ci il 19 martda Ermənistana İrandan qazın ixracı
onların sevincinə səbəb olub və onu böyük addım
hesab ediblər. Elə bu zamanı İran prezidenti Əhmədi
Nejat bildirmişdir ki, rabitələr genişlənmiş
və 15 ildir Ermənistan müstəqil olandan sonra iki dövlət
arasında hər sahədə münasibətlər müsbətdir və
fikirləri var ki, bundan sonra qurulan əlaqələr dada da
dərinləşsin.
Həmçinin qaz
kəmərinin açılması zamanı Ə.Nejat qeyd etmişdir
ki, körpülərin düzəldilməsi, iqtisadi əlaqə yollarının,
elektrik,qaz kəmərinin çəkilməsi səbəb olub ki,
iki ölkə arasında dostluq həddən artıq artıb.
İran prezidenti üzünü erməni rəhbərinə tutub
deyib ki, "Biz sevinirik, çünki siz sevinirsiniz. Sizin sevinciniz
ermənilərin sevincidir." O, axırda artırıb ki,
İran - Ermənistan arasında əlaqələrin genişlənməsi
regionda sülhə xidmət edəcək.
Qeyd edək ki, İranın Ermənistana hər sahədə
olan yardımının "sülhə" xidmət olduğunu
başa düşmək çətindir.Əksinə, İranın
yardımı imkan verir ki, ermənilər regionda öz işğalçılıq
siyasətlərini davam etdirsinlər.
Cəlil
Ğənilu şərti azadlığa buraxıldı
Cəlil
Ğənilu 25 milyon tümən ödəməklə müvəqqəti
azadlığa buraxılmışdır.
Son
zamanlar Azərbaycanlı aktivlərin Ğəniluya dair insan
haqları komitələri öz informasiya vasitələri ilə
İran hakimiyyətlərinə təzyiq etmişdirlər.Amma
bu o demək deyildir ki, fars rejimi ona vurduğu ittihamı geri alıb,
əksinə hər zaman istəsə onu yenidən tuta
bilər.
Rza
Abbas hələ də Zəncan zindanındadır
Rza
Abbas və başqa milli aktivlər hələ də Zəncanın
zindanındadır.Ona bir il iş kəsilib və vurulan ittiham
da ondan ibarətdir ki, işlədiyi müəssisədə
rəhbəri təhqir edib , üstəgəl İranın fars
rejiminə qarşı təbliğat aparıb.
Ətabək
və Mehdat Teymuiri zəmanətlə azadlığa buraxılmışdırlar
Ətabək
Teymuiri və Mehdat Teymuiri, iki Urmiyəli qardaş 5 milyon tümən
hər ikisi ödəməklə müvəqqəti azadlığa
buraxılmışdırlar. Xüsusən Ətabək Teymuiri
hər tərəfli təzyiqə məruz qalmış,
ettelaat məmurları onun evinə həmlə edərək, eşib
alt..üst etmişdirlər.Evin zirzəmisinin bir hissəsini dağıdıb
xarab etmiş,yəni istifadəsiz hala salmışdırlar
və sonra bütün bu əməllərini filmə çəkmişdirlər.
Evdən bir şey tapmamışdırlar, amma tapmasalarda iki
qardaşı tutmuşdurlar.
İranda
dilənçilərin əv çox sevdikləri yer Təbrizdir
Cumhuri
İslam Agentliyinin verdiyi məlumata görə Təbrizdə
dilənçilərin sayı gündən - günə artır.
Təbrizi başqa şəhərlərdən kəskin şəkildə
fərqlənən özəl xüsusiyyət ondan ibarətdir ki,
burda adamlar bir - birinə əl tuturlar.Bu da imkan verir ki, burda
dilənçilərin sayı az olsun.Amma burda adamların bir - birinə
maliyyə dəstəyi etməsi imkan verib ki, dilənçilər
başqa şəhərlərdən bura gəlsinlər.Qeyd
edək ki, şəhər əhalisi İRNA Xəbər
Agentliyinə xəbər verib ki, bununla bağlı bir çıxış
yolu tapsınlar. Yoxsullara dəstək verən sandığın
rəhbəri deyib ki, aradan
keçən iki gün ərzində intizami qüvvələrin
dəstəyi ilə 26 dilənçini tutub gəldikləri yerə
göndərmişik.
Məsələ dilənçini gəldiyi yerə göndərməklə
həll olunurmu ? Ərdəbildə ki onların sayı
təkcə son ayda 47 faiz artıb.Nə qədər ki işsizlik
və iqtisadi problemlər həll olunmayıb, dilənçilərin
kökünün kəsilməsi cəfəngiyyatdır.
Azərbaycanın
şərq vilayətində azyaşlılar ümumi zindanda saxlanılır
İLNA
Xəbər Agentliyinin verdiyi məlumata görə Hüccətulislam
Şərifi Azərbaycanın şərq vilayətinin ədliyyə
şöbəsinin rəhbəri bildirmişdir ki, azyaşlı
cavanlar oğurluq, başqasına xəsarət
yetirmə,narkotik qəbulu və s. işlər görərək
zindana düşürlər.O bildirmişdir ki, hal - hazırda zindanda
72 azyaşlı və gənc məhbus var. Orta hesabla onların
yaşı 17 - dir. Çox təssüf ki, bu cavanların saxlanması
üçün özünəməxsus bina yoxdur.Onlar zindanda yuxarı yaşlılarla
bir yerdə saxlanılır.
İctimai
qanunu pozma, müəyyən iqtisadi, siyasi səbəblər var
və əgər bu problemlər həll olunmazsa, cinayət
edən gənclərin sayı hələ də arta bilər.
Və həmçinin zindanda olan cavanların bu şəraitdə
saxlanması onların islah olunması şansınlı azaldır.